Məhkəmə qərarları › İş №e-2(003)-458/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(003)-458/2025

04.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-458/2025 04.04.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Söyziyev Elşah İlham oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “inzibati xəta haqqında protokollara görə ödənilmiş pulun geri tələb olunması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Xəzər rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “inzibati xəta haqqında protokollara görə ödənilmiş pulun geri tələb olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçı tərəfindən ödənilmiş inzibati xəta haqqında protokollara görə Cavabdeh2 256 manat məbləğində pul vəsaitinin, Cavabdeh1 432 manat məbləğində pul vəsaitinin və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, "Union Lizinq” ASC ilə X3 arasında bağlanmış 04 mart 2015-ci il tarixli. AL-2619 saylı “Daxili Lizinq’ müqaviləsinə əsasən P.Xankişiyevin müvəqqəti sahiblik və istifadəsinə “Daewoo Gentra" markalı, **-AX-*** dövlət qeydiyyat nişanlı avtomobil verilmişdir. "Daxili lizinq müqaviləsi" və “Ödəniş cədvəli”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Bununla əlaqədar otaraq İddiaçı ASC lizinq müqaviləsinin ləğv edilməsi, dəymiş zərər və borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Nərimanov Rayon Məhkəməsinin 24 yanvar 2019-cu il tarixli 2(005)-687/2019 saylı qətnaməsi ilə iddiaçı “Union Lizinq" ASC-nin iddiası təmin edilərək “Daxili lizinq" müqaviləsi”nin ləğv edilməsi və cavabdeh X1 ümumilikdə 1412,70 manat borcun tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. "Daxili lizinq" müqaviləsi”nin qüvvədə olduğu müddətdə lizinq X2 xahişi əsasında "Union Lizinq” ASC tərəfindən Cavabdeh2 və Cavabdeh1 lizinq obyekti olan “'Daewoo Gentra” markalı. **-AX-*** dövlət qeydiyyat-nişanlı avtomobilin idarə olunmasına dair etibarnamə verilmişdir. Lizinq obyekti olan "Daewoo Gentra" markalı, **-AX-*** dövlət qeydiyyat nişanlı avtomobilin istifadə edildiyi müddət ərzində inzibati xəta ilə əlaqədar sürücü AR X6 İdarəsi tərəfindən inzibati qaydada cərimələnmişdir. Bu faktı Azərbaycan Respublikası Dövlət Yol Polis İdarəsinin elektron portaldan alınmış çıxarış təsdiq edir.Həmin protokollar bunlardan ibarətdir. Cavabdeh2- MMX/4549499 saylı protokola görə 80 manat; MMX/459-8816 saylı protokola görə 16 manat: MMX/4597918 saylı protokola görə 16 manat; MMX/4633344 saylı protokola görə 80 manat; MMX/4578776 saylı protokola görə 64 manat. Cavabdeh1- MMX/S093880 saylı protokola görə 80 manat; MMX/5145308 saylı protokola görə 16 manat; MM.X/4884173 saylı protokola görə 96 manat; MMX/4946704 saylı protokola görə 80 manat; MMX/5125675 saylı protokola görə 80 manat: MMX/4731627 saylı protokola görə 80 manat. Şirkət tərəfindən yuxanda qeyd edilən cərimələrə görə ümumilikdə 688 manat məbləğində ödəniş edilmişdir. Mülkiyyət hüququ ilə "xxxx" ASC-yə məxsus nəqliyyat vastəsilə törədilmiş inzibati xəta haqqında protokollar əsasında yaranmış cərimələr iddiaçı tərəfindən ödənilmişdir. Həmin cərimələr ödənilmədiyi təqdirdə X5 Azərbaycan Respublikasının Qanununun tələbinə uyğun olaraq həmin nəqliyyat vastəsinin saxlanılaraq cərimə meydançasına yerləşdirilməsi haqqında qərar qəbul edilir və qərarın icra edilməsinə təlimat verilir. Bıınunla da lizinq şirkəti ilə yanaşı nəqliyyat vastəsini faktiki idarə edən şəxsin də hüquqları pozulmuş olur. Məhkəmə iclasında iştirak edən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin etibarnamə əsasında nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş və ya öz nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmişdirlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. İddiaçının nümayəndəsi işə cavabdehlərin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasına etiraz etməmiş və məhkəmə Azərbaycan Respublikası MPM-in 238.5-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılması barədə qərardad çıxarmışdır. Həmin Məcəllənin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Həmin Məcəllənin 238.4-cü maddəsinə əsasən işə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. Həmin Məcəllənin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən, hakim tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qeyd edilənlərə əsasən təmin edilməlidir. Belə ki, İş materiallarında olan AC 337896 saylı qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Daewoo Gentra" markalı, **-AX-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı ASC-yə məxsusdur. İş materiallarında olan İddiaçı ASC ilə X3 arasında 04 mart 2015-ci il tarixli, AL- 2619 saylı daxili lizinq müqaviləsindən görünür ki, iddiaçı tərəfindən “Daewoo Gentra" markalı, **-AX-*** dövlət qeydiyyat nişanlı avtomobil 35 ay müddətinə P.Xankişiyevin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli, 53225 saylı etibarnamənin surətindən görünür ki, İddiaçı ASC ilə X3 arasında bağlanmış 04 mart 2015-ci il tarixli, AL-2619 saylı daxili lizinq müqaviləsi əsasında verilmiş “Daewoo Gentra" markalı, **-AX-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə edilməsi səlahiyyəti xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək Cavabdeh2 verilmişdir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli, 56523 saylı etibarnamənin surətindən görünür ki, İddiaçı ASC ilə X3 arasında bağlanmış 04 mart 2015-ci il tarixli, AL-2619 saylı daxili lizinq müqaviləsi əsasında verilmiş “Daewoo Gentra" markalı, **-AX-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə edilməsi səlahiyyəti xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək Cavabdeh2 verilmişdir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli, 21262 saylı etibarnamənin surətindən görünür ki, İddiaçı ASC ilə X3 arasında bağlanmış 04 mart 2015-ci il tarixli, AL-2619 saylı daxili lizinq müqaviləsi əsasında verilmiş “Daewoo Gentra" markalı, **-AX-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə edilməsi səlahiyyəti xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək Cavabdeh1 verilmişdir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli, 66005 saylı etibarnamənin surətindən görünür ki, İddiaçı ASC ilə X3 arasında bağlanmış 04 mart 2015-ci il tarixli, AL-2619 saylı daxili lizinq müqaviləsi əsasında verilmiş “Daewoo Gentra" markalı, **-AX-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə edilməsi səlahiyyəti xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək Cavabdeh1 verilmişdir. İş materiallarında olan Yasamal rayon DYPŞ-nin xx.xx.2017-ci il tarixli qərarının surətindən görünür ki, Cavabdeh1 AR İXM-nin 469.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 50 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan Yasamal rayon DYPŞ-nin xx.xx.2017-ci il tarixli qərarının surətindən görünür ki, Cavabdeh1 AR İXM-nin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 60 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan Yasamal rayon DYPŞ-nin xx.xx.2017-ci il tarixli qərarının surətindən görünür ki, Cavabdeh1 AR İXM-nin 328.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 10 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan Yasamal rayon DYPŞ-nin xx.xx.2017-ci il tarixli qərarının surətindən görünür ki, Cavabdeh1 AR İXM-nin 328.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 50 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan Yasamal rayon DYPŞ-nin xx.xx.2017-ci il tarixli qərarının surətindən görünür ki, Cavabdeh1 AR İXM-nin 469.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 50 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan Yasamal rayon DYPŞ-nin xx.xx.2017-ci il tarixli qərarının surətindən görünür ki, Cavabdeh1 AR İXM-nin 469.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 50 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan Yasamal rayon DYPŞ-nin xx.xx.2017-ci il tarixli qərarının surətindən görünür ki, Cavabdeh2 AR İXM-nin 328.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 10 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan Yasamal rayon DYPŞ-nin xx.xx.2017-ci il tarixli qərarının surətindən görünür ki, Cavabdeh2 AR İXM-nin 328.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 50 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan Yasamal rayon DYPŞ-nin xx.xx.2017-ci il tarixli qərarının surətindən görünür ki, Cavabdeh2 AR İXM-nin 328.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 10 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan Yasamal rayon DYPŞ-nin xx.xx.2017-ci il tarixli qərarının surətindən görünür ki, Cavabdeh2 AR İXM-nin 328.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 50 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan Yasamal rayon DYPŞ-nin xx.xx.2017-ci il tarixli qərarının surətindən görünür ki, Cavabdeh2 AR İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 40 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 yanvar 2019-cu il tarixli, 2(005)-687/2019 saylı qətnaməsinin surətindən görünür ki, 04 mart 2015-ci il tarixli, AL-2619 saylı daxili lizinq müqaviləsinin ləğv edilməsi və cavabdeh X1 ümumilikdə 141270 manat borcun tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan mədaxil qəbzlərinin surətlərindən görünür ki, Cavabdeh2 tərəfindən törədilmiş inzibati xətalar üzrə 256 manat məbləğində cərimə İddiaçı ASC tərəfindən ödənilmişdir. İş materiallarında olan mədaxil qəbzlərinin surətlərindən görünür ki, Cavabdeh1 tərəfindən törədilmiş inzibati xətalar üzrə 432 manat məbləğində cərimə İddiaçı ASC tərəfindən ödənilmişdir. İş materiallarında olan İddiaçı ASC tərəfindən Cavabdeh2 göndərilmiş 30 oktyabr 2024-cü il tarixli xəbərdarlıq (pretenziya) məktubundan görünür ki, borcludan yaranmış borcun 7 gün ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə borc məbləğinin borcludan tutulması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan İddiaçı ASC tərəfindən Cavabdeh1 göndərilmiş 30 oktyabr 2024-cü il tarixli xəbərdarlıq (pretenziya) məktubundan görünür ki, borcludan yaranmış borcun 7 gün ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə borc məbləğinin borcludan tutulması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan ********** saylı qəbzdən aydın olur ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti hazırki iddia ilə əlaqədar 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. İşin araşdırılmış hallarından müəyyən edilir ki, iddiaçı tərəfindən X3 arasında bağlanmış daxili lizinq müqaviləsi əsasında sonuncunun müvəqqəti istifadəsinə “Daewoo Gentra" markalı, **-AX-*** dövlət qeydiyyat nişanlı avtomobil verilmiş, həmin avtomobilə bağlı müqavilə qüvvədə olduğu müddətdə P.Xankişiyevin xahişi əsasında cavabdehlər Cavabdeh2 və Cavabdeh1 avtomobilin idarə edilməsi səlahiyyətinə dair etibarnamə verilmişdir. Avtomobil cavabdehlərin istifadəsində olan müddətdə yol hərəkəti qaydalarının pozulması səbəbindən inzibati xətalar törətmiş və nəticədə müvafiq protokollar əsasında inzibati qaydada cərimələr tətbiq edilmişdir. Həmin cərimələr iddiaçı tərəfindən ödənildiyindən ödənilmiş cəmi 688 manat məbləğində pul cavabdehlərdən tələb olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Qeyd olunan qanunvericiliyin tələblərini nəzərə alaraq cavabdehlər tərəfindən iddiaçının mülkiyyətində olan nəqliyyat vasitəsi idarə olunarkən onların tərəfindən törədilmiş inzibati xətalara görə tətbiq edilmiş cərimələr, mülkiyyətində olan nəqliyyat vasitəsinin gələcəkdə istifadəsinin məhdudlaşdırılmasına səbəb olacağına görə həmin cərimələr əsasında cəmi 688 manat məbləğində pul iddiaçı tərəfindən ödənildiyindən məhkəmə hesab edir ki, iddiaçı həmin pul məbləğini cavabdehlərdən tələb etməkdə haqlı olmuşdur. Belə ki, cavabdehlər tərəfindən yol hərəkəti qaydalarının pozulması nəticəsində barəsində inzibati qaydada cərimələr tətbiq edilməsi və həmin cərimələrin qanunda nəzərdə tutulmuş müddətdə ödənilməyəcəyi təqdirdə iddiaçıya məxsus nəqliyyat vasitəsinin istifadəsinin məhudlaşdırılması ilə nəticələnməsi halı iddiaçının hüquqlarının pozulmasına gətirib çıxarır. Bununla da, cavabdehlərin hüquqa zidd əməli nəticəsində iddiaçıya zərər vurulmuş, həmin zərər isə iddiaçı tərəfindən ödənildiyindən məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 77.1ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək Cavabdeh2 256 manat məbləğində pul vəsaiti, digər Cavabdeh1 432 manat pul vəsaiti tutulmalı və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehlərdən müşərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-1, 284-5, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 256 (iki yüz əlli altı) manat, Cavabdeh1 432 (dörd yüz otuz iki) manat məbləğində inzibati xəta haqqında qərarlara görə ödənilmiş pulun geri tələb olunması vəsaiti tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müşərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdehlər qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə ərizə verə bilər. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar