Məhkəmə qərarları › İş №e-2(003)-3858/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №e-2(003)-3858/2021

13.09.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(003)-3858/2021 13.09.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Bəhrəmzadə Sabit Xanlar oğlu, Kreditor MMC-nin Borclu qarşı əmr icraatı qaydasında pul tələbinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: Kreditor MMC əmr icraatı qaydasında Borclu qarşı pul tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, borcludan 677,68 manat əsas, 114,27 manat cərimə, cəmi 792,05 manat borcun və 20 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə məhkəmə əmrinin çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edilməlidir. Belə ki, borcludan tələb olunan əsas və faiz borcun cəmi 791,95 manat təşkil etdiyi halda borcludan 792,05 manat məbləğində borcun tutulması məhkəmədən xahiş olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. Həmin Məcəllənin 279.2.3-cü maddəsinə əsasən ərizənin əsaslandığı tələb etmə hüququ barədə mübahisə vardırsa, məhkəmə, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edir. Eyni zamanda məhkəmə qeyd edir ki, ərizə, Nümayəndə tərəfindən imzalanmasına baxmayaraq, onun ərizənin imzalamaq səlahiyyətinin olmasına dair müvafiq etibarnamə və qanunvericilikdə nəzərdə tutulmuş digər sənədlər (hüquqi şəxsin adından) ərizəyə əlavə edilməmişdir. Bununla da ərizənin səlahiyyəti olmayan şəxs tərəfindən imzalanması müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.2-ci maddəsinə əsasən, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalanmadıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizənin əsaslandığı tələb etmə hüququ barədə mübahisə olduğundan və ərizə, onu imzalamaq səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığından məhkəmə əmrinin çıxarılmasından imtina edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 152, 263-264 və 268ci maddələrini rəhbər tutaraq, qərara aldı: Kreditor MMC-nin Borclu qarşı əmr icraatı qaydasında pul tələbi barədə ərizəsinin qəbul olunmasından imtina edilsin. Kreditora izah edilsin ki, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması həmin tələb üzrə iddia icraatı qaydasında iddia verilməsinə mane olmur. Qərardaddan şikayət verilə bilməz. Hakim Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar