Məhkəmə qərarları › İş №e-2(003)-603/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-603/2023

25.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-603/2023 25.01.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızı, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında baxaraq,məhkəmə müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, 30 iyul 2019-cu il tarixli UNİ-2976 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsinə əsasən Cavabdeh3 18 mart 2019-cu il tarixli UNİ- 2976 saylı “Daxili Lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri öz üzərinə götürmüş və istifadəsinə 2014-cü il buraxılışlı, “Daewoo Gentra” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı, XWB5V319DEA590750 ban, 0232 mühərrik nömrəli, ağ rəngli avtomobil verilmişdir. “Daxili lizinq müqaviləsi” və “Ödəniş cədvəli”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxdında və lazımı qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Bununla əlaqədar olaraq İddiaçı ASC lizinq müqaviləsinin ləğv edilməsi, dəymiş zərə və borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Sabirabad Rayon Məhkəməsinə müraciət etmişdir. Sabirabad Rayon Məhkəməsinin 04 may 2021-ci il tarixli 2(056)-394/2021 saylı qətnaməsi ilə İddiaçı ASC-nin iddası qusmən təmin edilərək “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi və Cavabdeh3 ümumilikdə 2643,28 manat borcun tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. "Daxili lizinq” müqaviləsinin qüvvədə olduğu müddətdə lizinq alan Cavabdeh3 xahişi əsasında şirkət tərəfindən Cavabdeh1 və Cavabdeh2 lizinq obyekti olan “Daewoo Gentra” markalı, 90-P X-923 dövlət qeydiyyat nişanlı avtomobilin idarə olunmasına dair etibarnamə verilmişdir. Cavabdehlər lizinq obyekti olan avtomobili idarə edərkən inzibati xətalar məcəlləsinin tələblərini pozmuş və barələrində inzibati xəta haqqında protokol tərtib olunaraq cərimə olunmuşdur. Həmin şəxslər cərimələri ödəməkdən yayındığı üçün İddiaçı ASC-yə məxsus “Daewoo Gentra markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində olan cərimələr şirkət tərəfindən ödənilmişdir:

1. Cavabdeh1 idarə edərkən EQ ******* və EQ ******* saylı protokollara tərtib olunmuş, həmin protokollara görə İddiaçı ASC tərəfindən 160 manat məbləğində ödəniş edilmişdir.

2. Cavabdeh3 idarə edərkən EQ 4035352, EQ 4035356, EQ 6349510, EQ 6549142, EQ 6549144, EQ 6549145, EQ ******* və EQ ******* saylı protokol tərtib olunmuş, həmin protokola görə İddiaçı ASC tərəfindər608 manat məbləğində ödəniş olunmuşdur. 3. Cavabdeh2 idarə edərkən EQ 4035358, EQ ******* və EQ ******* saylı protokollar tərtib olunmuş, həmin protokola görə İddiaçı ASC tərəfindən 160 manat məbləğində ödəniş olunmuşdur. Aşağıda göstərilənləri nəzərə alaraq iddia qanuni və əsaslı olduğundan təmin edilməlidir. Məhkəmənin nəzərinə çatdırır ki, mülkiyyət hüququ ilə İddiaçı ASC-yə məxsus nəqliyyat vastəsilə törədilmiş inzibati xəta haqqında protokollar əsasında yaranmış cərimələr tərəflərindən ödənilmişdir. Həmin cərimələr ödənilmədiyi təqdirdə X6 Azərbaycan Respublikasının Qanununun tələbinə uyğun olaraq həmin nəqliyyat vastəsinin saxlanılaraq cərimə meydançasına yerləşdirilməsi haqqında qərar qəbul edilir və qərarın icra edilməsi üçün YPX inspektorlarına təlimat verilir. Bununla da lizinq şirkəti ilə yanaşı nəqliyyat vastəsini faktiki idarə edən şəxsin də hüquqları pozulmuş olur. Yuxarıda göstərilənləri nəzərə alaraq Cavabdeh1 160 manat, Cavabdeh3 608 manat, Cavabdeh2 160 manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumu isə müştərək qaydada tutularaq İddiaçı ASCnin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə müvafiq olaraq, hazırki iş üzrə cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin qanunvericilikdə nəzərdə tutulmuş müddətdə cavabdeh tərəfindən məhkəməyə iddiaçının tələbinə dair etiraz daxil olmamışdır. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə, ərizəni və işə əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə X5 arasında bağlanmış xx.xx.2019-cu il tarixli UNİ-2976 saylı Daxili lizinq müqaviləsinə əsasən İddiaçı ASC-nin mülkiyyətində olan 2014-cü il buraxılışlı, “Daewoo Gentra" markalı, ** PX *** dövlət qeydiyyat nişanlı, XWB5V319DEA590750 ban, 0232 mühərrik nömrəli, ağ rəngli avtomobili X1 48 ay müddətinə müqaviləyə əlavə edilmiş cədvələ uyğun ödənişlər edilməsi şərtilə müvəqqəti sahıblık və istifadəsinə verilmişdir. İş materiallarında olan 30 iyul 2019-cu il tarixli UNİ-2976 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsinə əsasən X2 öz üzərinə götürdüyü bütun öhdəliklər Cavabdeh3 ötürülmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli daxılı lizinq müqaviləsinə əlavə qəbul Aktının surətindən görünür ki, həmin akta əsasən 2014-cü il buraxılışlı, “Daewoo Gentra" markalı, ** PX *** dövlət qeydiyyat nişanlı, XWB5V319DEA590750 ban 0232 mühərrik nömrəli, ağ rəngli avtomobil Cavabdeh3 təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş ödəniş qəbzlərinin sürətindən görünür ki, İddiaçı ASCyə məxsus “Daewoo Gentra markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində olan Cavabdeh1 idarə edərkən EQ ******* və EQ ******* saylı protokollara görə İddiaçı ASC tərəfindən 160,0 manat məbləğində ödəniş, Cavabdeh3 idarə edərkən EQ 4035352, EQ 4035356, EQ 6349510, EQ 6549142, EQ 6549144, EQ 6549145, EQ ******* və EQ ******* saylı, protokola görə İddiaçı ASC tərəfindən 608,0 manat məbləğində ödəniş Cavabdeh2 idarə edərkən EQ 4035358, EQ ******* və EQ ******* saylı protokola görə İddiaçı ASC tərəfindən 160,0 manat məbləğində ödəniş olunmuşdur. İş materiallarına əlavə edilmiş iddiaçı "xxxx" ASC-nin tələb məktublarının surətindən görünür ki, borcun qaytarılması barədə cavabdehlərə rəsmi xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş Sabirabad Rayon Məhkəməsinin 04 may 2021-ci il tarixli 2(056)-394/2021 saylı qətnaməsi ilə İddiaçı ASC-nin iddası qusmən təmin edilərək “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi və Cavabdeh3 ümumilikdə 2643,28 manat borcun tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan ödəniş qəbzindən aydın olur ki, İddiaçı ASC hazırkı iddia üzrə 30,0 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı ASC ilə X5 arasında bağlanmış xx.xx.2019-cu il tarixli UNİ-2976 saylı Daxili lizinq müqaviləsinə əsasən İddiaçı ASC-nin mülkiyyətində olan 2014-cü il buraxılışlı, “Daewoo Gentra" markalı, ** PX *** dövlət qeydiyyat nişanlı, XWB5V319DEA590750 ban, 0232 mühərrik nömrəli, ağ rəngli avtomobili X1 48 ay müddətinə müqaviləyə əlavə edilmiş cədvələ uyğun ödənişlər edilməsi şərtilə müvəqqəti sahıblık və istifadəsinə verilmişdir. 30 iyul 2019-cu il tarixli UNİ-2976 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsinə əsasən X2 öz üzərinə götürdüyü bütun öhdəliklər Cavabdeh3 ötürülmüşdür. xx.xx.2019-cu il tarixli daxılı lizinq müqaviləsinə əlavə qəbul Aktının surətindən görünür ki, həmin akta əsasən 2014-cü il buraxılışlı, “Daewoo Gentra" markalı, ** PX *** dövlət qeydiyyat nişanlı, XWB5V319DEA590750 ban 0232 mühərrik nömrəli, ağ rəngli avtomobil Cavabdeh3 təhvil verilmişdir. "Daxili lizinq” müqaviləsinin qüvvədə olduğu müddətdə lizinq alan Cavabdeh3 xahişi əsasında şirkət tərəfindən Cavabdeh1 və Cavabdeh2 lizinq obyekti olan “Daewoo Gentra” markalı, 90-P X-923 dövlət qeydiyyat nişanlı avtomobilin idarə olunmasına dair etibarnamə verilmişdir. Cavabdehlər lizinq obyekti olan avtomobili idarə edərkən inzibati xətalar məcəlləsinin tələblərini pozmuş və barələrində inzibati xəta haqqında protokol tərtib olunaraq cərimə olunmuşdur. Həmin şəxslər cərimələri ödəməkdən yayındığı üçün İddiaçı ASC-yə məxsus “Daewoo Gentra markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində olan cərimələr şirkət tərəfindən ödənilmişdir. İş üzrə iddiaçı lizinq obyekti üzrə cərimələrin cavabdehlərdən tutlaraq ona ödənilməsini tələb etməkdə haqlıdır. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı cərimə məbləğlərini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM-in) 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Həmin Məcəllənin 748-10.2-ci maddəsinə əsasən lizinq ödənişlərinin məbləği həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən Zərərin əvəzinin ödənilməsini tələb etmək hüquqna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın”. Həmin məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qeyd olunan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, borclu lizinq müqaviləsi əsasında lizinq obyektini almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə ilə müəyyən edilmiş pul məbləğini qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olduğundan, lakin borclu pul məbləğini ödəməli olmasına dair vəzifəsini yerinə yetirmədiyindən, hətta lizinq obyektindən istifadə etdiyi müddətdə inzibati xətalar məcəlləsinin tələblərini pozmuş və barələrində inzibati xəta haqqında protokol tərtib olunaraq cərimə olunmuş və ödəməkdən yayındığı üçün iddiaçı tərrəfindən ödənilmişdir. Hal-hazırda iddiaçı həmin cərimə məbləğinin ona geri ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddia həmin hissə də təmin edilməlidir. Məhkəmə eyni zamanda digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 da mülki məsuliyyətini araşdıraraq hesab edir ki, yol nəqliyyat hadisəsinin baş verməsinə, bununla da iddiaçıya zərərin vurulmasına gətirib çıxaran nəqliyyat vasitəsi "Daxili lizinq” müqaviləsinin qüvvədə olduğu müddətdə lizinq alan Cavabdeh3 xahişi əsasında şirkət tərəfindən verilən etibarnamə əsasında istifadələrində olduğu müddətdə inzibati xətalar məcəlləsinin tələblərini pozmuş və barələrində inzibati xəta haqqında protokol tərtib olunaraq cərimə olunmuş və ödəməkdən yayındıqları üçün iddiaçı tərrəfindən ödənilmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçıya vurduğu ziyana görə iddiaçı qarşısında məsuliyyət daşıyırlar. Buna görə də iddia bu hissədə də təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099.1-ci maddəsinə əsasən“Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir”. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən “Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən istifadə edilməsi: tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur”. X6 Azərbaycan Respublikasının Qanununun 85-ci maddəsinin görə yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində icra edilməməsinə görə nəqliyyat vasitəsinin saxlanılması barədə məhkəmə və ya müvafiq icra hakimiyyəti orqanının qərarı olduqda yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirən əməkdaş nəqliyyat vasitəsini idarə edən şəxslərdən nəqliyyat vasitəsini dayandırmağı tələb edir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, etibarnamə əsasında istifadələrində olduğu müddətdə inzibati xətalar məcəlləsinin tələblərini pozmuş olduqlarından, zərərin ödənilməsi ilə bağlı məsuliyyət, həm Cavabdeh3, həm də digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 üzərinə qoyulmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, 30,0 manat məbləğində dövlət rüsumu cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh3 608,0 manat, Cavabdeh1 160,0 manat və Cavabdeh2 160,0 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 30,0 manat müştərək qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Qeyd olanlara əsasən və Mülki Prosessual Məcəlləsinin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia təmin edilsin. Cavabdehlər Cavabdeh3 608,0 manat, Cavabdeh1 160,0 manat və Cavabdeh2 160,0 manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 ödənilmiş dövlət rüsumuna görə 30,0 manat müştərək qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar