Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-932/2024 30.05.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi ilə İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı subroqasiya tələbinin təmin edilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbi barədə iddia ərizəsi ilə məhəməyə müraciət edərək, Cavabdeh “Skoda Rapid” markalı, 77PN715 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 13394,94 manat (on üç min üç yüz doxsan dörd manat doxsan dörd qəpik) pulun və ödənilmiş 130.60 manat züy) otuz manat on səkkiz qəpik) dövlət rüsumunun İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa (forma 4) əsasən, xx.xx.2022-ci il tarixdə Cavabdeh oğlu tərəfindən idarə olunan “BMW 324” markalı, ** MX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Skoda Rapid” markalı, ** PN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi, “Toyota Corolla” markalı ** OK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi və “Toyota Prius” markalı ** EH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. İş materiallarına əlavə edilmiş sığorta şəhadətnaməsindən görünür ki, “Skoda Rapid” markalı, ** PN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı Sığorta Şirkətində könüllü sığorta müqaviləsi əsasında sığortalanmışdır. İş materiallarına əlavə edilmiş Skaz Autohouse rəsmi servisi tərəfindən təqdim olunmuş zərərin qiymətləndirilməsinə dair aktdan görünür ki, sığortalanmış “Skoda Rapid” markalı, ** PN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 18018.94 manat ziyan dəymişdir. İş materiallarına əlavə edilmiş 125100 nömrəli sığorta aktından və xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından aydın olur ki, İddiaçı Sığorta dəymiş zərəri aradan qaldıraraq, sığortalanmış “Skoda Rapid” markalı, ** PN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 200 manat azadolma məbləği ilə birlikdə 18018.94 AZN (on səkkiz min on səkkiz manat doxsan dörd qəpik) sığorta ödənişini ödəmişdir. İş materiallarına əlavə edilmiş inzibati tənbeh vermə haqqında qərarın və protokolun surətinə əsasən, Cavabdeh oğlu yolnəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmiş və İXM-nin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Buna görə də ona qarşı subroqasiya hüququ yaranmışdır. 200 manat azadolma məbləği çıxılmaqla yekun 17818.94 AZN-lik məbləğin 4424 AZN dröd) min dörd yüz iyirmi dörd manat) hissəsi “BMW 324” markalı, ** MX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin icbari sığortaçısı olan "xxxx" ASC tərəfindən İddiaçı Sığorta Şirkətinə ödənilmişdir. Qalan məbləğ, yəni 13394.94 AZN məbləğində pul Cavabdeh oğlu tərəfindən hal-hazırda ödənilməmiş qalmaqdadır. Sözügedən şəxsə həm şifahi (telefon danışığı, görüş), həm də yazılı müraciət (pretenziya) edilməsinə baxmayaraq, o ödənişi etməyəcəyini bildirmişdir. Hesab edir ki, 13394.94 AZN (on üç min üç yüz doxsan dörd manat doxsan dörd qəpik) pul Cavabdeh İddiaçı Sığorta Şirkəti ASCnin xeyrinə tutulmalıdır. Keçirilmiş məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə “Elektron Məhkəmə” sistemi vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbinə” dair keçiriləcək məhkəmə iclaslarında icraatında olan işlərin çoxluğu və uzaq məsafə ilə bağlı üzrlü səbəblərdən iştirak edə bilməyəcəklərini, AR Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin təqdim etdiyi ekspert rəyi ilə tanış olduğunu və rəylə razılaşdığını, ekspert rəyinə dair əlavə şikayət və ya tələbinin olmadığını bildirmiş, ona görə də mülki iş üzrə keçiriləcək bütün hazırlıq və baxış iclaslarının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişlər. Keçirilmiş məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən etiraf edərək, izahatında bildirdi ki, maşının arxa hissədən vurulmasını o qəbul edir, lakin zərbə nəticəsində onun digər avtomobilə dəyməsi nəticəsində qabaq hissəsinin əzilməsini etiraf etmir. Belə ki, düzgün ara məsafəsi saxlasa idi dəyməzdi. Onun hesabı ilə dəymiş zərər 4 000 manat təşkil edir. 5 000 manat isə sığorta ödəyib. Tərəflər məhkəmə iclasında iştirak eməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan İXP ******* saylı xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Cavabdeh barəsində İXM-nin 327.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. İş materiallarında olan 125100 saylı sığorta aktının surətindən görünür ki, “Skoda Rapid” markalı, ** PN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 200 manat azadolma məbləği ilə birlikdə 18018.94 AZN (on səkkiz min on səkkiz manat doxsan dörd qəpik) sığorta ödənişini ödəmişdir. İş materiallarında olan Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, Bakı şəhər DYPİ bildirir ki, 2022.11.11-il tarixdə saat 20:00 dəqiqədə Bakı ş.yol-nəqliyyat hadisəsi baş vermişdir. İş materiallarında olan təmir aktının surətindən görünür ki, “Skoda Rapid” markalı, ** PN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ehtiyat hissələrinin qiyməti ümumilikdə 14763.94 manat, görüləcəl işlərin qiyməti 3255 manat olmaqla ümumilikdə 18018,94 manat hesablanmışdır. İş materiallarında olan İddiaçı Sığorta Şirkəti ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli pretenziyaların surətindən görünür ki, ona 13394,94 manat məbləğində pulun 10 gün ərzində ödənilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 9/2355 saylı məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, Nəzəri hesablama yolu ilə iş materialında olan "Skaz Autohouse” MMC tərəfindən tərtib edilmiş, xx.xx.2022-ci il tarixli qüsur aktında 2021-ci il buraxılışlı, “Skoda Rapid" markalı **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələndiyi və təmir-bərpa xərcinin 18018,00 manat məbləğində olduğu müəyyən edilmişdir. O cümlədən:
1. - Dəyişilməli hissələrin qiyməti - 14763,00 manat, - Təmirbərpa işlərinin qiyməti - 3255,00 manat.
2. Dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 17427,48 manat. O cümlədən: Dəyişilməli hissələrin qiyməti — 14172,48 manat, Təmirbərpa işlərinin qiyməti — 3255,00 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinin tələbinə görə subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinin tələbinə görə faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişi vermiş sığortaçının subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108-ci (1108.1 və 1108.2) maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Məhkəmə iclasında müəyyən olundu ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh oğlu tərəfindən idarə olunan “BMW 324” markalı, ** MX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Skoda Rapid” markalı, ** PN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi, “Toyota Corolla” markalı ** OK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi və “Toyota Prius” markalı ** EH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri ilə toqquşaraq yolnəqliyyat hadisəsi törətmişdir. “Skoda Rapid” markalı, ** PN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı Sığorta Şirkətində könüllü sığorta müqaviləsi əsasında sığortalanmış, sığortalanmış “Skoda Rapid” markalı, ** PN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 18018.94 manat ziyan dəymişdir. İddiaçı Sığorta dəymiş zərəri aradan qaldıraraq, sığortalanmış “Skoda Rapid” markalı, ** PN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 200 manat azadolma məbləği ilə birlikdə 18018.94 manat (on səkkiz min on səkkiz manat doxsan dörd qəpik) sığorta ödənişini ödəmişdir. Cavabdeh oğlu yolnəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmiş və İXM-nin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Buna görə də ona qarşı subroqasiya hüququ yaranmışdır. 200 manat azadolma məbləği çıxılmaqla yekun 17818.94 manat məbləğin 4424 manat dröd) min dörd yüz iyirmi dörd manat) hissəsi “BMW 324” markalı, ** MX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin icbari sığortaçısı olan "xxxx" ASC tərəfindən İddiaçı Sığorta Şirkətinə ödənilmişdir. Göründüyü kimi, yüksək təhlükə mənbəyinin digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində onun sahibliyindən çıxdığı deyil, əksinə özünün şüurlu surətdə razılığı əsasında digər şəxsin faktiki sahibliyinə keçməsi işin araşdırılmış halları ilə müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Məhkəmə işdə olan sübutlara əsasən hesab edir ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən əmlaka dəymiş zərərə görə 13018 manat ödənildiyindən həmin məbləğ reqres qaydada ödənilən məbləğ həcmində Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddia tələbinin ödənilmiş 130.60 manat dövlət rüsumunun cavabdehdən tutulması hissəsinə qiymət verərək hesab edir ki, həmin məbləğ də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Eyni zamanda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssisslərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış ekspertiza tədqiqatının dəyəri ümumilikdə 50 manat təşkil edir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat Cavabdeh tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:
İddia tələbi qismən təmin edilsin. Cavabdeh avtomobilə dəymiş zərərə görə 13018 manat və 130.60 manat dövlət rüsumu tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul Cavabdeh tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Zaur Tağıyev