Məhkəmə qərarları › İş №e-2(003)-693/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-693/2024

05.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-693/2024 05.06.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı, Cavabdeh və onun vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı ödənilmiş alimentin geri qaytarılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı ödənilmiş alimentin geri qaytarılması tələbi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xeyrinə 15 037(on beş min otuz yeddi )manat məbləğində ödənilmiş alimentin, 135,5 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq onun xeyrinə ödənilməsinə dair qətnamə qəbul xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2012-ci il tarixində nikah bağlayaraq ailə qurmuşdur. Birgə nikah dövründə xx.xx.2012-ci il tarixdə X10 doğulmuşdur və onlara doğum haqqında şəhadətnamə təqdim edilmişdir. Həmin sənədə əsasən ata qrafasında onun adı qeyd edilmişdir. xx.xx.2014-cü il tarixində aralarında olan nikah pozulmuşdur. Pirallahı Rayon Məhkəməsinin 2(094)-239/2014 saylı xx.xx.2014-cü il tarixli qətnaməsinə əsasən ondan uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 100(bir yüz) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(003)-2551/2020 saylı qətnaməsinə əsasən aliment məbləği artırılmışdır və hər ay üçün 170(yüz yetmiş) manat sabit pul məbləğində müəyyən edilmişdir. Ondan birgə nikah dövründə anadan olmuş uşağın bioloji atası olması barədə ciddi şübhələr yaranmış və buna dair kifayət qədər dəllilər olduğuna görə o, doğum haqqında şəhadətnamədə ata qeydində onun adının silinməsi üçün Xəzər Rayon Məhkəməsinə müraciət etmişdir. Xəzər Rayon Məhkəməsi 2(003)-348/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə onun iddia ərizəsi təmin edilmişdir. Xəzər Rayon Məhkəməsinin e-2(003)-1432/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən o, Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(003)-2551/2020 saylı qətnaməsi ilə qət edilmiş aliment öhdəliyindən azad olunmuşdur. Beləliklə, xx.xx.2014-cü il tarixindən xx.xx.2020-ci il tarixinədək Cavabdeh xeyrinə onun uşağı olmayan X1 üçün 15 037(on beş min otuz yeddi )manat məbləğində aliment ödəmişdir. Qeyd etmək istəyir ki, Cavabdeh alimentin alınması üçün məhkəməyə müraciət edərək X5 onun uşağı olmaması barədə məlumatlı idi və bu öz əksini Xəzər Rayon Məhkəməsi 2(003)-348/2021 saylı xx.xx.2021ci il tarixli qətnaməsində tapmışdır. Ailə Məcəlləsinin tələblərinə görə aliment uşağın validenlərindən tutula bilər. Lakin yuxarıda qeyd olunan məhkəmə qətnamələrinə əsasən cavabdeh tərəfindən verilmiş yalan məlumatlara görə ondan onun uşağı olmayan X1 üçün cavabdehin xeyrinə 15 037 (on beş min otuz yeddi) manat tutulmuşdur. Cavabdeh xeyrinə 15.037(on beş min otuz yeddi) manat məbləğində ödənilmiş alimentin, 135,5 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq onun xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə dərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və tələbin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh və onun vəkili və nümayəndəsi Nümayəndə hər biri ayrılıqda iddia tələbini etiraf etməyərək, tələbin təmin olunmasına etiraz etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)- 239/2014 saylı xx.xx.2014-cü il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, İddiaçı ilə X11 qızı arasında xx.xx.2012-ci il tarixdə bağlanmış və Xəzər rayon qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 24 N-ilə qeydə alınmış nikah pozulmuş, tərəflərin birgə nikahlarından olan 23 may 2012-ci il təvəllüdlü X10 anası X2 yanında saxlanılmış, xx.xx.2014-cü il tarixdən başlayaraq 23 may 2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün X3 hər ay 100 (bir yüz) manat sabit pul məbləğində aliment tutularaq X4 ödənilməlidir. İş materiallarında olan Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-3439/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsindən görünür ki, iddia tələbi təmin edilmiş, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 05 sentyabr 2014-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmış və qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla cavabdeh İddiaçı X2 xeyrinə 23 may 2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 136,60 (bir yüz otuz altı manat 60 qəpik) manat sabit pul məbləğində aliment tutulmuşdur. İş materiallarında olan Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-233/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-239/2014 saylı 05 sentyabr 2014-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmış və 23 may 2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2018-ci il tarixdən başlayaraq İddiaçı hər ay 154 manat sabit pul məbləğində aliment iddiaçı X2 xeyrinə tutulmuşdur. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2622/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, ilkin iddia qismən təmin edilmiş, 23 may 2012-ci il təvəllüdlü X1 üçün cavabdeh İddiaçı tutulan alimentin məbləği artırılaraq, 160 (bir yüz altmış) manat məbləğində müəyyən edilmişdir və həmin pul vəsaiti bu qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla, cavabdeh İddiaçı hər ay sabit pul məbləğində tutularaq (uşaq yetkinlik yaşına çatanadək) iddiaçı X4 ödənilməsi qət edilmişdir. İlkin iddia qalan hissədə təmin edilməmişdir. Qarşılıqlı iddia ərizəsi təmin edilməmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2551/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli saylı qətnaməsi ilə İddiaçı Cavabdeh xeyrinə tutulan aliməntin miqdarı artırılmışdır. Hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq xx.xx.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı X6 xeyrinə hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutulmuşdur. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-348/2021 saylı xx.xx.2021-ci il tarixli qətnamədən görünür ki, iddia tələbi təmin edilmiş, xx.xx.2012-ci il tarixində Bakı şəhərində doğulmuş X10 barəsində Bakı şəhəri Xəzər rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə doğum haqqında akt qeydləri kitabında qeydə alınmış 1305 nömrəli akt qeydində at haqqında məlumatlar ləğv edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-1432/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddia ərizəsi qismən təmin olunmuş, hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən etibarən İddiaçı Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(003)-2551/2020 saylı qətnaməsi ilə xx.xx.2012-ci il təvəllüdlü Lalayev Səidə görə hər ay ödənilməsi qət edilmiş aliment öhdəliyindən azad edilmişdir. İş materiallarında olan Bakı şəhəri Pirallahı rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli icraata xitam verilməsi haqqında qərardan görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2551/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədinə xitam verilmişdir. İş materiallarında olan "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Aviasiya Təhlükəsizlik Baş İdarəsinin işçisi İddiaçı əmək haqqından 8468.00 (səkkiz min dörd yüz altmış səkkiz manat 00 qəp) məbləğində aliment borcu tutularaq X2 bank hesabına köçürülmüşdür. İş materiallarında olan Xəzər rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş arayışdan görünür ki, X7 ilə Cavabdeh nikah haqqında xx.xx.2012-ci il tarixdə 24 N-li akt qeydi tərtib olunmuşdur. Nikah bağlanıqa sonra ərə “Lalayev” soyadı verilmişdir. Qeyd: Xəzər rayon qeydiyyat şöbəsində tərtib olunmuş xx.xx.2014-cü il tarixli 233 saylı akta əsasən nikah pozulmuşdur. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 2014-cü ilin 12 ayının 02 günündə 233 N-ilə qeyd edilmişdir. İş materiallarında olan doğum haqqında akt qeydindən görünür ki, uşaq haqqında məlumar qrafasında “X8”, ata haqqında məlumat qrafasında X9, ana qrafasında Cavabdeh qeyd edilmişdir. Xəzər Rayon Məhkəməsinin 2(003)-348/2021 saylı xx.xx.2021ci il tarixli qətnaməsinə əsasən ata haqqında məlumatlar ləğv edilmiş və məlumatlar ananın dediyinə görə yazılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli MŞB/B/2023-02321 saylı İMS –da iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh İMS –da iştirak etməmişdir. İş materiallarında olan Pirallahı Rayon İcra Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Xəzər Rayon Məhkəməsi tərəfindən verilən və Pirallahı rayon İcra şöbəsinin icraatında olmuş xx.xx.2020-ci il taixli, 2(003)-2551/2020 saylı icra sənədinə əsasən borclu İddiaçı işlədiyi təşkilat tərəfindən gəlirlərindən tutulması yolu ilə 8468,00 manat, bilavasitə özü tərəfindən nağd şəkildə ödənilməsi yolu ilə 1615,00 manat olmaqla tələbkar Cavabdeh cəmi 10083,00 manat məbləğində aliment pulu ödənilmişdir. İş materiallarında olan qəbzlərdən görünür ki, müxtəlif vaxtlarda olmaqla xx.xx.2012ci il təvəllüdlü X1 üçün İddiaçı Cavabdeh xeyrinə ümumilikdə 14.904 (on dörd min doqquz yüz dörd) manat məbləğində aliment ödənilmişdir. Məhkəmə tərəfindən müəyyən edildi ki, tərəflər xx.xx.2012-ci il tarixində nikah bağlayaraq ailə qurmuşlar. Birgə nikah dövründə xx.xx.2012-ci il tarixdə X10 doğulmuşdur. xx.xx.2014-cü il tarixində tərəflər arasında olan nikah pozulmuş, uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay ondan Cavabdeh xeyrinə alimentin tutulmuşdur. Daha sonra alimentin miqdarı artırılmışdır. İddiaçı birgə nikah dövründə anadan olmuş uşağın bioloji atası olması barədə ciddi şübhələri yaranmış, o, doğum haqqında şəhadətnamədə ata qeydində onun adının silinməsi üçün Xəzər Rayon Məhkəməsinə müraciət etmiş və onun iddia ərizəsi təmin edilmişdir. Bundan başqa, Xəzər Rayon Məhkəməsinin e-2(003)- 1432/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə o, aliment öhdəliyindən azad olunmuşdur. Beləliklə, xx.xx.2014-cü il tarixindən xx.xx.2020-ci il tarixinədək Cavabdeh xeyrinə onun uşağı olmayan X1 üçün ümumilikdə 14.904 (on dörd min doqquz yüz dörd) manat məbləğində aliment ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Məhkəmə araşdırması zamanı iş üzrə sübutlardan müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2012-ci il təvəllüdlü X5 atası deyil. Buna baxmayaraq o, xx.xx.2012-ci il təvəllüdlü X1 üçün Cavabdeh xeyrinə ümumilikdə 14.904 (on dörd min doqquz yüz dörd) manat məbləğində aliment ödəmişdir. Aliment ödəyərkən o, xx.xx.2012-ci il təvəllüdlü X5 atası olmadığını bilməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, Lalayev Səid doğularkən onun doğum akt qeydində İddiaçı oğunun atalığın verilməsi haqqında ərizəsi olmamış, həmin zaman İddiaçılə Nur(yeganə) Lalayeva nikahda olduğundan qanunvericiliyə uyğun olaraq onun iradəsindən asılı olmayan səbəblərdən ata qrafasında İddiaçı kimi qeydiyat aparılmışdır. Yuxarıda qeyd olunan normaların məzmunundan göründüyü kimi, uşağı saxlamaq vəzifəsi kənar şəxsin deyil məhz valideynlərin borcudur. İddiaçı xx.xx.2012-ci il təvəllüdlü X5 atası olmadığı və onun uşağı saxlamağa borclu olmadığı halda bu illər ərzində ondan tutulmuş aliment qanunsuz olmuşdur. Bu səbəbdən iddia tələbi qismən təmin edilməlidir. Ailə Məcəlləsinin 109.1-ci maddəsinə əsasən Aliment başqa qarşılıqlı tələblərlə hesablaşmaya cəlb edilə bilməz. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən Aşağıdakı hallar istisna olmaqla, alimentin ödənilmiş məbləği geri tələb oluna bilməz: Həmin Məcəllənin 109.2.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş aliment ödəyən tərəfi aldatma, ona hədə-qorxu gəlmə və ya zor tətbiq etmə nəticəsində bağlandığına görə etibarsız hesab edildikdə; Həmin Məcəllənin 109.2.2-ci maddəsinə əsasən məhkəmənin qətnaməsinin, aliment ödənilməsi barədə saziş və ya icra vərəqəsinin saxtalaşdırılması faktı məhkəmə hökmü ilə təsdiq olunduqda; Həmin Məcəllənin 109.2.3-ci maddəsinə əsasən aliment alan tərəfindən yalan məlumatların verilməsi və ya saxta sənədlərin təqdim edilməsi ilə əlaqədar aliment tutulması haqqında məhkəmə qətnaməsi ləğv olunduqda. Həmin Məcəllənin 109.3-ci maddəsinə əsasən Bu Məcəllənin 109.2.1—109.2.3-cü maddələrində göstərilən hərəkətlər uşağın və ya yetkinlik yaşına çatan fəaliyyət qabiliyyəti olmayan şəxsin nümayəndəsi tərəfindən edilmişsə, aliment geri tələb olunmur, lakin alimentin ödənilmiş məbləği aliment ödəmiş şəxsin iddiası əsasında təqsirkar nümayəndədən tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən 135,5 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 134,7 manat dövlət rüsumu onun xeyrinə cavabdehdən tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 14 904 (on dörd min doqquz yüz dörd) manat məbləğində ödənilmiş aliment və 135,5 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 14 904 (on dörd min doqquz yüz dörd) manat məbləğində ödənilmiş aliment və 134,7 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar