Məhkəmə qərarları › İş №e-2(004)-1065/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1065/2023

03.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1065/2023 03.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Hacıyeva Aysel Nazim qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh3 MMC və Cavabdeh1 qarşı "dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh3 MMC və Cavabdeh1 qarşı "dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2 və X7 tərəfindən vurulmuş maddi ziyana görə 21600 manat məbləğin, vurulmuş mənəvi ziyana görə 7000 manat məbləğin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinə Cavabdeh2 MMC-nin Cavabdeh3 MMC kimi qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X19 vəsatətlə məhkəməyə müraciət edərək mülki işin baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, Cavabdeh3 MMC-nin hüquqi ünvanı ünvan 1 Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)-5696/2022 saylı qərardadı ilə ərizə təmin edilərək İddiaçı cavabdehlər Cavabdeh3 MMC-yə və Cavabdeh1 qarşı "dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair mülki iş baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-5622/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə mülki işi ərazi aidiyyətinin müəyyən edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)-8488/2022 saylı qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh3 MMC-yə və Cavabdeh1 qarşı "dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair mülki işin ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Yasamal Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC İddiaçı məxsusdur. “Hyundai Accent” minik markalı **-TM-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı şirkətinə məxsusdur. X14 həmin avtomobili İddiaçı 25 manat müqabilində gündəlik “Bolt” taksi xidmətində sürücü işləmək üçün götürmüşdür. Həmin avtomobil İddiaçı tərəfindən etibarnamə ilə Cavid Abdullayevə idarə edilməsi üçün verilmişdir. 25 dekabr 2020-ci il tarixdə yol nəqliyyat hadisəsi baş vermişdir. Belə ki, X10 idarə etdiyi Hyundai Accent minik markalı **-TM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Yasamal rayonu, Talıblı küçəsi ilə Şərifzadə küçəsi istiqamətində hərəkətdə olan zaman Ravon markalı **-PN-*** dövlət qeydiyyat nişanlıavtomobillə toqquşmuşdur. Ravon markalı **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2nə məxsusdur. Belə ki, Şirkət tərəfindən həmin avtomobil lizinq yolu ilə X2, Zaur Sevdimalıyevin razılığı əsasında şirkət avtomobili etibarnamə ilə gündəlik 30 manat müqabilində idarə edilməsi üçün Zeynəlabdin Məlikzadəyə verilmişdir. Cavabdeh2 tərəfindən lizinq qanunvericiliyinin normaları pozularaq Ravon markalı **-PN- *** dövlət qeydiyyat nişanlı avtomobil Zaur Sevdimalıyevə satılmışdır. Yol nəqliyyat hadisəsi üzrə Ravon markalı **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilin etibarnamə üzrə sahibi Zeynəlabdin Məlikzadəyə tərəfindən Hyundai Accent minik markalı **-TM-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər yetirilib. Nəticədə və həmin Hyundai Accent minik markalı **-TM-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə ilə idarə edən Cavid Abdullayev zərər çəkmiş şəxs qismində tanınıb. Aparılan ekspert tədqiqatı nəticəsində müəyyən edilmişdir ki, tədqiq edilən istismarda olmuş 2019-cu il buraxılışı olan Hyundai Accent minik markalı **-TM-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində ciddi qüsurları olduğundan, onun zədələnməsi nəticəsində sıradan çıxmış, dəyişilməyə məruz qalmış və təmirə ehtiyacı olan hissləri nəzərə almaqla İddiaçı 21600 manat məbləğində maddi ziyan dəymişdir. "xxxx" ASC tərəfindən verilən 18 aprel 2022-ci il tarixli sığorta aktına əsasən, müəyyən edilmiş zərər 22.395 manat məbləğində, hesablanmış sığorta ödənişi isə 3.140,79 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh3 MMC-nin nümayəndəsi etirazla məhkəməyə müraciət edərək İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh3 MMC-dən ümumilikdə 21600 manat məbləğin iddiaçıya ödənilməsi tələbinin Cavabdeh3 MMC-dən tutulması hissəsi əsassızdır və buna görə də iddianın həmin hissədə təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı “yol-nəqliyyat hadisəsi zamanı avtomobilinə vurulmuş maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 MMC-dən ümumilikdə 21600 manat məbləğin İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2020ci il tarixdə X10 idarə etdiyi Hyundai Accent minik markalı 99-TM- 316 dövlət qeydiyyat nişanlı avtomobillə Yasamal rayonu, Talıblı küçəsi ilə Şərifzadə küçəsi istiqamətində hərəkətdə olan zaman “Ravon” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş vermişdir. İddiaçının “Azərmaş" MMCdən pul tələbinə dair iddiasına etiraz edir və bu hissədə iddianı əsassız hesab edir. X11 ilə Cavabdeh3 MMC arasında 10 yanvar 2018-ci il tarixli AL-92 saylı “Daxili lizinq” müqaviləsi bağlanmış və “Ravon R4 LT” minik markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobil X5 müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. X1 xahişi əsasında avtomobilin idarə olunmasına dair X4 10 dekabr 2020-ci il tarixli POAOOOO137309 saylı etibarnamə verilmiş və həmin etibarnamənin müddəti 09 yanvar 2021-ci il tarixdə bitmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh3 MMC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddia tələbinin Cavabdeh3 MMC-yə qarşı hissəsində təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış digər cavabdeh məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan 03 sentyabr 2021-ci il tarixli cinayət təqibinə xitam verilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə olan ********* nömrəli cinayət işinin icraatına Azərbaycan Respublikası CPMnin 39.1.5-ci maddəsinin tələblərinə uyğun olaraq xitam verilməsi, Cavabdeh1 avtomobili sürücülük hüququ olmayan şəxsə verdiyi üçün Azərbaycan Respublikası İXM-nin 335.3-cü maddəsi ilə barəsində tədbir görülməsi üçün qəbul edilmiş qərarın surətinin Yasamal RPİnin DYPŞ-nə göndərilməsi barədə 12 iyun 2021-ci il tarixdə qəbul olunmuş qərarın nəzərə alınması və X15 və X9 əşyalarının və mobil telefonlarının itirilməsi nəzərə alınaraq həmin şəxslərin əmlakının tapılması istiqamətində tədbirlər görülməsi üçün qəbul edilmiş qərarın surətinin 29-cu PŞ-nə göndərilməsi qərara alınmışdır. Həmin qərara əsasən aparılmış ekspert tədqiqatı nəticəsində müəyyən edilir ki, tədqiq edilən istismarda olmuş 2019-cu İl buraxtlışlt, mühərrik tutumu 1591 sm3 olan “Hyundai Accent minik” markalı, 99-TM- 316 dövlət nömrə nişanlı avtomobilin yuxanda qeyd edildiyi kimi avtomobilin üzərində ciddi qüsurları olduğundan, onun zədələnməsi nəticəsində sıradan çıxmış, dəyişilməyə məruz qalmış və təmirə ehtiyacı olan hissələr nəzərə alınmaqla, 38967 manat məbləğində hazırki vəziyyətdə əksər hissələri (133 adda) dəyişilməklə və təmir işləri aparılmaqla (6 adda) əsaslı təmir olunması məqsədə uyğun deyil, rentabelli hesab olunmur və təqdim edilmiş “Avto AzərbayÇan” şirkəti tərəfindən 23 yanvar 2021-ci il tarixdə verilmiş AA041301 nömrəli aktdakı dəyişilməli ehtiyyal hissələri və təmir-bərpa işləri barədə məlumatlara əsasən, hadisədən əvvəlki vəziyyətdə, xarici əmtəə görünüşünün və hərəkət hissələrinin yaxşı saz vəziyyətdə olan, tam komplektli və təyinatı üzrə istifadəyə yararlı 2019-cu il buraxılışlı, mühərrik tutumu 1591sm3 olan “Hyundai Accent minik” markalı, **-TM-*** dövlət nömrə nişanlı avtomobilin, 25 dekabr 2020-ci il tarixə, respublikadaxili orta bazar pərakəndə satış qiyməti təxminən 24000 manat olmaqla, təxminən 10% salamat qalan hissələri çıxdıqda zərərçəkmişə dəymiş maddi ziyanın məbləği (təmir-bərpa işlərinin dəyəri), nəzəri hesablama yolu ilə təxminən 21600,00 manat müəyyən edilir. "xxxx" ASC tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli qüsur aktından görünür ki, İddiaçı məxsus Hyundai Accent minik markalı **-TM-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan tələb olunmalı ehtiyat hissələri 15895 manat və təmir işləri 6500 manat olmaqla, ümumilikdə 22395 manat təşkil edir. Cavabdeh3 MMC ilə X11 arasında bağlanmış xx.xx.2018-ci il tarixli AL-92 nömrəli müqavilədən görünür ki, lizinq verən lizinq alanın sifariş etdiyi və müqavilənin tərkib hissəsi olan əmlakı öz mülkiyyətinə əldə edilməsi və muzdla lizinq alanın müvəqqəti sahibliyinə verilməsini öhdəsinə götürür. “Daxili lizinq” müqaviləsinin 3.1-ci bəndinə əsasən müqavilənin qüvvədə olduğu bütün müddət ərzində lizinq obyektinə mülkiyyət hüququ lizinq verəndə qalır. Lizinq obyektindən müvəqqəti sahiblik və istifadə hüququ lizinq alana tam həcimdə keçir. “Daxili Lizinq” müqaviləsinin 11.2-ci bəndinə əsasən müqavilənin qüvvədə olduğu bütün müddət ərzində lizinq obyektindən istifadə edilməsi zamanı yaranmış üçüncü şəxslərə dəymiş zərərə görə (maddi və mənəvi ziyan, həmçinin səhhətə dəymiş ziyan da daxil olmaqla) məsuliyyəti lizinq alan daşıyır. xx.xx.2018-ci il tarixli razılaşmaya əsasən Ravon markalı **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobili Zaur Sevdimalıyev etibarnamə ilə gündəlik 30 manat müqabilində idarə edilməsi üçün Zeynəlabdin Məlikzadəyə vermişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, “Hyundai Accent” minik markalı **-TM-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı məxsusdur. “Ravon” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobil X11 ilə Cavabdeh3 MMC arasında 10 yanvar 2018-ci il tarixli AL-92 saylı “Daxili lizinq” müqaviləsi ilə X5 müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Daha sonra X5 xahişi əsasında avtomobilin idarə olunması üçün X4 10 dekabr 2020-ci il tarixdə POAOOOO137309 saylı etibarnamə verilmişdir. xx.xx.2020-ci il tarixdə İddiaçı məxsus X10 idarə etdiyi “Hyundai Accent” minik markalı **-TM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Yasamal rayonu, Talıblı küçəsi ilə Şərifzadə küçəsi istiqamətində hərəkətdə olan zaman “Ravon” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş vermişdir. Hazırda iddiaçı həmin hadisə nəticəsində avtomobilə dəymiş zərərin ödənilməsini tələb edir. Həmçinin 03 sentyabr 2021-ci il tarixli cinayət təqibinə xitam verilməsi haqqında qərarına əsasən “Hyundai Accent minik” markalı, **-TM-*** dövlət nömrə nişanlı avtomobilin satış qiyməti 24000 manat olmaqla, təxminən 10% salamat qalan hissələri çıxdıqda zərərçəkmişə dəymiş maddi ziyanın məbləği (təmir-bərpa işlərinin dəyəri), nəzəri hesablama yolu ilə təxminən 21600,00 manat müəyyən edilmişdir. Odur ki, iddia tələbi əsaslı olmaqla təmin edilməlidir. Məhkəmə belə qənaətə gəlir ki, “Ravon” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobil X11 ilə Cavabdeh3 MMC arasında 10 yanvar 2018-ci il tarixli AL-92 saylı “Daxili lizinq” müqaviləsi ilə X5 müvəqqəti sahiblik və istifadəsinə verilmiş və sonradan razılıq əsasında avtomobil idarə olunması üçün X4 10 dekabr 2020-ci il tarixli POAOOOO137309 saylı etibarnamə verilmişdir, yəni xx.xx.2020-ci il tarixdə baş vermiş hadisə zamanı “Ravon” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobil X6 tərəfindən etibarnamə əsasında idarə olunduğundan iddia tələbi Cavabdeh3 MMC-yə münasibətdə əsassız olmaqla təmin edilməməlidir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi cavabdeh X4 münasibətdə əsaslı olduğundan təmin edilməli və Cavabdeh1 maddi ziyana görə 21600 manat pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Həmçinin məhkəmə qanunvericlik normalarını rəhbər tutaraq iddia tələbinin 7000 manat məbləğində mənəvi zərərin tutulması hissəsində hesab edir ki, iddia tələbi qismən təmin edilməli və mənəvi zərərə görə 500 manat məbləğində pul vəsaiti cavabdeh X3 tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarmı pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. “Azərbaycan Respublikası MM-nin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarına görə, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işguzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir... Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Digər tərəfdən, həmin qərarda həm də izah olunmuşdur ki, mənəvi zərərin əvəzi, bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər (məsələn, şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi). Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 maddi ziyana görə 21600 manat və mənəvi zərərə görə 500 (beş yüz) manat olmaqla, ümumilikdə 22100 manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Həmin Məcəllənin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, və Mülki Məcəllənin 739-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 maddi ziyana görə 21600 (iyirmi bir min altı yüz) manat və mənəvi zərərə görə 500 (beş yüz) manat olmaqla, ümumilikdə 22100 (iyirmi iki min yüz) manat pul tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar