Məhkəmə qərarları › İş №e-2(003)-3261/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-3261/2024

31.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-3261/2024 31.10.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan doğulmuş övladları – 07 dekabr 2018-ci il təvəllüdlü X9, 02 iyul 2020-ci il təvəllüdlü X10 və 02 iyul 2020-ci il təvəllüdlü X11 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay hər bir uşaq üçün 500 (beş yüz) manat, ümumilikdə 1 500 (min beş yüz) manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında 17 yanvar 2014-cü il tarixdə Səadət Sarayında (Bakı nikah evi) AZ-T №042557 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah bağlanmışdır. Tərəflərin birgə nikahdan 07 dekabr 2018-ci il təvəllüdlü X9, 02 iyul 2020-ci il təvəllüdlü X10 və 02 iyul 2020-ci il təvəllüdlü X11 anadan olmuşdur. İddiaçı ilə cavabdehin münasibəti evliliklərinin ilk vaxtı yaxşı olsa da, sonradan bu münasibət heç bir əsaslı əbəb olmadan pozulmuşdur. Cavabdehin özünü qeyri adekvat aparması, iddiaçıya və uşaqlara qarşı davamlı olaraq şiddət göstərməsi ailənin dağılmasına gətirib çıxarmışdır. Bu səbəbdən iddiaçı nikahın pozulması tələbi ilə məhkəməyə müraciət etmişdir. Hazırda iddiaçı ilə cavabdeh ayrı yaşayır. Azyaşlı uşaqlar iddiaçının himayəsindədirlər. Uşaqların təlim tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq iddiaçı üçün çətindir. Cavabdeh onlara qarşı heç bir diqqət və qayğı göstərmir, maddi vəziyyətləri ilə maraqlanmır. Azərbaycan Respublikası Qanununa edilən dəyişikliyə əsasən, ailə münasibətlərindən irəli gələn mübahisələr məhkəmədən öncə Mediasiya qaydasında həll olunmalıdır. İddiaçı tərəfindən Cavabdeh Mediasiya təklifi barədə məktub göndərilmiş, cavabdehdən bu təklifə heç bir cavab gəlmədikdə Bakı 9 saylı Mediasiya Təşkilatına müraciət etdik. Mediasiya Təşkilatı tərəfindən mediator qismində təyin edilmiş R.N.Şükürova xx.xx.2024-cü il tarixə saat 13:30-a ilkin mediasiya sessiyası təyin etsə də, cavabdeh tərəf iştirak etməmişdir. İddiaçı X2 iştirak etmiş və mediasiya xərci kimi 50 manat məbləğində ödəniş etmişdir. X2 iştirak edilməməsi barədə Bakı 9 saylı Mediasiya Təşkilatı tərəfindən MŞB/9/2024-00749 nömrəli xx.xx.2024-ci il tarixli Arayış tərtib edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə mülki işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə bildirdi ki, iddianı qəbul etmirik, tərəflər arasında razılıq olub, bununla bağlı Bakı 9 saylı Mediasiya təşkilatında bağlanmış barışıq sazişi imzalanmış və cavabdeh işlədiyi zaman aliment ödəməyə razılaşmışdır. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X4 xx.xx.2014-cü il tarixdə nikaha daxil olmuşlar və bu barədə nikah aktları qeydi kitabında 62 nömrə ilə qeydiyyata alınmışdır. Nikadan sonra arvada Əliyeva soyadı verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2018-ci il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2020-ci ildə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2020-ci ildə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan ilkin İMS-dan iştirak edilməməsi barədə MŞB/9/2024-00749 saylı xx.xx.2024-cü il tarixli arayışdan görünür ki Bayramov X3 prosesində iştirak etməmişdir. İş materiallarında olan Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 2(003)-1434/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında Səadət Sarayında (Bakı nikah evində) xx.xx.2014-cü il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 62 nömrə ilə qeydə alınmış nikah pozulmuşdur. İş materiallarında olan Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 2(003)-1434/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında mediasiya prosesi nəticəsində bağanmış MŞB/9/2023-02001 saylı xx.xx.2023-cü il tarixli barışıq sazişinin 1.2 və 1.3-cü bəndləri təsdiq edilməsi, xx.xx.2018-ci il təvəllüdlü X9, xx.xx.2020-ci il təvəllüdlü X11 və xx.xx.2020-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı himayəsinə verilməsi, maraqlı şəxs Cavabdeh xx.xx.2018-ci il təvəllüdlü X5, xx.xx.2020-ci il təvəllüdlü X6 və xx.xx.2020-ci il təvəllüdlü X1 üçün İddiaçı alimenti işlədiyi zaman ödənilməsi qət edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin direktoru X8 tərəfindən verilmiş arayışdan görsənir ki, cavahdeh Cavabdeh satış bölməsinin rəhbəri vəzifəsində işləyir və onun aylıq əmək haqqı məbləği 555.43 manat təşkil edir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında olan rəsmi nikah pozulmuşdur. Tərəflərin birgə nikahlarından 07 dekabr 2018-ci il təvəllüdlü X9, 02 iyul 2020-ci il təvəllüdlü X10 və 02 iyul 2020-ci il təvəllüdlü X11 doğulmuşdur. Hazırda iddiaçı 07 dekabr 2018-ci il təvəllüdlü X9, 02 iyul 2020-ci il təvəllüdlü X10 və 02 iyul 2020ci il təvəllüdlü X11 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay hər bir uşaq üçün 500 (beş yüz) manat, ümumilikdə 1 500 (min beş yüz) manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə icavabdehən alimentin tutulmasına qiymət verərək hesab edir ki, uşaqların saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə aliment tutulmalıdır. Lakin alimentin məbləği iddia tələbində qeyd edilən məbləğdə müəyyən edilməməlidir. Belə ki, iddiaçı üç uşağın saxlanılması üçün ümumilikdə 1500 manat aliment tələb etsə də, cavabdehin bunun ödənilməsi üçün zəruri vəsaitə malik olmasına dair hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Qeyd edilənlərə əsasən cavabdehdən hər ay uşaqlarının saxlanılması üçün hər uşağa 180 manat olmaqla ümumilikdə 540 manat sabit pul məbləğində alimentin tutulması ədalətli və ağlabatandır. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 07 dekabr 2018-ci il təvəllüdlü X9, 02 iyul 2020-ci il təvəllüdlü X10 və 02 iyul 2020-ci il təvəllüdlü X11 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay hər bir uşaq üçün 180 (yüz səksən) manat, ümumilikdə 540 (beş yüz qırx) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq hesab edir ki, alimentin tutulma müddəti aliment tələbi ilə bağlı ərizə ilə məhkəməyə müraciət etdiyi vaxtdan başlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddiaçı mövcud iddia tələbi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Buna görə də, alimentin tutulma müddəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi xx.xx.2024-cü il tarixdən başlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddian qismən təmin edilsin. 07 dekabr 2018-ci il təvəllüdlü X9, 02 iyul 2020-ci il təvəllüdlü X10 və 02 iyul 2020-ci il təvəllüdlü X11 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay hər bir uşaq üçün 180 (yüz səksən) manat, ümumilikdə 540 (beş yüz qırx) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Qətnamə dərhal icra edilsin Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar