Məhkəmə qərarları › İş №e-2(003)-4943/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-4943/2024

16.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-4943/2024 16.12.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Fərzəliyeva Tünzalə Baləli qızının katibliyi ilə, Ərizəçi İddiaçı oğlunun Maraqlı şəxs qarşı "barışıq sazişinin təsdiqi" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi İddiaçı oğlunun Maraqlı şəxs qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla maraqlı şəxs arasında bağlanmış xx.xx.2022-ci il tarixli MŞB/5-01778 nömrəli barışıq sazişinin 2.4-cü bəndinin təsdiq olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə bununla əsaslandırılmışdır ki, Maraqlı şəxs ilə xx.xx.2007-ci il tarixdə rəsmi nikaha daxil olublar. Birgə nikahlarından 2 övladları var: xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X4. xx.xx.2022-ci il tarixdə aralarında Bakı 5 saylı X1 Sazişi bağlanmış və həmin sazişin 2.1-ci bəndinə görə nikahın məhkəmə qaydasında pozulmasına razılıq vermiş,sazişin 2.2-ci bəndinə görə birgə nikahdan olan uşaqların ananın yanında qalması ilə bağlı razılıq əldə etmişlər.Sazişin 2.3-cü bəndinə görə, o birgə nikahlarından olan uşaqların ataları ilə ünsiyyətdə olması ilə bağlı öhdəlik götürmüşdür. Sazişin 2.4-cü bəndinə görə Maraqlı şəxs birgə nikahlarından olan xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün 2022-ci ilin iyun ayından başlayaraq hər ay (hər ayın sonuncu günündən gec olmayaraq) hər uşaq üçün 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində alimenti ona ödəmək barədə öhdəlik götürmüşdür. Bakı şəhəri Xəzər rayon məhkəməsinin e-2(003)- 24862022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə aralarında olan rəsmi nikahın pozulması və birgə nikahlarından olan uşaqların onun yanında qalması müəyyən edilmişdir.Maraqlı şəxs sazişin 2.4-cü bəndinin şərtlərinə əməl etməmiş, saziş bağlandığı gündən bu günə kimi ona aliment ödəməmiş, sazişin 2.4-cü bəndinin tələbini pozmuşdur. Ona görə də hesab edirəm ki, sazişin 2.4-cü bəndinin təsdiq olunması barədə qərar qəbul olunmalıdır. Ərizəçinin vəkili və nümayəndəsi Vəkil Elman oğlu xx.xx.2024-cü il tarixli ərizəsi ilə işə onun iştirakı olmadan baxılmasını,ərizənin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs,ərizəçi və onun vəkili və nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan Bakı 5 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2022-ci il tarixli MŞB/5-01778 nömrəli barışıq sazişindən görünür ki, tərəflər nikahın məhkəmə qaydasında pozulması, uşaqların ananın yanında qalması ilə bağlı razılıq əldə etmişlər.Sazişin 2.3-cü bəndinə görə, İddiaçı birgə nikahlarından olan uşaqların ataları ilə ünsiyyətdə olması ilə bağlı öhdəlik götürmüşdür. Sazişin 2.4-cü bəndinə görə Maraqlı şəxs birgə nikahlarından olan xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün 2022-ci ilin iyun ayından başlayaraq hər ay (hər ayın sonuncu günündən gec olmayaraq) hər uşaq üçün 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində alimenti ona ödəmək barədə öhdəlik götürmüşdür. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, X3 xx.xx.2008-ci il tarixində, X4 xx.xx.2020-ci il tarixində anadan olublar. Ataları Maraqlı şəxs, anaları İddiaçıdır. İş materiallarında olan Xəzər rayon məhkəməsinin e-2(003)-2486/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, Maraqlı şəxs ilə İddiaçı arasında bağlanmış xx.xx.2007-ci il tarixli nikahın pozulması, birgə nikahlarından doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X2 anaları ilə qalması qət edilmişdir. AR MPM-nin 355-23.1-ci maddəsinə əsasən,“Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət edə bilər. “Mediasiya Haqqında” Qanunun 34.3-cü maddəsinə əsasən, əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Məhkəmədə müəyyən olundu ki, Maraqlı şəxs ilə İddiaçı arasında mediasiya prosesi nəticəsində xx.xx.2022-ci il tarixli MŞB/5-01778 nömrəli barışıq bağlanmışdır. Həmin sazişin 2.3-cü bəndinə görə, İddiaçı birgə nikahlarından olan uşaqların ataları ilə ünsiyyətdə olması ilə bağlı öhdəlik götürmüşdür. Sazişin 2.4-cü bəndinə görə Maraqlı şəxs birgə nikahlarından olan xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün 2022-ci ilin iyun ayından başlayaraq hər ay (hər ayın sonuncu günündən gec olmayaraq) hər uşaq üçün 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində alimenti ona ödəmək barədə öhdəlik götürmüşdür. Tərəflər arasında müvafiq saziş olmasına və Maraqlı şəxs həmin sazişdə göstərilən şərtlərlə razılaşmasına baxmayaraq sazişin şərtlərinə əməl etməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Bakı 5 saylı Mediasiya Təşkilatında bağlanmış barışıq sazişinin 2.4-cü bəndi təsdiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Ərizəçi İddiaçı oğlunun Maraqlı şəxs arasında xx.xx.2022-ci il tarixdə Bakı 5 saylı Mediasiya Təşkilatında bağlanmış barışıq sazişinin 2.4-cü bəndi təsdiq olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar