Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-4354/2024 13.12.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "aliment" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2011-ci il təvəllüdlü X2, xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qazancının (başqa gəlirlərinin) yarısı məbləğində alimentin və mediasiya üşün ödənilmiş 50 manat məbləğində rüsumun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı göstərdi ki, Cavabdeh ilə xx.xx.2008-ci il tarixdə Sabunçu rayon qeydiyyat şöbəsində rəsmi nikah bağlanmışdır. Birgə nikahlarından xx.xx.2011-ci il təvəllüdlü X2, xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X4 doğulmuşdur. Cavabdehlə münasibətləri ilk vaxtlar yaxşı olsa da sonradan pisləşmiş, onlar ayrı yaşayırlar və birgə təsərrüfat idarə etmirlər. Bu hal yetkinlik yaşına çatmayan uşaqlarına maddi çətinliklər yarada biləcəyinə görə cavabdehdən aliment almaq məcburiyyətindədir. Özü işləmir və uşaqlar onunla qalır.Cavabdeh Ağstafa rayonunda yerləşən N saylı hərbi hissədə gizir rütbəsində xidmət edir və yüksək əməkhaqqı alır. İddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan 054710 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh xx.xx.2008-ci il Sabunçu rayon qeydiyyat şöbəsində rəsmi nikaha daxil olmuşlar. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, X2 xx.xx.2011-ci il tarixində, X3 xx.xx.2012-ci il tarixində, X4 xx.xx.2014-cü il tarixində doğulmuşdur. Ataları Cavabdeh, anaları İddiaçıdır. Ailə məcəlləsinin 75.5-ci maddəsinə əsasən, “aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir”. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən “aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur”. Məhkəmədə müəyyən olundu ki, uşaqlar İddiaçı ilə qalır və iddiaçı uşaqların saxlanması üçün cavabdehdən qazancının (başqa gəlirlərinin) yarısı məbləğində alimentin aliment tələb edir. Məhkəmə uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutur. İddiaçı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay uşaqların saxlanması üçün əməkhaqqızının (başqa gəlirlərinin) yarısı məbləğində aliment tutulmalıdır. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İş materiallarında olan mediasiya arayışından görünür ki, iddiaçı tərəfindən mediasiya xidməti üçün 50 manat məbləğində rüsum ödənilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş rüsum cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmədə müəyyən olundu ki, İddiaçı iddia tələbi Cavabdeh qazancının (başqa gəlirlərinin) yarısı məbləğində alimentin tutulmasıdır. Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamında minimum aylıq əməkhaqqının məbləği 2023-cü il yanvarın 1dən 345 manat müəyyən edilmişdir. Belə olan halda iddianın qiyməti 2.070 manat ((345/2) *12) olur və ödənilməli rüsum 40,7 manat təşkil edir.Məhkəmə hesab edir ki, 40,7 manat məbləğində dövlət Cavabdeh tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə xx.xx.2011-ci il təvəllüdlü X2, xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2024cü il tarixdən başlayaraq hər ay cavabdehin qazancının (başqa gəlirlərinin) yarısı məbləğində aliment tutularaq İddiaçı verilsin. Cavabdeh İddiaçı xeyrinə mediasiya xidməti üçün ödənilmiş 50 manat məbləğində pul tutulsun. 40,7 (qırx manat yetmiş qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilsin Qətnamənin alimentə dair hissəsi dərhal icra edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №e-2(003)-4354/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-4354/2024
13.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver