Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-3621/2024 31.10.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehnın iştirakları ilə İddiaçı Cavabdeh qarşı “aliment öhdəliyindən azad edilmə” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “aliment öhdəliyindən azad edilmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Cavabdeh qarşı məhkəmə qətnaməsinə əsasən təyin edilmiş aliment və yaranmış aliment borcunu ödəməkdən azad olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 23 noyabr 2007-ci il tarixdə evlənmiş və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 07 iyun 2023-cü il tarixli qətnaməsinə əsasən nikahları pozulmuşdur. Onların birgə nikahlarından xx.xx.2008-ci il təvəllüdlü X4, xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X6 doğulmuşlar. 27 iyul 2022-ci il tarixdə Cavabdeh onu döyüb xəsarət yetimiş, uşaqlarını əlindən alaraq onu evdən qovmuşdur. O, dəfələrlə uşaqlarını tələb etsə də o, uşaqları ona verməmiş və onlarla ünsiyyətdə olmağına imkan verməmişdir. Bundan sonra Cavabdeh ona qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 22 dekabr 2023-cü il tarixli 2(003)-4003/2023 saylı qətnaməsi ilə iddia tələblərinin qismən təmin edilməsi, Cavabdeh xeyrinə hər ay hər uşağa görə 140 manat olmaqla, ondan cəmi 420 manat aliment tutulması qət edilmişdir. Məhkəmə qətnaməsindən hüquqi savadsızlığı, maddi vəziyyətinin pis olduğundan, hüquqlarının peşəkar müdafiə olunmaması nəticəsində apellyasiya şikayəti verə bilməmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəyə minmiş və icra olunması üçün Yardımlı rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Hazırda heç bir yerdə işləmir. O, məhkəmə qətnaməsi ilə nəzərdə tutulan aliment məbləğini və aliment tutulması üzrə yaranmış borc məbləğini ödəmək iqtidarında deyil. Cavabdeh onu döyüb xəsarət yetidiyinə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək məhkəməyə verilmişdir. Cavabdeh valideynləri və özü cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün onunla barışmaq, bunun müqabilində uşaqları ona qaytarmaq və aliment ödəyəcəkləri vədi verdikdən sonra, o, barışıq barədə ərizə vermişdir. Məhkəmə qərarından bir müddət sonra o, onu aldadaraq uşaqları ona verməmişdir. Bundan sonra cavabdeh ona qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ona görə də o “aliment üzrə borcları və aliment ödəməkdən azadetmə barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bununla bağlı o, mediasiya qaydasında təkliflərini Cavabdeh göndərmiş, lakin o onun təkliflərinə cavab verməmiş, ilkin mediasiya sessiyasında iştirak etməkdən imtina etmiş və Bakı 8 saylı Mediasiya Təşkilatı bu barədə xx.xx.2024-cü il tarixli MŞB/8/2024-01765 saylı arayış vermişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi və izahatında göstərdi ki, hazırda heç bir yerdə işləmir. İş yoldaşının evində yaşayır. Yol xərclərini belə qarşılaya bilmir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək rədd edilməsini xahiş etdi və izahatında göstərdi ki, iddiaçı başqa bir şəxslə faktiki nikah münasibətlərindədir. Qətnamə ilə təyin edilmiş aliment ödənilməlidir. Aliment öhdəliyindən azad olunma üçün hər hansı bir əsas yoxdur. Üç uşaq üçün təyin edilmiş hərəsinə 140 manat məbləğində aliment belə hazırda uşaqların saxlanması üçün kifayət etmir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(003)-4003/2023 saylı qətnaməsinin surətindən görünür ki, iddia ərizəsi qismən təmin edilərək xx.xx.2023cü il tarixdən hesablanmaqla xx.xx.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay 140 manat sabit pul məbləğində aliment Cavabdeh xeyrinə tutulması, xx.xx.2023-cü il tarixdən hesablanmaqla xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay 140 manat sabit pul məbləğində aliment Cavabdeh xeyrinə tutulması və xx.xx.2023-cü il tarixdən hesablanmaqla xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay 140 manat sabit pul məbləğində aliment Cavabdeh xeyrinə tutulması qət edilmişdir. -xx.xx.2024-cü il tarixli “ilkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə arayışdan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixə təyin edilmiş mediasiya sessiyasında iştirak etməmiş, İddiaçı isə iştirak edərək 50 manat məbləğində mediasia sessiyası üçün və 10 manat poçt xərcini ödəmişdir (Mediator: A.İ.Əsgərov). -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDK DƏDKR PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, Mustafayeva (Kamalova) Aygül İbarət qızının adına (ümumbirgə payda) Yardımlı rayonu Gavran kəndində yerləşən 0,2225 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, Mustafayeva (Kamalova) Aygül İbarət qızının adına (ümumbirgə payda) Yardımlı rayonu Gavran kəndində yerləşən 0,1100 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Mustafayeva (Kamalova) Aygül İbarət qızının adına Yardımlı rayonu Gavran kəndində yerləşən ümumbirgə payda olan 0,67 ha yaşayış məntəqələrinin torpaq sahəsinə aid ləğv edilmiş DTXK tərəfindən JN-49A saylı 2003-cü il tarixli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmin Məcəllənin 107.2-ci maddəsinə əsasən məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Məhkəmə tərəfindən müəyyən edildi ki, alimentin tutulması ilə bağlı olan qətnamənin qəbul edilməsindən hazırkı vaxtadək 01 ilə yaxın müddət keçmişdir. Qətnamə ilə alimentin tutulması zamanı mövcud olan əsaslar hazırkı halda da qüvvədədir. Alimentin ödənilməsini əsas götürdükdə bu qədər qısa vaxt ərzində aliment öhdəliyindən azad olunma ilə bağlı əsaslar yaranmamışdır. İddiaçı maddi vəziyyətinin aşağı olmasını bildirsə də, iş materiallarından onun mülkiyyətində torpaq sahələri olduğu məlum olur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarının 8.14-cü maddəsinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, İddiaçı Cavabdeh qarşı “aliment öhdəliyindən azad edilmə” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “aliment öhdəliyindən azad edilmə” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov
Məhkəmə qərarları › İş №e-2(003)-3621/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-3621/2024
31.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver