Məhkəmə qərarları › İş №e-2(003)-410/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-410/2023

13.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-410/2023 13.06.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-yə qarşı “subroqasiya tələbinin təmin edilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Sığorta Şirkəti ASC cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Nissan” markalı ** MN *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 700 (yeddi yüz) manat sığorta ödənişi məbləği və bu iddia ərizəsinin verilməsi ilə bağlı 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-dən müştərək qaydada tutularaq İddiaçı Sığorta Şirkətinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 xx.xx.2021-ci il tarixdə “Daewoo BS” markalı, ** TG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə “Nissan” markalı ** MN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər yetirmişdir. Baş vermiş yol nəqliyyat hadisəsində “Nissan” markalı ** MN *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir. xx.xx.2021-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh1hadisə yerindən yayındığına görə cavabdehlərə qarşı subroqasiya hüququ yaranmışdır. xx.xx.2021-ci il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq, “Nissan” markalı ** MN *** qeydiyyat nişanlı avtomobilə 700,0 manat ziyan dəymişdir. PAT**********8 saylı sığorta müqaviləsinin 098647 saylı sığorta aktına əsasən İddiaçı Sığorta Şirkəti ASC dəymiş ziyanı aradan qaldıraraq “Nissan” markalı ** MN *** qeydiyyat nişanlı avtomobilə 700,0 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. xx.xx.2021-ci il tarixli yol nəqliyyat hadisəsi zamanı Cavabdeh1 təqsirli olması DYPİ-nin inzibati tənbeh vermə haqqında qərarında əksini tapmışdır. Aşağıda göstərilənlərə əsasən hesab edirik ki, qeyd olunan yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı sığorta şirkəti tərəfindən ödənilmiş 700,0 manat sığorta ödənişi subroqasiya qaydasında qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavabdehlərdən alınaraq İddiaçının xeyrinə tutulmalıdır. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da məhkəmə iclasına gəlməmiş, lakin iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdehlər məhkəməyə gəlməmişdir. Məhkəmə, Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin olunmalıdır. Belə ki, işin materiallarında olan 098647 saylı sığorta aktının surətindən görünür ki, sığortalanmış “Nissan” markalı, **-MN-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərərlə bağlı maddi ziyanın ümumi məbləği olan 700,0 manat müəyyən edilmiş, həmin məbləğ İddiaçı Sığorta Şirkəti ASC tərəfindən X2 ödənilmişdir. İş materiallarında olan icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, **-TG-*** dövlət qeydiyyat nişanlı “DAEWOO BS” markalı avtomobil İddiaçı Sığorta Şirkəti ASC-də sığorta olunmuşdur. İşdə olan Nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə xx.xx.2021-ci il tarixli hesabatın surətindən görünür ki, “Nissan” markalı ** MN *** qeydiyyat nişanlı avtomobilə 700,0 manat məbləğində müəyyən olunmuşdur. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Nissan” markalı ** MN *** qeydiyyat nişanlı avtomobilin sahibi X3r. İş materiallarında olan xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsinə görə Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-ci və 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmiş və cərimə olunmuşdur. İşdə olan avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə xx.xx.2021-ci il tarixli arayışın surətindən görünür ki, "xxxx" MMC-yə məxsus **-TG-*** dövlət qeydiyyat nişanlı “DAEWOO BS” markalı avtomobil Cavabdeh1 tərəfindən idarə olunarkən yol nəqliyyat hadisəsi baş vermişdir. İşdə olan xx.xx.2021-ci il tarixli pretenziya məktublarından görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən Cavabdeh1 və "xxxx" MMC-dən 10 iş günü ərzində zərərin ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəmə orqanına müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qərardadı əsasında təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/808 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2001-ci il buraxılışlı “Nissan X Trail” markalı ** MN *** qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, hadisə baş verən tarixə təxminən 700,0 manat müəyyən olunur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Sığorta Şirkəti ASC-nin iddiasının əsası kimi istinad etdiyi sığortalanmış **-TG-*** dövlət qeydiyyat nişanlı “DAEWOO BS” markalı avtomobilin, “Nissan” markalı ** MN *** qeydiyyat nişanlı avtomobillə Cavabdeh1 tərəfindən vurulması və bunun nəticəsində göstərilən avtomobilə zərər dəyməsi, və Cavabdeh1 hadisə yerindən yayınması işin materialları ilə sübut olunur. Bununla da sığortalanmış “Daewoo BS” markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Nissan” markalı ** MN *** qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində vurulmuş ziyan İddiaçı Sığorta Şirkəti ASC tərəfindən aradan qaldırıldığından, göstərilən avtomobilə ziyan vurulması ilə əlaqədar əmələ gəlmiş subroqasiya hüququ İddiaçı Sığorta Şirkəti ASC-yə keçmişdir. Belə ki, Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 903.2-ci maddəsinə əsasən, sığorta haqqının miqdarı və ya onun hesablanması və ödənilməsi qaydası könüllü sığortada sığorta müqaviləsi ilə, icbari sığortada isə icbari sığorta qanunları ilə müəyyən edilir. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. “İcbari sığorta haqqında Azərbaycan Respublikası Qanunu”nunun 25.1.8-ci maddəsinə əsasən Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ Bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda yaranır. Həmin Qanunun 63.1-ci maddəsinə əsasən Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. “İcbari sığorta haqqında Azərbaycan Respublikası Qanunu”nunun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, vurulmuş ziyan İddiaçı Sığorta Şirkəti ASC tərəfindən aradan qaldırıldığından, bununla da göstərilən avtomobilə ziyan vurulması ilə əlaqədar əmələ gəlmiş subroqasiya hüququ iddiaçı “İddiaçı Sığorta Şirkəti ASCyə keçdiyindən, Cavabdeh1 hadisə yerindən yayındığından, bununla da İddiaçı Sığorta Şirkəti ASC-nin cavabdehə qarşı subroqasiya hüququ yarandığından, sığorta ödənişi cavabdehlərdən tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 1096.1-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd edilən Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş 700,0 manat ziyan cavabdehlər Cavabdeh1 oğlundan və "xxxx" MMC-dən alınaraq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməlidir. Belə ki, iş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən də aydın olur ki, , “Nissan” markalı, **-MN-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsindən dəymiş ziyanın məbləği 700,0 manat müəyyən olunmuşdur. Məhkəmə, rəyi vermiş şəxsin xüsusi biliyinin olduğunu nəzərə alaraq həmin rəylə razılaşır, avtomobilə dəymiş zərərin və təmir-bərpa xərclərinin 700,0 manat olduğunu işin hallarına uyğun sayır. Belə ki, iddiaçı sığortalıya həmin məbləğdə sığorta ödənişi ödəməli idi. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, yol nəqliyyat hadisəsinin baş verməsinə, bununla da zərərin vurulmasına gətirib çıxaran nəqliyyat vasitəsi olan “Daewoo BS” markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 tərəfindən idarə edildiyindən və mülkiyyətçisi "xxxx" MMC tərəfindən onun istifadəsinə verildiyindən və mülkiyyətçi bundan xəbərdar olduğundan, vurulmuş 700,0 manat ziyan cavabdehlər Cavabdeh1 oğlundan və "xxxx" MMC-dən alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, sığorta ödənişi cavabdehlər Cavabdeh1 oğlundan və "xxxx" MMC-dən alınmaqla yanaşı eyni zamanda, cavabdehlərdən ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş 30,40 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, ekspert rəyindən göründüyü kimi, ekspertiza tədqiqatının dəyəri 50,0 manat məbləğindədir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, işə baxılması ilə əlaqədar məsrəflər də – ekspertiza tədqiqatının dəyəri olaraq 50,0 manat məbləğində pul vəsaiti də cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-dən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 oğlundan və "xxxx" MMC-dən müştərək qaydada 700,0 (yeddi yüz) manat məbləğində sığorta ödənişi əvəzi və ödənilmiş 30,40 (otuz manat, qırx qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 730,40 (yeddi yüz otuz manat, qırx qəpik) alınaraq İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulsun. Ekspertiza tədqiqatının dəyəri olaraq 50,0 (əlli) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-dən birgə qaydada alınaraq dövlət büdcəsinə ödənilsin. (X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22,) Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar