Məhkəmə qərarları › İş №e-2(003)-3231/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-3231/2024

24.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-3231/2024 24.09.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Xəzər rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “alimentin” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay hər bir uşaq üçün 235 manat, ümumilikdə 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 14 iyun 2011-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsində AZ-İ seriyalı, 675426 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikaha daxil olmuşdurlar. Birgə nikahlarından xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X5 anadan olmuşdur. İddiaçı ilə cavabdehin münasibəti əvvəllər yaxşı olsa da, sonradan bu münasibət tam pozulmuşdur. Bu səbəbdən nikahın pozulması ilə bağlı tərəflər məhkəməyə müraciət etmişdir. Suraxanı Rayon Məhkəməsinin e-2(010)-485/2023 saylı, 12 sentyabr 2023-cü tarixli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasındakı nikah pozulmuş, uşaqlar isə onun himayəsinə verilmişdir. Hazırda onun qazancı ilə uşaqların təminatını ödəmək çətindir. Azərbaycan Respublikası Qanununa edilən dəyişikliyə əsasən, ailə münasibətlərindən irəli gələn mübahisələr məhkəmədən öncə Mediasiya qaydasında həll olunmalıdır. İddiaçı tərəfindən Cavabdeh Mediasiya təklifi barədə məktub göndərilmiş, cavabdehdən bu təklifə heç bir cavab gəlmədikdə Bakı 18 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. Mediasiya Təşkilatı tərəfindən mediator qismində təyin edilmiş A.E.Mikayılov xx.xx.2024-cü il tarixə saat 10:30-a ilkin müdaiasiya sessiyası təyin etmişdir. Cavabdeh və iddiaçı tərəfi təmsil edən etibarnamə üzrə nümayəndə Vəkil ilkin mediasiya sessiyasında iştirak etmişlər və Vəkil mediasiya xərci kimi 60 manat məbləğində ödəniş etmişdir. X2 sonra prosesin davam etdirilə bilməməsi barədə Bakı 18 saylı Mediasiya Təşkilatı tərəfindən MŞB/18/2024- 00682 nömrəli, xx.xx.2024-cü il tarixli arayış tərtib edilmişdir. Cavabdeh birgə nikahdan doğulan xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X1 və onlara normal həyat şəraitinin yaradılması üçün aliment qaydasında maddi köməklik göstərməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildidi ki, iddiaçının işlədiyi yerdə əvəllər əmək haqqısı yuxarı olmuş, lakin hal hazırda əmək haqqısı azalmışdır. İddiaçı maşinist, qaldırıcı qurğu vəzifəsində işləyir və hər ay 1200 manata yaxın əmək haqqı alır. Hazırda iddiaçı uşaqları saxlamaqda çətinlik çəkir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(003)-2326/2023 saylı qətnaməsinin surətindən görünür ki, iddianın qismən təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında 14 iyun 2011-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsində 785 nömrə ilə qeydə alınmış nikah pozulması, İddiaçı ilə Cavabdeh birgə nikahlarından doğulmuş 21 aprel 2012-ci il təvəllüdlü X6 və 06 may 2013-cü il təvəllüdlü X5 boşanmadan sonra ataları İddiaçı yanında qalması, iddianın qalan hissədə rədd edilməsi, ödənilmiş dövlət rüsumları iddiaçının özünə aid edilməsi qət edilmişdir. İşə əlavə edilmiş AZ-İ seriyalı, 463876 nömrəli, xx.xx.2023-cü il tarixli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı ilə olan nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında ak qeydləri kitabında xx.xx.2023-cü il tarixdə, 588 nömrə ilə qeyd edilmişdir. İşdə olan doğum haqqında şəhadətnamələrin surətindən müəyyən edilir ki, atası İddiaçı, anası isə Cavabdeh olan 21 aprel 2012-ci il təvəllüdlü X6 və 06 may 2013-cü il təvəllüdlü X5 anadan olmuşdurlar. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər 14 iyun 2011-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsində 785 nömrə ilə qeydə aldırmaqla ailə qurmuşlar. Həmin nikahdan 21 aprel 2012-ci il təvəllüdlü X6 və 06 may 2013-cü il təvəllüdlü X5 adlı övladları doğulmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(003)-2326/2023 saylı qətnaməsinin surətindən görünür ki, iddianın qismən təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında 14 iyun 2011-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsində 785 nömrə ilə qeydə alınmış nikah pozulması, İddiaçı ilə Cavabdeh birgə nikahlarından doğulmuş 21 aprel 2012-ci il təvəllüdlü X6 və 06 may 2013cü il təvəllüdlü X5 boşanmadan sonra ataları İddiaçı yanında qalması, iddianın qalan hissədə rədd edilməsi, ödənilmiş dövlət rüsumları iddiaçının özünə aid edilməsi qət edilmişdir. Məhkəmə hesab edir ki, uşaqların saxlanması üçün cavabdeh sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Belə ki, Azərbaycan Respublikası AM-nin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd edilən Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2024-cüil üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235,0 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunverici alimentin miqdarı müəyyən olunarkən məhkəmənin üzərinə bir sıra məsələlərin araşdırılması vəzifəsini qoymuşdur ki, bu vəzifələr alimentin müəyyən edilərkən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq digər halların nəzərə alınmasıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, valideynlər uşağı saxlamağa borcludurlar və uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Uşaqların gündəlik zəruri qida və digər zəruri ehtiyaclarının təmin edilməsində valideynlərin hər biri bərabər məsuliyyət daşıyırlar. Uşağın qayğısına qalmaq, onun normal inkişaf etməsinin təmin edilməsi valideynlərin vəzifəsidir. Məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün cavabdehdən hər ay sabit pul məbləğində alimentin tutulmasına dair iddia tələbi xarakterinə, tutulma qaydasına görə əsaslı olsa da, həcminə görə qismən əsaslıdır. Məhkəmə İddiaçı aliment tələbinə hüquqi qiymət verməzdən əvvəl onu qeyd etməyi zəruri hesab edir ki, yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment təyin edilərkən aşağıdakı hallar xüsusilə nəzərə alınmalıdır: 1) Təyin ediləcək alimentin miqdarı yetkinlik yaşına çatmayan uşaqların hüquq və mənafeləri, o cümlədən onların psixi və fiziki inkişafına uyğun həddə təyin edilməli, hər bir halda uşaqların hüquq və mənafeləri birinci gözlənilməlidir; 2) Təyin ediləcək alimentin miqdarı aliment ödəmək vəzifəsi qoyulan valideynin hüquq və mənafelərini zərbə altında qoymamalı, onların hüquqlarını pozmamalıdır. Bu hal uşaqların hüquq və mənafeləri nəzərə alınmaqla həyata keçirilməlidir. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Belə ki, məhkəmə qanunvericiliyin normalarını nəzərə alaraq hesab edir ki, Cavabdeh yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün hər ay hər uşağa 235,0 manat olmaqla, cəmi 470,0 manat sabit pul məbləğində aliment pulunun tutulması valideyn kimi Cavabdeh gələcəkdə məhkəmə qətnaməsinin icrasından yayınma kimi dəyərləndirilərək onun və uşaqların hüquqlarının əhəmiyyətli dərəcədə pozulmasına (alimentin tam həcmdə icra olunmaması uşaqların mənafeyinə ziyan vuracaq, qətnamənin icra olunmaması həm də cavabdeh barəsində məsuliyyət yaradacaq) səbəb olacaqdır. Bu isə onu ehtiva edir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın mənafeyinin pozulmamasından ötrü tərəflərin maddi vəziyyəti, işin faktiki halları düzgün dəyərləndirilməli, maddi hüquq normaları düzgün tətbiq və təfsir edilməldir. Uşaq hüquqlarının həyata keçirilməsi, uşağın yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaq hüquqlarının təmin edilməsinin əsas istiqamətlərindən biri də valideynlərin onların saxlanmasında iştirakının təmin edilməsidir. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Alimentin tutulması tələbi uşaqların qayğısına qalmaq və onları tərbiyə etmənin valideynlərin borcu olması konstitusion müddəasından irəli gəldiyi üçün qanunvericilikdə alimentlə bağlı məsələlər dəqiq şəkildə müəyyən edilmiş, eləcə də alimentin valideynlərdən birinin aylıq qazancına nisbətdə və ya sabit pul məbləğində tutulması əsasları öz əksini tapmışdır. Bu baxımdan, alimentin məbləği və tutulması qaydası ilə bağlı məsələlər həll edilərkən uşaqların mənafeyi nəzərə alınmaqla yanaşı, uşaq(lar)ın yardıma ehtiyacı və valideynin ona nə dərəcədə yardım etmək iqtidarında olması meyarları da əsas götürülməlidir. Belə ki, tərəflərin ailə və maddi vəziyyəti alimentin miqdarının müəyyən edilməsi üçün mühüm əhəmiyyət kəsb edir. İddia tələbinin tam təmin edilməsi aşağıdakılara görə məqsədəuyğun deyil. Əvvəla, iddiaçı cavabdehin tələbdə göstərilən məbləğdə alimenti ödəyə biləcəyini təsdiqləyən sübutu məhkəməyə təqdim etməmişdir. Eyni zamanda Elektron Məhkəmə İnformasiya Sistemində, iddiaçı "X8 Kompani S.A." Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində maşinist, qaldırıcı qurğu vəzifəsində işləməklə hər ay 1400 manat əmək haqqı alması müəyyən edilmişdir. Bundan başqa uşaqların saxlanılmasını tam olaraq valideynlərdən birinin üzərinə qoymaq, konkret olaraq hazırkı işdə uşağın saxlanılması üçün yalnız ananın maddi öhdəliyini tanıyaraq alimentin məbləğini 235 manat miqdarında müəyyən etmək Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci və Ailə Məcəlləsinin 56.1-ci maddələrinin tələblərinə uyğun olmazdı. Çünki, həmin normalarla müəyyən etməyə əsas verir ki, uşağın saxlanılması valideynlərdən birinin deyil, onların hər ikisinin bərabər vəzifəsidir və məhkəmə tərəflərin əmlak vəziyyətini nəzərə alaraq, bərabərlik qaydasına mümkün qədər riayət olunmasını təmin etməlidir. Ona görə də məhkəmə iddianın qismən təmin edilərək tərəflərin birgə nikahından doğulmuş uşağın saxlanılması üçün cavabdehdən hər ay hər uşağa görə 150,0 manat sabit pul məbləğində alimentin tutulmasını məqsədəuyğun hesab edir. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddəti xx.xx.2024-cü il tarixdən başlanmalıdır. Belə ki, Azərbaycan Respublikası AM-nin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamə dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə eyni zamanda hesab edir ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə ilkin mediasiya sessiyasında iştirak edərək, 50 manat mediasiya xərci ödəmişdir. İddianın qiyməti aliment alınması haqqındakı iddialar üzrə bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyindən, 56 manat dövlət rüsumunun ödənilməyən hissəsini təşkil edən 6 manat dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcinə daxil olan 6,0 manat məbləğində dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixdən başlayaraq 21 aprel 2012-ci il təvəllüdlü X4 və 06 may 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 150,0 manat olmaqla, cəmi 300,0 manat sabit pul məbləğində aliment tutulub İddiaçı xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixdən başlayaraq 21 aprel 2012-ci il təvəllüdlü X4 və 06 may 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 150,0 manat olmaqla, cəmi 300,0 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Qətnamə dərhal icra edilsin. 6,0 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar