Məhkəmə qərarları › İş №e-2(003)-884/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-884/2025

23.12.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-884/2025 23.12.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “atalıq faktının müəyyən edilməsi, aliment və əlavə xərclərdə iştirak” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında qapalı məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin halları İddiaçı X3 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh faktiki nikahlarından doğulmuş xx.xx.2022-ci il təvəllüdlü X4 atası olmasının müəyyən edilməsi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Vətəndaşlıq Vəziyyəti X8 orqanları tərəfindən xx.xx.2022-ci il təvəllüdlü X4 doğum barədə qeydiyyat məlumatlarında soyad qrafasında dəyişiklik edilərək cavabdehin soyadının uşağa verilməsi və yeni doğum haqqında şəhadətnamənin verilməsi, faktiki nikahdan doğulmuş, onun himayəsində olan və yetkinlik yaşına çatmamış övladları xx.xx.2018-ci il təvəllüdlü X12 və xx.xx.2022-ci il təvəllüdlü X2 üçün cavabdehdən hər ay yetkinlik yaşına çatana kimi iki övladının saxlanması üçün sabit məbləğdə hər uşağa görə 235 manat, cəmi 470 manat aliment tutularaq ona ödənilməsi, autizm spektr pozuntusundan əziyyət çəkən övladı xx.xx.2018-ci il təvəllüdlü X6 müalicəsi, psixoloq və loqoped təlimləri alması üçün hər ay 300 manat cavabdehdən alınaraq ona ödənilməsi, ilkin mediasiya sessiyası üçün ödədiyi 50 manat, məhkəməyə müraciət üçün ödədiyi 50 manat dövlət rüsumu və vəkillə müqavilənin bağlanması üçün ödədiyi 1500 manatın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə iddiaçı xx.xx.2017-ci il tarixdə adət-ənənələrə uyğun olaraq, qohum-əqrəbanın iştirakı ilə toy mərasimi keçirmiş və faktiki nikah münasibətlərinə daxil olaraq ailə qurmuşlar. Cavabdeh toy mərasimindən sonra rəsmi nikaha daxil olacağına söz versə də, sonradan müxtəlif səbəblər və bəhanələr gətirərək rəsmi nikahdan yayınmışdır. Toy mərasiminə dair foto və video materiallar hazırlıq iclasında məhkəməyə təqdim ediləcəkdir.Faktiki nikah münasibətlərindən iki övlad anadan olmuşdur xx.xx.2018-ci il təvəllüdlü X12, xx.xx.2022-ci il təvəllüdlü X5 (Doğum haqqında şəhadətnamələr əlavə olunur). Birinci övlad dünyaya gəldikdən sonra iddiaçı və cavabdeh birlikdə qeydiyyat şöbəsinə müraciət etmiş, onların birgə ərizəsi əsasında cavabdeh uşağın atası kimi qeydiyyata alınmışdır. İkinci övlad doğulduğu zaman cavabdeh ölkə xaricində olduğundan, doğum haqqında şəhadətnamənin alınması üçün iddiaçı təkbaşına qeydiyyat şöbəsinə müraciət etmiş, uşağa iddiaçının soyadı verilmiş və ata adı iddiaçının göstərişi ilə yazılmışdır. Sonradan cavabdeh uşağın atası olduğunu təsdiq edən notarial qaydada təsdiqlənmiş ərizə versə də, qeydiyyat şöbəsi tərəfindən atalıq faktının təsdiqi üçün cavabdehin şəxsən müraciət etməsinin zəruri olduğu bildirilmişdir. Tərəflər birlikdə yenidən müraciət etdikdə isə cavabdehin doğum haqqında şəhadətnaməsində qeydlərin gürcü dilində və korlanmış vəziyyətdə olması səbəbindən qeydiyyat orqanı tərəfindən imtina cavabı verilmişdir. Bu barədə rəsmi yazılı cavab hazırlıq iclasına qədər məhkəməyə təqdim ediləcəkdir.Faktiki nikah münasibətləri pozulduqdan sonra cavabdeh aliment öhdəliyindən yayınmaq məqsədilə atalıq faktının təsdiqi üçün qeydiyyat şöbəsinə müraciət etməyə razılıq verməmişdir. Cavabdeh uşağın atası olduğuna dair heç bir şübhəsi olmadığı halda, iddiaçını ləkələmək məqsədilə uşağın atasının özü olmadığına dair şayiələr yaymışdır. Cavabdehin həqiqətən şübhəsi olduğu halda, iddiaçı məhkəmənin zəruri hesab edəcəyi təqdirdə məhkəmə-tibbi bioloji (DNT) ekspertizasının keçirilməsinə etiraz etmir.Evliliyin ilk dövrlərində münasibətlər normal olsa da, sonradan xarakter uyğunsuzluğu və cavabdehin ailə münasibətlərindən irəli gələn öhdəliklərini yerinə yetirməməsi səbəbindən münasibətlər pozulmuş, xx.xx.2024-cü il tarixdən etibarən faktiki nikah münasibətlərinə son qoyulmuşdur. Həmin tarixdən sonra cavabdeh övladları ilə maraqlanmamış və onların saxlanmasında iştirak etməmişdir.Cavabdeh hər iki azyaşlı uşağın doğma atasıdır. Hal-hazırda iddiaçı hər iki övladı qohumlarının köməyi ilə təkbaşına saxlayır. İddiaçı tələbə olduğu üçün işləmək imkanı yoxdur. Buna baxmayaraq, cavabdeh valideynlik borcunu yerinə yetirməli, övladlarının saxlanmasında maddi iştirak etməlidir.Cavabdehin rəsmi iş yeri olmasa da, Rusiya Federasiyasında əmək fəaliyyəti ilə məşğul olduğu və mütəmadi maddi gəlir əldə etdiyi məlumdur. Bu səbəbdən hər bir uşaq üçün sabit məbləğdə aliment təyin edilməlidir. Bundan əlavə, xx.xx.2018-ci il təvəllüdlü X12 autizm spektr pozuntusundan əziyyət çəkir və bu səbəbdən mütəmadi olaraq psixoloq və loqoped xidmətlərinə ehtiyac duyur. Qeyd olunan təlimlər yüksək maddi xərclər tələb etdiyindən, cavabdeh alimentdən əlavə olaraq hər ay 300 (üç yüz) manat məbləğində əlavə xərclərin ödənilməsində iştirak etməlidir. Bununla bağlı tibbi və digər təsdiqedici sənədlər hazırlıq iclasında məhkəməyə təqdim ediləcəkdir. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək Cavabdeh faktiki nikahdan doğulmuş xx.xx.2020-ci il təvəllüdlü X4 atası olmasının müəyyən edilməsi; - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Vətəndaşlıq Vəziyyəti X8 orqanları tərəfindən xx.xx.2020-ci il təvəllüdlü X4 doğum barədə qeydiyyat məlumatlarında soyad qrafasında dəyişiklik edilərək cavabdehin soyadının uşağa verilməsi və yeni doğum haqqında şəhadətnamənin verilməsi; -birgə faktiki nikahdan doğulmuş, iddiaçının himayəsində olan və yetkinlik yaşına çatmamış övladlarımız: xx.xx.2018-ci il təvəllüdlü X12 və xx.xx.2020-ci il təvəllüdlü X2 üçün cavabdehdən hər ay yetkinlik yaşına çatmamış iki övladımızın saxlanması üçün sabit məbləğdə hər uşağa görə 246 manat, cəmi 492 manat aliment tutularaq mənə ödənilməsi; -autizm spektr pozuntusundan əziyyət çəkən övladımız xx.xx.2018-ci il təvəllüdlü X6 müalicəsi, psixoloq və loqoped təlimləri alması üçün hər ay 300 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməsi; -ilkin mediasiya sessiyası üçün ödədiyi 50 manat, məhkəməyə müraciət üçün ödədiyim 50 manat dövlət rüsumu və vəkillə müqavilənin bağlanması üçün ödədiyi 1500 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəlillərinə etiraz Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddiaya qarşı yazılı etirazla müraciət edərək göstərmişdir ki, iddiaçının tələb etdiyi əlavə xərclər əsassızdır. Autizm spektr pozuntusu olan şəxslər xüsusi şərait yaradılmadan təhsil almaqda çətinlik çəkən, psixi ləngimələri olan sağlamlıq imkanları məhdud şəxslər kateqoriyasına daxildirlər. “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, bu şəxslər üçün xüsusi təhsil sahəsi nəzərdə tutulmuş, onların dövlət hesabına xüsusi təhsil alması təmin edilmişdir. Həmin qanunvericiliyə uyğun olaraq, sözügedən şəxslərin psixoloji-tibbi-pedaqoji komissiyalarda və müvafiq dövlət orqanlarında (qurumlarda) pulsuz müayinədən keçmək, eləcə də fiziki çatışmazlığı, əqli və (və ya) psixi ləngimələri olanların pulsuz psixoloji-tibbi-pedaqoji korreksiya olunmaq hüquqları mövcuddur. Bu çərçivədə ödənişsiz loqopedik xidmətlər və psixoloji təlimlər dövlət hesabına maliyyələşdirilən xüsusi təhsil bölmələrində həyata keçirilir. Həmçinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin və regional təhsil idarələrinin tabeliyində fəaliyyət göstərən loqopedik kabinetlər və mərkəzlər vasitəsilə loqopedik xidmətlərin göstərilməsi təmin edilir. İş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, iddiaçı tərəfindən vəkil bürosuna hüquqi yardım haqqı kimi 1400 (bir min dörd yüz) manat məbləğində vəsait ödənilmişdir. Bununla yanaşı, 100 (bir yüz) manat məbləğində vəsaitin birbaşa vəkilin bank kartına köçürülməsi həmin məbləğin vəkil xərci kimi qəbul edilməsinə hüquqi əsas vermir.Bundan əlavə, iş üzrə məhkəmə tibbi-bioloji ekspertizasının təyin edilməsi zərurəti mövcuddur. Cavabdehin izahatlarında göstərilən və məhkəməyə təqdim ediləcək əlavə sübutlarla təsdiq olunacağı ehtimal edilən hallar, iddiaçının digər şəxslərlə münasibətlərinin mövcudluğu ehtimalını ortaya qoyur. Bu baxımdan, ikinci uşağın cavabdehdən olmaması ehtimalı nəzərə alınaraq, uşağın bioloji atasının müəyyən edilməsi məqsədilə məhkəmə tibbi-bioloji ekspertizasının keçirilməsi zəruri hesab olunur. Proses iştirakçılarının izahatı Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh ustadır, dekorasiya işləri ilə məşğuldur. 6 aya 30000,0 manat qazanc əldə edir. Öz adına heçnə almır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə olunmuş sənədlər Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası Cavabdeh, anası İddiaçı olan xx.xx.2018-ci il təvəllüdlü X12 doğulmuşdur. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası X10, anası İddiaçı olan xx.xx.2020-ci il təvəllüdlü X5 doğulmuşdur. PulPal ödəiş qəbzinin sürətindən görünür ki, İddiaçı hüquqi yardı göstərilməsi ilə bağlı 1500,0 manat ödəniş etmişdir. Həkim Psixiatr Komissiyasının 119 saylı xx.xx.2025-ci il tarixli rəyinin sürətindən görünür ki, X7 yüngül koqnitiv pozuntu, autizm əlamətləri ilə müşaiyət olunur. Loqos Psixiatriya və Nitq inkişafı mərkəzinin arayışından görünür ki, X7 autesfik əlamətlər mövcüddur. qəbzlərdən görünür ki, hər ay xx.xx.2018-ci il təvəllüdlü X6 loqoped və psixoloq dərslərinə ayrı-ayrılıqda 160,0 manat ödəniş edir. Məhkəmə-Tibbi Ekspertiza və X11 Publik Hüquqi şəxsinin 200/2025-TBŞ saylı ekspert rəyindən aydın olur ki, tədqiq olunmuş sistemlərin qrup faktorlarının göstəricilərinə əsasən, ekspertizaya təqdim olunmuş X5 adlı uşaq barəsində Cavabdeh atalıq faktı inkar olunmadı. Bakı Şəhəri Xəzər Rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, ddiaçı İddiaçı ilə Cavabdeh qeyri rəsmi nikahdan doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X12 və xx.xx.2020-ci il təvəllüdlü X4 azyaşlı olmaları nəzərə alınaraq anaları İddiaçı himayəsində qalmaları onuların gələcək mənafeyi üçün məqsədə uyğun hesab olunmalıdır. Tətbiq edilən qanunvericilik Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.2-ci maddəsinə əsasən, uşaq, aralarında nikah bağlanmış şəxslərdən olduqda, eləcə də nikahın pozulması və ya etibarsız sayılması vaxtından və ya uşağın atasının ölümündən 300 gün ərzində doğulduqda, başqa sübutlar yoxdursa, uşağın atası ananın əri (keçmiş əri) hesab olunur. Atalıq ərlə ananın nikahı haqqında qeyddə təsdiq olunur. 45.1-ci maddəsinə əsasən, uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Qeyd edilən Məcllənin 46.1 və 46.2-ci maddələrinə əsasən, öz aralarında nikahda olan ata və ana doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. Valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. 47.1 və 47.2-ci maddələrinə əsasən, bu Məcəllənin 46.1-ci və 46.2-ci maddələrinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər. Bu Məcəllənin 46.2-ci maddəsinə əsasən uşağın atası kimi yazılmış şəxs qeydlər zamanı özünün uşağın həqiqi valideyni olmadığını bilirdisə, onun atalığa dair mübahisə açma haqqında tələbi təmin oluna bilməz. 43-cü maddəsinə əsasən valideynlərin və uşaqların hüquq və vəzifələri qanunvericiliklə müəyyən olunmuş qaydada uşağın mənşəyinin təsdiq olunmasına əsaslanır. 48-ci maddəsinə əsasən bu Məcəllənin 44-45-ci maddələri ilə nəzərdə tutulmuş qaydada atalıq müəyyən olunduqda, uşaqlar valideynlərinə və onların qohumlarına münasibətdə, öz aralarında nikahda olan valideynlərin uşaqlarının malik olduqları hüquq və vəzifələri daşıyırlar. 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 7-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə uyğun olaraq ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya yolu ilə həll oluna bilər. Ailə münasibətlərindən irəli gələn mübahisələrlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. 100.3-cü maddəsinə əsasən, məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. "Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli 15 nömrəli Qərarı ilə "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" xx.xx.2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-cü bəndinə aşağıdakı məzmunda 8.4-1-ci yarımbənd əlavə edilmişdir: "8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024- cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini "xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun" məzmununda ifadə etməlidir)." Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni vəəsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasəm hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi Məhkəmə tərəfləri dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, İddiaçı Cavabdeh ilə faktiki nikaha daxil olması, onların faktiki nikahlarından xx.xx.2018-ci il təvəllüdlü X12 və xx.xx.2020-ci il təvəllüdlü X5 adlı uşağının anadan olması iddiaçının izahatı ilə yanaşı və işin digər mötəbər sübutları ilə tam sübuta yetirildi. Eyni zamanda, xx.xx.2018-ci il təvəllüdlü X12 dünyaya gəlməsindən sonra iddiaçı və cavabdeh birgə şəkildə müvafiq qeydiyyat orqanına müraciət etmiş, onların təqdim etdikləri birgə ərizə əsasında cavabdeh uşağın atası qismində rəsmi qeydiyyata alınmışdır. xx.xx.2020-ci il təvəllüdlü X4 doğumu zamanı isə cavabdehin ölkə hüdudlarından kənarda olması səbəbindən doğumun dövlət qeydiyyatının aparılması üçün iddiaçı qeydiyyat orqanına təkbaşına müraciət etmişdir. Nəticədə uşağa iddiaçının soyadı verilmiş, ata adı isə iddiaçının verdiyi məlumata uyğun olaraq qeyd edilmişdir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar Məhkəmə-Tibbi Ekspertiza və X11 Publik Hüquqi şəxsinin 200/2025-TBŞ saylı ekspert rəyində öz əksini tapmışdır, beləki, aparılmış məhkəmə-tibbi bioloji tədqiqatlar nəticəsində əldə edilmiş sistemlərin qrup faktorlarının göstəricilərinə əsasən, ekspertizaya təqdim olunmuş X5 barəsində Cavabdeh atalıq faktı istisna edilməmiş, yəni cavabdehin uşağın bioloji atası olması inkar olunmamışdır. Odur ki, göstərilən hallar işin sübut olunmuş xüsusatları kimi qəbul edilərək, göstərilən qaydada qiymətləndirilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edirki Cavabdeh xx.xx.2020-ci il tarixdə Bakı şəhərində doğulmuş Mövlanə adlı uşağın atası olması faktı müəyyən edilməlidir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh yetkinlik yaşına çatmamış uşaqlarınının valideyni olduğundan və yetkinlik yaşına çatmamış uşaq iddiaçının yanında qaldığından, uşağın saxlanması üçün cavabdehdən aliment tutulmasına dair iddia tələbi əsaslıdır. Məhkəmə bunu da qeyd edir ki, aliment tutularkən alimentin hesablanmağa başlandığı (tələb barədə ərizənin verildiyi) təqvim ili ilə qətnamənin qəbul edildiyi il arasında ölkə üzrə minimum əmək haqqı məbləğində fərq olduqda, aliment ərizənin verildiyi tarixdə ölkə üzrə mövcud olmuş minimum əmək haqqına münasibətdə təyin edilməlidir. Bərdə regional “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsində xx.xx.2022-ci il tarixli, 324 saylı akt qeydində dəyişiklik edilərək, uşaq haqqında məlumatlarda uşğın soyadı “İsgəndərova”, ata haqqında məlumatlarında ata adı qrafasında “Cavabdeh” qeyd edilsin. Məhkəmə tərəflərin nikahından doğulmuş uşağın mənafeyini nəzərə alaraq, cavabdehdən uşağın saxlanılması üçün hər ay sabit pul məbləğində tutulacaq alimentin miqdarı məsələsini müzakirə edərkən, qanunla müəyyən edilmiş uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu, həmçinin tərəflərin maddi və ailə vəziyyətini, uşağın yaş həddini, uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını, mövcud iqtisadi vəziyyətdə infilyasiyanı və diqqətəlayiq olan digər halları əsas tutaraq, Cavabdeh hər ay hər uşağa 246,0 manat sabit pul məbləğində alimentin tutulmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə, 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Ona görə də məhkəmə uşaqların saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay hər uşağa görə 246 manat həddində aliment tutulmasını məqsədə uyğun hesab edir. Hazırkı iddia ərizəsi məhkəməyə 2024-cü ildə verilmişdir. Hazırda ölkə üzrə minimum əmək haqqı məbləği 400 manat olsa da o zaman 345,0 manat idi. Lakin iddia tələbi 2025ci il tarixdə dəqiqləşdirib 246,0 manat tələb edilmişdir. Qeyd olunan 246 manat məbləğ göstərilən 400 manat minimum əmək haqqı məbləğinin (246:400) 0,61 mislini təşkil edir. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddəti xx.xx.2024-cü il tarixdən başlanmalıdır. Belə ki, İşin materiallarından görünür ki, İddiaçı cavabdehə mediasiya prosesinin tətbiqi barədə xx.xx.2024-ci il tarixdə təklif göndərmişdir. Buna görə də alimentin tutulma müddəti iddiaçının “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinin yerinə yetirilməsi üçün cavabdehə mediasiya prosesinin tətbiqi barədə təklifi göndərdiyi xx.xx.2024-ci il tarixdən başlanmalıdır. Beləliklə, məhkəmə bu qənaətə gəldi ki, iddiaçının məhkəməyə müraciət etdiyi xx.xx.2024-ci il tarixindən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2018-ci il təvəllüdlü X12 və xx.xx.2020-ci il təvəllüdlü X1 üçün cavabdehdən iddiaçının xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər uşağa görə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,61 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamə aliment hissəsində dərhal icra edilməlidir. Həmçinin məhkəmə autizm spektr pozuntusu olan xx.xx.2018-ci il təvəllüdlü X12 ilə bağlı əlavə 300,0 manat xərcin tutulması hissəsinə qiymət verərək hesab edir ki, iddia bu hissədə qismən əsaslıdır. Belə ki, iş materiallarından görünür ki: azyaşlı X9 autizm əlamətləri diaqnozu qoyulmuşdur, tibbi və psixoloji rəy sənədləri ilə bu hal təsdiqlənir, uşağın müalicə, psixoloq və loqoped xidmətlərinə davamlı ehtiyacı vardır. Cavabdehin qeyd etdiyi kimi, dövlət tərəfindən pulsuz xidmətlərin mövcudluğu valideyni əlavə xərclərdə iştirak öhdəliyindən tam azad etmir. Lakin iddiaçının tələb etdiyi 300 manat məbləği cavabdehin maddi vəziyyəti və ədalətlilik prinsipi baxımından qismən artıq hesab edilmişdir. Belə iş materiallarında olan qəbzlərdən görünür ki, hər ay uşağın loqoped və psixolog dərslərinə ayrı-ayrılıqda 160,0 manat ödəniş edir. Bu səbəbdən məhkəmə aylıq 150 manat məbləğində əlavə xərclərin cavabdehdən tutulmasını əsaslı və proporsional hesab etmişdir. Məhkəmə həmçinin iddianın 50,0 manat mediasiya xərcinin və 50,0 manat dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Ona görə ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasında iştirak edən zaman 50,0 manat mediasiya xərci və 50,0 manat dövlət rüsumu ödəmişdir. Odur ki, iddiaçının mediasiya xərcini və dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərərlər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Həmçinin iş materiallarına əlavə edilmiş qəbzdə də görünür ki, iddiaçı hüquqi yardımın göstərilməsi üçün 1500,0 manat ödəniş etmişdir. Beləliklə, məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2020-ci il tarixdə Bakı şəhərində doğulmuş Mövlanə adlı qız uşağının atası olması faktı müəyyən edilməli və Cavabdeh xx.xx.2018-ci il təvəllüdlü X12 və xx.xx.2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,61 misli (hər uşağa ayrı-ayrılıqda) həddində sabit pul məbləğində aliment, xx.xx.2018-ci il təvəllüdlü X6 əlavə xərcləri ilə bağlı hər ay 150,0 manat məbləğində pul, mediasiya sessiyası üçün ödənilmiş 50,0 manat və 50 manat dövlət rüsumu və hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 1500,0 manat pul cavabdehdən alınaraq İddiaçı xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 360 və 362-ci maddələrini rəhbər tutaraq. məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. xx.xx.1990-cı il tarixdə anadan olmuş Cavabdeh xx.xx.2020-ci il tarixdə İddiaçı doğulmuş Mövlanə adlı qız uşağının atası olması müəyyən edilsin. Bərdə regional “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsində xx.xx.2022-ci il tarixli, 324 saylı akt qeydində dəyişiklik edilərək, uşaq haqqında məlumatlarda uşğın soyadı “İsgəndərova”, ata haqqında məlumatlarında ata qrafasında “Cavabdeh” qeyd edilsin. xx.xx.2024-ci il tarixindən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2018-ci il təvəllüdlü X12 və xx.xx.2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,61 misli (hər uşağa ayrı-ayrılıqda) həddində sabit pul məbləğində aliment və xx.xx.2018-ci il təvəllüdlü X6 əlavə xərcləri ilə bağlı hər ay 150,0 manat məbləğində pul tutulsun. Cavabdeh 50,0 manat və 50 manat dövlət rüsumu və hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 1500,0 manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamə dərhal icra edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar