Məhkəmə qərarları › İş №e-2(004)-101/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-101/2024

19.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-101/2024 19.01.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X6 oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “alimentin tutulması”, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “atalığın mübahisə olunması” tələbinə dair mülki işə Bakı şəhər Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı “alimentin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən hər ay onun ümumi qazancının və başqa gəlirlərinin ¼ miqdarında alimentin və əlavə olaraq xx.xx.2023-cü il təvəllüdlü X1 üç yaşı tamam olanadək hər ay 200 (iki yüz) manat alimentin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı xx.xx.2023-cü il tarixdə “atalığın mübahisə olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qarşılıqlı iddia tələbinin təmin olunması, cavabdeh İddiaçı alimentin təyin edilməsi tələbinə dair iddia ərizəsinin təmin edilməməsi və xx.xx.2023-cü il təvəllüdlü X1 atası Cavabdeh olduğu barədə qeydiyyata alınan yazının ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə yazılı vəsatət verərək aliment məbləğinin həddindən çox yüksək olmasına görə, iş üzrə aliment tutulması barədə qətnamə qəbul edilərkən qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh tutulacaq alimentin 50 faiz məbləğinin xx.xx.2023-cü il təvəllüdlü X1 adına açılmış bank hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə ilkin iddia tələbini müdafiə edərək ilkin iddianın təmin olunmasını, qarşılıqlı iddianın təmin olunmamasını, Cavabdeh tutulacaq alimentin 50 faiz məbləğinin xx.xx.2023-cü il təvəllüdlü X1 adına açılmış bank hesabına köçürülməsi barədə vəsatətin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh qarşılıqlı iddia tələbini müdafiə edərək ilkin iddianın təmin olunmamasını, qarşılıqlı iddianın, Cavabdeh tutulacaq alimentin 50 faiz məbləğinin xx.xx.2023-cü il təvəllüdlü X1 adına açılmış bank hesabına köçürülməsi barədə vəsatətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili X4 qarşılıqlı iddia tələbini müdafiə edərək ilkin iddianın təmin olunmamasını, qarşılıqlı iddianın, Cavabdeh tutulacaq alimentin 50 faiz məbləğinin xx.xx.2023-cü il təvəllüdlü X1 adına açılmış bank hesabına köçürülməsi barədə vəsatətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan AZ İV 886604 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən müəyyən olunur ki, xx.xx.2023-cü il təvəllüdlü X1 atası Cavabdeh, anası İddiaçıdır. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatlara əsasən müəyyən edilir ki, Cavabdeh “X3" MMC-də sosial işçi vəzifəsində işləyir və aylıq əməkhaqqısı 10732.4 manat təşkil edir. İş materiallarında olan, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)-6132/2022 saylı qətnaməsinə əsasən müəyyən olunur ki, Cavabdeh və İddiaçı arasında bağlanmış nikahın ilə pozulması qət edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya birliyinin xx.xx.2023-cü il tarixli 685/2023-MTBŞ nömrəli ekspert rəyinə əsasən onlar arasında övlad-valideyn səviyyəsində qohumluq əlaqələrinin olması müəyyən olunmuş və Cavabdeh X1 bioloji atası olması təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, ilkin iddia tələbi əsaslıdır və təmin edilməlidir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 (iki yüz iyirmi) manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 (iki yüz iyirmi) manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1.1-ci maddəsinə əsasən Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi məbləğində aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 78.3-cü maddəsinə əsasən, tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Nəzərə almaq lazımdır ki, ilkin iddia üzrə cavabdeh rəsmi əmək müqaviləsi üzrə işləyir, əməkhaqqı miqdarı yüksək məbləğdə təşkil edir. Uşağın üstün mənafeyinin qorunması məqsədilə məhkəmə, uşağın yaşını, hazırda anasının himayəsində olmasını, ilkin iddia üzrə cavabdehin iqtisadi vəziyyəti nəzərə alınmaqla və Ailə Məcəlləsinin 76.1.1-ci maddəsini rəhbər tutmaqla iddia tələbinin təmin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmayan uşağın mənafeyinin qorunması, xərclərinin minimum səviyyədə qarşılanması, layiqli həyat şəraitinin təmin edilməsi məqsədilə iddia tələbi təmin edilməli, yetkinlik yaşına çatmayan xx.xx.2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay ilkin iddia üzrə Cavabdeh ümumi qazancının və başqa gəlirlərinin ¼ miqdarında aliment və xx.xx.2023-cü il təvəllüdlü X1 üç yaşı tamam olanadək hər ay 200 (iki yüz) manat aliment məbləği tutularaq ilkin iddia üzrə İddiaçı ödənilməlidir. Cavabdeh aylıq əməkhaqqının 10732.4 manat təşkil etməsi xüsusatı məhkəmə tərəfindən nəzərə alınır. Yəni, aylıq alimentin məbləği təxminən 2683 manat təşkil edir. Bu məbləğ, yetkinlik yaşına çatmayan uşağın məhz xərclərinin qarşılanması üçün yüksək məbləğ təşkil edir. Nəzərə alaq ki, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 (iki yüz iyirmi) manat məbləğində müəyyən edilmişdir. 2683 manat minimum aliment məbləğindən təxminən 11 (on bir) dəfə çoxdur. Məbləğ nisbətən azlıq təşkil etsəydi, məhkəmə uşağın cari xərclərinin təminatının ödənilməsini rəhbər götürərək cavabdehin tələbini nəzərə almaya bilərdi. Məhkəmə qərar qəbul edərkən Azərbaycan Respublikası Ali Məhkəməsinin hüquqi mövqeyini əsas götürür. Cavabdeh tutulacaq alimentin 50 faiz məbləğinin xx.xx.2023-cü il təvəllüdlü X1 adına açılmış bank hesabına köçürülməsi əsaslıdır, uşağın mənafeyinə tam şəkildə cavab verir. 50% məbləğin bank hesabına köçürülməsi atanın aliment öhdəliyini azaltmır, müvafiq aliment məbləği tutularaq uşağa ödənilməkdə davam edir. Lakin, məbləğin yarısının məhz uşağın bank hesabında toplanması nəticəsində yaranacaq vəsaitdən uşaq özü gələcəkdə istifadə edəcəkdir. Münasibətlərin davam edən xarakter daşıması nəzərə alınmaqla gələcəkdə məsələyə məhkəmə müstəvisində yenidən baxılması yolveriləndir. xx.xx.2023-cü il təvəllüdlü X1 1 yaşı tamam olmaması, bu səbəbdən, təhsil, baxça, geyim və digər xərclərinin nisbətən aşağı olması ehtimalı məhkəmə tərəfindən nəzərə alınır. Əgər uşağın yaşı daha çox (6+) və ya məktəbli olsaydı məhkəmə xərclərin idarə edilməsi baxımından mübahisəyə başqa mövqedən yanaşa bilərdi. Lakin, məhkəmə ümumi qazancın və başqa gəlirlərinin ¼ hissəsinə dair məbləğin xx.xx.2023-cü il təvəllüdlü X1 adına açılan bank hesabına köçürülməsini əsaslı hesab edir. Çünki, tələb digər hissədə, yəni, 200 manat məbləğində sabit aliment hissəsində məhz uşağın 3 yaşına çatana qədər saxlanılması üçün nəzərdə tutulmuşdur. Məhkəmə mübahisənin maksimum ədalətli formada həllində maraqlıdır. Uşağı saxlamaq hər iki valideynin borcudur, birinin digərinə nisbətən üstünlük hüququ və ya əlavə mükəlləfiyyətinin müəyyən edilməsi qanunla qadağandır. Alimentin tutulma müddəti Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli 16(004)-270/2023-cü il tarixli qərardadı nəzərə alınmaqla məhkəməyə müraciət edildiyi tarixdən, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Odur ki, alimentin tutulma hissəsi dərhal icra olunmalıdır. Məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya birliyinin xx.xx.2023-cü il tarixli 685/2023-MTBŞ nömrəli ekspert rəyinə əsasən onlar arasında övlad-valideyn səviyyəsində qohumluq əlaqələrinin olması müəyyən olunmuş və Cavabdeh X1 bioloji atası olması təsdiq olunmuşdur. Göstərilən xüsusatlar qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən qəbul edilmişdir, mülki işin mübahisəsiz halıdır. Qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı “alimentin tutulması” tələbinə dair iddiası təmin edilsin. Yetkinlik yaşına çatmayan xx.xx.2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay ilkin iddia üzrə Cavabdeh ümumi qazancının və başqa gəlirlərinin ¼ miqdarında aliment və xx.xx.2023-cü il təvəllüdlü X1 üç yaşı tamam olanadək hər ay 200 (iki yüz) manat aliment məbləği tutularaq ilkin iddia üzrə İddiaçı xeyrinə ödənilsin. Cavabdeh tutulacaq alimentin hər ay üzrə 50 (əlli) faiz hissəsi (ümumi qazancının və başqa gəlirlərinin ¼ hissəsi) xx.xx.2023-cü il təvəllüdlü X1 adına açılan bank hesabına köçürülsün. Alimentin tutulma müddəti Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 16(004)-270/2023-cü il tarixli qərardadı nəzərə alınmaqla xx.xx.2023-cü il tarixdən hesablansın. Alimentin tutulması dərhal icra edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “atalığın mübahisə olunması” tələbinə dair iddiası təmin edilməsin. Qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar