Məhkəmə qərarları › İş №e-2(004)-1033/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1033/2022

21.02.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1033/2022 21.02.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X2 iclas katibliyi, İddiaçının nümayəndəsi və vəkili X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı “alimentin tutulması” tələbinə dair iddia ərizəsi və daha sonra iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 03.06.2019-cu il təvəllüdlü X1 26.11.2021-ci il tarixindən yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay əmək haqqının və başqa gəlirlərinin 1/4 (dörddə bir) hissəsi miqdarında alimentin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 10 avqust 2018-ci tarixində cavabdehlə Naxçıvan Muxtar Respublikasının Şərur rayon Qeydiyyat şöbəsində rəsmi nigaha daxil olmuşlar. Birgə nigahlarından 03 iyun 2019-cu il təvəllüdlü X3 dünyaya gəlmişdir. Uzun müddətdir ki, o övladı ilə birgə Bakı şəhərində yaşayır, cavabdeh isə Naxçıvan Muxtar Respublikasında yaşayır və Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat və Təhqiqat Şöbəsində gömrük xidmət kapitanı olaraq çalışmasına baxmarayaq, övladının saxlanması üçün heç bir maddi yardım göstərməmişdir. Halhazırda analıq məzuniyyətində olduğundan heç yerdən gəliri yoxdur, eyni zamanda himayəsində azyaşlı uşaq olduğundan işləməyi də mümkün deyildir. Təkbaşına ailənin saxlanılması olduqca çətindir. Bu səbəbdən də birgə nikahdan doğulmuş qızları X1 yetkinlik yaşına çatanadək saxlanması üçün alimentin təyin olunması barədə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X4 iddia tələbini müdafiə edərək iddia ərizəsinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan AZ-İ seriyalı, 945824 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X6 arasında 10.08.1018-ci ildə Naxçıvan MR Şərur rayon Qeydiyyat şöbəsində nikah bağlanmışdır və bu barədə nikahən bağlanması haqqında akt qeydləri kitabında 242 nömrə ilə qeyd edilmişdir. Nikahdan sonra arvada Seyidova soyadı verilmişdir. İş materiallarında olan AZ-İV seriyalı, 164681 nömrəli Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X3 03.06.2019cu il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75, 76, 78 və 100.2-ci maddələrini, Mülki Prosessual Məcəllənin 14, 77, 83, 191.3, 217, 218, 220 və 234.2.1-ci maddələrini maddələrini və «Uşaq hüquqları» haqqında Azərbaycan Respublikası qanunun 19-cu maddələrini rəhbər tutaraq məhkəmə müəyyən etdi: Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, iddiaçı ilə cavabdeh 10 avqust 2018-ci ildə nikaha daxil olmuşlar. Birgə nikahdan 03 iyun 2019-cu il təvəllüdlü X3 dünyaya gəlmişdir. İş materiallarında olan AZ-İV 164681 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 qızı 03.06.2019-cu ildə Bakı şəhərində anadan olmuşdur, atası Cavabdeh, anası isə İddiaçıdır. Belə ki, Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 03 iyun 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay əmək haqqının və başqa gəlirlərinin 1/4 (dörddə bir) hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Bu baxımdan alimentin tutulma müddəti 10.01.2022-ci il tarixdən hesablanmalı və alimentin tutulması dərhal icra edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D i: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 03 iyun 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay əmək haqqının və başqa gəlirlərinin 1/4 (dörddə bir) hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilsin. Alimentin tutulma müddəti 10.01.2022-ci il tarixdən hesablansın. Alimentin tutulması dərhal icra edilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar