Məhkəmə qərarları › İş №e-2(003)-3015/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-3015/2024

29.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-3015/2024 29.11.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, İddiaçı, İddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "nikahın pozulması və uşağın ananın yanında saxlanması və aliment" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla cavabdeh arasında bağlanmış xx.xx.2008-ci il tarixli nikahın pozulması, birgə nikahdan doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X2, xx.xx.2012-ci il təvəllüdlü X1 və xx.xx.2014-cü il təvəllüdlü X3 ananın yanında qalması, uşaqların saxlanması üçün hər birinə 235 manat olmaqla ümumilikdə 705 manat sabit pul məbləğində alimentin, iddia ərizəsini məhkəməyə vermək üçün ödədiyi 50 manat məbləğində dövlət rüsumunun və mediasiya xidməti üçün ödədiyi 60 manat pul məbləğinin Cavabdeh tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil göstərdi ki, tərəflər arasında xx.xx.2008-ci il tarixdə rəsmi nikah bağlanmışdır. Birgə nikahlarından xx.xx.2009cu il təvəllüdlü X2, xx.xx.2012-ci il təvəllüdlü X1 və xx.xx.2014-cü il təvəllüdlü X7 doğulmuşdur. Cavabdehin iddiaçıya və uşaqlarına şiddət göstərməsi aralarındaki münasibətlərin pisləşməsinə səbəb olmuş, birgə yaşayışları mümkünsüz etmişdir. Əlavə olaraq qeyd etdi ki, cavabdeh iddiaçının atasını döymüşdür. Tərəflər ayrı yaşayırlar və uşaqlar anaları ilə qalır. İddiaçı işləmir. Cavabdeh “Kamaz” sürücüsüdür və 600-700 manat məbləğində gəlir əldə edir. İddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı Vəkil izahatına uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan 371415 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə Cavabdeh xx.xx.2008-ci il tarixdə Bakı şəhəri Əzizbəyov rayon qeydiyyat şöbəsində rəsmi nikaha daxil olmuşlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 20.1-ci maddəsinə əsasən ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 20.2-ci maddəsinə əsasən “tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur”. Məhkəmədə müəyyən olundu ki, tərəflər ayrı-ayrılıqda yaşayaraq birgə təsərrüfat aparmırlar. Məhkəmə ər-arvadın barışması üçün 3 ay vaxt versə də, tərəflərin barışması mümkün olmamışdır. Onların nikah münasibətləri faktiki olaraq pozulmuş, yalnız formal olaraq zahiri görünüş cəhətdən mövcuddur. Bu səbəbdən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış nikah pozulmalıdır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2009-cu il tarixində, X5 xx.xx.2012-ci il tarixində, X7 xx.xx.2014-cü il tarixində doğulmuşdur. Ataları Cavabdeh, anası İddiaçıdır. Azərbaycan Respublikası AM-nin 22.2.1-ci maddəsinə əsasən, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığının müəyyən edilməsi, nikah məhkəmə qaydasında pozularkən məhkəmənin həll etdiyi məsələlərdəndir. Məhkəmədə müəyyən olundu ki, uşaq anası ilə qalır. Məhkəmə hesab edir ki, birgə nikahlarından doğulmuş yetkinlik yaşına çatmamış xx.xx.2009-cu il təvəllüdlü X6, xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X7 anaları ilə qalmalıdırlar. Ailə məcəlləsinin 75.5-ci maddəsinə əsasən, “aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir”. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən “aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur”. Məhkəmədə müəyyən olundu ki, uşaqlar İddiaçı ilə qalır və iddiaçı uşaların saxlanması üçün hər birinə 235 manat olmaqla cəmi 205 manat sabit pul məbləğində aliment tələb edir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Məhkəmə yaşayış minimumunu nəzərə alaraq hesab edir ki, Cavabdeh xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay uşaların saxlanılması üçün hər birinə 180 manat olmaqla cəmi 540 manat sabit pul məbləğində aliment tutulmalıdır. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İş materiallarında olan ********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən 50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən mediasiya xidməti üçün 60 manat məbləğində rüsum ödənilmişdir. Məhkəmədə müəyyən olundu ki, İddiaçı mediasiya prosesində 60 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün 50 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, bu xərclər Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2008-ci il tarixdə Bakı şəhəri Əzizbəyov rayon qeydiyyat şöbəsində rəsmiləşdirilmiş nikah pozulsun. Nikah pozulduqdan sonra xx.xx.2009-cu il təvəllüdlü X6, xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X7 anaları İddiaçı yanında qalsın. Cavabdeh İddiaçı xeyrinə xx.xx.2009-cu il təvəllüdlü X2, xx.xx.2012-ci il təvəllüdlü X1 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2024cü il tarixdən başlayaraq hər ay hər uşaq üçün 180 manat olmaqla, cəmi 540 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Cavabdeh İddiaçı xeyrinə iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 50 manat məbləğində dövlət rüsumu və mediasiya xidməti üçün ödənilmiş 60 manat pul məbləği tutulsun. İddia qalan hissədə əsassız olduğuna görə təmin edilməsin. Qətnamənin alimentə dair hissəsi dərhal icra edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar