Məhkəmə qərarları › İş №e-2(003)-3426/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №e-2(003)-3426/2021

04.08.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(003)-3426/2021 04.08.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Bəhrəmzadə Sabit Xanlar oğlu, Kreditor MMC-nin Borclu qarşı əmr icraatı qaydasında pul tələbinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: Kreditor MMC əmr icraatı qaydasında Borclu qarşı pul tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, borcludan 210,34 manat əsas, 63,10 manat cərimə, cəmi 273,44 manat borcun və 20.4 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə məhkəmə əmrinin çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edilməlidir. Belə ki, borcludan 210,34 manat əsas, 63,10 manat cərimə, cəmi 273,44 manat borcun tutulması tələb olunsa da, həmin borcun olmasını təsdiq edilən sənəd ərizəyə əlavə edilməmişdir. Həmçinin “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.3-cü maddəsinə əsasən məhkəməyə verilən məhkəmə əmri haqqında ərizələr üçün dövlət rüsumu 20 manat nəzərdə tutulmasına baxmayaraq, borcludan ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20.4 manat məbləğində pul tələb olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. Həmin Məcəllənin 279.2.2-ci maddəsinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa məhkəmə, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edir. Həmin Məcəllənin 279.2.3-cü maddəsinə əsasən ərizənin əsaslandığı tələb etmə hüququ barədə mübahisə vardırsa, məhkəmə, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, borcludan tutulmalı olan borc məbləğini təsdiq edən sənəd ərizəyə əlavə edilmədiyindən və kreditor tərəfindən borcludan qanunvericilikdə nəzərdə tutulmuş məbləğdə dövlət rüsumu tələb olunmadığından məhkəmə əmrinin çıxarılmasından imtina edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 152, 263-264 və 268ci maddələrini rəhbər tutaraq, qərara aldı: Kreditor MMC-nin Borclu qarşı əmr icraatı qaydasında pul tələbi barədə ərizəsinin qəbul olunmasından imtina edilsin. Kreditora izah edilsin ki, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması həmin tələb üzrə iddia icraatı qaydasında iddia verilməsinə mane olmur. Qərardaddan şikayət verilə bilməz. Hakim Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar