Məhkəmə qərarları › İş №e-2(003)-2992/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-2992/2025

03.10.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-2992/2025 03.10.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili X1, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2, İlkin iddia üzrə Cavabdeh2 İzəttula qızının iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İzəttula qızına qarşı “yaradılmış maneələrin aradan qaldırılması və evə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 İddiaçı qarşı “evə köçürülmə hüququnun olmamasının müəyyən edilməsi və cehiz əşyaların çıxarılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İzəttula qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər tərəfindən yaradılmış maneələrin aradan qaldırılması, onun ünvan 1 ünvanında yerləşən 5 otaqdan ibarət (3 yataq otağı, 1 qonaq otağı, 1 mətbəxdən ibarət, yataq otaqları qonaq otağlarına açılan, 5 pəncərədən ibarət ayrılıqda 4 qapısı olan) fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı olan Cavabdeh1 İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçmək hüququnun olmamasının müəyyən edilməsi, həmin evdə İddiaçı məxsus 1 ədəd çarpayı, 1 ədəd yataq mebeli (şkaf, komod, tumboçka, stul, pastelniça daxil olmaqla), 2 ədəd çılçıraq, 2 ədəd pərdə, 2 ədəd stolüstü lampa; zalda olan 1 ədəd “Samsung” markalı televizor, 1 ədəd “Samsung” markalı kondisioner, 1 ədəd pərdə, 1 ədəd stol və 10 ədəd stul, 1 ədəd güzgülü komod, 1 ədəd televizor altlığı, 1 ədəd jurnal masası, 2 ədəd kreslo, 1 ədəd divan, 1 ədəd iki qapılı və 1 ədəd dörd qapılı vitrin, mətbəxdə olan mətbəx mebeli, 1 ədəd “Bosch” markalı soyuducu. 1 ədəd “Samsung” markalı mikrodalğalı soba, 1 ədəd soba, 1 ədəd qaz plitəsi, 1 ədəd aspirator, 1 ədəd “Samsung” markalı paltaryuyan maşın, 1 ədəd mətbəx stolu və 4 stul, 1 ədəd çılçıraq, 1 ədəd jalüz, 2 ədəd xarab tozsoranın evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin vəkili və nümayəndəsi X3 göstərdi ki, İddiaçı ilə Cavabdeh1 xx.xx.2014-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar. Onların birgə nikahlarından 1 uşağı dünyaya gəlmişdi. Cavabdeh2 İzəttula qızı İddiaçı qaynanasıdır. Hal-hazırda Ramin və İlahənin nikahı pozulmayıb. Sözügedən evdə İlahə, Ramin, onların uşağı və Raminin valideynləri yaşayıb. Cavabdeh1 bu evə 2021-ci ildə çıxarış alıb. İlahə 2025-ci ilin yanvar ayında cavabdehlər tərəfindən qovulub və orada yaşamır. Uşağı və əşyaları həmin evdədir, lakin cavabdehlər onun evə qayıtmasına maneələr yaradır. Sözügedən ev 2 mərtəbəlidir və ayrı-ayrı giriş-çıxışı var. Evin komunalları İlahənin adınadır və ödənişləri o edir. İlahə gəlin köçəndə ev var idi, lakin təmirsiz idi. İlahə evin təmirinə xərc çəkmişdi. İddianın təmin olunmasını xahiş etdi. Qarşılıqlı iddia tələbini qəbul etmir. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil2 göstərdi ki, ilkin iddianı qəbul etmir. Sözügedən ev 2021-ci il tarixdə Cavabdeh1 adına keçmişdir, əvvəl Raminin atasının adına olub. İlahə isə ailə qurandan sonra yəni 2014-cü ildən xx.xx.2025-ci il tarixinədək həmin evdə yaşamışdır. İddiaçı evdən özü gedib və sonra da gəlməyib. Evdə heç bir iş görməyib xərc çəkməyib. Buna görə də onun evə köçmə hüququ yoxdur və o, evdə olan əşyaların çıxartmalıdır. Qarşılıqlı iddianın təmin olunmasını xahiş etdi. İlkin iddia üzrə Cavabdeh2 İzəttula qızı məhkəmə iclasında göstərdi ki, xx.xx.2025-ci il tarixdə İddiaçı atası gəlib onu aparmışdır. İddiaçı heç bir söz deyilməmişdir, evdə hər hansısa mübahisə baş verməmişdir. Hal-hazırda İlahənin evə qayıtmasına razı deyil, onu evə buraxa bilməz. Evin sənədi var və ərinə məxsusdur. Komunal xərclərini iddiaçı ödəyib. İddiaçı hal-hazırda haradasa kirayə yaşayır və onun ünvanını bilmir. Məhkəmə proses iştirakçılarını və şahidlərin ifadələrini dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia qismən təmin olunmalıdır, qarşılıqlı iddia isə rədd olunmalıdır. İş materiallarına əlavə edilmiş Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrinin surətindən görünür ki, ünvan 1 xx.xx.2021-ci il tarixdən Cavabdeh1 mülkiyyətindədir. Məhkəmə iclasında şahid qismində dindirilən X4 bildirdi ki, Cavabdeh1 bacısıdır. İddiaçı özü könüllü gedib. Evi Ramin və İlahə birgə təmir etdirmişlər. İlahə gedərkən özü ilə paltarlarını aparmışdır. İddiaçı təxminən 9 il (2014-2025-ci illərdə) sözügedən evdə yaşayıb. Eyni zamanda evdə iddiaçının mebelləri var və bu əşyaların olduğu otaqda heç kim yaşamır. Özü isə şəhərdə yaşayır. Məhkəmə iclasında şahid qismində dindirilən X2 bildirdi ki, Cavabdeh1 bacısıdır. İddiaçı 2014-cü ildə həmin evə gəlin köçmüşdür və o, gəldiyi zaman təmirli evə gəlmişdir. İddiaçı 2024-cü ildə evi könüllü şəkildə tərk etmişdir. Bu evdə iddiaçının əşyaları var. Komunallarla bağlı müqavilələr iddiaçının adınadır. Özü Buzovna qəsəbəsində yaşayır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Məhkəmədə müəyyən olundu ki, Cavabdeh1 ilə İddiaçı xx.xx.2014-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar. ünvan 1 xx.xx.2021-ci il tarixdən Cavabdeh1 mülkiyyətindədir. İddiaçı Cavabdeh1 ailə üzvü olmasını və hal-hazırda İddiaçı faktiki yaşayış ünvanının olmamasın, kirayədə yaşamasını nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə İddiaçı cavabdehlər tərəfindən yaradılmış hər hansısa maneələr müəyyən olunmadığını nəzərə alaraq hesab edir ki, iddiaçının “cavabdehlər tərəfindən yaradılmış maneələrin aradan qaldırılması” tələbi əsasız olduğundan rədd edilməlidir. Məhkəmədə müəyyən olundu ki, ilə İddiaçı Cavabdeh1 ilə xx.xx.2014-cü il tarixdə rəsmi nikaha daxil olaraq sözügedən evə gəlin köçmüşdür. Onların birgə nikahlarından 1 uşağı dünyaya gəlmişdi və İddiaçı 2014-cü ildən 2025-ci ilin aprel ayınadək bu evdə yaşamışdır. İddiaçı ilə Cavabdeh1 nikahı pozulmayıb. Bunları nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməlidir. Buna görə də İddiaçı məxsus cehiz əşyaları sözügedən evdən çıxarılması tələbi əsasız olduğundan rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İlkin iddia qismən təmin edilsin. İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülsün. İlkin iddia qalan hissədə əsasız olduğundan rədd edilsin. Qarşılıqlı iddia əsasız olduğundan rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar