Məhkəmə qərarları › İş №e-2(004)-1078/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1078/2025

30.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1078/2025 30.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı xx.xx.2024-cü il tarixdə Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh aylıq qazancı qeyri-müntəzəm, dəyişən olduğuna görə cavabdehlə birgə nikahlarından anadan olan 3 övladı – xx.xx.2012-ci il təvəllüdlü X8, xx.xx.2013-cü il təvəllüdlü X9, xx.xx.2016-cı il təvəllüdlü X4 aylıq hər uşağa görə 235 manat sabit pul məbləğində alimentin hesablanıb cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, iddiaçı xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından anadan olan 3 övladı – xx.xx.2012-ci il təvəllüdlü X5, xx.xx.2013-cü il təvəllüdlü X6, xx.xx.2016-cı il təvəllüdlü X1 üçün aylıq qazancının (başqa gəlirlərinin) yarısı məbləğində alimentin hesablanıb cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 20 iyul 2011-ci il tarixində birgə nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Nikahları Quba rayon qeydiyyat şöbəsində nikahın bağlanması haqqında Akt Qeydləri kitabında AZ-T № 071415 nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır. Birgə nikahdan 3 övladı – xx.xx.2012-ci il təvəllüdlü X8, xx.xx.2013-cü il təvəllüdlü X9, xx.xx.2016-cı il təvəllüdlü X7 anadan olmuşdur. Uzun müddətdir ki, övladları onunla bir yerdə yaşayır və faktiki olaraq onun himayəsindədirlər. Cavabdeh uşaqların saxlanılması üçün ona hər hansı bir maddi dəstək göstərmir. Hal-hazırda işləmir. Buna görə də övladlarının zəruri xərclərinin ödənilməsində, hər tərəfli maddi təminatının təmin edilməsində çətinlik çəkir. Məhkəməyə müraciət etməzdən öncə Qanunvericiliyin tələblərinə müvafiq olaraq, göstərilən ailə mübahisələrinin həlli üçün mediasiya sessiyasında iştirak etmiş və ona “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 29.2-ci maddəsinə əsasən, “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayış verilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil ddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Quba rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, AZ-T seriyalı 071415 nömrəli Nikah haqqında Şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və X10 xx.xx.2011-ci il tarixdə Quba rayon Qeydiyyat şöbəsində nikaha daxil olmuşdur. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 278 nömrəli qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra ərə “Abdullayev”, arvada “Abdullayeva” soyadı verilmişdir. Elektron Məhkəmə İnformasiya Sistemindən İddiaçı və Cavabdeh barəsində əldə edilmiş qohumluq məlumatlarından görünür ki, xx.xx.2012-ci il təvəllüdlü X8, xx.xx.2013-cü il təvəllüdlü X9, xx.xx.2016-cı il təvəllüdlü X7 tərəflərin birgə nikahından doğulmuşdur. İş materiallarında olan AA seriyalı ******* nömrəli Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəqsiqəsinin surətindən görünür ki, X7 xx.xx.2016-cı il tarixdə anadan olmuşdur. İş materiallarında olan AA seriyalı ******* nömrəli Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəqsiqəsinin surətindən görünür ki, X9 xx.xx.2013-cü il tarixdə anadan olmuşdur. İş materiallarında olan AA seriyalı ******* nömrəli Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəqsiqəsinin surətindən görünür ki, X8 xx.xx.2012-ci il tarixdə anadan olmuşdur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh X12 yetkinlik yaşına çatmamış xx.xx.2012-ci il təvəllüdlü X8, xx.xx.2013-cü il təvəllüdlü X9, xx.xx.2016-cı il təvəllüdlü X3 valideyni olduğundan və yetkinlik yaşına çatmamış uşaqlar faktiki olaraq İddiaçı yanında qaldığından, uşağın saxlanması üçün cavabdehdən aliment tutulmasına dair iddia tələbi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına almaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1-ci və 76.1.3-cü maddələrinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı miqdarda aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında qeyd edilir ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericilklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Qanunvericiliyin göstərilən müddəalarını işin faktiki hallarına tətbiq etməklə məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdehin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün vəsait tələb olunduğu, uşağın mənafeləri və cavabdehin müntəzəm qazancının olması nəzərə alınaraq, cavabdehdən hər ay qazancının (başqa gəlirlərinin) yarısı miqdarında aliment tutulmalıdır. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddiaçının aliment ödənilməsi barədə ərizəsi məhkəməyə 18 dekabr 2024-cü il tarixdə daxil olduğundan aliment də həmin vaxtdan tutulmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamə dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə, məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarına əsaslanaraq hesab edir ki, iddia təmin edilməli, xx.xx.2012-ci il təvəllüdlü X5, xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 18 dekabr 2024-cü il tarixdən başlayaraq, Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) 1/2 (ikidə bir) hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilməlidir. Bununla yanaşı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16(004)-589/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə 2(004)-6644/2024 saylı mülki iş (hazırki nömrəsi 2(004)- 1078/2025) üzrə yekun məhkəmə aktı qəbul edilənədək, yetkinlik yaşına çatmayan xx.xx.2012ci il təvəllüdlü X5, xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü X2 üçün xx.xx.2024-cü il tarixdən başlayaraq Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) 1/2 (ikidə bir) hissəsi miqdarında müvəqqəti alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Bu baxımdan qətnamə icra edilərkən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16(004)-589/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə müvəqqəti alimentin tutulması nəzərə alınmalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. xx.xx.2012-ci il təvəllüdlü X5, xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 18 dekabr 2024-cü il tarixdən başlayaraq, Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) 1/2 (ikidə bir) hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16(004)-589/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə müvəqqəti alimentin tutulması nəzərə alınsın. Qətnamə dərhal icra edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar