Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-613/2023 26.09.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı “subroqasiya tələbinin təmin edilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Ravon Nexia R3 SX” markalı **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 1200,0 (min iki yüz) manat sığorta ödənişi məbləği və bu iddia ərizəsinin verilməsi ilə bağlı 32,40 (otuz iki manat qırx qəpik) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı Sığorta Şirkətinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə “Khazar” markalı, **-UE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə “Ravon Nexia R3 SX” markalı **-PE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər yetirmişdir. Baş vermiş yol nəqliyyat hadisəsində “Ravon Nexia R3 SX” markalı **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir. xx.xx.2020-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə etdiyinə görə ona qarşı subroqasiya hüququ yaranmışdır. xx.xx.2020-ci il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq, “Ravon Nexia R3 SX” markalı **-PE-*** qeydiyyat nişanlı avtomobilə 1200,0 AZN (min iki yüz manat) ziyan dəymişdir. PAT********** saylı sığorta müqaviləsinin 083374 saylı sığorta aktına əsasən İddiaçı Sığorta Şirkəti ASC dəymiş ziyanı aradan qaldıraraq “Ravon Nexia R3 SX” markalı **-PE-*** qeydiyyat nişanlı avtomobilə görə 1200,0 AZN (min iki yüz manat) məbləğində sığorta ödənişi həyata keçirilmişdir. xx.xx.2020-ci il tarixli yol nəqliyyat hadisəsi zamanı Cavabdeh təqsirli olması DYPİ-nin inzibati tənbeh vermə haqqında qərarında əksini tapmışdır. Aşağıda göstərilənlərə əsasən hesab edirik ki, qeyd olunan yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı sığorta şirkəti tərəfindən ödənilmiş 1200,0 AZN (min iki yüz manat) sığorta ödənişi subroqasiya qaydasında qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da məhkəmə iclasına gəlməmiş, lakin iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında, dəymiş ziyanın az olduğunu, qapının cüzi əzildiyini bildirmişdir. Əlavə olaraq imkanının olmadığını və ailəsini güclə dolandırdığını, təqaüdçü olduğunu və banka borcu olduğunu qeyd etdi. Məhkəmə cavabdehin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin olunmalıdır. Belə ki, işin materiallarında olan 083374 saylı sığorta aktının surətindən görünür ki, sığortalanmış “Ravon Nexia R3 SX” markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərərlə bağlı maddi ziyanın ümumi məbləği olan 1200,0 manat müəyyən edilmiş, həmin məbləğ İddiaçı Sığorta Şirkəti ASC tərəfindən "xxxx" MMC-nə ödənilmişdir. İş materiallarında olan icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, **- UE-*** dövlət qeydiyyat nişanlı “Khazar LX” markalı avtomobil İddiaçı Sığorta Şirkəti ASCdə sığorta olunmuşdur. İşdə olan Nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə xx.xx.2020-ci il tarixli hesabatın surətindən görünür ki, “Ravon Nexia R3 SX” markalı **-PE-*** qeydiyyat nişanlı avtomobilə 1200,0 manat məbləğində müəyyən olunmuşdur. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Ravon Nexia R3 SX” markalı **-PE-*** qeydiyyat nişanlı avtomobilin sahibi "xxxx" MMC-dir. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Ravon Nexia R3 SX” markalı **-PE-*** qeydiyyat nişanlı avtomobilin sahibi "xxxx" MMC-dir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli №3037 olan ödəniş tapşırığının surətindən görünür ki, Atəşgah Sığorta Şirkəti ASC VÖEN: ********** xx.xx.2020-ci il tarixli 083374 saylı sığorta aktına əsasən sığorta ödənişi üçün 1200,00 AZN (bir min iki yüz manat) məbləğində ödəniş etmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsinə görə Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci və 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmiş və 400 AZN məbləğində cərimə olunmuşdur. İşdə olan avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə xx.xx.2020-ci il tarixli arayışın surətindən görünür ki, Cavabdeh məxsus **-UE-*** dövlət qeydiyyat nişanlı “Khazar LX” markalı avtomobil Cavabdeh tərəfindən idarə olunarkən yol nəqliyyat hadisəsi baş vermişdir. İşdə olan xx.xx.2022-ci il tarixli pretenziya məktublarından görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən Cavabdeh 10 iş günü ərzində zərərin ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəmə orqanına müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qərardadı əsasında təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/3908 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2019-cu il buraxılışlı “Ravon Nexia R3 SX” markalı **-PE-*** qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, hadisə baş verən tarixə təxminən 1200,0 manat müəyyən olunur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Sığorta Şirkəti ASCnin iddiasının əsası kimi istinad etdiyi sığortalanmış **-UE-*** dövlət qeydiyyat nişanlı “Khazar LX” markalı avtomobilin, “Ravon Nexia R3 SX” markalı **-PE-*** qeydiyyat nişanlı avtomobillə Cavabdeh tərəfindən vurulması və bunun nəticəsində göstərilən avtomobilə zərər dəyməsi, və Cavabdeh nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə etməsi işin materialları ilə sübut olunur. Bununla da sığortalanmış “Khazar LX” markalı, **-UE-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Ravon Nexia R3 SX” markalı **-PE-*** qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində vurulmuş ziyan İddiaçı Sığorta Şirkəti ASC tərəfindən aradan qaldırıldığından, göstərilən avtomobilə ziyan vurulması ilə əlaqədar əmələ gəlmiş subroqasiya hüququ İddiaçı Sığorta Şirkəti ASC-yə keçmişdir. Belə ki, Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 903.2-ci maddəsinə əsasən, sığorta haqqının miqdarı və ya onun hesablanması və ödənilməsi qaydası könüllü sığortada sığorta müqaviləsi ilə, icbari sığortada isə icbari sığorta qanunları ilə müəyyən edilir. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. “İcbari sığorta haqqında Azərbaycan Respublikası Qanunu”nunun 25.1.8-ci maddəsinə əsasən Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ Bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda yaranır. Həmin Qanunun 63.1-ci maddəsinə əsasən Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. “İcbari sığorta haqqında Azərbaycan Respublikası Qanunu”nunun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, vurulmuş ziyan İddiaçı Sığorta Şirkəti ASC tərəfindən aradan qaldırıldığından, bununla da göstərilən avtomobilə ziyan vurulması ilə əlaqədar əmələ gəlmiş subroqasiya hüququ iddiaçı “İddiaçı Sığorta Şirkəti ASC-yə keçdiyindən, Cavabdeh nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə etdiyindən, bununla da İddiaçı Sığorta Şirkəti ASC-nin cavabdehə qarşı subroqasiya hüququ yarandığından, sığorta ödənişi cavabdehlərdən tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 1096.1-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd edilən Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş 1200,0 manat ziyan cavabdehlər Cavabdeh oğlundan alınaraq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməlidir. Belə ki, iş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən də aydın olur ki, , “Ravon Nexia R3 SX” markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsindən dəymiş ziyanın məbləği 1200,0 manat müəyyən olunmuşdur. Məhkəmə, rəyi vermiş şəxsin xüsusi biliyinin olduğunu nəzərə alaraq həmin rəylə razılaşır, avtomobilə dəymiş zərərin və təmir-bərpa xərclərinin 1200,0 manat olduğunu işin hallarına uyğun sayır. Belə ki, iddiaçı sığortalıya həmin məbləğdə sığorta ödənişi ödəməli idi. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, yol nəqliyyat hadisəsinin baş verməsinə, bununla da zərərin vurulmasına gətirib çıxaran nəqliyyat vasitəsi olan “Khazar LX” markalı, **-UE-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh tərəfindən idarə edildiyindən və onun mülkiyyətində olduğundan, vurulmuş 1200,0 manat ziyan Cavabdeh oğlundan alınaraq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, sığorta ödənişi Cavabdeh və alınmaqla yanaşı eyni zamanda, cavabdehdən ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş 32,40 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin edildiyindən ekspertiza tədqiqatının dəyəri də Cavabdeh tutulmalıdır. Belə ki, ekspert rəyindən göründüyü kimi, ekspertiza tədqiqatının dəyəri 50,0 manat məbləğindədir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, işə baxılması ilə əlaqədar məsrəflər də – ekspertiza tədqiqatının dəyəri olaraq 50,0 manat məbləğində pul vəsaiti də Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 1200,0 (min iki yüz) manat məbləğində sığorta ödənişi əvəzi və ödənilmiş 32,40 (otuz manat, qırx qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 1232,40 (min iki yüz otuz iki manat, qırx qəpik) manat alınaraq İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulsun. Ekspertiza tədqiqatının dəyəri olaraq 50,0 (əlli) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilsin. (X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22,) Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Məmmədli.
Məhkəmə qərarları › İş №e-2(003)-613/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-613/2023
26.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver