Məhkəmə qərarları › İş №e-2(003)-691/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-691/2024

03.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-691/2024 03.04.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının dəyişdirilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbinin təmin edərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)1205/2013 nömrəli xx.xx.2013-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi, ondan qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, xx.xx.2013-cü İl təvəllüdlü X11 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 350 (üç yüz əlli) manat sabit pul məbləğində alimentin tutulub Cavabdeh ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2011-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Birgə nikahdan bir uşağı var: xx.xx.2013-cü il təvəllüdlü X19. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 1205/2013 nömrəli xx.xx.2013-cü il tarixli qətnaməsinə əsasən X11 yetkinlik yaşına çatana qədər saxlanılması üçün xx.xx.2013-cü il tarixdən başlayaraq ondan hər ay qazancımın (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında alimentin cavabdehin xeyrinə tutulması qət edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-545/2014 nömrəli xx.xx.2014-cü il tarixli qətnaməsinə əsasən cavabdehlə aralarında bağlanmış nikahın pozulması və X11 cavabdehin yanında saxlanılması qət edilmişdir. O, xx.xx.2018-ci il tarixdə X9 ilə rəsmi nikah bağlayaraq ailə qurmuş, həmin nikahdan bir uşağı var. xx.xx.2019-cu il təvəllüdlü X20. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3014/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən onunla X9 arasında bağlanmış nikahın pozulması, X12 onun yanında saxlanılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2583/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən X5 apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 3014/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsinin qismən, yəni nikah pozulduqdan sonra X12 onun yanında saxlanılması və iddianın təmin edilməyən hissəsində ləğv edilməsı və həmin hissələrdə iddianın qismən təmin edilməsi, boşanmadan sonra X12 anası X5 yanında qalması, uşağın ondan alınaraq X6 verilməsi, uşağın saxlanılması üçün ondan hər ay sabit pul məbləğində 175 (bir yüz yetmiş beş) manat alimentin alınaraq X6 verilməsi, alimentin alınmasının başlanğıcının X12 mənim yanında qaldığı dövr nəzərə alınmaqla ondan alınıb anası X6 verildiyi vaxtdan hesablanması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4145/22 nömrəli xx.xx.2022-ci il tarixli qərarına əsasən onun tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasıya Məhkəməsinin 2(103)-2583/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsinin qismən, uşağın ananın himayəsinə verilməsi və aliment tutulması hissəsində ləğv edilməsi və işin həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1684/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadına əsasən X5 apellyasiya şikayətindən imtinasının qəbul olunması, hazırkı mulki iş üzrə apellyasiya icraatına X6 münasibətdə xitam verilməsi və mülki işin Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. xx.xx.2019-cu il təvəllüdlü X20 doğulduğu vaxtdan hal-hazıradək onunla birlikdə yaşayır, uşağın bütün tələbatları onun tərəfindən ödənilir. X3 olan problemlə bağlı həkim-psixiatr müayinələrində olmuş və ona yüngül koqnitiv pozuntu F06.7, nitq inkişafının spesifik pozuntusu F80.0 diaqnozları qoyulmuşdur. Övladında psixoloji travmalar, ümumi inkişaf ləngiməsi, özünə qapanma, aqressiya, qeyri-sosiallıq kimi psixoloji problemlər aşkarlanmışdır. Bu səbəbdən uşaq mütəmadi olaraq həkim-psixiatr və psixoloq tərəfindən müayinə və müalicə olunmaqla tərəfindən psixoloq seanslarına aparılır. Qeyd olunanlar xüsusatlar məhkəmə qərarlarında da öz əksini tapmışdır. Bundan başqa, o, növbəli iş rejimində işlədiyindən evdə olmadığı müddətdə uşağa dayə qulluq edir və bunun üçün dayəyə hər ay 400 manat məbləğində pul ödəyir. Göründüyü kimi xx.xx.2019-cu il təvəllüdlü X12 müalicəsinə, saxlanılmasına xeyli vəsait xərcləyir. Bundan başqa, öz səhhətində də problemlər olduğundan müayinə və müalicəyə ehtiyacı var. Birinci nikahdan olan xx.xx.2013-cü il təvəllüdlü X1 üçün ondan hər ay qazancının (başqa gəlirlərimin) dörddə bir hissəsi miqdarında aliment tutulur ki, bu məbləğ də dəyişkəndir. Belə ki, əmək haqqıma dair haqq-hesab vərəqələrindən görünür ki, əmək haqqımdan 2023-cü ilin yanvar, fevral, mart aylarında 354.87 manat, aprel ayında 407.11 manat, may ayında 945.80 manat, iyun ayında 762.43 manat, iyul, avqust, sentyabr aylarında isə 407.12 manat məbləğində aliment tutulmuşdur. Yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, aliment təyin edildikdən sonra ailə vəziyyətində dəyişiklik olduğundan alimentin miqdarı dəyişdirilməlidir. Eyni zamanda bildirir ki, uşaqlar üçün ölkə üzrə yaşayış minimumu 2023cü ildə 220 manat, 2024-cü ildə İsə 235 manat müəyyən edilmişdir və hazırkı vəziyyətdə ödəyəcəyi aliment minimum dolanacaq xərclərindən çoxdur. Məhkəməyə müraciət etməmişdən öncə mübahisənin mediasiya vasitəsilə həll edilməsi üçün xx.xx.2023-cü il tarixdə ilkin mediasiya sessiyası keçirilmiş, lakin cavabdehlə razılıq əldə edilməmiş və bu barədə arayış təqdim edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)1205/2013 nömrəli xx.xx.2013-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi, ondan qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, xx.xx.2013-cü İl təvəllüdlü X11 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 350 (üç yüz əlli) manat sabit pul məbləğində alimentin tutulub Cavabdeh ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək, tələbin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini etiraf etmədi və bildirdi ki, cavabdehin adına avtomobilləri var, onları icarəyə verir, lakin bununla bağlı və onun qazancı ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilmir. İddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını və işin faktiki hallarını hərtərəfli araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1. və 75.4. maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-545/2014 saylı xx.xx.2014-cü il tarixli qətnaməsinin surətindən görünür ki, iddia təmin edilmiş, İddiaçı ilə Qafarova (Rzayeva) Arzu Bəhruz qızı arasında xx.xx.2011-ci il tarixdə Bakı şəhəri Xəzər rayon Qeydiyyat Şöbəsində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 1352 saylı qeyd edilmiş nikah pozulmuş, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X19 anası Qafarova (Rzayeva) Arzu Bəhruz qızının yanında saxlanılmışdır. İş materiallarında olan AZ-İ N-451381 saylı xx.xx.2023-cü il tarixli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, İddiaçı Hafiz oğlu ilə X9 arasında bağlanmış nikah xx.xx.2023-cü il tarixdə pozulmuşdur. İş materiallarında olan AZ-İ N-180145 saylı xx.xx.2014-cü il tarixli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, İddiaçı Hafiz oğlu ilə X17 arasında bağlanmış nikah xx.xx.2014-cü il tarixdə pozulmuşdur. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1205/2013 saylı xx.xx.2013-cü il tarixli qətnaməsinin surətindən görünür ki, iddia təmin edilmiş, 13 yanvar 2013-cü təvəllüdlü X11 yetkinlik yaşına çatana qədər saxlanılması üçün 06 mart 2013-cü il tarixdən başlayaraq İddiaçı hər ay qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarda aliment Cavabdeh xeyrinə tutulmalıdır. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3014/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, iddiaçı Qafarova (Camayeva) Zamirə Fəxrəddin qızı ilə cavabdeh İddiaçı arasında 4 saylı Bakı “ASAN xidmət" mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixdə 2531 nömrəli akt qeydi ilə qeydiyyata alınmış nikah pozulmuş, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X20 iş üzrə cavabdehin, yəni atası İddiaçı yanında saxlanılmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2583/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı X5 apellyasiya şikayəti qismən təmin edilmiş, mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 3014/2021 saylı, 17 dekabr 2021-ci il tarixli qətnaməsi qismən, yəni nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X12 iş üzrə cavabdehin, yəni atası İddiaçı yanında saxlanılması və iddianın təmin edilməyən hissəsində ləğv edilmiş və həmin hissələrdə iddia qismən təmin edilmişdir. Boşanmadan sonra tərəflərin birgə nikahından doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X20 anası X5 yanında qalmış, xx.xx.2019-cu il təvəllüdlü X20 cavabdeh İddiaçı alınaraq iddiaçı X6 verilmiş, xx.xx.2019-cu il təvəllüdlü X2 üçün cavabdeh İddiaçı hər ay sabit pul məbləğində 175(yüz yetmiş beş) manat aliment alınaraq X6 verilmişdir. Alimentin alınmasının başlanğıcı xx.xx.2019-cu il təvəllüdlü X12 atasının yanında qaldığı dövr nəzərə alınmaqla atası İddiaçı alınıb anası X6 verildiyi vaxtdan hesablansın. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 4145/2022 saylı xx.xx.2022-ci il tarixli qərarının surətindən görünür ki, İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasıya Məhkəməsinin 2(103)- 2583/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi qismən, uşağın ananın himayəsinə verilməsi və aliment tutulması hissəsində ləğv edilməsi və işin həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1684/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, X4 pellyasiya şikayətindən imtinası qəbul olunarzaq, iş üzrı icraata xitam vcerilmişdir. İş materiallarında olan İlkin mediasiya sesiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə MŞB/18/2023-01466 saylı xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, tərəflər arasında qazılığa gəlmək mümkün olmamışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X20 xx.xx.2019-cu il tarixdə Bakı şəhərində doğulmuş, atası İddiaçı, anası X7r. İş materiallarında olan haqq-hesab vərəqəsinin surətindən görünür ki, İddiaçı əmək haqqısından 2023-cü ilin yanvar,fevral, mart aylarında 354,87 manat, 2023-cü ilin aprel ayında 407,11 manat, 2023-cü ilin may ayında 945,80 manat, 2023-cü ilin iyun ayında 762,43 manat, 2023-cü ilin iyul ayında 407,12 manat, 2023-cü ilin avqust ayında 407,11 manat, 2023-cü ilin sentyabr ayında 407,12 manat, 2023-cü ilin oktyabr ayında 442,59 manat, 2023-cü ilin noyabr ayında 407,12 manat, 2023-cü ilin dekabr ayında 472,99 manat aliment tutulmuşdur. İş materiallarında olan Zirə sağlamlıq mərkəzinin 338 saylı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, ünvan 1 ünvanında yaşayan, xx.xx.2013-cü il təvəllüdlü X19 xx.xx.2013-cü il tarixindən Zirə Sağlamlıq Mərkəzində tibbi qeydiyyatdadır və heç bir xəstəliklə dispanser qeydiyyata alınmayıb. xx.xx.2023-cü il tarixdə müayinədən keçib və hal-hazırda “Praktik sağlam” dır. Profilaktik peyvəndləri sxemə uyğun almışdır. xx.xx.2023cü il tarixli ******* nömrəli Ambulator kitabçadan çıxarış TQS-N027 məktuba əlavə edilir. İş materiallarında olan 120 nömrəli tam orta məktəbin 310 saylı xx.xx.2023-cü il tarixli məlumatından görünür ki, X8 rayonu Nüsrət Yaqubov adına 120 nömrəli tam orta məktəbin 5ç sinfində (Azərbaycan Bölməsi) təhsil alır. İş materiallarında olan Baş Dövlət Yol Polis İdarəsinin məktubundan görünür ki, DİN Baş Dövlət Yol Polisi İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.1988-ci il təvəllüdlü Cavabdeh adında xx.xx.2023-cü il tarixdən MAZDA CX-5 markalı **-CS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qeydiyyatdadır (kompüter çıxarışı əlavə olunur). Həmçinin Cavabdeh etibarnamə ilə istifadəsində və ya onun tərəfindən özgəninkiləşdirilən nəqliyyat vasitəsi yoxdur. Eyni zamanda normativ hüquqi sənədlərin tələblərinə görə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 1999-cu il tarixli 39 nömrəli Qərarı) nəqliyyat vasitələrinin qeydiyyat hərəkətlərinin aparılmasına əsas olmuş sənədlərin (alqı-satqı müqaviləsi və s.) surətini almağa yalnız təhqiqat, istintaq, məhkəmə orqanlarının hüqudu vardır. İş materiallarında olan X16 MMC-nin 034 saylı rəyindən görünür ki, xx.xx.2021 tarixdə X18 MMC-nin ünvan 2 ünvanında yerləşən “Əhmədli” filialına İddiaçı Hafiz oğlu övladı X13 ümumi psixololi müayinəsi üçün müraciət etmişdir. Tərəfimizdən keçirilən müayinədən sonra X14 psixolojı travmalar, ümümi inkişaf ləngiməsi , özünə qapanma aqressiya, qeyri-sosiallıq kimi psixolojı problemlər aşkarlanaraq atası İddiaçı Hafiz oğluna məlumat verilmişdir. Hal-hazırda H.Qafarovla fasiləsiz müvafiq seanslar aparılır. H.Qafarovda yaranmış psixolojı problemlərin tam, aradan qaldırılması üçün üzünmüddətli seansların aparılınası zəruridir və tələb olunur. Bundan əlavə bildiririk ki, seanslar başa çatdıqdan sonra H.Qafarovun psixoloji durumunun nəzarətdə saxlanılması və əvvəlki vəziyyətinə qayıtmaması üçün o, davamlı psixoloq nəzarətində olmalıdır. İş materiallarında olan Psixi Sağlamlıq Mərkəzi Publik Hüquqi şəxsin xx.xx.2021-ci il tarixli məktubunun surətindən görünür ki, xx.xx.2019-cü il təvəllüdlü X20 xx.xx.2021-ci il tarixdə atası ilə birlikdə mərkəzə müayinə üçün müraciət edib. Təkrar olaraq xx.xx.2021-ci il tarixdən mərkəzdə müayinədə olub. Həkim-psixiatr və psixoloq tərəfindən müayinə olub. İş materiallarında olan Psixi Sağlamlıq Mərkəzi Publik Hüquqi şəxsin xx.xx.2021-ci il tarixli məktubunun surətindən görünür ki, xx.xx.2019-cu il təvəllüdlü X20 xx.xx.2021-ci ildə mərkəzə atası ilə müayinə üçün müraciət edib. Həkim-psixiatr tərəfindən müayinə olunub. İş materiallarında olan 17 nömrəli şəhər poliklinikasının xx.xx.2021-ci il tarixli məktubunun surətindən görünür ki, məktubdə adı çəkilən X20 17 nömrəli Şəhər Poliklinikasında Həkim-psixiatr tərəfindən müayinə olunmuş, həkimin göndərişi ilə PSM-ə göndərilmiş və t.e.d prof. Fuad İsmayılov tərəfindən F06.7 Yüngül koqnitiv pozuntu və F80.0 Nitq inkişafırın spesifik pozuntusu diaqnozları təsdiqlənmişdir. Hal hazırda müşahidədədir. İş materiallarında olan İK-558635/23 saylı kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı Hafiz oğlu ilə Turan Bank ASC arasında bağlanmış kredit müqaviləsinə əsasən İddiaçı bankdan 36 ay, 16,5% dərəcəsi ilə 14 000 manat kredit götürmüş, onun aylıq ödənişi 495,63 manat təşkil edir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 29-Y-1-0-2550-23 saylı istehlak krediti müqaviləsinin surətindən görünür ki, İddiaçı Hafiz oğlu ilə Yelo Bank ASC arasında bağlanmış kredit müqaviləsinə əsasən İddiaçı bankdan 48 ay, 15,9% dərəcəsi ilə 18300 manat kredit götürmüş, onun aylıq ödənişi 517,69 manat təşkil edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. "Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə uyğun olaraq valideynlər uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam şəraitdə böyütməli, ümumtəhsil və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. "Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa müvafıq olaraq 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi sabit pul məbləğində alimentin müəyyən edilməsi zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Bununla yanaşı, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. Qanun, həmçinin tərəflərdən birinin ailə və ya maddi vəziyyətində yaranmış dəyişikliklə əlaqədar alimentin miqdarının azaldılması imkanını nəzərdə tutur. Lakin qanunun mənasına görə bu, yalnız o halda mümkündür ki, tərəf həqiqətən də ailə və ya maddi vəziyyətində əhəmiyyətli pisləşməsini təsdiq edən sübutları məhkəməyə təqdim etsin, habelə daha az alimentin ödənilməsi ilə də uşaqların layiqli həyat şəraitini təmin etmək mümkün olsun. Beləliklə, məhkəmə, qanunun qeyd edilən tələbini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək, həmçinin, tərəflərin birgə nikahından olan yetkinlik yaşına çatmayan uşağın mənafeyini, o cümlədən, tərəflərin diqqətəlayiq maraqlarını, maddi vəziyyətlərini nəzərə alaraq hesab edir ki, məhkəmə qətnaməsi çıxarıldıqdan sonra cavabdehin ailə və maddi vəziyyəti ilə bağlı dəyişiklik olduğu sübuta yetirildiyindən, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş üzrə icraat zamanı müəyyən olundu iddiaçı 2-ci dəfə ailə qurub, daha sonra Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə nikah pozularaq, birgə nikahdan doğulmuş X13 atası İddiaçı yanında saxlanması qət edilmişdir. İddiaçı oğlu-X13 ümumi psixololi müalicəsi üçün vaxtaşırı psixilloq müşahidəsi aparılır ki, bu da özü özlüyündə müəyyən maddi xərclərə səbəb olur. Odur ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1205/2013 saylı xx.xx.2013-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarı azaldılaraq, İddiaçı Cavabdeh xeyrinə, xx.xx.2013-cü il təvəllüdlü X11 yetkinlik yaşına çatanadək saxlanması üçün qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla 400 manat sabit pul məbləğində aliment tutulmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, azaldılmış məbləğdə aliment hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulmalıdır. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideyndən hansının yanında qalması və uşaqlar üçün valideyndən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8-2/2016 №-li qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin məbləği dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, Qətetdi: İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1205/2013 saylı xx.xx.2013-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarı azaldılaraq, İddiaçı Cavabdeh xeyrinə, xx.xx.2013-cü il təvəllüdlü X11 yetkinlik yaşına çatanadək saxlanması üçün qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla 400 (dörd yüz) manat sabit pul məbləğində aliment tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar