Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-3418/2024 30.10.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh X5 qarşı “alimentdən azad edilmə” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh X5 qarşı “alimentdən azad edilmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 18 oktyabr 2014-cü ildə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan 19 iyul 2015-ci il təvəllüdlü X14 və 12 iyul 2016-cı il təvəllüdlü X13 doğulmuşdur. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 24 yanvar 2020-ci il tarixli 2(003)-123/2020-saylı qətnaməsi ilə nikahları tulmuş, birgə nikahdan olan 12 iyul 2016-cı il təvəllüdlü X6 anasının himayəsində qalması və 19 iyul 2015-ci il təvəllüdlü X11 atadan alınaraq X7 verilməsi qət edilmişdir. Birgə nikahdan olan 19 iyul 2015-ci il təvəllüdlü X2 Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 7 iyul 2023-cü il tarixli e-2(003)-179/2023-saylı qətnaməsi ilə atanın himayəsinə dair iddia təmin olunmuşdur. Qeyd edilənlərə əsasən Xəzər Rayon Məhkəməsinin 24 yanvar 2020-ci il tarixi 2(003)-123/2020-saylı qətnaməsi ilə 12 iyul 2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər qazancının və başqa gəlirlərimin dörddə bir hissəsi miqdarında alimentin ödənilməsindən azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə oğlu iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçının cavabdehə aliment borcu yoxdur, birgə nikahdan doğulmuş iki uşaqdan biri atanın digəri isə ananın himayəsindədir və ananın maddi sıxıntısı yoxdur. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e- 2(003)-179/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinin iş materiallarından görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-123/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddıaçı X12 ilə cavabdeh İddiaçı arasında 18 noyabr 2014-cü il tarixdə Səbail rayon Qeydiyyat şöbəsi tərəfindən nikahın bağlanması haqqında 376 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmas, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X13 anasının himayəsində saxlanılması, xx.xx.2015-ci il təvəllüdlü X9 atası İddiaçı alınaraq anasının himayəsinə verilməsi, cavabdeh İddiaçı xx.xx.2016-cı il təvəlludlu X1 üçün xx.xx.2019-cu il tarixdən hər ay qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında aliment tutularaq iddiaçı X7 verilməsi, xx.xx.2015-ci il təvəllüdlü X14 cavabdeh İddiaçı alınıb iddiaçı X3 himayəsinə verildiyi gündən alimentin tutulması dəyişilərək cavabdehdən hər iki uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında aliment tutularaq iddiaçı X7 verilməsi, alimentin tutulmasının xx.xx.2015-ci il təvəllüdlü X10 münasibətdə 28 avqust 2019-cu il tarixdən hesablanması qət edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 1260/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(003)-1335/2020 saylı qətnaməsi əsasında cavabdeh İddiaçı X4 xeyrinə tutulan alimentin miqdarı artırılması və hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq xx.xx.2019-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh İddiaçı X4 xeyrinə hər ay 220 manat sabit pul məbləğində aliment tutulması, cavabdeh İddiaçı 30 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)- 179/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, xx.xx.2015-ci il təvəllüdlü X14 İddiaçı himayəsinə verilməsi, İddiaçı Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)123/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş “xx.xx.2015-ci il təvəllüdlü X14 cavabdeh İddiaçı alınıb iddiaçı X3 himayəsinə verildiyi gündən alimentin tutulması dəyişilərək cavabdehdən hər iki uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay qazancının (başqa gəlirlərinin) üçdə bır hıssəsi miqdarında aliment tutularaq iddiaçı X7 verilməsi” öhdəliyindən azad edilməsi qət edilmişdir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər 18 noyabr 2014-cü il tarixdə rəsmi nikaha daxil olmadan ailə həyatı qurmuşlar. Tərəflərin faktiki nikahlarındn xx.xx.2016-cı il təvəllüdlü X13 və xx.xx.2015-ci il təvəllüdlü X14 doğulmuşdur. Sonradan rəsmi nikahları pozulmuşdur. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-123/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə xx.xx.2016-cı il təvəllüdlü X13 və xx.xx.2015-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər iki uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında aliment tutularaq iddiaçı X7 verilməsi qət edilmişdir. Sonradan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-179/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, xx.xx.2015-ci il təvəllüdlü X14 İddiaçı himayəsinə verilməsi, İddiaçı Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)123/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş “xx.xx.2015-ci il təvəllüdlü X14 cavabdeh İddiaçı alınıb iddiaçı X3 himayəsinə verildiyi gündən alimentin tutulması dəyişilərək cavabdehdən hər iki uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay qazancının (başqa gəlirlərinin) üçdə bır hıssəsi miqdarında aliment tutularaq iddiaçı X7 verilməsi” öhdəliyindən azad edilməsi qət edilmişdir. İddiaçı, iddia tələbini uşağın birinin - xx.xx.2015-ci il təvəllüdlü X9 onun himayəsində yaşamasını, bir övladının - xx.xx.2016-cı il təvəllüdlü X6 isə anasının himayəsində olması ilə, tərəflərin maddi vəziyyəti və onun cavabdehə qarşı aliment tələbinin olmaması ilə əsaslandırmışdır. Məhkəmə hesab edir ki, qeyd edilən əsaslar alimentin ödənilməsindən azad olunması üçün əsasdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə uyğun olaraq valideynlər uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam şəraitdə böyütməli, ümumtəhsil və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.3-cü maddəsinə görə “Tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən aztəminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir”. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası MPM-nin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi sabit pul məbləğində alimentin müəyyən edilməsi zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Qanun, həmçinin tərəflərdən birinin ailə və ya maddi vəziyyətində yaranmış dəyişikliklə əlaqədar alimentin miqdarının azaldılması imkanını nəzərdə tutur. Lakin qanunun mənasına görə bu, yalnız o halda mümkündür ki, tərəf həqiqətən də ailə və ya maddi vəziyyətində əhəmiyyətli pisləşməsini təsdiq edən sübutları məhkəməyə təqdim etsin, habelə daha az alimentin ödənilməsi ilə də uşaqların layiqli həyat şəraitini təmin etmək mümkün olsun. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.2-ci bəndində qeyd edilir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Həmin qərarın 8.7-ci bəndinə əsasən alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. İşin sadalanan hallarından göründüyü kimi, məhkəmə tərəfindən İddiaçı qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında aliment onların hər iki uşağının ananın himayəsinə verilməsi halı ilə şərtləndirilmişdir. Hazırda bir uşaqları X9 atasının himayəsində olması iddiaçının digər övladı X1 üçün hər ay qazancın dörddə bir hissəsi miqdarında aliment öhdəliyindən azad edilməsi üçün əsasdır. Məhkəmənin qənaətinə görə iddiaçının əsaslandığı hallar, onun ailə və ya maddi vəziyyətində baş vermiş dəyişiklikləri müvafiq olaraq alimentin ödənilməsindən azad edilməsi üçün əsas kimi qəbul edilə bilər. Bu zaman xüsusilə nəzərə alınmalıdır ki, Ailə Məcəlləsi alimentin təyin edilməsində olduğu kimi, onun azaldılması və xitam verilməsi zamanı da yalnız uşağın valideynlərinin ailə və ya maddi vəziyyəti ilə bağlı meyarların nəzərə alınmasını tələb edir. Halbuki, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235,0 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iddiaçının nəzərinə çatdırır ki, aliment öhdəliyindən azad edilməsi onun övladının maksimum normal şəraitdə yaşamasını və böyüməsini təmin etmir. Məhkəmə bu qəbildən olan işlərə baxarkən, ilk öncə daha çox qayğıya ehtiyacı olan uşağın mənafeyini, daha sonra valideynlərin mənafeyini nəzərə almağa borcludur. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, qanunla tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən aztəminatlı digər valideynin xeyrinə maddi cəhətdən köməklik edilməlidir, lakin cavabdehin azyaşlı övladının saxlanılmasında maddi yardıma ehtiyacının olması ilə müəyyən edildiyindən, cavabdeh isə maddi yardıma ehtiyacının olmasına dair sübutu məhkəməyə təqdim etmədiyindən, bununla da onun maddi yardıma ehtiyacının olması müəyyən edilmədiyindən, iddiaçının iddiasının əsası kimi istinad etdiyi hallar sübut olunmuşdur. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının alimentin ödənilməsindən azad edilməməsinə əsas verən cavabdehin ailə və ya maddi vəziyyətində əhəmiyyətli pisləşməsini təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, iddia tələbi təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 24 yanvar 2020-ci il tarixi 2(003)-123/2020-saylı qətnaməsi ilə müəyyən edilmiş “12 iyul 2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin tutularaq X7 verilməsi” öhdəliyindən azad edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Tağıyev
Məhkəmə qərarları › İş №e-2(003)-3418/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-3418/2024
30.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver