Məhkəmə qərarları › İş №e-2(003)-3410/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №e-2(003)-3410/2024

26.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(003)-3410/2024 26.09.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “alimentin təyin edilməsi və uşaqların ananın himayəsində saxlanması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmənin hazırlıq iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “alimentin təyin edilməsi və uşaqların ananın himayəsində saxlanması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək birgə nikahdan doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X1 üçün bir uşağa görə 235 azn olmaqla cəmi 470 azn aliment məbləği tutulmaqla, hər iki uşağın öz himayəsində saxlanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə xx.xx.2013-cü il tarixdə rəsmi nikaha daxil olmuşdur. Onların nikahları Bakı şəhəri Qobustan rayon Qeydiyyat şöbəsi tərəfindən rəsmiləşdirilmişdir. Bu barədə xx.xx.2020-ci il tarixdə AZ-T seriyalı, 016927 saylı nikah haqqında şəhadətnamə verilmişdir.Onların birgə nikahlarından 2 yetkinlik yaşına çatmayan uşaqları – xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X4 dünyaya gəlmişdir. Onlar ailə qurduqdan sonra ilk vaxtlar cavabdehlə onun münasibəti yaxşı olsa da, sonradan onların münasibətləri pozulmuş, ailənin qorunması üçün edilmiş cəhdlər boşa çıxmışdır. Nəticədə, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Binəqədi rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 497596 nömrəli nikahın pozulması haqqında şəhadətnamə ilə İddiaçı və Cavabdeh arasında bağlanmış nikaha xitam verilmişdir. Hazırki vəziyyətdə iddiaçı cavabdehin uşaqlarla görüşməsinə maneə olmadığı halda, cavabdeh uşaqların saxlanması üçün olan alimenti ödəməkdən imtina edir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirakı etmiş Cavabdeh mülki işin baxılmamış saxlanılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə, iddia ərizəsini və iş materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.13-cü maddəsinin tələbinə əsasən baxılmamış saxlanılmalıdır. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 28.1-ci maddəsinə əsasən ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 29.1.9-cu maddəsinə əsasən bu Qanunun 28-ci və 29-cu maddələrində nəzərdə tutulmuş hallarda tərəf bu Qanunun 29.7-ci maddəsində nəzərdə tutulmuş müvafiq arayışı və ya protokolu məhkəməyə etdiyi müraciətinə əlavə etmədikdə müraciət məhkəmə tərəfindən baxılmamış saxlanılır: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.13-cü maddəsinə əsasən məhkəmə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9-cu maddəsində göstərilən hallarda ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, iddiaçı məhkəmədən öncə ilkin mediasiya sessiyasına müraciət etmədiyi üçün iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259-cu, “Mediasiya haqqında” qanunun 21.9-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı “alimentin təyin edilməsi və uşaqların ananın himayəsində saxlanması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar