Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-3997/2024 05.12.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, İddiaçı Rzayeva (İsmayılova) Vüsalə Nizami qızının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Rzayeva (İsmayılova) Vüsalə Nizami qızının Cavabdeh qarşı ”nikahın pozulması və alimentin təyin edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Rzayeva (İsmayılova) Vüsalə Nizami qızı Cavabdeh qarşı ”nikahın pozulması və alimentin təyin edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə xx.xx.2024-cü il tarixində qeydə alınmış nikahın pozulması, dünyaya gələcək övladının onun himayəsində saxlanılması, birgə nikahdan dünyaya gələcək övladının yetkinlik yaşına çatanadək maddi cəhətdən saxlanması üçün cavabdehdən hər ay 235 manat, uşağın 3 yaşı tamam olana qədər ona qulluqla bağlı ona hər ay 100 manat aliment pulunun və övladını dünyaya gətirmək üçün çəkdiyi xərclərin ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh ilə xx.xx.2024-cü il tarixində qeydə alınmış nikahın pozulması, hamiləlik dövründə və uşaq doğulduğu gündən 3 il ərzində cavabdehdən tutularaq ona hər ay 500 manat alimentin ödənilməsi, eyni zamanda hamiləlik dövründə çəkdiyi 150 manat xərcin ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh ilə xx.xx.2024-cü il tarixində qeydə alınmış nikahın pozulması, hamiləlik dövründə və uşaq doğulduğu gündən 3 il ərzində cavabdehdən tutularaq ona hər ay 250 manat alimentin ödənilməsi, övladı 18 yaşına çatana qədər isə hər ay 250 manat aliment ödənilməsi, eyni zamanda hamiləlik dövründə çəkdiyi 150 manat xərcin ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə “4 saylı Bakı Asan xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixində rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Ailə qurduqdan sonra hamilə qalmış, lakin buna baxmayaraq aralarındakı münasibətlər pozulmuş və bu münasibətləri bərpa etmək mümkün olmamışdır. Aralarında olan münasibətlər hazırda tamamilə kəsilmişdir. Həmin münasibətlərin yenidən bərpası mümkün deyildir. Cavabdehlə artıq onlar bir yerdə yaşamır və birgə təsərrüfat aparmırlar. O, cavabdehlə birlikdə yaşadığı mənzildən çıxaraq ailəsinin yaşadığı mənzilə qayıtmışdır. Məsələnin məhkəməyə qədər həlli üçün Mediasiyaya müraciət etdi, lakin cavabdehlə aralarındakı bu məsələ həll edilməmişdir. Hal hazırda 24 həftə 3 günlük hamilədir. Təxminən 3 ay sonra övladı dünyaya gələcəkdir. Aralarında olan çəkişmələrdən dolayı övladının sağlam psixologiyada və mühitdə yetişməsi üçün nikahlarının xitamının zəruri olduğunu düşünür. Bu səbəbdən nikahın pozulması ilə yanaşı dünyaya gələcək övladının onun himayəsində saxlanılmasını, aylıq minimum aliment miqdarının müəyyən olunmasını, eyni zamanda işsiz olduğu və uşağın saxlanması üçün ona da aliment ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı (İsmayılova)nın nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi və izahatında göstərdi ki, uşağın yanvar ayında dünyaya gəlməsi güman edilir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında göstərdi ki, nikahın pozulmasına razıdır, lakin digər hissələrdə tələbi qəbul etmir. Arvadının hamilə olmasını bilir.. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - 4 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-T seriyalı 069690 nömrəli təkrar nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə Rzayeva (İsmayılova) Vüsalə Nizami qızı nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2024-cü ilin aprel ayının 18-də, 518 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə İsmayılov arvada İsmayılova soyadı verilmişdir. - 06 sentyabr 2024-cü il tarixli “ilkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə arayışdan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixə təyin edilmiş mediasiya sessiyasında iştirak etməmiş, Rzayeva (İsmayılova) Vüsalə Nizami qızı isə iştirak edərək 50 manat mediasiyaya dair xərci ödəmişdir (Mediator: Ş.S.Məmmədrzalı). - Özəl klinika tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş USM müayinəsinin nəticəsindən görünür ki, Rzayeva (İsmayılova) Vüsalə Nizami qızı 7-8 həftəlik hamilədir. İşin araşdırılmış hallarından müəyyən edilmişdir ki, iş üzrə tərəflər arasında olan nikah münasibətləri pozulmuş və onlar faktiki olaraq ayrılmışlar və birgə təsərrüfat aparmırlar. İddiaçı hazırda hamilədir və hamiləlik dövrü üçün aliment tələb edir. Eyni zamanda, cavabdeh də nikahın pozulmasına razıdır. Məhkəmə iddia tələbinin alimentin tutulması hissəsi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.2.2-ci maddəsinə əsasən, hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad digər tərəfdən alimentin məhkəmə qaydasında tutulmasını tələb edə bilər. Həmin Məcəllənin 85.1.1-ci maddəsinə əsasən, hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanmasıüçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Cavabdehdən uşağın saxlanılması üçün hər ay sabit pul məbləğində aliment tutulması ilə bağlı iddiaçının tələbləri əsaslı hesab edilə bilməz. Belə ki, uşaq hələ dünyaya gəlməmişdir. Lakin, iddiaçı hamiləliyi dövrü üçün özünün saxlanmasına görə cavabdehdən aliment tələb edə bilər. Bu səbəbdən tutulacaq alimentin miqdarı məsələsini müzakirə edərkən, məhkəmə tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları əsas tutaraq hesab edir ki, iddiaçı Rzayeva (İsmayılova) Vüsalə Nizami qızının hamiləliyi dövründə (uşağın anadan olacağı tarixədək) onun saxlanması üçün cavabdehdən hər ay 100 manat sabit pul məbləğində aliment iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq hesab edir ki, alimentin tutulma müddəti aliment tələbi ilə bağlı ərizə ilə məhkəməyə müraciət etdiyi vaxtdan başlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddiaçı mövcud iddia tələbi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Buna görə də, alimentin tutulma müddəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi xx.xx.2024-cü il tarixdən başlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edilməli, iddiaçı Rzayeva (İsmayılova) Vüsalə Nizami qızı ilə Cavabdeh arasında 4 saylı Bakı ASAN Xidmət Mərkəzinin qeydiyyat şöbəsində xx.xx.2024-cü il tarixdə akt qeydləri kitabında 518 nömrə ilə qeydiyyata alınmış nikah pozulmalı, iddiaçı Rzayeva (İsmayılova) Vüsalə Nizami qızının hamiləliyi dövründə (uşağın anadan olacağı tarixədək) onun saxlanması üçün xx.xx.2024cü il tarixdən başlayaraq Cavabdeh iddiaçı Rzayeva (İsmayılova) Vüsalə Nizami qızının xeyrinə hər ay 100 manat sabit pul məbləğində aliment tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia ərizəsi qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixdə, 4 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 518 nömrə ilə qeydə alınmış nikah pozulsun. xx.xx.2024-cü il tarixdən başlayaraq İddiaçı hamiləliyi dövründə (uşağın anadan olacağı tarixədək) onun saxlanması üçün Cavabdeh hər ay 100 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov
Məhkəmə qərarları › İş №e-2(003)-3997/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-3997/2024
05.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver