Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-908/2025 08.04.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi ilə İddiaçı MMC-nin Cavabdeh qarşı "borcun ödənilməsi" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi İşin halları İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh inzibati xəta haqqında protokollara görə ödənilmiş 1091 manat məbləğində pulun və ödənilmiş 31.31 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 13 yanvar 2023-cü il tarixli, FAT-361 saylı “Daxili lizinq” müqaviləsinə əsasən Cavabdeh sifarişi ilə 2022-ci il buraxılışlı, “Chevrolet Nexia” minik markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı, qara rəngli avtomobil onun müvəqqəti istifadə və sahibliyinə verilmişdir. Lizinq obyekti olan “Chevrolet Nexia” minik markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehin müvəqqəti sahiblik və istifadəsində olduğu müddət ərzində inzibati xəta ilə əlaqədar sürücü AR X2 İdarəsi tərəfindən inzibati qaydada cərimələnmişdir. Bu faktı DYPİ-nin elektron portaldan alınmış çıxarış təsdiq edir. Həmin cərimələr EQ 21240086 saylı protokola görə 9 manat, EQ 21240094 saylı protokola görə 45 manat, EQ 21240090 saylı protokola görə 45 manat, EQ 21240097 saylı protokola görə 36 manat, EQ 21240088 saylı protokola görə 45 manat, EQ 21240084 saylı protokola görə 36 manat, EQ 21240079 saylı protokola görə 9 manat, EQ 16991115 saylı protokola görə 16 manat, EQ 16991114 saylı protokola görə 320 manat, EQ 16991111 saylı protokola görə 16 manat, EQ 16991107 saylı protokola görə 16 manat, EQ 16991108 saylı protokola görə 16 manat, EQ 16991097 saylı protokola görə 80 manat, EQ 16991074 saylı protokola görə 80 manat, EQ 16991075 saylı protokola görə 16 manat, EQ 16991069 saylı protokola görə 16 manat, EQ 16991070 saylı protokola görə 16 manat, EQ 16991073 saylı protokola görə 16 manat, EQ 16991072 saylı protokola görə 80 manat, EQ 16991068 saylı protokola görə 64 manat, EQ 16991065 saylı protokola görə 80 manat, EQ 16991128 saylı protokola görə 16 manat məbləğində pul İddiaçı MMC tərəfindən ödənilmişdir. Şirkət tərəfindən həmin cərimələrə görə ümumilikdə 1091 manat məbləğində ödəniş edilmişdir. Aşağıda göstərilənləri nəzərə alaraq hesab edirlər ki, iddia qanuni və əsaslı olduğundan təmin edilməlidir. Mülkiyyət hüququ ilə İddiaçı MMC-yə məxsus nəqliyyat vasitəsilə törədilmiş inzibati xəta haqqında protokollar əsasında yaranmış cərimələr ödənilmişdir. Həmin cərimələr ödənilmədiyi təqdirdə “X1” Azərbaycan Respublikasının qanununun tələbinə uyğun olaraq həmin nəqliyyat vastəsinin saxlanılaraq cərimə meydançasına yerləşdirilməsi haqqında qərar qəbul edilir və qərarın icra edilməsi üçün YPX inpektorlarına təlimat verilir. Bununla da lizinq şirkəti ilə yanaşı nəqliyyat vasitəsini faktiki idarə edən şəxsin də hüquqları pozulmuş olur. Proses iştirakçılarının izahatı Tərəflər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da məhkəmə iclasına gəlməmişlər, lakin iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmiş, cavabdeh isə gəlməmiş və gəlməməsinin səbələri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia ərizəsinə etirazın dəlilləri İddiaya qarşı yazılı etiraz daxil olmamışdır. İş materiallarına əlavə olunmuş sənədlər -13 yanvar 2023-cü il tarixli FAT-361 saylı, “Daxili lizinq” müqaviləsinin surətindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 13 yanvar 2023-cü il tarixli FAT-361 saylı “Daxili lizinq” müqaviləsinə əsasən 2022-ci il buraxılışlı, “Chevrolet Nexia CDX” markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı, qara rəngli avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Lizinq obyekti üzərində mülkiyyət hüququ müqavilənin qüvvədə olduğu bütün müddət ərzində,hətta həmin müqavilə hər hansı bir səbəbdən ləğv və ya xitam verildikdə də lizinq verəndə qalır (Müqavilənin 2.1.-ci bəndi). -xx.xx.2024-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh lizing müqaviləsi üzrə xx.xx.2024-cü il tarixədək əsas borc üzrə 719,01 manat gecikdirilmiş əsas, 719,76 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 109,96 manat dəbbə pulu, ümumilikdə 1548,73 manat borcu mövcuddur. -xx.xx.2023-cü il tarixli təhvil-təslim aktının məzmunundan görünür ki, lizinq obyekti qimsində çıxış edən əmlak lizinq alan Cavabdeh təhvil verilmişdir. -155 saylı, xx.xx.2024-cü il tarixli xəbərdarlıq (pretenziya) məktubundan görünür ki, 13 yanvar 2023-cü il tarixli FAT-361 saylı “Daxili lizinq” müqaviləsinə 1034,65 manat gecikdirilmiş borc yaranması barədə Cavabdeh məlumat verilmişdir. -Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-2393/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, Lizinq obyekti olan 2022-ci il buraxılışlı, “Chevrolet Nexia CDX” minik markalı, 77-PY089 dövlət qeydiyyat nişanlı, qara rəngli avtomobil mülkiyyətçi İddiaçı MMC-nə geri qaytarılması və Cavabdeh 13 yanvar 2023-cü il tarixli FAT-361 saylı “Daxili lizinq” müqaviləsinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 24 aprel 2024-cü il tarixə 719.01 manat gecikdirilmiş əsas, 719.76 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 20 manat dəbbə pulu, cəmi 1458,77 manat borc və ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulması, iddia qalan hissədə rədd edilməsi qət edilmişdir. - AR X2 İdarəsinin elektron sistemindən çıxarışlardan görünür ki, Cavabdeh “Chevrolet Nexia CDX” markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən, EQ 21240086 saylı protokola görə 9 manat, EQ 21240094 saylı protokola görə 45 manat, EQ 21240090 saylı protokola görə 45 manat, EQ 21240097 saylı protokola görə 36 manat, EQ 21240088 saylı protokola görə 45 manat, EQ 21240084 saylı protokola görə 36 manat, EQ 21240079 saylı protokola görə 9 manat, EQ 16991115 saylı protokola görə 16 manat, EQ 16991114 saylı protokola görə 320 manat, EQ 16991111 saylı protokola görə 16 manat, EQ 16991107 saylı protokola görə 16 manat, EQ 16991108 saylı protokola görə 16 manat, EQ 16991097 saylı protokola görə 80 manat, EQ 16991074 saylı protokola görə 80 manat, EQ 16991075 saylı protokola görə 16 manat, EQ 16991069 saylı protokola görə 16 manat, EQ 16991070 saylı protokola görə 16 manat, EQ 16991073 saylı protokola görə 16 manat, EQ 16991072 saylı protokola görə 80 manat, EQ 16991068 saylı protokola görə 64 manat, EQ 16991065 saylı protokola görə 80 manat, EQ 16991128 saylı protokola görə 16 manat məbləğində cərimələr olunmuş və ümumilikdə 1091 manat məbləğində pul İddiaçı MMC tərəfindən dövlət büdcəsinə ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-ci maddəsinə əsasən, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri başqa şəxsə zərər vurulmasıdır. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. -443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. -448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). -1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. -1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 107. məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmənin mövqeyi Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdehn “Chevrolet Nexia CDX” minik markalı, 77-PY089 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən "X1" Azərbaycan Respublikasının Qanununun tələblərini pozması və nəticədə EQ 21240086 saylı protokola görə 9 manat, EQ 21240094 saylı protokola görə 45 manat, EQ 21240090 saylı protokola görə 45 manat, EQ 21240097 saylı protokola görə 36 manat, EQ 21240088 saylı protokola görə 45 manat, EQ 21240084 saylı protokola görə 36 manat, EQ 21240079 saylı protokola görə 9 manat, EQ 16991115 saylı protokola görə 16 manat, EQ 16991114 saylı protokola görə 320 manat, EQ 16991111 saylı protokola görə 16 manat, EQ 16991107 saylı protokola görə 16 manat, EQ 16991108 saylı protokola görə 16 manat, EQ 16991097 saylı protokola görə 80 manat, EQ 16991074 saylı protokola görə 80 manat, EQ 16991075 saylı protokola görə 16 manat, EQ 16991069 saylı protokola görə 16 manat, EQ 16991070 saylı protokola görə 16 manat, EQ 16991073 saylı protokola görə 16 manat, EQ 16991072 saylı protokola görə 80 manat, EQ 16991068 saylı protokola görə 64 manat, EQ 16991065 saylı protokola görə 80 manat, EQ 16991128 saylı protokola görə 16 manat məbləğində cərimə olunmuşdur. Hazırda həmin cərimələr iddiaçı tərəfindən tamamilə ödənilmişdir. Ona görə də məhkəmə qeyd olunan halları nəzərə alaraq, hesab edir ki, iddiaçı yuxarıda qeyd olunan cərimələrin əvəzini cavabdehdən tələb etməkdə, yəni belə bir tələb irəli sürməkdə haqlı olmuşdur. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddia bu hissədə əsaslıdır və təmin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərclərinə daxil olan ödənilmiş dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, həmçinin iddianın qiyməti 1.000 manatdan 10.000 manatadək olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 32,31 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 222 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh inzibati xəta haqqında protokollara görə ödənilmiş 1091 manat məbləğində pul və ödənilmiş 32,31 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №e-2(003)-908/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-908/2025
08.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver