Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(003)-4175/2023 04.11.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Qəhrəmanov Əkrəm Sabir oğlu, İddiaçı cavabdeh X1 qarşı “aliment miqdarınını 50 faizinin bank hesabına köçürülməsi” tələbinə dair iddiası üzrə mülki işə baxaraq m ü ə y y ə n e t d i m: İddiaçı cavabdeh X1 qarşı “aliment miqdarınını 50 faizinin bank hesabına köçürülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, ərizə və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Miqrasiya X2 İnformasiya Təminatı Baş İdarəsinin xx.xx.2023-cü il tarixli 3-37/2- 219xx-xx/2023 saylı məktubun surətindən görünür ki, cavabdeh Rusiya Federasiyasının vətəndaşı, xx.xx.1996-cı il təvəllüdlü Edilia Guseinova (MYİ № 636697) sonuncu dəfə ünvan 1 ünvanında qeydiyyatda olmuşdur. Göründüyü kimi, cavabdeh Bakı şəhəri Xəzər rayonu ərazisində qeydiyyatda deyildir. Cavabdeh Bakı şəhəri Xəzər rayonu ərazisində qeydiyyatda olmadığından, iş ərazi aidiyyəti üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsində baxılmalı deyildir. Qeyd edilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdehə qarşı mövcud iddia ərizəsinin Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə verilməsi üçün əsas yoxdur. Ona görə ki, mövcud iddia cavabdehin rəsmi qeydə alındığı yer üzrə məhkəməyə verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən, ərazi aidiyyati qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 152, 263-264, 268ci maddəsini rəhbər tutaraq, q ə r a r a a l d ı m: İddiaçı cavabdeh X1 qarşı “aliment miqdarınını 50 faizinin bank hesabına köçürülməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Əkrəm Qəhrəmanov İş № 2(003)-4175/2023 Məhkəmə iclasından kənar ayrıca prosessual hərəkətlər barədə protokol 03 noyabr 2023-cü il Bakı şəhəri Hakim Qəhrəmanov Əkrəm Sabir oğlu, İddiaçı cavabdeh X1 qarşı “aliment miqdarınını 50 faizinin bank hesabına köçürülməsi” tələbinə dair iddia ərizəsi üzrə iddiaçının ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət etdi. Prosessual hərəkət saat 16:25-də başlandı. Ərizəni nəzərdən keçirərək qərardad qəbul etdi. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №e-2(003)-4175/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №e-2(003)-4175/2023
04.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver