Məhkəmə qərarları › İş №e-2(004)-1154/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-1154/2025

10.03.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-1154/2025 10.03.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı əmək haqqı tələbinə dair iş üzrə (açar sözlər: icraata xitam, barışıq sazişinin təsdiqi) Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi, Ələsgərov Pərvin Asif oğlunun katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı əmək haqqı tələbi barədə iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İddia tələbi

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli, 383 nömrəli əmri ilə qanunsuz şəkildə işdən çıxarıldığı gündən iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi günədək, işəgötürənin təqsiri üzündən gecikdirilmiş əmək haqqı məbləğinin (1500 manat) hər gecikdirilmiş gün üçün bir faizi məbləğində ödəncin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Məhkəmə icraat iştirakçılarının izahatları

2. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsi və mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.

3. Cavabdehin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək barışıq sazişinin təsdiq edilməsini və mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.

4. İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişinə əsasən: “1.1. Tərəflər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52-ci və 191ci maddələrinə uyğun olaraq, məhkəmə mübahisəsini barışıq sazişi ilə yekunlaşdırmaq məqsədilə aşağıdakı şərtlərlə bağlı razılığa gəlirlər və Barışıq Sazişini imzalamaqla aşağıdakı hərəkətləri yerinə yetirməyi öhdələrinə götürürlər. 1.2. İddiaçı X3nin təsdiqlənməsinə görə məhkəməyə verdiyi iddia tələblərindən imtina edir, cavabdeh isə iddiaçının iddiasından imtina etməsi qarşılığında X2 göstərilən öhdəlikləri yerinə yetirir. 1.3. İddiaçı öhdəsinə götürür ki, hazırkı müqavilə məhkəmə tərəfindən təsdiq edildikdən 3 iş günü ərzində "xxxx" MMC-də direktor müavini (Baş həkim) vəzifəsindən azad edilərək 3 ay müddətində olmaqla "xxxx" MMC-də yeni yaradılan direktorun ümumi məsələlər üzrə müavini vəzifəsinə keçirilməsinə razılıq verir. 1.4. İddiaçı hazırkı iddia tələbindən imtina etməsinin əvəzi olaraq onun 2024-cü ilin sentyabr, oktyabr, noyabr və dekabr aylarında və 2025-ci ilin yanvar, fevral aylarında, həmçinin direktorun ümumi məsələlər üzrə müavini vəzifəsinə keçirilənədək olan müddət ərzində işdə olmamasının səbəbləri "xxxx" MMC tərəfindən üzrlü hesab edilir və göstərilən aylar üçün ona bu sazişlə müəyyən edilən qaydada əmək haqqının (tarif və əlavə) ödənilməsi təmin edilir. 1.5. "xxxx" MMC öhdəsinə götürür ki, bu saziş qüvvəyə mindikdən sonra 3 iş günündən gec olmayaraq İddiaçı 2024-cü ilin sentyabr, oktyabr, noyabr, dekabr ayları üçün ümumilikdə tarif və əlavələr daxil olmaqla 10000 (on min) manat məbləğində (hər ay tarif və əlavələrlə birlikdə 2500 manat olmaqala) birdəfəlik əmək haqqının hesablanıb qanunvericiliklə müəyyən edilən qaydada ödənilməsini təmin edir və bununla əlaqədar olaraq aidiyyəti dövlət orqanlarına dəqiqləşdirilmiş hesabatlar təqdim edir. 1.6. "xxxx" MMC öhdəsinə götürür ki, 2025-ci ilin yanvar, fevral ayları və İddiaçı direktorun ümumi məsələlər üzrə müavini vəzifəsinə təyin edilənədək olan müddət üçün İddiaçı işdə olmamasının səbəbləri üzrlü hesab edilir. 1.7. İddiaçıla onun direktorun ümumi məsələlər üzrə müavini vəzifəsinə təyin edilməsi ilə əlaqədar bağalanacaq əmək müqaviləsinin müddəti tərəflərin qarşılıqlı razılığı ilə 3 ay müəyyən edilir. Heç bir hal (o cümlədən İddiaçı faktiki işə gəlməməsi) bu müqaviləyə vaxtından əvvəl ləğv edilməsi üçün əsas ola bilməz və həmin müqavilədə müəyyən olunmuş əmək haqqının ödənilməsindən imtina oluna bilməz. 1.8. İddiaçı 2025-ci ilin yanvar, fevral ayları üzrə əmək haqlarının, eləcə də müddətli əmək müqaviləsi müddəti ərzində ona hesablanacaq əmək haqqının (tarif və əlavələr) cəmi məbləği (son haqq-hesa daxil) 18000 manat məbləğində müəyyən edilir, həmin vəsaitdən də müvafiq ödəmələr də ödənildikdən sonra qalan məbləğ 2025-ci ilin aprel ayı üzrə 6000 manat, mayı üzrə 6000 manat və iyun ayı üzrə 6000 (altı min) manat olmaqla İddiaçı əmək haqqı kartına köçürürlməsi "xxxx" MMC tərəfindən təmin edilir. 1.9 Bu sazişin hər hansı bir şərtlərindən gələcəkdə tərəflərdən bir digərinin əleyhinə sübut kimi istifadə edə bilməz. 1.10. Bu sazişin tələblərinə əməl edilməməsi sazişdə göstərilənlərin məcburi qaydada icra olunması üçün icra vərəqəsinin verilməsinə əsasdır. 1.11. Müddətli əmək müqaviləsinin müddəti başa çatanadək 18000 (on səkkiz min) manat (tarif, əlavələr və son haqq hesab daxil) məbləğində əmək haqqının hesablanıb qanunvericiliklə müəyyən edilmiş qaydada İddiaçı ödənilməsi təmin edilmədiyi təqdirdə müddətin başa çatdığı gündən ödənilməmiş məbləğin hər bir günü üçün 1% cərimənin ödənilməsini "xxxx" MMC öhdəsinə götürür. 1.12. Tərəflər öhdələrinə götürürlər ki, bu sazişin şərtlərtinə tam əməl edildikdən sonra birinin digərinə qarşı hər hansı iddiası, tələbi və şikayəti olmayacaqdır. 1.13. X3nin həra hansı bir şərti sazişin həqiqi mənasına və tərəflərin bu sazişlə ifadə etdikləri iradə ifadələrinə zidd təfsir edilə bilməz. 1.14. X3 Tərəflər arasında imzalandıqdan dərhal sonra “İddiaçının iddiadan imtina etməsi və barışıq sazişinin təsdiqlənməsi barədə" Ərizə, cavabdehin isə “Barışıq Sazişinin təsdiqlənməsi barədə” Ərizəsi Yasamal rayon məhkəməsinə təqdim olunur. 1.15. X2 tərəflərin müəyyən edilmiş öhdəliklər icra edildikdən sonra tərəflərin birbiri qarşısındakı bütün öhdəlikləri tam həcmdə icra edilmiş hesab edilir. 1.16. Tərəflərdən biri Barışıq Sazişinin şərtlərini yerinə yetirmədikdə, digər tərəf həmin şərtlərin yerinə yetirilməsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir. 1.17. X3 məhkəməyə və tərəflərdən hər birinə bir nüsxə təqdim edilməklə, eyni hüquqi qüvvəyə malik 3 (üç) orijinal nüsxədə tərtib edilmiş və imzalanmışdır. 1.18. X1 Tərəflər arasında imzalanması anından qüvvəyə minir və tərəflərin üzərinə götürdüyü öhdəlikləri tam icra edənədək qüvvədədir.

Tətbiq edilən hüquq

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 52.1. İddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir; Maddə 52.3. Tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər; Maddə 52.4. Məhkəmə prosesin istənilən mərhələsində tərəflərə mübahisənin hüquqi həlli ilə bağlı məlumat və barışıq sazişi, yaxud mübahisənin mediasiya vasitəsilə həlli üçün təkliflər verməyə haqlıdır; Maddə 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; Maddə 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.4. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə; Maddə 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər; Maddə 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir; Maddə 191.4. Məhkəmə iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini qəbul etmədikdə, tərəflərin barışıq sazişini təsdiq etmədikdə və ya mübahisə mediasiya vasitəsilə həll edilmədikdə bununla bağlı əsaslandırılmış qərardad çıxarır və işə mahiyyəti üzrə baxılmasını davam etdirir; Maddə 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.5. tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə; Maddə 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Maddə 262.5. İş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər.

Məhkəmənin mövqeyi

6. Məhkəmə iş materiallarını nəzərdən keçirərək qeyd edir ki, barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir.

7. İşdən göründüyü kimi, iddaçının cavabdehə qarşı yönəlmiş iddia tələbi əmək haqqının ödənilməsi barədədir. Hazırda isə tərəflər bu məsələləri tənzimləyən barışıq sazişini təqdim etmişlər.

8. Məhkəmə araşdırılması ilə təqdim olunan barışıq sazişinin qanunazidd olması halı, həmçinin hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozması müəyyən edilmir.

9. Odur ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişi təsdiq edilməli, mülki iş üzrə icraata xitam verilməlidir.

10. Göstərilənləri və MPM-nin 52, 191, 261, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı əmək haqqı tələbinə dair iş üzrə icraata xitam verilsin. İddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 04 mart 2024cü il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin: 1.1. Tərəflər Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52-ci və 191 ci maddələrinə uyğun olaraq, məhkəmə mübahisəsini barışıq sazişi ilə yekunlaşdırmaq məqsədilə aşağıdakı şərtlərlə bağlı razılığa gəlirlər və Barışıq Sazişini imzalamaqla aşağıdakı hərəkətləri yerinə yetirməyi öhdələrinə götürürlər. 1.2. İddiaçı X3nin təsdiqlənməsinə görə məhkəməyə verdiyi iddia tələblərindən imtina edir, cavabdeh isə iddiaçının iddiasından imtina etməsi qarşılığında X2 göstərilən öhdəlikləri yerinə yetirir. 1.3. İddiaçı öhdəsinə götürür ki, hazırkı müqavilə məhkəmə tərəfindən təsdiq edildikdən 3 iş günü ərzində "xxxx" MMC-də direktor müavini (Baş həkim) vəzifəsindən azad edilərək 3 ay müddətində olmaqla "xxxx" MMC-də yeni yaradılan direktorun ümumi məsələlər üzrə müavini vəzifəsinə keçirilməsinə razılıq verir. 1.4. İddiaçı hazırkı iddia tələbindən imtina etməsinin əvəzi olaraq onun 2024-cü ilin sentyabr, oktyabr, noyabr və dekabr aylarında və 2025-ci ilin yanvar, fevral aylarında, həmçinin direktorun ümumi məsələlər üzrə müavini vəzifəsinə keçirilənədək olan müddət ərzində işdə olmamasının səbəbləri "xxxx" MMC tərəfindən üzrlü hesab edilir və göstərilən aylar üçün ona bu sazişlə müəyyən edilən qaydada əmək haqqının (tarif və əlavə) ödənilməsi təmin edilir. 1.5. "xxxx" MMC öhdəsinə götürür ki, bu saziş qüvvəyə mindikdən sonra 3 iş günündən gec olmayaraq İddiaçı 2024-cü ilin sentyabr, oktyabr, noyabr, dekabr ayları üçün ümumilikdə tarif və əlavələr daxil olmaqla 10.000 (on min) manat məbləğində (hər ay tarif və əlavələrlə birlikdə 2500 manat olmaqala) birdəfəlik əmək haqqının hesablanıb qanunvericiliklə müəyyən edilən qaydada ödənilməsini təmin edir və bununla əlaqədar olaraq aidiyyəti dövlət orqanlarına dəqiqləşdirilmiş hesabatlar təqdim edir. 1.6. "xxxx" MMC öhdəsinə götürür ki, 2025-cii ilin yanvar, fevral ayları və İddiaçı direktorun ümumi məsələlər üzrə müavini vəzifəsinə təyin edilənədək olan müddət üçün İddiaçı işdə olmamasının səbəbləri üzrlü hesab edilir. 1.7. İddiaçıla onun direktorun ümumi məsələlər üzrə müavini vəzifəsinə təyin edilməsi ilə əlaqədar bağalanacaq əmək müqaviləsinin müddəti tərəflərin qarşılıqlı razılığı ilə 3 ay müəyyən edilir. Heç bir hal (o cümlədən İddiaçı faktiki işə gəlməməsi) bu müqaviləyə vaxtından əvvəl ləğv edilməsi üçün əsas ola bilməz və həmin müqavilədə müəyyən olunmuş əmək haqqının ödənilməsindən imtina oluna bilməz. 1.8. İddiaçı 2025-ci ilin yanvar, fevral ayları üzrə əmək haqlarının, eləcə də müddətli əmək müqaviləsi müddəti ərzində ona hesablanacaq əmək haqqının (tarif və əlavələr) cəmi məbləği (son haqq-hesa daxil) 18000 manat məbləğində müəyyən edilir, həmin vəsaitdən də müvafiq ödəmələr də ödənildikdən sonra qalan məbləğ 2025-ci ilin aprel ayı üzrə 6000 manat, mayı üzrə 6000 manat və iyun ayı üzrə 6000 (altı min) manat olmaqla İddiaçı əmək haqqı kartına köçürülməsi "xxxx" MMC tərəfindən təmin edilir. 1.9 Bu sazişin hər hansı bir şərtlərindən gələcəkdə tərəflərdən bir digərinin əleyhinə sübut kimi istifadə edə bilməz. 1.10. Bu sazişin tələblərinə əməl edilməməsi sazişdə göstərilənlərin məcburi qaydada icra olunması üçün icra vərəqəsinin verilməsinə əsasdır. 1.11. Müddətli əmək müqaviləsinin müddəti başa çatanadək 18000 (on səkkiz min) manat (tarif, əlavələr və son haqq hesab daxil) məbləğində əmək haqqının hesablanıb qanunvericiliklə müəyyən edilmiş qaydada İddiaçı ödənilməsi təmin edilmədiyi təqdirdə müddətin başa çatdığı gündən ödənilməmiş məbləğin hər bir günü üçün 1% cərimənin ödənilməsini "xxxx" MMC öhdəsinə götürür. 1.12. Tərəflər öhdələrinə götürürlər ki, bu sazişin şərtlərtinə tam əməl edildikdən sonra birinin digərinə qarşı hər hansı iddiası, tələbi və şikayəti olmayacaqdır. 1.13. X3nin həra hansı bir şərti sazişin həqiqi mənasına və tərəflərin bu sazişlə ifadə etdikləri iradə ifadələrinə zidd təfsir edilə bilməz. 1.14. X3 Tərəflər arasında imzalandıqdan dərhal sonra “İddiaçının iddiadan imtina etməsi və barışıq sazişinin təsdiqlənməsi barədə" Ərizə, cavabdehin isə “Barışıq Sazişinin təsdiqlənməsi barədə” Ərizəsi Yasamal rayon məhkəməsinə təqdim olunur. 1.15. X2 tərəflərin müəyyən edilmiş öhdəliklər icra edildikdən sonra tərəflərin birbiri qarşısındakı bütün öhdəlikləri tam həcmdə icra edilmiş hesab edilir. 1.16. Tərəflərdən biri Barışıq Sazişinin şərtlərini yerinə yetirmədikdə, digər tərəf həmin şərtlərin yerinə yetirilməsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir. 1.17. X3 məhkəməyə və tərəflərdən hər birinə bir nüsxə təqdim edilməklə, eyni hüquqi qüvvəyə malik 3 (üç) orijinal nüsxədə tərtib edilmiş və imzalanmışdır. 1.18. X1 Tərəflər arasında imzalanması anından qüvvəyə minir və tərəflərin üzərinə götürdüyü öhdəlikləri tam icra edənədək qüvvədədir. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər.

HAKİM Aytəkin Əsədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar