Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1014/2024 29.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “qızıl-zinət əşyaları və pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “qızıl-zinət əşyaları və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən Cavabdeh 5700 (beş min yüz) manat pul vəsaitinin, ona məxsus 1 cüt sırğa, bir kulondan ibarət olmaqlaq, çəkisi 9,8 qram olan qızılzinət əşyaların cavabdehdən alınaraq naturada ona qaytarılmasını, hüquqi yardıma görə ödədiyi 1200 (min iki yüz) manatın və dövlət rüsumu olaraq ödədiyi 77 (yetmiş yeddi) manat pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı 2022-ci ilə qədər ailəsi ilə birgə Bakı şəhəri, Yasamal rayonu, “Yeni Yasamal” Ə.Əhmədov küçəsi- 45 a ünvanında yaşamışdır. Həmin məhəllədə ailəsi ilə birgə yaşayan Cavabdeh ilə 2017-ci ilin əvvələrində tanıyıb. Onlar qonşuluqda olan bir neçə həmyaşıdlarıyla həmişə həyətdə görüşər, söhbət edərdilər. Qonşu olduğu müddətdə yaxşı münasibətləri olub, bir-birlərinə əl tutmuşlar, borc verib-almışlar. Qeyd edir ki, həmin vaxtlar o, evdə öz əlinin zəhməti ilə tort bişirib satırdı və bu satışdan əldə etdiyi pulu heç nəyə xərcləməyib yığırdı. Beləliklə, müəyyən bir vaxt ərzində xeyli pul toplamışdı. Bir gün həyətdə Sevərlə söhbət edən zaman dedi ki, əlində bir məbləğ pul var bilmir onu necə etsin ki, boş yerə xərclənməsin və üstünə pul gəlsin. Həmin vaxt Sevər dedi ki, - “qızının sinif yoldaşının anasının bir qohumu var, Gülgün adında, o qızıl alıbsatmaqla məşğuldur. Cavabdeh əlində nə qədər pul varsa ona verir, o da hər ay ona ordan pul şəklində gəlir verir, məsləhət görür ki, o da pulunu evdə yatırmasın, onun dediyi kimi istifadə edib, ona (iddiaçıya) gəlir gətirsin.” Beləliklə, Sevər onu inandırdı və o əlindəki olan pulun üstünə də əlavə edib 1700 manat pulu Cavabdeh verdi. Bundan sonra Sevər ona dedi ki, qızıllarını neynirsən evdə yatırdıb, lombarda qoyub pul götürsün, ondan da gəlirlər olar və əlavə olaraq dedi ki, o da elə edib. Səhəri gün İddiaçı bir neçə qızılını götürüb (54) qram Sevərlə birgə “lombarda” gediblər və qızılları Sevərin adına lombarda qoyduq. Ordan Sevərə 3200 manat pul verdilər. Sevər ona deyib ki, “narahat olma, pulun da, qızılın da tezliklə özünün olacaq və lombardın aylıq ödənişini də gələn gəlirdən özü ödəyəcək”. Bir gün yenə Sevər ondan xahiş etdi ki, ona təcili pul lazımdır. O da pulunun olmadığını bildirmişdir. Ondan qızıl istədi ki, bir-iki həftəyə qaytarmaq şərti ilə lombarda qoyub götürəcək. O da 1 cüt sırğa, 1 kulon olmaq, Sevərə 9,8 qram qızıl veribdir. Bildirir ki, o Sevərə tam olaraq inanıdrdı, yəni onu inandırmışdı. Bundan sonra o hər ay ödənişi Sevərin yadına salırdı. Ödəyib ödəmədiyini soruşurdu. Sevər isə ona narahat olmamağı və vaxtında ödədiyini deyirdi. Lakin bir müddət sonra Sevərin ailəsində çox böyük problemlər yaşandı, məlum oldu ki, Sevər bir çoxlarından külli miqdarda pul alıb və həmin insanlar da onun üzərinə davaya gəlib. Sevər isə heç kimə cavab verə bilmədiyindən evdən qaçıb. Bundan sonra o narahat olub lombarda gedərək maraqlanmış. Ondan ona məlum olub ki, Sevər heç bir ödənişi etməyib və onun qızılları artıq satılmaq üzrədir. Daha sonra o məcbur olub başqasından borc alaraq 3500 manat pulu lombarda ödəyib qızıllarını götürdü. Bundan sonra Sevərlə münasibətləri pozuldu və onu aldadaraq ondan aldığı pulları və qızılları geri qaytarmasını tələb etdi. Lakin o, hər dəfəsində narahat olma qaytaracaq desə də, sonda yenə aldadaraq heçnə qaytarmadı. Bütün bu olanlardan sonra dəfələrlə o, Sevərdən pulunu və qızılını geri qaytarmasını tələb etmişdir. Lakin Sevər həmin pulların onda olmadığını bildirdi, başqa bir nəfərə verdiyini dedi. Halhazırda bilinən budur ki, Sevər aldadaraq ondan aldığı pulu və qızılı, hansısa məqsəd üçün başqa bir nəfərə verir və onu aldadırmış. Qeyd edir ki, Sevər təkcə onu deyil, başqa insanları da aldadaraq pul və qızıllarını alıb özü üçün pul qazanmaq üçün kimlərəsə verib. Hətta sonradan öyrənilib ki, Sevər ondan aldığı pul və qızılları Gülgün adlı xanıma yox, Sevinc adlı başqa birisinə verirmiş. Gülgünün adını ona görə çəkirmiş ki, İddiaçı onu yaxşı biri kimi tanıyırdı. Əgər Sevər ona desəydi ki, pulları Sevincə verir, o pulu şəxsən verməzdi. Cavabdeh onun etibarından sui-istfifadə edərək onu aldatmış və bununla da ona 2200 manat bir, 3500 manat bir olmaqla 5700 manat məbləğində ziyan vurmuşdur. Həmin vaxtdan bu günə qədər xeyli müddət keçməsinə baxmyaraq, hələ də borclarını qaytarmağa pulunun olmadığını bəhanə edərək, qaytarmaqdan birmənalı şəkildə imtina edir. Bununla bağlı iddiaçı xx.xx.2023-cü il tarixli şikayət ərizəsi ilə Yasamal RPİ-nə müraciət etmiş və 05 iyun 2023-cü il tarixli qərarla şikayət üzrə cinayət işinin başlanması rədd edildi və mülki qaydada məhkəməyə müraciət etməyi tövsiyə olundu. Beləliklə, cavabdehin ona pul qaytarmaq niyyətində olmadığı açıq-aşkar bilindiyi üçün cavabdeh tərəfindən pozulmuş hüqüqların qanunvericiliyə uyğun olaraq, məhkəmə qaydasında bərpa edilməsi məqsədi ilə hazırki iddia ərizəsi ilə məhkməyə müraciət etmək qərarına gəlmişdir. Çünki, cavabdeh öz öhdəliyini icra etməməklə ona kifayət qədər maddi ziyan vurubdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul edir, borcunun olduğunu etiraf edir. İddiaçıdan müxtəlif vaxtlarda ümumilikdə 5700 manat məbləğində pul və iddiaçıya məxsus Türkiyə istehsalı, 585 əyar, çəkisi 9,8 qram olan bir cüt sırğa və bir klondan ibarət qızıl-zinət əşyalarını götürmüşdür. Lakin vəkilə ödənilmiş haqqın ondan tutulması hissəsində iddia tələbi ilə razı deyil. Məhkəmə tərəflərin izahatını dinləyib, sübutlara və iş materiallarına hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara görə, İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət tərkibi müəyyən edilmədiyindən, cinayət işinin başlanmasının rədd edilməsi, İddiaçı pul mübahisəsini mülki mühakimə icraatı qaydasında həll edilməsi üçün aiddiyatı üzrə məhkəməyə müraciət etməyi tövsiyyə edilməsi qərara alınmışdır. "xxxx" ASC-nin ödəniş kartı üzrə çıxarışdan görünür ki, müştəri Nümayəndə tərəfindən xx.xx.2023-cü il tarixdə 1000 manat, xx.xx.2023-cü il tarixdə 277 manat məbləğində pul köçürməsi əməliyyatı icra olunmuşdur. 008921 nömrəli, xx.xx.2022-c il tarixli, girov biletinin sürətindən görünür ki, Cavabdeh qiyməti 2300 (iki min üç yüz) manat dəyərində olan 1 ədəd qadın boyunbağı 750 əyar- 26,4 qr, 1 ədəd qadın sırğası 585 əyar 6,8 qr, 1 ədəd qadın kulonu 585 əyar, 3 qr qızılları X1 girov vermişdir. 007707 nömrəli, xx.xx.2021-ci il tarixli, girov biletinin sürətindən görünür ki, Cavabdeh qiyməti 3200 (üç min iki yüz) manat dəyərində olan 2 ədəd qadın qolbağı 750 əyar 20,6 qr, 3 ədəd qadın sırğası 585-75- əyar 21,1qr, 1 ədəd qadın üzüyü 585 əyar 4,8 qr, 1 ədəd qadın qolbağı 585 əyar 7,5qr qızılları X1 girov vermişdir. 29 dekabr 2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 77 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predimeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.2-ci maddəsinə əsasən, cavabdeh iddianın etiraf edilməsi barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir; 106.3-cü və 106.4-cü maddələrinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Məhkəmə faktın etiraf olunmasının işin hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə, etirafı qəbul etmir. Bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır; 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 220.4-cü maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ-hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. İşin araşdırılması zamanı iddianın cavabdeh tərəfindən etirafının qəbul edilməməsinə əsas ola biləcək hallar müəyyən olunmadığından, məhkəmə cavadehin etirafını qəbul edir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 5700 (beş min yeddi yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Həmçinin iddiaçıya məxsus Türkiyə istehsalı, 585 əyar, çəkisi 9,8 qram olan bir cüt sırğa və bir klondan ibarət qızıl-zinət əşyaları Cavabdeh alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hüquqi xidmətə görə vəkilə ödənilmiş 200 (iki yüz) manat pul vəsaiti və ödənilmiş 77 (yetmiş yeddi) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220-ci, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 5700 (beş min yeddi yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddiaçıya məxsus Türkiyə istehsalı, 585 əyar, çəkisi 9,8 qram olan bir cüt sırğa və bir klondan ibarət qızıl-zinət əşyaları Cavabdeh alınaraq İddiaçı verilsin. Hüquqi xidmətə görə vəkilə ödənilmiş 200 (iki yüz) manat pul vəsaiti və ödənilmiş 77 (yetmiş yeddi) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №e-2(004)-1014/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1014/2024
29.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver