Məhkəmə qərarları › İş №e-2(003)-975/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №e-2(003)-975/2022

22.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(003)-975/2022 22.06.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi ilə, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı həkim müayinəsi xərclərinin tutulması, doğum xərclərinin cavabdehə həvalə edilməsi, evə istifadə hüququnun tanınması və sair tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən öz xeyrinə saxlama və hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində hər ay 500 manat və hamiləliklə bağlı birdəfəlik 431 manat həcmində çəkilmiş həkim müayinəsi xərclərinin tutulması, doğuşu ilə bağlı xərclərinin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi, cavabdehə məxsus Buzovna qəsəbəsi, Koroğlu küçəsi, A56 ünvanında yerləşən evindən iddiaçının istifadə hüququnun tanınması və həmin evin bir nüsxə açarı ilə cavabdehlə bərabər istifadə üçün onun faktiki istifadəsinə verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən tərəflər məhkəməyə barışıq sazişini təqdim edərək, aralarında barışığın əldə edilməsini və bu səbəbdən barışıq sazişinin təsdiq edilərək, iş üzrə icraata xitam verilməsini xahiş etmişdirlər. Həmin sazişdə qeyd edilmişdir: Bakı şəhəri on bir may iki min iyirmi ikinci il. Müqavilə tərəfləri birinci tərəf: Cavabdeh- Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi küçəsi, ev 10, mənzil 13 (ŞV: AA 2213203; xx.xx.2021, ASAN 2; FİN:xxxxxxx; d/t:xx.xx.1976 ikinci tərəf: İddiaçı-Xaçmaz rayonu, Hacıbəyli Ə/D, Hacıəlibəy Kəndi (ŞV: AA 3390355; xx.xx.2021, ASAN-Quba; FİN xxxxxxx; d/t:xx.xx.1993) – İddiaçı tərəfindən Cavabdeh qarşı Bakı şəhəri Xəzər rayon Məhkəməsində mülki iddia qaldırılaraq, Cavabdeh İddiaçı xeyrinə saxlama və hamiləliklə əlaqədar hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində hər ay 500 manat və hamiləliklə bağlı birdəfəlik 431 manat həcmində çəkilmiş həkim müayinəsi xərclərinin tutulması, İddiaçı doğuşu ilə bağlı xərclərin ödənilməsi vəzifəsi Cavabdeh həvalə edilməsi, Cavabdeh məxsus Buzovna qəsəbəsi, Koroğlu küçəsi, A56 ünvanında yerləşən evindən İddiaçı istifadə hüququnun tanınması və həmin ev, evin bir nüsxə açarı ilə cavabdehlə bərabər istifadə üçün İddiaçı faktiki istifadəsinə verilməsi tələb edilmişdir. -İddiaçı mülki iddiası birinci instansiya məhkəməsində hazırlıq icraatındadır. Məhkəmənin hazırlıq icraatı dövründə tərəflərin birgə nikahından 01 mart 2022-ci il təvəllüdlü qızları - X3 anadan olmuşdur. -Azərbaycan Respublikasının qüvvədə olan mülki, mülki-prosessual, ailə qanunvericiliklərinin, həmçinin Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq konvensiyaların tələblərinə uyğun olaraq, mübahisə tərəfləri öz aralarında hüquqlar və ya iddialar barədə mübahisəni və qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər və öz aralarında Barışıq Sazişi bağlayaraq qeyd olunan məhkəmə mübahisəsini tamamlayırlar.

1. Xəzər rayon Məhkəməsinin icraatında olan İddiaçı mülki iddiası üzrə e-2(003)-975/2022 saylı mülki işə dair aşağıdakı şərtlərlə, üzərlərinə qarşılıqlı öhdəliklər götürülər və X7ni imzalayırlar: – Xəzər rayon Məhkəməsində baxılan e-2(003)-975/2022 saylı mülki icraat üzrə İddiaçı Cavabdeh İddiaçı xeyrinə saxlama və hamiləliklə əlaqədar hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində hər ay 500 manat və hamiləliklə bağlı birdəfəlik 431 manat həcmində çəkilmiş həkim müayinəsi xərclərinin tutulması, İddiaçı doğuşu ilə bağlı xərclərin ödənilməsi vəzifəsi Cavabdeh həvalə edilməsi, Cavabdeh məxsus Buzovna qəsəbəsi, Koroğlu küçəsi, A56 ünvanında yerləşən evindən İddiaçı istifadə hüququnun tanınması və həmin ev, evin bir nüsxə açarı ilə cavabdehlə bərabər istifadə üçün İddiaçı faktiki istifadəsinə verilməsi iddiasından tam imtina edir və birinci instansiya məhkəməsinə iddiadan imtina etməsi barədə ərizə təqdim edir, həmçinin Cavabdeh qarşı qeyd olunan iddia tələbini bir daha irəli sürməyəcəyi, eləcə də tərəflərin ümumi əmlakının bölünməsi, əmlaka istifadə hüququnun tanınması, uşaq 3 yaşına çatanadək İddiaçı özünün saxlanması ilə bağlı indi və gələcəkdə Cavabdeh qarşı mübahisə irəli sürməyəcəyi barədə öhdəlik götürür. Xəzər rayon Məhkəməsinin icraatında olan e-2(003)-975/2022 saylı mülki iş üzrə barışıq sazişini bağlanması ilə əlaqədar iş üzrə icraata xitam verilməsinə razılıq verir və bunun hüquqi nəticələrini dərk edir. İddiaçı Cavabdeh ilə aralarında olan nikahın pozulmasına razılıq verir və hazırda məhkəmədə baxılan mülki işdən ayrıca qaydada, Cavabdeh tərəfindən İddiaçı birdəfəlik 5480 (beş min dörd yüz səksən) manat pulun verilməsi tarixindən 10 (on) gündən gec olmayaraq nikahın pozulması ilə bağlı mediasiya qurumuna və məhkəməyə iddia ərizəsi ilə müraciət edəcəyi barədə üzərinə öhdəlik götürür. – Xəzər rayon Məhkəməsində baxılan e-2(003)-975/2022 saylı mülki icraat üzrə Cavabdeh İddiaçı özünün və ümumi uşaqları X1 xərclərini, hamiləliyi dövründə, doğuşla bağlı çəkdiyi və gələcəkdə çəkəcəyi bütün xərcləri qarşılamaq üçün İddiaçı birdəfəlik şəkildə 5000 (beş min) manat və uşağın anadan olduğu 01 mart 2022-ci il tarixdən, Barışıq Sazişi imzalanan tarixədək (mart, aprel və may ayları üzrə) hər ay 160 manatdan aliment məbləği hesablanmaqla 480 (dörd yüz səksən) manat pul, cəmi 5480 (beş min dörd yüz səksən) manat pulu Barışıq sazişi birinci instansiya məhkəməsinin qərardadı ilə təsdiq olunduğu və iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardadı qanuni qüvvəyə mindiyi tarixdə İddiaçı nağd qaydada təqdim edir. Cavabdeh İddiaçı ilə birgə nikahdan doğulmuş ümumi uşaqlarıxx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 160 (bir yüz altmış) manat aliment məbləğini sabit pul şəklində hər ayın son tarixində, İddiaçı ödəyəcəyinə dair öhdəlik götürür. İddiaçı məhkəmədə baxılan mülki iş üzrə, Cavabdeh, iddiaçının iddiadan tam imtina etməsinə və barışıq sazişinin bağlanması ilə əlaqədar Xəzər rayon Məhkəməsində baxılan e-2(003)-975/2022 saylı mülki iş üzrə icraata xitam verilməsinə razılıq verir.

2. Barışıq Sazişinin tərəfləri qüvvədə olan Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.4 və 261.0.5-ci maddələrinin mahiyyətini və MPM-nin 262.4-cü maddəsində nəzərdə tutulan iddiadan imtina edilməsinin hüquqi nəticələrini dərk edirlər. Sazişdə əks olunan öhdəlikləri ilə bağlı indi və gələcəkdə iddia qaldırmaq və ümumilikdə Barışıq Sazişini məhkəmədə indi və gələcəkdə mübahisələndirmək hüququnu itirirlər. İddia qaldırıldığı təqdirdə, barışıq sazişinin təsdiq olunması barədə məhkəmə aktı iş üzrə icraata xitam verilməsinə dair vəsatətlə birlikdə müvafiq məhkəməyə təqdim olunur.

3. X6 Bakı şəhəri Xəzər rayon Məhkəməsinin qərardadı ilə təsdiq olunduqdan və tərəflər qanunvericiliklə müəyyən edilmiş müddətdə qərardaddan şikayət vermədikdə qanuni qüvvəyə minir.

4. Tərəflər Sazişin şərtlərinin icrasına maneə törədə biləcək hər hansı bir hərəkətlərdən çəkinməyi öhdələrinə götürürlər.

5. X7 birtərəfli qaydada ləğv edilə bilməz. Saziş məhkəmə qaydasında ləvğ edildikdə, hər bir tərəf aldıqlarını digər tərəfə qaytarmalıdır.

6. X7 tərəflər arasında notariat orqanında təsdiqləndikdən sonra birinci instansiya məhkəməsinə təqdim olunur.

7. X7 4 (dörd) nüsxədə tərtib olunub imzalanır. Tərəflərin hər birində 1 (bir) nüsxə saxlanılır, 1 (bir) nüsxəsi notariat orqanında saxlanılır, qalan nüsxəsi məhkəməyə təqdim edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. İddiaçı və cavabdeh tərəfindən imzalanmış barışıq sazişinin şərtləri məhkəmə iclası protokoluna daxil edilmiş, tərəflərə barışıq sazişinin hüquqi nəticələri və icraata xitam verilmənin nəticələri izah olunmuşdur. Məhkəmə tərəfləri dinləyərək, barışıq sazişini nəzərdən keçirərək hesab edir ki, tərəflərin barışıq sazişi qanuna zidd olmadığından və hər hansı bir şəxsin, eləcə də tərəflərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından təsdiq olunmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, tərəflər arasında barışıq sazişi təsdiq edilərək, iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191, 261, 263 və 264-cü maddələrini rəhbər tutaraq məhkəmə

qərara aldı:

İddiaçı ilə Cavabdeh arasında bağlanmış barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq olunsun:

Bakı şəhəri on bir may iki min iyirmi ikinci il.

Müqavilə tərəfləri

birinci tərəf: Cavabdeh- Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi küçəsi, ev 10, mənzil 13 (ŞV: AA 2213203; xx.xx.2021, ASAN 2; FİN:xxxxxxx; d/t:xx.xx.1976 ikinci tərəf: İddiaçı-Xaçmaz rayonu, Hacıbəyli Ə/D, Hacıəlibəy Kəndi (ŞV: AA 3390355; xx.xx.2021, ASAN-Quba; FİN xxxxxxx; d/t:xx.xx.1993) – İddiaçı tərəfindən Cavabdeh qarşı Bakı şəhəri Xəzər rayon Məhkəməsində mülki iddia qaldırılaraq, Cavabdeh İddiaçı xeyrinə saxlama və hamiləliklə əlaqədar hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində hər ay 500 manat və hamiləliklə bağlı birdəfəlik 431 manat həcmində çəkilmiş həkim müayinəsi xərclərinin tutulması, İddiaçı doğuşu ilə bağlı xərclərin ödənilməsi vəzifəsi Cavabdeh həvalə edilməsi, Cavabdeh məxsus Buzovna qəsəbəsi, Koroğlu küçəsi, A56 ünvanında yerləşən evindən İddiaçı istifadə hüququnun tanınması və həmin ev, evin bir nüsxə açarı ilə cavabdehlə bərabər istifadə üçün İddiaçı faktiki istifadəsinə verilməsi tələb edilmişdir. -İddiaçı mülki iddiası birinci instansiya məhkəməsində hazırlıq icraatındadır. Məhkəmənin hazırlıq icraatı dövründə tərəflərin birgə nikahından 01 mart 2022-ci il təvəllüdlü qızları - X3 anadan olmuşdur. -Azərbaycan Respublikasının qüvvədə olan mülki, mülki-prosessual, ailə qanunvericiliklərinin, həmçinin Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq konvensiyaların tələblərinə uyğun olaraq, mübahisə tərəfləri öz aralarında hüquqlar və ya iddialar barədə mübahisəni və qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər və öz aralarında Barışıq Sazişi bağlayaraq qeyd olunan məhkəmə mübahisəsini tamamlayırlar.

1. Xəzər rayon Məhkəməsinin icraatında olan İddiaçı mülki iddiası üzrə e-2(003)-975/2022 saylı mülki işə dair aşağıdakı şərtlərlə, üzərlərinə qarşılıqlı öhdəliklər götürülər və X7ni imzalayırlar: – Xəzər rayon Məhkəməsində baxılan e-2(003)-975/2022 saylı mülki icraat üzrə İddiaçı Cavabdeh İddiaçı xeyrinə saxlama və hamiləliklə əlaqədar hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində hər ay 500 manat və hamiləliklə bağlı birdəfəlik 431 manat həcmində çəkilmiş həkim müayinəsi xərclərinin tutulması, İddiaçı doğuşu ilə bağlı xərclərin ödənilməsi vəzifəsi Cavabdeh həvalə edilməsi, Cavabdeh məxsus Buzovna qəsəbəsi, Koroğlu küçəsi, A56 ünvanında yerləşən evindən İddiaçı istifadə hüququnun tanınması və həmin ev, evin bir nüsxə açarı ilə cavabdehlə bərabər istifadə üçün İddiaçı faktiki istifadəsinə verilməsi iddiasından tam imtina edir və birinci instansiya məhkəməsinə iddiadan imtina etməsi barədə ərizə təqdim edir, həmçinin Cavabdeh qarşı qeyd olunan iddia tələbini bir daha irəli sürməyəcəyi, eləcə də tərəflərin ümumi əmlakının bölünməsi, əmlaka istifadə hüququnun tanınması, uşaq 3 yaşına çatanadək İddiaçı özünün saxlanması ilə bağlı indi və gələcəkdə Cavabdeh qarşı mübahisə irəli sürməyəcəyi barədə öhdəlik götürür. Xəzər rayon Məhkəməsinin icraatında olan e-2(003)-975/2022 saylı mülki iş üzrə barışıq sazişini bağlanması ilə əlaqədar iş üzrə icraata xitam verilməsinə razılıq verir və bunun hüquqi nəticələrini dərk edir. İddiaçı Cavabdeh ilə aralarında olan nikahın pozulmasına razılıq verir və hazırda məhkəmədə baxılan mülki işdən ayrıca qaydada, Cavabdeh tərəfindən İddiaçı birdəfəlik 5480 (beş min dörd yüz səksən) manat pulun verilməsi tarixindən 10 (on) gündən gec olmayaraq nikahın pozulması ilə bağlı mediasiya qurumuna və məhkəməyə iddia ərizəsi ilə müraciət edəcəyi barədə üzərinə öhdəlik götürür. – Xəzər rayon Məhkəməsində baxılan e-2(003)-975/2022 saylı mülki icraat üzrə Cavabdeh İddiaçı özünün və ümumi uşaqları X1 xərclərini, hamiləliyi dövründə, doğuşla bağlı çəkdiyi və gələcəkdə çəkəcəyi bütün xərcləri qarşılamaq üçün İddiaçı birdəfəlik şəkildə 5000 (beş min) manat və uşağın anadan olduğu 01 mart 2022-ci il tarixdən, Barışıq Sazişi imzalanan tarixədək (mart, aprel və may ayları üzrə) hər ay 160 manatdan aliment məbləği hesablanmaqla 480 (dörd yüz səksən) manat pul, cəmi 5480 (beş min dörd yüz səksən) manat pulu Barışıq sazişi birinci instansiya məhkəməsinin qərardadı ilə təsdiq olunduğu və iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardadı qanuni qüvvəyə mindiyi tarixdə İddiaçı nağd qaydada təqdim edir. Cavabdeh İddiaçı ilə birgə nikahdan doğulmuş ümumi uşaqlarıxx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 160 (bir yüz altmış) manat aliment məbləğini sabit pul şəklində hər ayın son tarixində, İddiaçı ödəyəcəyinə dair öhdəlik götürür. İddiaçı məhkəmədə baxılan mülki iş üzrə, Cavabdeh, iddiaçının iddiadan tam imtina etməsinə və barışıq sazişinin bağlanması ilə əlaqədar Xəzər rayon Məhkəməsində baxılan e-2(003)-975/2022 saylı mülki iş üzrə icraata xitam verilməsinə razılıq verir.

2. Barışıq Sazişinin tərəfləri qüvvədə olan Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.4 və 261.0.5-ci maddələrinin mahiyyətini və MPM-nin 262.4-cü maddəsində nəzərdə tutulan iddiadan imtina edilməsinin hüquqi nəticələrini dərk edirlər. Sazişdə əks olunan öhdəlikləri ilə bağlı indi və gələcəkdə iddia qaldırmaq və ümumilikdə Barışıq Sazişini məhkəmədə indi və gələcəkdə mübahisələndirmək hüququnu itirirlər. İddia qaldırıldığı təqdirdə, barışıq sazişinin təsdiq olunması barədə məhkəmə aktı iş üzrə icraata xitam verilməsinə dair vəsatətlə birlikdə müvafiq məhkəməyə təqdim olunur.

3. X6 Bakı şəhəri Xəzər rayon Məhkəməsinin qərardadı ilə təsdiq olunduqdan və tərəflər qanunvericiliklə müəyyən edilmiş müddətdə qərardaddan şikayət vermədikdə qanuni qüvvəyə minir.

4. Tərəflər Sazişin şərtlərinin icrasına maneə törədə biləcək hər hansı bir hərəkətlərdən çəkinməyi öhdələrinə götürürlər.

5. X7 birtərəfli qaydada ləğv edilə bilməz. Saziş məhkəmə qaydasında ləvğ edildikdə, hər bir tərəf aldıqlarını digər tərəfə qaytarmalıdır.

6. X7 tərəflər arasında notariat orqanında təsdiqləndikdən sonra birinci instansiya məhkəməsinə təqdim olunur.

7. X7 4 (dörd) nüsxədə tərtib olunub imzalanır. Tərəflərin hər birində 1 (bir) nüsxə saxlanılır, 1 (bir) nüsxəsi notariat orqanında saxlanılır, qalan nüsxəsi məhkəməyə təqdim edilir. İddiaçı Cavabdeh qarşı həkim müayinəsi xərclərinin tutulması, doğum xərclərinin cavabdehə həvalə edilməsi, evə istifadə hüququnun tanınması və sair tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim edildikdən (alındıqdan) 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar