Məhkəmə qərarları › İş №e-2(004)-1086/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-1086/2023

31.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-1086/2023 31.03.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin təyin edilməsi və əlavə xərclərin ödənilməsi” tələbinə dair ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin təyin edilməsi və əlavə xərclərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2005-ci il təvəllüdlü X1 Tükiyədə ali təhsil alması ilə bağlı 2022-2026-cı illər üçün təhsil haqqı və yataqxana xərci - 26920 USD-nin 1/2 nisbətini təşkil edən 13460 USD və Aylinin Yeditepe Universitetində təhsil aldığı müddətdə saxlanılması üçün hər ay cavabdehdən idiaçının xeyrinə 400 manat sabit pul məbləğində alimentin və xəstəliyə görə 100 manat məbləğində, ümumilikdə 500 manat pul məbləğinin tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 may 2015-ci il tarixli qətnaməsinə əsasən, İddiaçı Cavabdeh ilə bağladığı nikah pozulmuş və birgə nikahdan olan yetkinlik yaşına çatmayan xx.xx.2005-ci il təvəllüdlü X1 və 0305.2008-ci il təvəllüdlü X2 iddiaçının yanında qalmaları və onların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay aylıq qazancının və başqa gəlirinin 1/3 hissəsi miqdarında alimentin Cavabdeh iddiaçının xeyrinə tutulması qət edilmişdir. Bakı Apellyasiya MƏhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)-673/2022 saylı qətnaməsi ilə alimentin miqdarı dəyişdirilərək hər uşağa görə 400 manat, iki uşağa görə cəmi 800 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Bundan əlavə xx.xx.2005-ci il təvəllüdlü X1 xəstəliyi ilə əlaqədar hər ay 100 manat cavabdehdən iddiaçının xeyrinə tutulur. Beləliklə böyük qızının saxlanılması üçün hər ay cavabdehdən 500 manat pul tutulmuşdur. Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-2882/2022 saylı qərarı ilə apellyasiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırda böyük qızları Aylin Bağırovanın 18 yaşı tamam olsa da, 0 2022-ci ildə Türkiyənin Yeditepe Universitetinə daxil olmuşdur. Təhsil haqqı olaraq bir akademik il üçün 5130 USD ödənilməlidir. Əlavə olaraq təhsil ilə bağlı yataqxanada yaşayış üçün illik 1600 USD ödəniş məbləği tutulub. Cəmi bir il üçün təhsil və yataqxana xərcləri 6730 USD təşkil edir. Nəzərə alaraq ki, bakalavr təhsili 4 il davam edəcək, ümumi çəkiləcək təhsil və yataqxana xərclərinin məbləği 25920 USD (6730 x 4 il) təşkil edəcəkdir. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Buna görə də Cavabdeh X1 təhsil xərclərini ödəmək üçün 26920 USD-nin ½ hissəsi nisbəti olaraq 13460 USD ödəməlidir. Əlavə olaraq qızının tələbə olduğunu nəzərə alaraq, 400 manat sabit pul məbləğində alimentin tutulması və xəstəliyə görə əlavə 100 manatın da tutulması təhsil müddətində davam etməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, tərəflər arasında qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri mövcuddur. Cavabdehdən sabit pul məbləğində aliment və böyük qız xəstə olduğu üçün onun saxlanılması ilə əlaqədar olaraq 100 manat məbləğində pul iddiaçının xeyrinə tutulurdu. Atanın maddi imkanı yaxşıdır və biznesə sahibdir. Eyni zamanda 3 müəssisənin təsisçisidir. Hazırda uşağın 18 yaşı tamamdır və təhsilini davam etdirir. Maddi yardıma ehtiyacı var. Təhsilini Türkiyədə alır, təhsil və yataqxana xərclərini ödəməyə maddi imkanları çatmır. Ümumilikdə 6730 dollar təhsil üçün pul xərclənir. Odur ki, qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddiaya qarşı etiraz verərək bildirmişdir ki, Konstitusiya Məhkəməsinin Plenum qərarında qeyd olunmuşdur ki, şəxsin 18 yaşına çatdıqdan sonra ona əlavə xərclərin təyin olunması üçün həm əmək qabiliyyəti olmamalı, həm də maddi yardıma ehtiyacı olmalıdır, yəni hər ikisi mövcud olmalıdır. Lakin qarşı tərəf şəxsin əmək qabiliyyətli olmamasıyla və maddi yardıma ehtiyacı olması ilə bağlı hər hansı sübut təqdim etməmişdir. İddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata “əlavə xərclərin ödənilməsi” tələbinə dair hissədə xitam verilməlidir. Belə ki, iş materiallarında olan: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2371/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, cabahdeh Cavabdeh xx.xx.2005-ci il təvəllüdlü X1 və xx.xx.2008-ci il təvəllüdlü X2 yektinlik yaşına çatanadək saxlanılması üçün tutulan alimentin dəyişdirilməsi, Cavabdeh xx.xx.2005-ci il təvəllüdlü X1 və xx.xx.2008-ci il təvəllüdlü X2 yektinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 250 manat olmaqla, cəmi 500 manat sabut pul məbləğində alimentin tutularaq, İddiaçı ödənilməsi və alimentin tutulmasının qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılması, Cavabdeh xx.xx.2005-ci il təvəllüdlü X1 xəstəliyi ilə əlaqədar hər ay 100 manat məbləğində pulun tutularaq, İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-509/201 saylı 1 fevral 2022-ci il tarixli qətnaməsindən görünür ki, apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2371/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2882/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-509/201 saylı 1 fevral 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Məhkəmə hesab edir ki, İddiaçı xx.xx.2005-ci il təvəllüdlü X1 xəstəliyi ilə əlaqədar hər ay 100 manat məbləğində pulun Cavabdeh tutulması barədə eyni iddia tələbi ilə cavabdehə qarşı eyni əsaslarla iddia qaldırmış və bununla bağlı müvafiq məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi vardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəsini alan qətnaməsi olduğundan, hazırki mülki iş üzrə icraata “əlavə xərclərin ödənilməsi” tələbinə dair hissədə xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh qarşı “alimentin təyin edilməsi və əlavə xərclərin ödənilməsi” tələbinə dair mülki işin icraatına “əlavə xərclərin ödənilməsi” hissəsində xitam verilsin. İddiaçıya izah olunsun ki, Azərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: X3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar