Məhkəmə qərarları › İş №e-2(003)-3293/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №e-2(003)-3293/2024

10.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(003)-3293/2024 10.09.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, alimentin təyin edilməsi və uşaqların ananın himayəsində saxlanması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmənin hazırlıq iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, alimentin təyin edilməsi və uşaqların ananın himayəsində saxlanması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdehlə olan nikahın pozulması, birgə nikahdan doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X1 öz yanında saxlanmasını və X2 yetkinlik yaşına çatanadək saxlanması üçün aylıq 235 manat sabit pul məbləğində alimentin tutulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə xx.xx.2017-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Onların nikahı Bakı şəhəri 2 saylı “Asan Xidmət“ mərkəzi qeydiyyat şöbəsi tərəfindən rəsmiləşdirilmişdir. Onların birgə xx.xx.2019-cu il təvəllüdlü X2 dünyaya gəlmişdir. Onlar ailə qurduqdan sonra ilk vaxtlar cavabdehlə onun münasibəti yaxşı olsa da, sonradan onların münasibətləri pozulmuşdur. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasıdna iştirak etməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Mülki Prosessual Məcəllənin 259.0.7-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə ərizə baxılmamış saxlanır. Məhkəmə hesab edir ki, iddiaçı xx.xx.2024-cü və xx.xx.2024-cü il tarixli məhkəmə iclaslarına gəlmədiyinə görə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259.0.07-ci, maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, alimentin təyin edilməsi və uşaqların ananın himayəsində saxlanması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar