Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-3905/2024 04.11.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, Ərizəçinin vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi İddiaçı maraqlı şəxs Cavabdeh qarşı "barışıq sazişinin təsdiqi və pul" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi İddiaçı maraqlı şəxs Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla maraqlı şəxs arasında xx.xx.2023-cü il tarixdə Bakı 9 saylı Mediasiya təşkilatında bağlanmış barışıq sazişinin 1.4-cü bəndinin icrası üçün təsdiq olunmasına, vəkilin (nümayəndənin) göstərdiyi yardıma görə ödənilmiş 320 manat məbləğinin, ödənilmiş dövlət rüsumunun əvəzində 100 manat məbləğin Cavabdeh ərizəçinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizəçinin vəkili və nümayəndəsi Nümayəndə bildirdi ki, Esmira ilə Azərin xx.xx.2023-cü il tarixdə Bakı 9 saylı Mediasyia təşkilatında bağladıqları Barışıq sazişinin 1.2-ci bəndi ilə birgə nigahdan dünyaya gəlmiş övladları xx.xx.2018-ci il təvəllüdlü X2, xx.xx.2020-ci il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Esmiranın himayəsinə verilməsi, 1.3-cü bəndi ilə birgə nigahdan dünyaya gəlmiş uşaqların saxlanılması üçün Esmiraya alimenti işlədiyi zaman ödəməyi razılaşdırılmışdır. Barışıq sazişinin 1.4-ci bəndi ilə razılaşdırılmışdır ki, Azər Esmira ilə birgə nikahdan dünyaya gəlmiş övladları ilə, onların gündəlik rejimini pozmamaq şərti ilə, heç bir məhdudiyyət qoyulmadan, istənilən gün və istənilən saatda görüşə və ünsiyyət yarada bilər. Barışıq sazişi Azər və Esmira arasında xx.xx.2023-cü il tarixdə bağlansa da, uşaqlar 3 iyul 2024-cü il tarixdək Azər ilə birlikdə, Azərin Esmira ilə münasibətləri pozulandan sonra Esmiradan ayrı yaşadığı ünvan 1 ünvanında, yaşayıblar. Lakin 3 iyul 2024-cü il tarixdə Esmira uşaqları həmin ünvandan aparmışdır və həmin tarxdən başlayaraq uşaqları Azərə göstərməkdən imtina etmiş, barışıq sazişini ləğv etdirəcəyini bildirmişdir. Esmira ilə xx.xx.2023-cü il tarixdə Bakı 9 saylı Mediasiya təşkilatında bağladıqları Barışıq sazişinin 5-ci bəndinin tələbinə görə əgər sazişdə ayrı qayda nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır, sazişdə ayrı müddət müəyyən edilməyibsə, tam imzalandığı gündən 10 (on) təqvim günü müddətində könüllü icra edilməlidir. Barışıq sazişinin imzalandığı gündən 10 ay keçir. İddia ərizəsinin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs və onun vəkili və nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan ******* nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı və Mehtiyeva (Bayramova) Esmira Bilal qızı xx.xx.2014-cü il tarixdə Səadət sarayında rəsmi nikaha daxil olmuşlar. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, X6 xx.xx.2018-ci il tarixində, X7 xx.xx.2020-ci il tarixində, X8 xx.xx.2020-ci il tarixində anadan olublar. Ataları İddiaçı, anaları X1r. İş materiallarında olan Xəzər rayon məhkəməsinin 2(003)-1434/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə X5 arasında bağlanmış xx.xx.2014-cü il tarixli nikahın pozulması qət edilmişdir. İş materiallarında olan İddiaçı ilə X5 arasında mediasiya prosesi nəticəsində bağlanmış MŞP/9/2023-02001 saylı xx.xx.2023-cü il tarixli barışıq sazişindən görünür ki, tərəflər nikahın pozulmasından sonra uşaqların kimin yanında saxlanması və aliment məsələsində razılığa gəlmişlər. İş materiallarında olan Xəzər rayon məhkəməsinin 2(003)-2066/2024 saylı,xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə X5 arasında mediasiya prosesi nəticəsində bağlanmış MŞP/9/2023-02001 saylı xx.xx.2023-cü il tarixli barışıq sazişinin 1.2 və 1.3 bəndləri təsdiq edilməsi, xx.xx.2018-ci il təvəllüdlü X2, xx.xx.2020-ci il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Esmiranın himayəsinə verilməsi, İddiaçı uşaqların saxlanması üçün işlədiyi zaman aliment ödəməməsi qət edilmişdir. Məhkəmədə müəyyən olundu ki, İddiaçı ilə X5 arasında mediasiya prosesi nəticəsində MŞP/9/2023-02001 saylı xx.xx.2023-cü il tarixli barışıq sazişi bağlanmışdır. Həmin sazişin 1.4-ci bəndi ilə razılaşdırılmışdır ki, Azər Esmira ilə birgə nikahdan dünyaya gəlmiş övladları ilə, onların gündəlik rejimini pozmamaq şərti ilə, heç bir məhdudiyyət qoyulmadan, istənilən gün və istənilən saatda görüşə və ünsiyyət yarada bilər. Tərəflər arasında müvafiq saziş olmasına və Cavabdeh həmin sazişdə göstərilən şərtlərlə razılaşmasına baxmayaraq,həmin şərtlər üçün lazımi vəziyyət təmin edilməmiş və sazişin şərtlərinə əməl edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Bakı 9 saylı Mediasiya təşkilatında bağlanmış barışıq sazişinin 1.4-cü bəndinin icrası üçün təsdiq olunmalı, vəkilin (nümayəndənin) göstərdiyi yardıma görə ödənilmiş 320 manat, ödənilmiş dövlət rüsumunun əvəzində 100 manat məbləğ Cavabdeh ərizəçinin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Ərizəçi İddiaçı maraqlı şəxs Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə Bakı 9 saylı Mediasiya təşkilatında bağlanmış barışıq sazişinin 1.4-cü bəndinin icrası üçün təsdiq olunsun, vəkilin (nümayəndənin) göstərdiyi yardıma görə ödənilmiş 320 manat məbləğ, ödənilmiş dövlət rüsumunun əvəzində 100 manat məbləğ Cavabdeh ərizəçi İddiaçı xeyrinə tutulsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №e-2(003)-3905/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-3905/2024
04.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver