Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-3555/2024 28.11.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Bolluq sahə-2 Cəmil Səlimov küçəsində yerləşən evə köçürülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh Oliboy oğlu ib xx.xx.1992-ci il tarixdə nikah bağlayaraq ailə qurmuşlar. Nikahları Bakı şəhəri Xəzər Rayon VVADQ Şöbəsi tərəfindən nikahın bağlanılması haqqinda akt qeydləri kitabında 376 nömrə ilə qeyd edilmişdir. Birgə nikahdan xx.xx.1993-cü il tarixdə anadan olmuş X9 qizı və xx.xx.1995-ci il tarixdə anadan olmuş X4 adlı övladları vardar. Övladları ailə quraraq köçmüşlər. Cavabdehlə ailə qurduqdan sonra Binə qəsəbəsində, Bolluq sahə-2 deyilən ərazidə (hazırda Cəmil Səlimov küçəsi) 0.06 ha torpaq sahasında yerləşən fərdi yaşayış evinin inşasını tamamlayıb, evi təmir edib, yaşayış üçün yararlı vəziyyətə gətirib, evə köçərək 32 il müddətində həmin ünvanda yaşamışlar. Sonradan həmin evə elektrik enerjisinin, qazın verilməsi üçün həmçinin telefon xəttinin çəkilməsi ilə bağlı cavabdehin adına müvafiq müqavilələr bağlanaraq yaşayış evini qaz, elektrik enerjisi, telefon va digar kommunal xidmətlərlə təchiz etmişlər. Övladlarının ikisi də həmin evdə anadan olublar. Qeyd olunan yaşayış evində o, iki övladı və cavabdehla birlikdə 1992-ci ildən birgə təsərrüfat aparmaqla ailə üzvü kimi yaşamışlar. Cavabdehlə ailə qurduqdan sonra münasibətləri normal olmuşdur. Lakin son vaxtlar ona məlum olmayan səbəbdən cavabdehlə münasibətlər pozulmuşdur. Cavabdeh onu döyüb təhqir edərək evdən çıxıb getməyə məcbur etmiş, evdə yaşamağa imkan vermir. O macbur qalıb müvəqqəti olaraq cavabdehin dayisına məxsus evdə dayisının ailə üzvləri ilə birlikdə yaşayır. Onu yaşayış evinə buraxması barədə cavabdehə dəfələrlə bildirməyinin heç bir nəticəsi olmamışdır. Odur ki, bu barədə Xəzər rayon polis İdarəsinə müraciət etmişdir. Cavabdehin onu evə buraxmaması nəticəsində uzun illər ərzində yaşadığı mənzildən qanunsuz olaraq məhrum olunmuşdur. Yaşayış evinə köçürülməyi təmin olunmadığı üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, cavabdehlə 1992-ci il tarixdə rəsmi nikaha daxil olduğunu, 1992-ci il tarixdən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bolluq sahə-2 Cəmil Səlimov küçəsində yerləşən fərdi yaşayış evinə köçdüyü üçün sözügedən evlə bağlı münasibətlər həmin tarixlərdə yaranmaqla iddia tələbina 01 oktyabr 2009-cu il tarixə qədər qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları baxımından qiymət verilməklə mübahisə həll edilməlidir. 01 oktyabr 2009cu il tarixədək qüvvədə olmuş keçmiş Mənzil Məcəlləsinin 53-cü maddəsinin 1-ci hissəsinə əsasən, kirayəçi ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini kirayə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həmin Məcəllənin 53-cü maddəsinin 3-cü hissəsinə əsasən, kirayəçinin ailə üzvləri kirayəçinin arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. Kirayəçi ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də kirayəçinin ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 123-cü maddəsinə görə isə, “yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onlarım köçməsi zamanı aşqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ila yol verilir. Həmin şəxslərin yaşayış həsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanıla”. Azərbaycan Respublikası Konstitusiyasmm 43cü maddəsinin 1-ci hissəsinə görə, "heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilmaz". Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanin mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Beləliklə, cavabdeh yuxarıda qeyd olunan qadağanedici normanı pozmuşdur, pozuntunun nəticələri hal- azıra kimi davam edir. Əgər qanun pozuntusu varsa onun nəticələri aradan qaldırılmalıdır, əks təqdirdə pozulan norma əhəmiyyəti olmayan norma sayıla ilər. Nəzərə almalıdır ki, Konstitusiyanın hər bir norması birbaşa hüquqi qüvvəyə malikdir. Qanun pozuntusunun nəticələrinin aradan qaldırılması və Konstitusiyanın hüquqi qüvvəsinin təmin edilməsi üçün isə iddiaçı məhrum edikliyi evə köçürülməlidir. Onu da qeyd edir ki, mübahisəli evin daşımaz mlakım dövlət reyestrində qeydə alınmamış olması Konstitusiyanın 43-cü maddəsinin tətbiq edilməsinə mane olmur. Belə ki, həmin ev faktiki olaraq mövcuddur və cavabdeh tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. Onlar mübahisəli evdə normal şərtlər daxilində yaşadıqlarından, bərabərlik prinsipinə uyğun olaraq onun həmin şərtlər daxilində bu evdə yaşamaq hüququ vardır. Bu yanaşmanın əksi, yəni iddiaçının evə köçürülməsindən evin özbaşına tikili olmasına əsaslanmaqla imtina edilməsi hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, iddia üzrə cavabdehə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər. Halbuki, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur. Həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı olmadığı təsbit olunmuşdur. Məhkəmə iclasında iddiaçının vəkili Vəkil1 iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi və izahatında göstərdi ki, iddiaçı hazırda həmin evdə yaşamır. Cavabdehlə aralarında barışıq mümkün deyildir. İddiaçı evə köçmək istəyir. Cavabdeh imkan vermir deyə iddiaçı evdə yaşaya bilmir. Məhkəmə iclasında cavabdeh iddia tələbini qəbul etməyərək rədd edilməsini xahiş etdi və izahatında göstərdi ki, torpaq sahəsi 1989-cu il tarixdə ayrılmışdır. 1990-cı il tarixdə tikintiyə başlamışdır. Evləndikdən sonra ev təmir edilmişdir. Aralarındakı nikahın pozulması barədə iş hazırda məhkəmədə icraatdadır. Məhkəmə iclasında cavabdehin vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək rədd edilməsini xahiş etdi və izahatında göstərdi ki, iddiaçı tərəf iddiaçının evdə yaşadığını bildirmişdir. Lakin, şahid ifadələrindən məlum olur ki, iddiaçı 3-4 ildir həmin evdə yaşamır. İddiaçı tərəfə humanizm prinsipinə əsasən kompensasiya təklif edirlər. Ev nikahdan əvvəl cavabdehə məxsus olmuşdur. Cavabdeh evi özü tikmişdir. İddiaçı polisə ərizə versə də, evdən çıxma tarixi göstərməmişdir. Boşanma ərizəsini məhkəməyə verdikdən sonra iddiaçı polisə şikayət edib. Döymə faktı polis tərəfindən verilən məktubda əks olunmur. Onlar mübahisəli ailə kimi qeydiyyatda deyildirlər. Məhkəmə iclasında şahid X5 ifadəsində göstərdi ki, o, tərəflərin qonşusudur. İddiaçı həmin evə gəlin köçmüşdür. Köçən zaman ev hazır tikili vəziyyətdə idi. Vaqif də orada yaşayırdı. Kommunal xətlər çəkilmiş və dam vurulmuşdu. Məhkəmə iclasında şahid X1 ifadəsində göstərdi ki, o, onların qonşusudur. 1989-cu il tarixdə həmin ərazidə torpaqlar verilmişdir. Həmin ev 1990-cı il tarixdə tikilmişdir. Onların 1992-ci il tarixdə toyu olmuşdur. Onun evi ilə arasında 40 metr məsafə vardır. Evi tikməyi təxminən bir il müddət çəkdi. Əvvəl Vaqif ata evində qalmışdır. Ev tikilən zaman gəlibgetmişdir. Ev iki mərtəbədən ibarət idi və toya qədər yaşamağa yararlı vəziyyətdə idi. Məhkəmə işdə iştirak edən şəxlərin izahatlarını, şahidlərin ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Bakı şəhəri Xəzər rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-T seriyalı 054246 saylı təkrar nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X2 nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.1992-ci il tarixdə 376 sayla qeyd edilmişdir. -Bakı 16 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş “mediasiya sessiyasında iştirak edilməməsi” barədə xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixə saat 10:00-da keçirilməsi nəzərdə tutulmuş ilkin mediasiya sessiyasında iştirak etməmiş, İddiaçı nümayəndəsi isə iştirak edərək 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir (mediator: R.Ə.Nəbizadə). -Binə Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Bolluq sahə-2 Cəmil Səlimov küçəsində yerləşən evdə yaşaması müəyyən edilmişdir. - Xəzər (Əzizbəyov) rayon X3 xx.xx.1989-cu ilk tarixli qərarından aydın olur ki, Cavabdeh ev tikintisi üçün Binə qəsəbəsində 600 kv/m. Torpaq sahəsi ayrılmışdır. İşin araşdırılmış hallarından müəyyən edilmişdir ki, iş üzrə iddiaçı ilə cavabdeh 1992ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Tərəflər evləndikdən sonra təxminən 30 il ərzində mübahisə predmeti olan Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Bolluq sahə-2 Cəmil Səlimov küçəsində yerləşən evdə yaşamışlar. Daha sonra isə aralarında olan ər-arvad münasibətləri kəsilmiş və iddiaçı başqa yerdə yaşamağa başlamışdır. Hazırda iddiaçı iddia ərizəsi ilə müraciət edərək cavabdehin onu evə buraxmadığını bildirərək özünün həmin evə köçürülməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Nəzərə alınmalıdır ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Mənzildən və digər yaşayış sahəsindən məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Baxılan iş üzrə iddiaçının köçmək istədiyi ev tərəflərin birgə nikah dövründə birgə yaşayadıqlarını nəzərə alaraq cavabdehin iddiaçıya qarşı törətdiyi məhrumetmə (evdə yaşamasına mane olma) qanunsuzdur (özbaşına tikili olsa belə). Bu səbəbdən iddiaçının evə köçürülməsi üçün qanuni maneə yoxdur. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir Mülki Məcəllənin 6.1.1-ci maddəsi isə mülki hüquq subyektlərinin bərabərliyini mülki qanunvericiliyin əsas prinsiplərindən biri kimi müəyyən etmişdir. Bərabərlik prinsipinə uyğun olaraq iddiaçının da cavabdehlə eyni şərtlər daxilində əvvəllər yaşadığı mənzildən yararlanmaq hüququ vardır. Bu yanaşmanın əksi, yəni iddiaçının həmin hissəyə köçürülməsindən cavabdehin mülkiyyətində olmasına əsaslanmaqla imtina edilməsi hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, cavabdehə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli Qərarına əsasən, 2000-ci ilin sentyabr 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123- cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. 2009-cu ilin oktyabr ayının 01-dək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1-ci hissəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanılır, müddətli həqiqi hərbi xidmətə çağırıldıqda-müddətli hərbi xidmət qurtarana qədər, habelə ehtiyatda olan zabitlər 3 ilədək müdətə həqiqi hərbi xidmətə çağırıldıqda –həqiqi hərbi müddətində, praporşik, miçman və müddətdən artıq həqiqi hərbi xidmətdə olduqda-hərbi xidmətin birinci beş ili ərzinqdə müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsi daha uzun müddətə saxlanılır. Həmin Məcəllənin 87-ci maddəsinin 2-ci hissəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Həmin Məcəllənin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ;ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddibüluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki işin materiallarında və tərəflə\rin izahatlarında müəyyən olunmuşdur ki, iddiaçı ərər gələrək 1992-ci ildən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bolluq sahə-2 Cəmil Səlimov küçəsində yerləşən fərdi evə köçmüş və orada yaşamışdır. Hal-hazırda onun başqa yaşayış sahəsi yoxdur. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edilməli, İddiaçı Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Bolluq sahə-2 Cəmil Səlimov küçəsində yerləşən evə köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia ərizəsi təmin edilsin. İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bolluq sahə-2 Cəmil Səlimov küçəsində yerləşən evə köçürülsün. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov
Məhkəmə qərarları › İş №e-2(003)-3555/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-3555/2024
28.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver