Məhkəmə qərarları › İş №e-2(003)-3735/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-3735/2022

21.12.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-3735/2022 21.12.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı vəkili Nümayəndə, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “sabit pul məbləğində aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə cavabdeh X4 ilə xx.xx.2007-ci il tarixdə Bakı şəhəri Əzizbəyov rayon VVADQ şöbəsində rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Birgə nikahlarından xx.xx.2008-ci il tarixdə X8 və xx.xx.2010-cu il tarixdə X5 anadan olmuşdur. O, cavabdeh Budaqova (Nəbiyeva) Şəbnəm Aydın qızına qarşı “Nikahın pozulması və uşaq tələbi”nə dair məhkəmədə iddia qaldırmışdır. Cavabdeh da ona qarşı “Uşaqların onun yanında saxlanılması və aliment tələbi”nə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Xəzər Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli 2-(003)-462/2021 saylı Qətnaməsinə əsasən aşağıdakı şəkildə qətnamə qəbul edilmişdir: İlk iddia tələbi təmin edilsin. İddiaçı ilə cavabdeh X4 arasında Bakı şəhəri Əzizbəyov rayon VVADQ şöbəsində xx.xx.2007-ci il tarixdə 329 nömrəli akt qeydinə əsasən qeydiyyata alınmış nikah pozulsun. Nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X8 və xx.xx.2010-cu il təvəllüdlü X5 ataları İddiaçı yanında saxlanılsın. Cavabdeh X6 qarşı uşaqların yanında saxlanılması və aliment tələbi barədə qarşılıqlı iddiası təmin edilməsin. Birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 12 may 2022-ci il tarixli, 2(103)-578/2022 saylı qətnaməsinə əsasən qarşı tərəfin verdiyi apellyasiya şikayəti təmin edilməmiş, Xəzər Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli, 2(003)-462/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sözügedən qətnamədən narazı olan Cavabdeh kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4742/2022 saylı qərarına əsasən kassasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Qeyd etmək istəyir ki, 2 ilə yaxındır ki, uşaqlar onun himayəsindədir. X13 əqli inkişafında gerilik vardır. O, həkim qeydiyyatındadır. Mütəmadi olaraq müalicəsini davam etdirir. İddiaçı özü mağazada satıcı işləyir, aylıq əmək haqqım 300,0 manat təşkil edir. Aldığı əmək haqqı uşaqların saxlanılması və xəstə oğlunun müalicəsinə çatmır. Bu səbəbdən cavabdehə qarşı aliment tələbinə dair məhkəmədə iddia qaldırır. Ona görə də birgə nikahımızdan doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdeh Budaqova (Nəbiyeva) Şəbnəm Aydın qızından hər ay hər bir uşaq üçün 193 (bir yüz doxsan üç) manat olmaqla, cəmi 386 (üç yüz səksən altı) manat alimentin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili Nümayəndə iddia tələbini müdafiə etdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X7 iddia tələbini müdafiə etdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, atası İddiaçı, anası Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X8 və xx.xx.2010-cu il təvəllüdlü X5 doğulmuşdur. İş materiallarında olan Xəzər Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli 2-(003)- 462/2021 saylı qətnaməsinə əsasən ilk iddia tələbi təmin edilmiş və İddiaçı ilə cavabdeh X4 arasında Bakı şəhəri Əzizbəyov rayon VVADQ şöbəsində xx.xx.2007-ci il tarixdə 329 nömrəli akt qeydinə əsasən qeydiyyata alınmış nikah pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X9 və xx.xx.2010-cu il təvəllüdlü X5 ataları İddiaçı yanında saxlanılması, Cavabdeh İddiaçı qarşı uşaqların yanında saxlanılması və aliment tələbi barədə qarşılıqlı iddiası isə təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 12 may 2022-ci il tarixli, 2(103)- 578/2022 saylı qətnaməsinə əsasən Nəbiyeva (Budaqova) Şəbnəm Aydın qızının verdiyi apellyasiya şikayəti təmin edilməmiş, Xəzər Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli, 2(003)-462/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4742/2022 saylı qərarına əsasən Nəbiyeva (Budaqova) Şəbnəm Aydın qızının kassasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, iddiaçının Cavabdeh ilə birgə nikahlarından xx.xx.2008-ci il tarixdə X8 və xx.xx.2010-cu il tarixdə X5 doğulmuşdur. İddiaçı ilə cavabdeh X4 arasında olan rəsmi nikah pozulmuş və uşaqları hal-hazırda iddiaçının himayəsindədir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh yetkinlik yaşına çatmamış uşağın valideyni olduğundan və yetkinlik yaşına çatmamış uşaq iddiaçının yanında qaldığından, uşağın saxlanmaları üçün cavabdehdən aliment tutulmasına dair iddia tələbi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası AM-nin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd edilən Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 193,0 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iddianın cavabdehdən alimentin tutulması hissəsinə qiymət verərək hesab edir ki, uşağın saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə aliment tutulmalıdır. Lakin tələb edilən alimentin məbləği iddia tələbində qeyd edilən məbləğdə müəyyən edilməməlidir. Belə ki, iddiaçı bir uşağın saxlanılması üçün 193,0 manat aliment tələb etsə də, cavabdehin bunun ödənilməsi üçün zəruri vəsaitə malik olmasına dair hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə, göstərilənlər ümumilikdə cavabdehin uşağın saxlanılmasında, dəyişən şərait və istehlak qiymətlərinin mövcud vəziyyəti, uşağın böyüdükcə artan tələbatları nəzərə alınmaqla getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etməsə də, işin yuxarıda qeyd edilən hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, cavabdehdən hər ay hər uşağın saxlanılması üçün 160,0 manat sabit pul məbləğində alimentin tutulması ədalətli və ağlabatandır. Məhkəmə tərəflərin yetkinlik yaşına çatmamış uşaqların təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, eyni zamanda cavabdehin aliment verməsinə dair maddi imkanlarını, həmçinin tərəflərin onların maddi və ailə vəziyyətini, cavabdehin uşaqlarını saxlamağa borclu olduğunu, mövcud iqtisadi vəziyyətdə infilyasiyanı və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, iddia bu hissədə qismən təmin edilərək, cavabdehdən tutulacaq alimentin məbləği hər ay hər uşaq üçün 160,0 manat müəyyən edilməlidir. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddəti iddiaçının alimentin tutulması barədə ərizə ilə məhkəməyə müraciət etdiyi vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən başlanmalıdır. Belə ki, Azərbaycan Respublikası AM-nin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamə dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən,“Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Məhkəmənin qətnaməsi qanuni vəəsaslı olmalıdır (maddə 217.1). Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnaməçıxarır” (maddə 218.3). Beləliklə, məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2008-ci il tarixdə X3 və xx.xx.2010-cu il tarixdə X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 160,0 manat olmaqla, cəmi 320,0 manat sabit pul məbləğində aliment tutulub İddiaçı xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 360 və 362ci maddələrini rəhbər tutaraq. məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2008-ci il tarixdə X3 və xx.xx.2010-cu il tarixdə X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 160,0 manat olmaqla, cəmi 320,0 (üç yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar