Məhkəmə qərarları › İş №e-2(003)-3233/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №e-2(003)-3233/2021

16.07.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(003)-3233/2021 16.07.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Tağıyev Zaur Müzəffər oğlu – kreditor "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin borclu Hüseynov Əli Rasim oğluna qarşı borcun ödənilməsi barədə məhkəmə əmrinin verilməsi barədə ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, müəyyən etdi: Kreditor "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti borclu Hüseynov Əli Rasim oğluna qarşı borcun ödənilməsi barədə elektron ərizə ilə məhkəməyə müraciət edərək, borcludan 520 manat borcun, 156 manat cərimə borcu və 20 manat ödənilmiş dövlət rüsumunun məcburi qaydada tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Məhkəmə elektron ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, ərizənin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 275.1-ci maddəsinə əsasən, müəyyən pul məbləğinin ödənilməsi tələbləri və ya əmlakın tələb edilməsi üzrə işlərə baxılmasının bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydasında yol verilir. Həmin Məcəllənin 275.2-ci maddəsinə əsasən, bu işlər üzrə hakimin aktı məhkəmə əmri formasında çıxarılır və bu akt icra sənədi hesab edilir. Məhkəmə hesab edir ki, kreditor ərizəyə tələbi təsdiq edən sənədi əlavə etmədiyindən ərizənin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, kreditor borcludan 156 manat cərimə borcunun ödənilməsi tələb etsə də, həmin cərimə borcunun yaranmasına səbəb olan sənədlər ərizəyə əlavə edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Azərbaycan Respublikası MPM-in 279.2.2-ci maddəsinə əsasən, verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa, məhkəmə əmrinin verilməsindən imtina edilir. Həmin Məcəllənin 280-ci maddəsinə əsasən, məhkəmə əmri irəli sürülmüş tələb məhkəməyə daxil olan gündən 3 gün ərzində, məhkəmə baxışı keçirilmədən və izahatları dinlənilmək üçün tərəflər çağırılmadan çıxarılır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 279, 263-264-cü maddələrini rəhbər tutaraq qərara aldı: Kreditor "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin borclu Hüseynov Əli Rasim oğluna qarşı 520 manat borcun, 156 manat cərimə borcunun və 20 manat ödənilmiş dövlət rüsumunun məcburi qaydada tutulması barədə məhkəmə əmrinin çıxarılması barədə ərizəsinin qəbul edilməsindən imtina edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar