Məhkəmə qərarları › İş №e-2(003)-3732/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-3732/2025

20.10.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-3732/2025 20.10.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı "aliment" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndə və vəkili Vəkil Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2016-cı il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,62 misli həddində aliment Cavabdeh alınaraq İddiaçı verilməsi, mediasiya üçün ödənilmiş cəmi 60 (altmış) manat məbləğində ilkin mediasiya xərcinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndə və vəkili Vəkil göstərdi ki, Cavabdeh və İddiaçı xx.xx.2002-ci il tarixində nikahlarını Qırğızıstan Respublikasının Bişkek şəhərinin Nikah sarayının Qeydiyyat şöbəsində qeydiyyata aldırmaqla rəsmi nikaha daxil olmuşdurlar. Birgə nikahlarından 22 oktyabr 2002-ci il təvəllüdlü X4, xx.xx.2004-cü il təvəllüdlü X5, 20 oktyabr 2016-cı il təvəllüdlü X7 və 20 oktyabr 2016-cı il təvəllüdlü X6 anadan olmuşdur. 2020-ci ilin əvvəllərindən başlayaraq, Cavabdeh uzun müddətə Azərbaycan Respublikasından gedərək Qırğızıstan Respublikasına qetmişdir. Həmin vaxtdan hal-hazıradək Cavabdeh cəmi 2 dəfə, anasının vəfatı ilə əlaqədar Azərbaycana qayıtmışdır. Yas mərasimlərini yola verdikdən sonra yenidən Qırğızıstana geri qayıtmışdır. Sonuncu dəfə Cavabdeh 17 dekabr 2024-cü il tarixində Azərbaycan Respublikasında olmuşdur. İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşaqların atanın yanında qalmasına dair” iddia ərizəsilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 31 iyul 2025-ci il tarixli, e-2(003)-2105/2025 saylı qətnaməsinə əsasən, iddia təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2002-ci il tarixdə bağlanmış nikah pozulmuş, həmin nikah pozulduqdan sonra xx.xx.2016-cı il təvəllüdlü X7 və xx.xx.2016-cı il təvəllüdlü X6 ataları İddiaçı yanında saxlanmışdırlar. İddiaçı iddia ərizəsində alimentlə bağlı tələb irəli sürməmişdir. Lakin İddiaçı hazırda hesab edir ki,Cavabdeh iddiaçı ilə birgə nikahından olan xx.xx.2016-cı il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X1 üçün valideynlik vəzifələrini həyata keçirərək, aliment ödəməlidir. İddianın təmin olunmasını xahiş etdi. Cavabdeh qismində cəlb olunmuş Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan AZ-İİİ seriyalı, 857422 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2016-ci il tarixində Türkiyə Respublikası, İstanbul şəhərində anadan olmuşdur. Atası İddiaçı, anası isə Cavabdehdır. İş materiallarında olan AZ-İİİ seriyalı, 857423 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2016-ci il tarixində Türkiyə Respublikası, İstanbul şəhərində anadan olmuşdur. Atası İddiaçı, anası isə Cavabdehdır. İş materiallarına əlavə olunan Xəzər Rayon Məhkəməsinin e-2(003)-2105/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı xx.xx.2002-ci il tarixli nikahının pozulması, birgə nikahdan dünyaya gəlmiş X2 və X3 ataları İddiaçı yanında qalması qət olunmuşdur. İş materiallarına əlavə olunan EMİS portalından çıxarışdan görünür ki, Cavabdeh Azərbaycan Respublikasının sərhədindən xx.xx.2024-cü il tarixdə, saat 20:46 radələrində çıxmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Eyni zamanda, bu Məcəllənin 100.2-ci maddəsinə əsasən “aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur”. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli qərarının 8.4-1-ci maddəsinə əsasən “Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər”. Məhkəmədə müəyyən olundu ki, yetkinlik yaşına çatmayan uşaqlar atası İddiaçı ilə qalırlar. İddiaçı hər uşaqların saxlanması üçün hər ay hər uşağa görə ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,62 misli həddində sabit pul məbləğində alimentin tutulmasını tələb etmişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2025-ci il tarixdə müraciət etmişdir. Məhkəmə iddiaçı tərəfindən cavabdehin rəsmi iş yeri barədə və ya aylıq gəlirləri barədə məlumatı məhkəməyə təqdim etmədiyini nəzərə alaraq hesab edir ki, Cavabdeh məhkəməyə müraciət edildiyi xx.xx.2025-ci il tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əməkhaqqının (2025-ci il üzrə 400 AZN məbləğində müəyyən edilmişdir) 0,25 (100 AZN:400 AZN=0,25) mislində sabit pul məbləğində aliment tutulmalıdır. İş materiallarına əlavə edilmiş İMS sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, İddiaçı tərəfindən 60 manat mediasiya xərci ödənilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 60 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddia qalan hissədə əsassız olduğundan rədd edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Proessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2016-cı il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə sonraki artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əməkhaqqının 0,25 misli həddində sabit pul məbləğində aliment tutulsun. İddiaçı tərəfindən ödənilmiş 60 (altmış) manat mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Qətnamənin alimentə dair hissəsi dərhal icra olunsun. İddia qalan hissədə əsassız olduğundan rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar