Məhkəmə qərarları › İş №e-2(003)-352/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-352/2025

16.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-352/2025 16.07.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “atalığın mübahisələndirilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı “atalığın mübahisələndirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il təvəllüdlü X3 onun övladı olmamasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Cavabdeh ilkin olaraq ona qarşı “nikahın pozulması və aliment” tələbinə dair iddiası ilə bağlı məhkəmə müraciət etmişdir. İddiaçı iddiasında göstərmişdir ki, o, qədər çalışsada ailəni qoruyub saxlamaq cəhdləri bir nəticə verməmişdir. Məhkəmə prosesi zamanı o qarşlıqlı iddia verərək uşaq onun olmadığından atalığı mübahisələndirmişdir. İddiaçı belə olduğu halda tez aliment tələbindən imtina etmişdir. Onun imtina etməsinə səbəb uşağın həqiqətən onun olmamasını bilməyidir. İddiaçı aliment tələbindən imtina etdiyindən onun qarşılıqlı iddiası da geri qaytarılmışdır. Xəzər rayon Məhkəməsinin e-2(003)-1439/2024 xx.xx.2024-cü il tarixli qətnaməsi ilə nikah pozulmuşdur. Cavabdeh ilə 2008-ci ildə ailə həyatı qurmuşdur. Uzun illər övladları olmamışdır. Onlar Almaniya kimi bir ölkədə mülaicə alsalar da uşağı olmadı. Daha sonra Gürcüstanda həkim tapdılar onun yanına getdilər. Həmin həkimdə ona bildirdi ki, sənin uşağının olması mümkün deyil. Bütün həkimlər bildiridilər ki, ancaq süni mayalanma yolu ilə uşaq sahibi ola bilərlər. Hətta bir dəfə də süni mayalanma yolu ilə uşaq sahibi olmaq istəsə də o da alınmadı. Bu qədər əziyyət çəkməyinə baxmayaraq Cavabdeh son zamanlar onunla aqressiv danışırdı. Lakin 2019-cu ilin əvvəllərində bir gün Günel dedi ki, 4 aylıq hamilədi. Valideynləri uşaq olmasını öyrəndikdən sonra atası Almaniyaya gəldi. O bu məsələnin üstünə day çox getmədi. Ancaq hər vatx bu uşağın necə olması onu düşündürürdü. Uşağı 4 aydan sonra yoxladan zaman ağ ciyərində xəstəlik olduğu aşkarlandı. Ana bətnində 4 dəfə cərrahiyə əməliyyatı oldu. Uşaq doğulduqdan sonra isə Günül Ağayevə daha da aqressivləşdi. Onunla yola getmədi. Hətta onu polislə hədələməyə başladı. O məcbur qalıb gedib başqa şəhərdə tamış dostugildə qaldı. Çünki Almaniyada şikayət olunan kimi deportasiya edirlər. Cavabdeh niyyəti şikayət edib onu deportasiya etdirmək idi. Onun bu halları onu narahat etməyə başladı. Eləcədə həkimlərin heç vaxt onun övlad sahibi ola bilməyəcəyini ancaq süni mayalanma ilə övlad sahibi ola biləcəyini bildirmələri, lakin sünu mayalanma olmadan 2019-cu ildə anidən Cavabdeh hamilə olması onu şübhəyə saldı. Hazırda isə əvvələr onun evinə gedib gələn şəxslə münsibətlərini davam etdirir. Sonuncu danışıq zamanı isə Günel Ağayevə ona bildirdi ki, bu uşağın sənə heç bir aidyyəti yoxdur. O artıq bu şübhələrdən azad olmaq istəyir. 04 may 2024-cü il tarixdə X2 Mərkəzinidə analiz vermiş. Həmin analizin cavabı 06 may 2024-cü ildə hazır olmuşdur. Həmin analiz cavabında qeyd olunur ki, Sperm konsentasiyası az olduğu üçün morfoloji təhlil və canlılıq testinin aparılaması mümkün olmamışdır. Bu bir daha sübut edir ki, onun uşağı ola bilməz. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək, İddiaçı xx.xx.2019-cu il tarixdə anadan olmuş X3 atası olmaması faktı müəyyən edilməklə, doğum haqqında akt qeydləri kitabında İddiaçı xx.xx.2019-cu il tarixdə doğulmuş X3 atası kimi yazılması haqqında qeydin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Proses iştirakçılarının izahatı Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə olunmuş sənədlər Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası İddiaçı, anası Cavabdeh olan xx.xx.2019-cu il tarixdə doğulmuş X6 doğulmuşdur. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1439/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinin sürətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2016-cı il tarixdə Masallı rayon Qeydiyyat şöbəsində 541 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuş, nikah pozulduqdan sonra xx.xx.2019-cu il təvəllüdlü X6 anası Cavabdeh yanında qalması, Cavabdeh tərəfindən dövlət rüsumu üçün ödənilmiş 50 manat və mediasiya xərci üçün ödənilmiş 50 manat, cəmi 100 (yüz) manat məbləğində pul vəsaiti X1 tutularaq Cavabdeh verilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X5 X7 92 saylı, xx.xx.2025-ci il tarixli ekspert rəyinə əsasən, İddiaçı spermoqramması azospermiyalı yəni, nəsil əmələ gətirə bilməmə diaqnozunu təstiq edir. Tətbiq edilən qanunvericilik Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.2-ci maddəsinə əsasən, uşaq, aralarında nikah bağlanmış şəxslərdən olduqda, eləcə də nikahın pozulması və ya etibarsız sayılması vaxtından və ya uşağın atasının ölümündən 300 gün ərzində doğulduqda, başqa sübutlar yoxdursa, uşağın atası ananın əri (keçmiş əri) hesab olunur. Atalıq ərlə ananın nikahı haqqında qeyddə təsdiq olunur. 45.1-ci maddəsinə əsasən, uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Qeyd edilən Məcllənin 46.1 və 46.2-ci maddələrinə əsasən, öz aralarında nikahda olan ata və ana doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. Valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. 47.1 və 47.2-ci maddələrinə əsasən, bu Məcəllənin 46.1-ci və 46.2-ci maddələrinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər. Bu Məcəllənin 46.2-ci maddəsinə əsasən uşağın atası kimi yazılmış şəxs qeydlər zamanı özünün uşağın həqiqi valideyni olmadığını bilirdisə, onun atalığa dair mübahisə açma haqqında tələbi təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni vəəsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasəm hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi Məhkəmə tərəfləri dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı Cavabdeh ilə birgə nikahlarından xx.xx.2019-cu il tarixdə doğulmuş X6 adlı uşaqları anadan olmuşdur. Uşaq İddiaçı Cavabdeh ilə rəsmi nikahda olduğu müddət ərzində anadan olduğundan uşağın doğum haqqında şəhadətnaməsində ata qrafasında “İddiaçı” qeyd edilmişdir. İddiaçı izahatında Ümidin atasının onun olmadığını bildirmişdir. Həmçinin iş üzrə alınmış ekspert rəyi ilə də uşaq barəsində İddiaçı atalıq faktı inkar olunmuşdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı xx.xx.2019-cu il tarixdə doğulmuş Ümidin atası olmaması faktının müəyyən edilməsi hissəsində iddia tələbi təmin edilməlidir. İddiaçı həmçinin Mannhaym şəhər VVAQİ tərəfindən verilmiş doğum haqqında akt qeydləri kitabında İddiaçı xx.xx.2019-cu il tarixdə doğulmuş X3 atası kimi yazılması qeydinin ləğv edilməsi xahiş edir. Məhkəmə hesab edir ki, uşağın atasının X4 olmadığı iş üzrə təsdiq olunduğundan, buna müvafiq olaraq akt qeydində dəyişikliyin aparılması məqsədəuyğundur. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı xx.xx.2019-cu il tarixdə doğulmuş X3 atası olmaması və Mannhaym şəhər VVAQİ tərəfindən verilmiş doğum haqqında akt qeydləri kitabında İddiaçı xx.xx.2019-cu il tarixdə doğulmuş X3 atası kimi yazılması qeydi ləğv edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 360 və 362-ci maddələrini rəhbər tutaraq. məhkəmə q ə t e t d i: İddia təmin edilsin. İddiaçı xx.xx.2019-cu il tarixdə doğulmuş X3 atası olmaması müəyyən edilsin. Mannhaym şəhər VVAQİ tərəfindən verilmiş doğum haqqında akt qeydləri kitabında İddiaçı xx.xx.2019-cu il tarixdə doğulmuş X3 atası kimi yazılması qeydi ləğv edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar