Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-114/2023 04.11.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, cavabdehin nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Yasamal rayon İcra şöbəsi cəlb edilməklə Cavabdeh qarşı “aliment borcunun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “aliment borcunun silinməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, o, cavabdehlə birgə nikahından doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X1 üçün Bakı şəhər Yasamal rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə təyin edilmiş aylıq 250 manat alimentin tutulması ilə bağlı icra sənədi üzrə yaranmış 4.500 manat məbləğdə aliment borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə xx.xx.2007-ci il tarixdə rəsmi nikaha daxil olmuş, daha sonra nikah Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Nikahın məhkəmə qaydasında pozulmasına baxmayaraq ailə kimi iddiaçıya məxsus olan ünvan 1 ünvanında yaşamağa davam etmişlər. İddiaçının atası Dadaş İsmayılovun xx.xx.2021-ci il tarixdə ölümündən sonra o, X14 ilə birlikdə atasına məxsus ünvan 2 ünvanında yerləşən mənzilə köçmüş və həmin vaxtdan övladı ilə birgə yaşayır, onun bütün xərclərini özü qarşılayır. Baxmayaraq ki, o, nikah pozularkən xx.xx.2008-ci il təvəllüdlü X8 anasından ayırmamaq üçün Cavabdeh yanında saxlanılmasına və iddiaçının 250 manat məbləğində aliment ödəməsinə razılıq vermiş, həmin vaxt uşağın fikri nəzərə alınmamış, iş üzrə Qəyyumluq və Himayəçilik Komisiyasında uşağın mənafeyi baxımından hansı valideyinin yanında qalmasına dair ətraflı araşdırma aparılmamış, hansı valideynin yanında qalmasının uşağın maraqlarına uyğunluğu öyrənilməmiş, eləcə də, həmin vaxt 13 yaşında olmasına baxmayaraq öz taleyi ilə bağlı qərar qəbul edilərkən uşağın fikrinin söyləməsi və bunun nəzərə alınmalı olmasına dair qanunun tələbinə və bu sahədə formalaşmış vahid məhkəmə təcrübəsinə əməl olunmamışdır. Məhz buna görə də valideynləri ayrılandan sonra Kənan İsmayılov atasına daha çox bağlı olduğundan onun yanında qalmışdır. Hazırda övladının bütün xərclərini iddiaçı ödəyir, belə olan halda məhkəmə qətnaməsində formal olaraq anaya aliment ödənilməsi əsassız olmuş olur. Hadisələrin sonrakı axarı və X14un davranışları göstərdi ki, onun atasına daha çox bağlılığı olduğu halda anasının yanında saxlanılması uşağa psixoloji cəhətdən pis təsir etmişdir. Bundan başqa anası Cavabdeh 14 saylı Poliklinikada işləməsi, günün çox hissəsinin işdə olması, eləcə də, doğulduğu vaxtdan X14un atası ilə daha çox vaxt keçirməsi, bağçadan və birinci sinifdən başlayaraq hər gün onun tərəfindən təhsil müəssisələrinə aparılması, dərsləri, təlim tərbiyəsi ilə məşğul olması, onu əlavə tədris planı üzrə ingilis dili və riyaziyyat fənlərindən repititorlara, eləcə də, idman dərnəklərinə aparması və gündəlik həyatında ehtiyaclarının ödənməsində çox iştirak etməsi səbəbindən atasına bağlılığı daha çox olmuş, bu baxımdan övladının anasının himayəsinə verilməsi uşağın maraqlarına və qabiliyyətlərinin inkişaf etdirilməsinə cavab verməmişdir. X14 nikah pozulduqdan sonra faktiki olaraq heç vaxt anasının himayəsində olmamış, ondan ayrı yaşamamışdır, onun bütün xərclərini istər nikah dövründə, istərsə də nikah pozulduqdan sonra tam şəkildə iddiaçı ödəmişdir və hazırda da ödəyir. Qeyd etmişdir ki, nikah pozulduqdan övladı və keçmiş həyat yoldaşı olan Cavabdeh ilə birlikdə bir müddət ünvan 3vanındakı mənzildə birlikdə yaşamaqda məqsədi övladına psixoloji travma yaşatmamaq olmuşdur ki, hazırda da həmin məqsədlə cavabdeh onun müliyyətində olan qeyd olunan mənzildə yaşamağa davam edir. Baxmayaraq ki, xx.xx.2021-ci il tarixdən oğlu Kənan İsmayılov onunla birlikdə öz istəyi ilə ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə köçmüş və hazırda da həmin ünvanda onunla birlikdə yaşamağa davam edir. Cavabdeh onun aliment borcuna görə hədələdiyindən hazırda əsassız olaraq hesablanan borcun silinməsini tələb edir. Məhz oğlunun psixoloji travma yaşamaması səbəbindən bu qədər müddətdir ki, xx.xx.2021-ci ildən o heç vaxt aliment tələb etməmişdir, halbuki həmin aliment uşağa təyin olunmuş, iddiaçı isə uşağa həmin aliment məbləğindən artıq məbləği ona xərcləyir. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-4147/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadına əsasən İddiaçı Cavabdeh qarşı “aliment borcunun silinməsi” tələbinə dair mülki iş üzrə icraat eyni tərəflər arasında “uşağın atanın himayəsinə verilməsi və aliment tələbi”nə dair həmin məhkəmənin icraatında olan e-2(004)-2248/2022 nömrəli mülki işə baxılıb qəbul ediləcək yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək dayandırılmışdır. Daha sonra Yasamal rayon Məhkəməsinin 2(004)-114/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən mülki iş üzrə icraat təzələnmişdir. Belə ki, məhkəmənin icraatında olan e-2(004)-2248/2022 nömrəli mülki iş üzrə qəbul edilmiş qətnamə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1429/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmış və yekun məhkəmə aktı qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixdə iddia ərizəsinə etiraz verərək xx.xx.2008-ci il təvəllüdlü X4 iddiaçı X5 razılığı ilə onun yanında qalmaqla 250 manat sabit pul məbləğində alimentin təyin edilməsi barədə Yasamal rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qanuni qüvvəsini almış qətnaməsinin olmasını nəzərə alaraq iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2023-cü il tarixdə dəqiqləşdirmə ərizəsi verərək Bakı şəhər Yasamal rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə təyin edilmiş aylıq 250 manat alimentin tutulması ilə bağlı icra sənədi üzrə yaranmış 5.500 manat məbləğdə aliment borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, iddiaçı övladının saxlanılmasından heç bir zaman çəkinməmişdir. Buna görə də ilkin olaraq tərəflər arasında nikahın pozulmasına dair tələbə baxılarkən İddiaçı uşağın ananın himayəsində saxlanılmasına etiraz etməmişdir ki, uşaq psixoloji travma yaşamasın. Hətta həmin vaxt uşağın saxlanılması üçün qanunla müəyyən edilmiş yaşayış minimumundan da artıq məbləği, yəni 250 manat alimenti cavabdehə ödəməyə etiraz etməmişdir. Çünki iddiaçı hesab etmişdir ki, həmin məbləğ övladının saxlanılması üçün müəyyən edilmişdir. Nikahın pozulması və alimentin tutulmasına dair məhkəmənin qətnaməsi xx.xx.2021-ci il tarixdə qəbul edilməsinə baxmayaraq 2021-ci ilin noyabr ayınadək tərəflər eyni evdə qalmış, həmin vaxt övladının əksər ehtiyaclarını iddiaçının özü qarşılamışdır. xx.xx.2021-ci il tarixdə iddiaçının atası vəfat etdikdən sonra evi tərk etmiş, həmin vaxt övladı da könüllü olaraq iddiaçı ilə birlikdə atasından miras qalmış evə köçmüşdür. Dolayısı ilə qeyd olunan məhkəmə qətnaməsinə əsasən tərəflərin birgə nikahda olan övladının ananın himayəsinə verilməsinin qət edilməsinə baxmayaraq, cavabdeh faktiki olaraq uşağın saxlanılmasında iştirak etməmişdir. Qeyd olunan xüsusatları isə birgə nikahda olan övladları X11 tam təsdiq edir. Bununla yanaşı tərəflər arasında uşağın atanın himayəsinə verilməsinə dair digər məhkəmə mübahisəsi üzrə qanuni qüvvəsini almış məhkəmə aktlarının məzmunundan da görünür ki, xx.xx.2021-ci il tarixdən uşaq anası ilə görüşməkdən imtina etmişdir. Həmin dövrədək tərəflər birgə yaşamalarına baxmayaraq ana uşağına zaman ayırmamışdır. Məhz tərəflər arasında ailə münasibətləri ananın uşağa laqeyid münasibət bəsləməsi ilə bağlı yaranan mübahisələr əsnasında pozulmuşdur. 2021-ci ilin fevral ayından noyabr ayınadək olan dövrdə iddiaçı özü uşağın təhsili, idmanı və digər istiqamətlər üzrə inkişafı ilə məşğul olmuşdur. Bu müddət ərzində də ana poliklinikada işləmiş, buna görə də bütün diqqət və qayğını uşağa ata göstərmiş, onu hazırlıqlara, idmana ata aparmış, bununla da uşağın bütün saxlanılması xərclərini ata ödəmişdir. İddiaçının nikahda olduğu müddətdə cavabdehdən tələbi uşağa qayğı göstərməsi olmuşdur. Hesab edir ki, uşaq 15 yaşında olmaqla kifayət qədər dünyagörüşlü və azad düşüncəli şəxsiyyət kimi formalaşmış yeniyetmədir. Buna görə də o, kimsə həmin uşağı aldada və ya təzyiq ilə hansısa hərəkəti etməyə vadar edə bilməz. Uşağın himayəyə verilməsi ilə bağlı digər mülki iş üzrə keçirilmiş məhkəmə-psixoloji ekspert rəyi ilə bu hal öz təsdiqini tapır. Belə olan halda uşaq özü könüllü olaraq atası ilə birlikdə qalmağı seçmişdir. Qeyd edir ki, cavabdehin etirazının məzmunundan, hazıradək tərəflər arasında olan mülki mübahisələrlə bağlı qəbul edilmiş məhkəmə qətnamələri ilə işin müəyyən edilmiş hallarından göründüyü kimi, cavabdeh 2021-ci ilin noyabr ayından uşağın saxlanılmasında iştirak etməməsi mübahisəsizdir. Buna baxmayaraq icra sənədi üzrə cavabdeh aliment ödənilməsini iddiaçıdan tələb edir, halbuki aliment uşağın ehtiyaclarının ödənilməsi üçün təyin edilmişdir. Hesab edir ki, uşağın atanın himayəsinə verilməsinə dair Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən verilmiş icra sənədinə əsasən cavabdehin ona qarşı aliment ödəmək öhdəliyi yarandığından, iddiaçının cavabdeh qarşısında olan öhdəliyi isə Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(004)-335/2021 saylı icra sənədinə əsasən həmin tarixdən 2023-cü ilin mart ayınadək, yəni icra sənədi verilənədək davam etmişdir. Lakin son icra sənədinə əsasən cavabdehin öhdəliyi 2022-ci ilin mart ayının 28-dən etibarən, iddiaçının öhdəliyi isə 2021-ci ilin fevralından yaranır. İcra sənədlərinə əsasən hər iki tərəf bir-birinə icra ödənişi etməmişdir. Bir daha qeyd edir ki, təqdim edilmiş məhkəmə qətnamələrindən, həmçinin psixoloji rəydən də görünür ki, uşaqla daimi mütəmadi olaraq, ata məşğul olmuş, onun bütün ehtiyaclarını ata qarşılamışdır. Ana ilə uşağın psixoloji bağlılıq səviyyəsinə də mütəxəssislər tərəfindən qiymət verilmişdir. Ailənin dağılma səbəbi ananın laqeyd münasibəti olmuşdur. Ana özü də məhkəmədə etiraf etmişdir ki, onun özünün şəxsi həyatı var və şəxsi həyatını yaşamalıdır. Hətta ana özü məhkəmə iclasında etiraf etmişdir ki, rəfiqələri ilə rayonlara da gedib gecə qala bilər, başqa ölkələrə də gedə bilər, bu onun şəxsi həyatıdır. Bu məsələlərlə bağlı həmişə evdə mübahisə olmuşdur. Ata bu məsələlərlə bağlı cavabdehə bildirib ki, evdə uşaq var, uşağın yeməyi, geyimi və sair məsələləri var və cavabdeh analıq funksiyalarını yerinə yetirməlidir. Yəni ananın özü heç vaxt uşaqla nə mənəvi, nə maddi cəhətdən maraqlanmamışdır. Odur ki, göstərilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, nümayəndə və vəkilinin izahatını təsdiq edir. Suala cavab olaraq bildirir ki, uşağa noyabr ayında “Trendyol” adlanan alış-veriş saytı vasitəsi ilə verilən sifarişlərin pulunu o da ödəmişdir, anası da ödəmişdir. Orada böyük məbləğ yoxdur, ümumi hesabladıqda ananın ödədiyi 18 manatdan artıq məbləğ etmir. Cavabdehin ümumiyyətlə uşağın xərcləri ilə bağlı heç nə ödəmədiyini və ya uşaq üçün heçnə almadığını deyə bilməz. Lakin uşağın zəruri ehtiyacları ilə bağlı xərclərin 99 % bütün məsuliyyət onun üzərinə düşmüşdür. 2021-ci ilin noyabr ayına qədər uşağın xərclərinin 99,9 faizini o qarşılamışdır. Ola bilər ki, anadır, uşağı üçün corab, şalvar, paltar ala bilər. Hazırda 750 manat uşağın aylıq ödənişidir. Uşaq peşəkar futbolçudur, Azərbaycanın milli komandasında oynayır. Qol gücündə respublika beşincisidir. Uşaq altıncı ildir ki, futbol ilə məşğuldur. 2021-ci ilin noyabr ayından sonra isə cavabdeh ümumiyyətlə uşağın saxlanılmasında iştirak etməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə izahat verərək bildirmişdir ki, iddiaçının vəkilinin bildirdiyi kimi ana laqeyd olmamışdır. Cavabdeh 2021-ci ilin noyabr ayından sonra uşağın saxlanılmasında iştirak etmiş, uşaq gəlibgetmişdir. Ana nə lazımdırsa uşağa almışdır. İddiaçının vəkilinin dedikləri ilə razı deyil, yalan və iftiradır. İddiaçı ilə cavabdeh arasında ailə münaqişəsi olmamışdır. 2021-ci ildə pandemiya olmuş futbol, repititor yerləri və digər yerlər işləməmişdir. İddiaçı həmin zaman heç yerə pul xərcləməmişdir. Onun qızı həkimdir, bir gün birinci növbə, digər gün isə ikinci növbə işləyir. İkinci növbə iş axşam saat 8-də bitir, saat 9-qədər isə evə gəlib çatır. 2-ci, 4cü günlər qızı saat 3-dən sonra evə gəlir. İddiaçının vəkilinin bildirdiyi psixoloji rəy 2023-cü ildə verilmişdir. 2021-ci ildə isə uşaq anadan ötrü canını da verməyə hazır idi. Amma hazırda uşağın anaya qarşı elə bil ki, antipatiyası yaranmışdır. Uşaq müxtəlif illərdə anası ilə birlikdə Türkiyəyə getmiş, onunla və anası ilə bərabər Tbilisidə olmuşdur. Lakin 2021-ci ilin noyabr ayından sonra olmamışdır. Çünki, pandemiyada heç yerə gedə bilməzdilər. İddiaçının vəkili bildirir ki, cavabdeh Ülvinin evində yaşayır, lakin nümunəvi vətəndaş kimi onun orada pasport qeydiyyatı var və orada da yaşamalıdır. Dərslər xx.xx.2021-ci il tarixdən başlamış, həmin vaxta qədər nə repititora, nə də futbola pul xərclənməmişdir. İddiaçının qəbzləri var, lakin həmin qəbzlər ola bilsin əvvəlki illərə və ya 2022-ci ilə aiddir. İddiaçı qəbzlərini dəqiqləşdirməlidir. Suala cavab olaraq bildirir ki, uşağın təhsili pulsuzdur. Noyabr ayından sonra uşaq ara-sıra anasının yanına gəlib-getmişdir. Çünki, mart ayına qədər onların münasibəti normal olmuşdur. Mart ayının 28-də iddiaçı uşağı Esmiranın əlindən almaq üçün iddia ərizəsi ilə müraciət etmişdir. Ana uşağına xərc çəkər. Lazım olanda ana da futbolun pulunu vermiş, paltarını da almış, uşağın müalicəsini etmişdir. Uşaq sonuncu dəfə 2022-ci ilin may ayının əvvəlində anasının yanına gəlmişdir. Həmin zaman zəhərlənmiş və allergiyası tutmuşdur. Həmin zaman da ana uşağın dəmanlarını və digər ehtiyaclarını qarşılamışdır. Uşağın xərclərini heç vaxt xərc saymamışlar ki, həmin xərci onlar və ya atası qarşılayır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 izahat verərək bildirmişdir ki, xx.xx.2021-ci ildə boşanma zamanı tərəflər eyni evdə yaşadığına görə alimentin tutulması iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi tarixdən deyil, xx.xx.2021-ci il tarixdən hesablanmışdır. xx.xx.2022-ci ildə iddiaçı ərizə ilə məhkəməyə müraciət etmiş, dekabr ayında qətnamə qəbul edilmişdir. Bu zaman hakim arxa tarixlə hesablamış və dekabr ayında uşaq alınaraq verilmişdir, mart ayından isə 160 manat məbləğində aliment hesablanmışdır. Buradan da görünür ki, ilkin olaraq nikahın pozulması qətnaməsində bu hallar hamısı nəzərə alınmışdır. İddiaçı özü iddia ərizəsində uşağın ananın yanında qalmasına və 250 manat alimentin ödənilməsinə etiraz etmədiyini bildirmişdir. Bundan sonra isə digər məhkəmə mübahisəsi uşağın anadan alınması ilə bağlı olmuşdur. Orada tərəf ilkin boşanma işinə baxılarkən qəyyumluq və himayəçilik orqanının rəyini nəzərə almadığını iddia etmiş, aliment 175 manat olduğu halda nəyə görə 250 manat aldığını bildirmişdir. Əgər iddiaçı 250 manat aliment məbləği ilə razı deyildirsə, bunu apellyasiya şikayəti verməklə mübahisələndirməli idi. Hazırda artıq qanuni qüvvəsini almış qətnamələr mövcuddur. Qətnamələrdə olan sübutların yenidən sübuta yetirilməsinə ehtiyac yoxdur. Həmin vaxt şahid də, uşaq da dindirilmiş, müxtəlif ekspertiza və qəyyumluq rəyləri də vardır. Ekspertiza rəyinə əsasən uşaq atası ilə yaşamaq istədiyini bildirmişdir. Orada da qeyd edilmişdir ki, noyabr ayından atası ilə gəlib və babasıgildə yaşayır. Mübahisəsiz haldır ki, uşaq atanın yanında qalmaq istəyir. O hissəni mübahisələndirmirlər. Hesab edir ki, uşaq hazırda atasının yanında olduğu üçün onu müdafiə edəcəkdir. Buna görə də uşağın dinlənilməsinə zərurət duymur. Suala cavab olaraq bildirir ki, 2021-ci ilin fevral ayından, 2021-ci ilin noyabr ayına qədər iddiaçı ilə cavabdeh birlikdə yaşamışlar. Lakin ər-arvad münasibətləri olmamışdır. Onlar bir evdə yaşamağa məcbur olmuşlar. Evin mülkiyyətçisi iddiaçıdır, cavabdeh isə orada qeydiyyatdadır. 2021-ci ilin noyabr ayından sonrakı dövrdə ana uşağın saxlanılmasında iştirak etmişdir. Baxmayaraq ki, sonradan uşaqla ananın ünsiyyəti çətin olmuşdur. Uşaq ara-sıra may ayına qədər gələrək anası ilə qalmışdır. 2021-ci ilin noyabr ayından sonrakı dövdə uşağın atanın yanında olması ilə razıdır. 2021-ci ilin fevral ayından, 2021-ci ilin noyabr ayına qədər iddiaçı ilə cavabdeh bir evdə yaşamışdır. Hesab edir ki, iddia əsassızdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara ətraflı hüquqi qiymət verib hesab edir ki, iddia əsaslı olmaqla təmin edilməlidir. Belə ki, iş materiallarında olan - Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-355/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən İddiaçı və Cavabdeh arasında Səadət Sarayında xx.xx.2007-ci il tarixdə 1083 akt qeydi ilə bağlanmış nikah pozulmuş, birgə nikahdan olan xx.xx.2008-ci il təvəllüdlü X4 anası Cavabdeh yanında qalması müəyyən edilmiş və yetkinlik yaşına çatmayan xx.xx.2008-ci il təvəllüdlü X1 üçün xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay 250 manat sabit pul məbləğində alimentin İddiaçı tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. - Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 380437 nömrəli nikahın pozulması haqqında şəhadətnaməyə əsasən müəyyən edilir ki, İddiaçı və Cavabdeh arasında bağlanmış nikah xx.xx.2021-ci il tarixdə məhkəmə qətnaməsinə əsasən pozulmuşdur. - Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-2248/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2008-ci il təvəllüdlü X4 anası Cavabdeh alınaraq atası İddiaçı verilməsi və xx.xx.2008-ci il təvəllüdlü X1 üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay 160 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamə alimentin tutulması hissədə dərhal icra edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1429/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-2248/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və qətnamə dəyişdirilmədən saxlanılmışdır. -Bakı Galatasaray Futbol Məktəbinin arayışından müəyyən edilir ki, Kənan İsmayılov xx.xx.2019-cu il tarixdən Qalatasaray Futbol Məktəbində qeydiyyatdan keçmiş və davamlı olaraq məşqlərə gəlir. Qaimədən görünür ki, futbol məktəbinə 02.04.22-02.05.22-ci il dövr üzrə 100 manat ödəniş edilmişdir. -14 saylı uşaq poliklinikasından verilmiş arayışdan müəyyən edilir ki, Cavabdeh həkim stomatoloq olmaqla əmək haqqı 450 manat təşkil edir. -3 saylı Bakı Asan Xidmət Mərkəzi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 233118 nömrəli ölüm haqqında şəhadətnamədən müəyyən edilir ki, xx.xx.2021—ci il tarixdə X7 xəstəliyi ilə bağlı vəfat etmişdir. -Yasamal rayon İcra Hakimiyyəti nəzdində fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, cavabdeh komissiyaya verdiyi izahatında nikah pozulduqdan sonra 2021-ci ilin noyabr ayınadək iddiaçı və övladı ilə birlikdə yaşamasını, sonradan onların keçmiş qayınanasının yanına köçməsinə etiraz etmədiyini, övladını son bir aydır görə bilmədiyini bildirmişdir. Həmçinin uşaq komissiyaya verdiyi izahatında həmişə atası ilə yaşadığını, anasının onunla heç vaxt maraqlanmadığını, uzun müddətdir onu görmədiyini, bütün bunlara görə atasının yanında qalmaq istədiyini bildirmişdir. -Məhkəməyə sorğu əsasında Yasamal rayon İcra şöbəsi tərəfindən təqdim edilmiş e44181/2021-53-9-004 saylı icra işi materiallarından müəyyən edilir ki, Yasamal Rayon Məhkəməsinin 2(004)-355/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən xx.xx.2021-ci il tarixli qərarla icraata başlanılmışdır. Həmin icra sənədinə əsasən borclu X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq X3 hər ay 250 manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh ödənilməlidir. İcra işi materiallarında olan xx.xx.2022-ci il tarixli aktdan müəyyən edilir ki, icra sənədinin icrasını təmin etmək məqsədilə borclu X9 icra şöbəsinə dəvət edilmiş, sonuncu isə məlumat vermişdir ki, o, övladı, eləcə də tələbkar ilə birlikdə eyni evdə birlikdə yaşamaqla, övladının bütün zəruri ehtiyaclarını tam şəkildə ödəyir. Tələbkar isə icra məmurunun dəvətinə əsasən şöbəyə gəlməkdən imtina etmiş və icra məmuruna kobud ifadələr işlətmişdir. İcra işi materiallarında olan xx.xx.2022-ci il tarixli arayışdan müəyyən edilir ki, həmin tarixə X5 aliment borcu 3500 manat təşkil etmişdir. Həmçinin icra işindən görünür ki, X9 tərəfindən icra sənədi üzrə heç bir ödəniş etməmiş, eyni zamanda tələbkar ərizəsinə əsasən zəruri məcburi icra tədbirləri həyata keçirilmişdir. -Məhkəməyə sorğu əsasında Yasamal rayon İcra şöbəsi tərəfindən təqdim edilmiş e296596/2022-53-9-004 saylı icra işi materiallarından müəyyən edilir ki, Yasamal Rayon Məhkəməsinin 2(004)-2248/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən xx.xx.2022-ci il tarixli qərarla icraata başlanılmışdır. Həmin icra sənədinə əsasən borclu Cavabdeh X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 manat sabit pul məbləğində aliment tutularaq X6 ödənilməlidir. Alimentin xx.xx.2022-ci il tarixdən hesablanması müəyyən edilmişdir. Həmin icra işi materiallarından müəyyən edilir ki, heç bir ödəniş edilməmişdir. Hazırki məhkəmə iclasında dinlənilmiş X10 ifadəsində bildirmişdir ki, 15 yaşı var. İncəsənət Gimnaziyasında təhsil alır. İncəsənət sahəsində aktyorluq ilə məşğuldur. O, valideynləri ilə babası vəfat etməzdən əvvəl birlikdə yaşamışlar. 2021-ci ilin noyabr ayında babası vəfat etmiş, o, atası ilə birgə ata-nənəsinin yanına digər mənzilə köçmüşlər. 2021ci ilin noyabr ayının 11-dən sonra atası ilə birgə qalmışlar. Noyabr ayından sonra anası ilə əlaqə saxlamamışdır. Çünki onunla danışmır. Anası ilə bir dəfə münasibət olmuş, o zaman da mübahisə ilə bitmişdir. Atası ona təsir etmir. Atası əksinə ona anası ilə görüşməyini və danışmağını bildirmişdir. Lakin o özü istəmir. Çünki münasibətləri hər dəfə mübahisə ilə bitir. Onun anasında qızılları var idi, bir dəfə anasından həmin qızılları qaytarmağını istəmişdir. Anası isə qızılların olmadığını və qaytarmayacağını bildirmişdir. O, qızıl-gümüş taxmağı xoşlayır. Ona qızılları anasından istəməyi heç kim deməmişdir. O, atasına da qolbaq və boyunbağı aldırmışdır. Bir evdə yaşayarkən onu məktəbə, həmçinin idmana, hazırlığa atası aparıb-gətirmiş, müəllimlərlə görüşləri də atası həyata keçirmişdir. Atası adətən geyim seçimini onun öz ixtiyarına buraxır. Geyim almağa atası ilə gedir, lakin seçimi özü edir. Lap uşaqlıqda birlikdə yaşadıqları zaman anası ilə də gedib paltar seçimi etmişdir. Bu 7 yaşına qədər valideynləri ayrılmamışdan əvvəl olmuşdur. Atası ilə anası ayrılandan sonra bir evdə yaşayan zaman anası ilə paltar seçməyə getməmişdir. Atasının şəxsi kartı yoxdur deyə, anasına demişdir ki, ona Türkiyədən paltar sifariş versin. Atası buna görə anasına nənəsinin pensiyasından nağd şəkildə ad gününə hədiyyə olaraq pul vermişdir. Anası da Türkiyədən paltar sifariş vermişdir. Anasının öz vəsaiti hesabına ona hədiyyə alması yadında deyildir. Yəqin ki, o vaxtı ad gününə nəsə almışdır. Amma bu da 2020-ci ildən sonra olmamışdır. 2020-ci ildə anası ona planşet almışdır. O, idmanla bağlı turnirlərə getdikdə xərclərini atası qarşılamışdır. 2021-ci ilin noyabr ayından sonra anası ilə görüşməmişdir, noyabr ayına qədər isə bütün xərclərini atası ödəmişdir. Anasının qolbağı və boyunbağını qaytarmasını istəyir. Şəxsən özü anasıından bunları istəmişdir. Hesab edir ki, anası daha çox pulun arxasınca düşür, nəinki onun. O özü də onunla görüşmək istəmir. Onunla görüşmək istəsə idi, bugün də, dünən də gələ bilərdi. Anası ilə qonşudurlar, 1 küçə fərq var, istəsə görüşə və ya zəng edə bilərdi. Telefonu isə anasına açıqdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 76.1-ci və 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə qazancın (başqa gəlirlərin) dörddə bir hissəsi miqdarında aliment tutulur; 49.2-ci maddəsinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir; 52-ci maddəsinə əsasən uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə bilər,habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər; 58.2-ci maddəsinə əsasən valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar; 60.4-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşağın saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. 112.1.-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun: 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafıəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar; 13-cü maddəsinə əsasən hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafızəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 15.2-ci maddəsinə görə, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, qanunverici alimentin miqdarı müəyyən olunarkən məhkəmənin üzərinə bir sıra məsələlərin, yəni tərəflərin maddi və ailə vəziyyətinin, diqqətəlayiq digər halların, uşağın əvvəlki təminatının səviyyəsinin araşdırılması vəzifəsini qoymuşdur. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olubolmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarında izah edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə qeyd edir ki, alimentin miqdarının dəyişdirilməsi tələblərinin qanuni əsasını Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir və hazırkı işdə həmin maddənin dispozitiv şərtləri mövcuddur. Azərbaycan Respublikası Konstitusiyasının 17.2-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmiş işin mübahisəsiz halları ondan ibarətdir ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-355/2021 saylı, xx.xx.2021ci il tarixli qətnaməsinə əsasən İddiaçı və Cavabdeh arasında Səadət Sarayında xx.xx.2007-ci il tarixdə 1083 akt qeydi ilə bağlanmış nikah pozulmuş, birgə nikahdan olan xx.xx.2008-ci il təvəllüdlü X4 anası Cavabdeh yanında qalması müəyyən edilmiş və yetkinlik yaşına çatmayan xx.xx.2008-ci il təvəllüdlü X1 üçün xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay 250 manat sabit pul məbləğində alimentin İddiaçı tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Qeyd olunan qətnaməyə əsasən verilmiş icra sənədi üzrə xx.xx.2021-ci il tarixli qərarla icraata başlanılmışdır. Nikahın pozulmasına baxmayaraq tərəflər yetkinlik yaşına çatmayan övladı X10 ilə birlikdə xx.xx.2021-ci il tarixədək eyni ünvanda, yəni ünvan 3vanındakı mənzildə yaşamışlar. Hansı ki, qeyd olunan mənzil iddiaçının mülkiyyətində olmasına baxmayaraq cavabdeh hazıradək həmin mənzildə yaşamağa davam edir. xx.xx.2021-ci il tarixdə iddiaçı atasının vəfatı ilə bağlı olaraq cavabdehlə birgə yaşadığı mənzili tərk etmiş, həmin vaxt onun yetkinlik yaşına çatmayan övladı X10 da onunla birlikdə çıxıb getmişdir. Bundan sonra iddiaçı hazırki iddia tələbi ilə yanaşı uşağın anadan alınaraq ataya verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-2248/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2008-ci il təvəllüdlü X4 anası Cavabdeh alınaraq atası İddiaçı verilməsi və xx.xx.2008-ci il təvəllüdlü X1 üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay 160 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Alimentin xx.xx.2022-ci il tarixdən hesablanması müəyyən edilmişdir. Qətnamə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1429/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən dəyişdirilmədən saxlanılmış, qətnamə qanuni qüvvəsini alaraq icraya yönəldilmiş və icra sənədinə əsasən xx.xx.2022-ci il tarixli qərarla icraata başlanılmışdır. Hər iki icra sənədi üzrə borclular tərəfindən heç bir ödəniş həyata keçirilməmişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən edilir ki, tərəflərin birgə nikahından doğulmuş X1 ilə bağlı atanın Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-355/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə aliment ödəmək öhdəliyi xx.xx.2021-ci il tarixdən, ananın aliment ödəmək öhdəliyi isə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)- 2248/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən xx.xx.2022-ci il tarixdən başlanmışdır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı icra sənədinə əsasən aliment ödəmək öhdəliyi xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan, 22 aylıq dövrü əhatə etmişdir. İcra sənədi üzrə borclu olan İddiaçı bu dövr ərzində hər ay 250 manat olmaqla aliment ödənişi ilə bağlı öhdəliyini icra etməməsini nəzərə alaraq, adi riyazi hesablama yolu ilə müəyyən edilir ki, onun 2(004)-355/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə 5.500 (22 ay x 250 manat) manat borcu vardır. Hazırda iddiaçı birgə nikahdan olan övladının nikah pozulduqdan sonra daim onun yanında qalmasını, onun saxlanılması ilə bağlı bütün zəruri xərclərin onun tərəfindən ödənilməsi nəzərə alınaraq Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-355/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən verilmiş icra sənədi üzrə yaranmış 5.500 manat aliment borcunun silinməsini xahiş edir. Cavabdeh isə alimentin tutulması ilə bağlı qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin olduğunu bildirərək iddia ərizəsinə etiraz vermiş və iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdeh tərəf həmçinin izahatlarında bildirmişdir ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr ərzində eyni yaşadıqları müddətdə övladının saxlanılmasında iştirak etmiş, ona görə də iddia tələbi bu hissədə tamamilə əsassızdır. xx.xx.2021-ci il tarixdən sonrakı dövr ərzində isə övladı ilə arasıra görüşmüş və onun saxlanılmasında iştirak etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işin faktiki halları, tərəflərin özlərinin izahatları, eləcə də tərəflər arasında olan digər ailə mübahisələri üzrə aidiyyəti məhkəmələr tərəfindən qəbul edilmiş qətnamələrlə təsdiq olunur ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək tərəflər eyni evdə yaşamışlar. Həmçinin işin halları ilə və qanuni qüvvəsini almış məhkəmə qətnamələri ilə təsdiq olunur ki, birgə nikahdan doğulmuş X4 ataya bağlılığı daha çox özünü biruzə vermiş və onun anası ilə münasibətləri soyuq olmuşdur. Hətta hazırkı məhkəmə baxışı zamanı o, izahatında anası ilə xx.xx.2021-ci il tarixdən ümumiyyətlə görüşmədiyini qeyd etmişdir. Eyni zamanda o, izahatın bildirmişdir ki, birgə yaşadıqları xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək dövr ərzində onun saxlanılması ilə bağlı bütün zəruri xərclər məhz atası tərəfindən ödənilmişdir. Məhkəmə həmçinin bununla bağlı qeyd edir ki, qanuni qüvvədə olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1429/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin də məzmunundan görünür ki, məhkəmə baxışı zamanı tərəflərin 2021-ci ilin noyabr ayınadək uşaqları ilə birlikdə iddiaçıya məxsus mənzildə yaşamaları müəyyən edilmişdir. Bunu həm tərəflər, həm də uşaq bildirmişdir. 2021-ci ilin noyabr ayında isə iddiaçı uşağı hər hansı bəhanə ilə cavabdehdən almamışdır. Sadəcə olaraq, onlar ayrılmış və bu zaman uşaq iddiaçı ilə bilrikdə getmişdir. Bu məsələyə aydınlıq gətirilərkən, həm birinci (xx.xx.2022-ci il), həm də 7 aya yaxın müddət keçdikdən sonra apellyasiya (xx.xx.2023-cü il) instansiyası məhkəmələrində, uşaq eyni mövqedən çıxış edərək, öz istəyi ilə iddiaçı ilə getdiyini, cavabdehlə deyil, məhz iddiaçı ilə yaşamaq istədiyini qətiyyətlə bildirmişdir. Uşağın iddiaçının təsiri, o cümlədən iradəsinə zidd olaraq onunla yaşaması, yaşadığı dövrdə də onların arasında hər hansı problemin yarandığı və ya anlaşılmazlığın yaşandığı, habelə iddiaçının uşağın emosional-iradi sferasına və psixi durumuna neqativ təsir göstərə biləcək hər hansı hərəkətə yol verməsi halı müəyyən edilməmişdir. Uşağın anası ilə yaşamaq məsələsinə dair mövqeyinin iddiaçının təsiri nəticəsində formalaşması halı da müəyyən edilməmişdir. Əksinə uşağın özü də onun anası ilə ünsiyyətdə olmasına atasının etiraz etmədiyini, hətta şənbə və bazar günləri məcburi şəkildə anasının yanına apardığını bildirmişdir. Eyni zamanda qətnamə ilə müəyyən edilmişdir ki, uşaq məhkəmə qaydasında cavabdehin yanında saxlanılmasına baxmayaraq, hazırda iddiaçının yanında qalır. Bununla belə, uşaq hüquqi baxımdan cavabdehin himayəsində qalmaqla faktiki olaraq iddiaçının himayəsindədir. Qətnamənin 38-ci bəndində apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsində icraat zamanı cavabdeh iddiaya qarşı verdiyi yazılı etirazında iddiaçı və uşağı ilə birgə yaşadığı vaxt (2022-ci ilin noyabr ayınadək) evin xərclərini çəkdiyini bildirmişdir. Eyni fikirlər onun tərəfindən verilmiş apellyasiya şikayətində də əks olunmuşdur. Məhkəmə qeyd etmişdir ki, bu öz növbəsində onun bu fikrinin təsadüfi olmadığını və reallığı əks etdirdiyini təsdiq edir. Hər bir halda, cavabdeh əmək haqqı qismində aldığı 450 manat, xüsusilə də tutmalar çıxıldıqdan sonra 381,25 manat pula güvənib bu mövqedən çıxış etməmişdir. Beləliklə işin faktiki hallarından göründüyü kimi, ananın xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr ərzində uşağın saxlanılmasında bilavasitə iştirakı öz təsdiqini tapmır. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı özü izahatında ananın nadir hallarda uşağa geyim əşyası almasını göstərməsinə baxmayaraq bildirmişdir ki, bu hal xərclərin cüzi hissəsini təşkil etmişdir. Məhkəmə iclasında dinlənilən Kənan İsmayılzadə də izahatında təsdiq etmişdir ki, onun maddi xərcləri atası tərəfindən qarşılanmışdır. Beləliklə, atanın qeyd olunan dövr ərzində uşağın saxlanılmasında iştirakı və xərclərin əksər hissəsinin onun tərəfindən ödənilməsi öz təsdiqini tapır. Məhkəmə həmçinin qeyd edir ki, işin faktiki halları, qanunu qüvvədə olan məhkəmə qətnamələri ilə ilə tam təsdiq olunur ki, iddiaçının (atanın) aliment borcunun hesablandığı xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr ərzində ana uşağın saxlanılmasında ümumiyyətlə iştirak etməmiş və uşaqla nadir hallarda ünsiyyətdə olmuşdur. Bu hal öz təsdiqini tapdığından uşaq məhkəmənin qanuni qüvvədə olan qətnaməsi ilə atanın himayəsinə verilmişdir. Cavabdeh bunun əksini dəlalət edən məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Həmçinin iş materiallarına əlavə edilmiş AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 11/430 nömrəli psixoloji ekspertiza üzrə ekspert rəyinə əsasən müəyyən edilir ki, xx.xx.2022-ci il tarixli psixoloji müsahibə zamanı xx.xx.2008-ci il təvəllüdlü X10 atası ilə birlikdə nənəsigildə yaşadığını, anasının onunla maraqlanmadığını, anasının isə öz evində ayrı yaşadığını bildirmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, alimentin tutulması hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təmin edilməsi, eyni zamanda onun əvvəlki maddi şərtlər daxilində mövcud təminatının qorunub saxlanılmasının təmin edilməsindən ibarətdir. İşin halları ilə sübut olunur ki, nikahın pozulmasından sonra ilkin dövrdə məhkəmə qətnaməsinə əsasən birgə nikahdan olan uşağın ananın yanında qalması müəyyən edilsə də, iddiaçı həmin dövrdə uşağın bütün maddi və mənəvi tələbatını xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrdə tam şəkildə qarşılamışdır. Məhkəmə qeyd edir ki, ailə qanunvericiliyi məhkəmə tərəfindən, üzərinə aliment öhdəliyi qoyulmuş şəxsin borcu ilə yaranma əsası arasında səbəbli əlaqənin olduğu təqdirdə həmin şəxsin borclarını ödəməkdən tamamilə və ya qismən azad edilmə imkanını nəzərdə tutmuşdur. Hazırkı iş üzrə isə məhkəmə, tədqiq edilmiş mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək sözügedən səbəbli-əlaqəni müəyyən etmişdir. Belə ki, məhkəmənin qətnaməsi ilə uşağa görə atadan alimentin tutulması qət edilsə də, o, mütəmadi olaraq övladı ilə birgə yaşamış zəruri ehtiyaclarını qarşılamış, valideynlik borcunun yerinə yetirilməsi üçün mümkün zəruri tədbirləri görmüş, sabit məbləğdə cavabdehə alimenti ödənişi etməməklə övladının qanunla qorunun mənafelərinə xələl gətirməmiş və övladının saxlanılmasında bilavasitə iştirak etmişdir. Məhkəmə həmçinin cavabdehin iddiaya qanunin qüvvəsini almış məhkəmə qətnaməsinin olması əsası ilə etirazına münasibət bildirərək qeyd edir ki, işin hallarından göründüyü kimi tərəflər arasında ailə münasibətlərindən irəli gələn mübahisə yaranmışdır. Hansı ki, bu davam edən münasibətlərdir və iddiaçı ilə cavabdehin arasında bağlanmış nikahın pozulması onların birgə nikahdan olan uşağın valideyni olmasını dəyişdirmədiyi kimi, valideynlik vəzifələrini də icra etmələrinə əngəl olmur. Odur ki, göstərilənlərə əsasən məhkəmə tərəflərin diqqətəlayiq maraqlarını, uşağın qanunla qorunan mənafelərini nəzərə alaraq hesab edir ki, Yasamal rayon Məhkəməsinin 2(004)-355/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən xx.xx.2008-ci il təvəllüdlü X1 üçün hər ay 250 manat sabit pul məbləğində olmaqla Cavabdeh aliment ödəməli olan İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr ərzində ona hesablanmış 5.500 manat məbləğində aliment borcunu ödəməkdən azad edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi üzrə xx.xx.2008-ci il təvəllüdlü X2 üçün təyin olunmuş aylıq 250 manat sabit pul məbləğində alimentin ödənilməsi ilə bağlı olaraq yaranmış 5.500 (beş min beş yüz) manat məbləğində aliment borcu silinməlidir. Məhkəmə həmçinin qeyd edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi üzrə xx.xx.2008-ci il təvəllüdlü X1 üçün təyin olunmuş aylıq 250 manat sabit pul məbləğində alimentin ödənilməsi ilə bağlı olaraq yaranmış 5.500 (beş min beş yüz) manat məbləğində aliment borcu silinsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №e-2(004)-114/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-114/2023
04.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver