Məhkəmə qərarları › İş №e-2(003)-3414/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-3414/2024

29.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-3414/2024 29.10.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 iştrakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "pul" tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 448 manat, Cavabdeh2 146 manat məbləğində pulun və ödənilmiş 30,40 manat dövlət rüsumunun müştərək qaydada tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməsini xahiş etmişdir. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X3 məhkəmə iclasında bildirdi ki, İddiaçı MMC ilə X5 arasında bağlanmış 20 may 2021-ci il tarixli MAS-3757 saylı “Daxili lizinq” müqaviləsinə əsasən Orucovun müvəqqəti sahiblik və istifadəsinə “Khazar LX” markalı, **- PY-*** dövlət qeydiyyat nişanlı avtomobil verilmişdir. Cavabdehlər lizinq obyekti olan Khazar LX” markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən inzibati xətalar məcəlləsinin tələblərini pozmuş və barələrində inzibati xəta haqqında protokol tərtib olunaraq cərimə olunmuşdur. Həmin şəxslər cərimələri ödəməkdən yayındığı çün İddiaçı MMC-yə məxsus “Khazar LX” markalı, **-PY-*** qeydiyyat nişanlı avtomobilin üzərində olan cərimələr şirkət tərəfindən ödənilmişdir. X8 və BNA tərəfindən qeydə alınmış protokollar: 1. Cavabdeh1: BNA1937217 saylı protokola görə 64 manat, BNA1937223 saylı protokola görə 32 manat, BNA1941734 saylı protokola görə 32 manat, EQ10675156 saylı protokola görə 240 manat, EQ8966962 saylı protokola görə 80 manat. 2. Cavabdeh2: BNA2199441 saylı protokola görə 18 manat, EQ8981430 saylı protokola görə 64 manat, İXP4381224 saylı protokola görə 64 manat. Yuxarıda qeyd edilən inzibati xəta haqqında protokollara görə ümumilikdə 594 manat məbləğində pul vəsaiti İddiaçı MMC tərəfindən ödənilmişdir.İddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasında iştirak etməmişlər və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştrakçısını dinləyib və işə əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli, MAS-3757 saylı daxili lizinq müqaviləsindən görünür ki, “Khazar LX” markalı avtomobil X4 lizinqə verilmişdir. İş materiallarına əlavə olunmuş Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Khazar LX” markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" MMC-nin mülkiyyətindədir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Elektron xidmətlər portalından çıxarışdan görünür ki, Cavabdeh1 “Khazar LX” markalı, **- PY-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməsi zamanı yol hərəkəti qaydalarını pozduğuna görə EQ10675156 saylı protokola görə 240 manat, EQ8966962 saylı protokola görə 80 manat məbləğində cərimə hesablanmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Elektron xidmətlər portalından çıxarışdan görünür ki, Cavabdeh2 “Khazar LX” markalı, **- PY-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməsi zamanı yol hərəkəti qaydalarını pozduğuna görə EQ8981430 saylı protokola görə 64 manat, İXP4381224 saylı protokola görə 64 manat məbləğində cərimə hesablanmışdır. İş materiallarına əlavə olunmuş X2 ********** nömrəli, ********** nömrəli mədaxil qəbzlərindən görünür ki, Cavabdeh2 hesablanmış EQ8981430 saylı protokola görə 64 manat, İXP4381224 saylı protokola görə 64 manat məbləğində cərimə "xxxx" MMC tərəfindən ödənilmişdir. İş materiallarına əlavə olunmuş 58451882 nömrəli, xx.xx.2024-cü il tarixli mədaxil qəbzlərindən görünür ki, Cavabdeh2 hesablanmış BNA2199441 saylı protokola görə 18 manat məbləğində cərimə "xxxx" MMC tərəfindən ödənilmişdir. İş materiallarına əlavə olunmuş 58452026 nömrəli, xx.xx.2024-cü il tarixli, 58452003 nömrəli, xx.xx.2024-cü il tarixli, 58451949 nömrəli, xx.xx.2024-cü il tarixli mədaxil qəbzlərindən görünür ki, Cavabdeh1 BNA1937217 saylı protokola görə 64 manat, BNA1937223 saylı protokola görə 32 manat, BNA1941734 saylı protokola görə 32 manat məbləğində cərimə "xxxx" MMC tərəfindən ödənilmişdir. İş materiallarına əlavə olunmuş "xxxx" MMC tərəfindən Cavabdeh1 ünvanlanmış xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehə borc barədə xəbərdar edilmiş və borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə borc məbləğinin borcludan tutulması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarına əlavə olunmuş "xxxx" MMC tərəfindən Cavabdeh2 ünvanlanmış xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehə borc barədə xəbərdar edilmiş və borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə borc məbləğinin borcludan tutulması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən “zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən “Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir”. Məhkəmədə müəyyən olundu ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 "xxxx" MMC-nə məxsus “Khazar LX” markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməsi zamanı yol hərəkəti qaydalarını pozduğuna görə cərimə olunmuş və bu cərimə məbləğləri "xxxx" MMC tərəfindən ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh2 146 manat, Cavabdeh1 448 manat məbləği iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. İş materiallarına əlavə olunmuş ********** nömrəli, xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 30,40 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, 30,40 manat məbləğində dövlət rüsumu cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəlləsinin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh1 448 (dörd yüz qırx səkkiz) manat, Cavabdeh2 146 (yüz qırx altı) manat ümumilikdə 594 (beş yüz doxsan dörd) manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 30,40 (otuz manat qırx qəpik) manat müştərək qaydada tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar