Məhkəmə qərarları › İş №e-2(004)-1156/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1156/2025

15.08.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1156/2025 15.08.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, Əhmədli Qəndab Ruslan qızının katibliyi, İddiaçı, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “İddiaçı nişan və toy hədiyyəsi olaraq verilən çəkisi 4,0 qram, daşın çəkisi 0.30 karat, əyarı 750, qiyməti 700 manat dəyərində 1 ədəd təkqaş üzüyün, çəkisi 8,0 qram, daşın çəkisi 0.50 karat, əyarı 583, qiyməti 900 manat dəyərində 1 ədəd “svetofor” nişan üzüyü və 1 dəst gəlinlik komplekti tərkibinə 1 ədəd Gül boyunbağı sep və kulon çəkisi 18,0 qram, daşın çəkisi 0.60 karat, 750 əyar olmaqla, qiyməti 2400 manat dəyərində, 1 cüt Gül sırğa çəkisi 12,0 qram, daşın çəkisi 0.70 karat, 750 əyar olmaqla, qiyməti 1900 manat dəyərində, 1 ədəd bilərzik çəkisi 14,0 qram, daşın çəkisi 0.40 karat, 750 əyar olmaqla, qiyməti 1800 manat dəyərində, 1 ədəd Gül üzük çəkisi 6,0 qram, daşın çəkisi 0.50 karat, 750 əyar olmaqla, qiyməti 1100 manat dəyərindəki predmetlər daxil olan qızıl-ziynət əşyalarının, bu mümkün olmadığı təqdirdə isə dəyəri ümumilikdə 8800 manat pulun, ödənilmiş 50 manat mediasiya xərcinin, ödənilmiş 50 manat dövlət rüsumunun, hüquqi yardıma görə vəkilə ödənilmiş 320 manat xidmət haqqının Cavabdeh tutularaq İddiaçı ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “İddiaçı nişan və toy hədiyyəsi olaraq verilən çəkisi 4,0 qram, daşın çəkisi 0.30 karat, əyarı 750, qiyməti 700 manat dəyərində 1 ədəd təkqaş üzüyün, çəkisi 8,0 qram, daşın çəkisi 0.50 karat, əyarı 583, qiyməti 900 manat dəyərində 1 ədəd “svetofor” nişan üzüyü və 1 dəst gəlinlik komplekti tərkibinə 1 ədəd Gül boyunbağı sep və kulon çəkisi 18,0 qram, daşın çəkisi 0.60 karat, 750 əyar olmaqla, qiyməti 2400 manat dəyərində, 1 cüt Gül sırğa çəkisi 12,0 qram, daşın çəkisi 0.70 karat, 750 əyar olmaqla, qiyməti 1900 manat dəyərində, 1 ədəd bilərzik çəkisi 14,0 qram, daşın çəkisi 0.40 karat, 750 əyar olmaqla, qiyməti 1800 manat dəyərində, 1 ədəd Gül üzük çəkisi 6,0 qram, daşın çəkisi 0.50 karat, 750 əyar olmaqla, qiyməti 1100 manat dəyərindəki predmetlər daxil olan qızıl-ziynət əşyalarının, bu mümkün olmadığı təqdirdə isə dəyəri ümumilikdə 8800 manat pulun, ödənilmiş 50 manat mediasiya xərcinin, ödənilmiş 50 manat dövlət rüsumunun, hüquqi yardıma görə vəkilə ödənilmiş 320 manat xidmət haqqının Cavabdeh tutularaq İddiaçı ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasındakı nikaha 14 iyun 2023-cü il tarixdə xitam verilmişdir. Sözügedən qızıl-ziynət əşyaları toy mərasimində iddiaçıya hədiyyə edilmişdir. Mübahisənin mediasiya prosesində həll edilməsinə cəh edilsə də, cavabdeh mediasiyaya gəlməkdən imtina etmişdir. Odur ki, iddia tələbinin təmin edilməsi xahiş edilir. İddiaçı xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclaslarında izahat verərək bildirmişdir ki, iddiaçı cavabdehin mənzilinə xx.xx.2023-cü il tarixdə köçmüşdür. xx.xx.2023-cü il tarixdə iddiaçıya göstərilmiş təzyiq nəticəsində mənzili tərk etmək məcburiyyətində qalmışdır. Cavabdehin anası iddiaçının saçlarını yolmuş və mənzili tərk etməyinə icazə verməmişdir. İddiaçının həmin vaxt boşanmaq niyyəti olmamışdır. Düşünmüşdür ki, cavabdeh onunla barışmaq üçün addım atacaq və yaşamaq üçün ayrıca mənzil tapacaqlar, lakin, bu həyata keçməmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 məhkəmə iclasında izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İş materiallarında olan Uniprice MMC-nin xx.xx.2025-cü il tarixli rəyinə əsasən müəyyən olunur ki, 1 ədəd təkqaş üzük, 1 ədəd “svetofor” nişan üzüyü və 1 ədəd Gül boyunbağı sep və kulon, 1 cüt Gül sırğa, 1 ədəd bilərzik və 1 ədəd Gül üzüyün ümumi dəyəri 8800 manat təşkil edir. Rəy iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə məhkəməyə təqdim edilmişdir. İş materiallarında olan X1 Mərkəzi MMC-nin xx.xx.2025-ci il tarixli rəyinə əsasən müəyyən olunur ki, 1 ədəd təkqaş üzük, 1 ədəd “svetofor” nişan üzüyü və 1 ədəd Gül boyunbağı sep və kulon, 1 cüt Gül sırğa, 1 ədəd bilərzik və 1 ədəd Gül üzüyün ümumi dəyəri 12640 manat təşkil edir. Aparılmış tədqiqatın dəyəri 250 (iki yüz əlli) manat İddiaçı tərəfindən ödənilmişdir. İş materiallarına fotoşəkillər əlavə edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Mübahisənin qanuni əsası qismində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2, 666.1 və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddələri çıxış edir. Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ərarvadın hər birinin əmlakıdır). Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 666.1-ci maddəsinə əsasən, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Məhkəmə araşdırması nəticəsində müəyyən edilir ki, iddiaçı xx.xx.2023-cü il tarixdə cavabdehə məxsus mənzilə gəlin köçmüş, həmin ilin mart ayında isə mübahisə nəticəsində mənzili tərk etmiş, tərəflər faktiki olaraq ayrılmışdır. Tərəflər arasındaki nikaha xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. Hazırki mübahisə üzrə xx.xx.2024-cü il tarixdə mediasiya proseduruna başlanılmış, lakin cavabdeh tərəf prosesdə iştirak etməmişdir. xx.xx.2024-cü il tarixdə isə müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Nəzərə alınmalıdır ki, MM-in 384.0.4-cü maddəsinin tələblərinə əsasən, mülkiyyətin müdafiəsi bağlı tələblərə iddia müddəti şamil edilmir. Mübahisə predmeti olan əşyalar iddiaçıya nikahdan əvvəl hədiyyə kimi verilmişdir. Yəni, sözügedən əşyalar birgə nikah dövründə əldə edilmiş əşyalar deyil, iddiaçının fərdi mülkiyyətini təşkil edir. İddia tələbi üzrə sübutetmə yükü iddiaçının üzərindədir. İddiaçı iddia tələbində qeyd edilən xüsusatlarla bağlı sübut təqdim etməmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki (audio-video qeydlər mövcuddur), iddia tələbi ilə bağlı hər hansı yazışma, səs yazısı, telefon danışıqları, audio və ya video qeydlər sərəncamında yoxdur. İddiaçı tərəfindən sübutların əldə edilməsi ilə bağlı məhkəməyə hər hansı vəsatət verilməmişdir. Qızıl-zinyət əşyalarının cavabdehdə olmamasını sübut etmək cavabdeh nöqteyi-nəzərdən mümkün deyildir, bu, sübutetmə yükünün tərəflər arasında bölünməsinin mahiyyətinə ziddir. Məhkəmə qərarı qanuni və əsaslı olmalıdır, yəni, qanuna və sübutlara əsaslanmalıdır. Hakim öz şəxsi mülahizəsi üzrə qərar qəbul etməməli, yalnız sübutların qiymətləndirilməsi zamanı məhkəmə araşdırması nəticəsində formalaşmış öz daxili inamını da nəzərə almalıdır. Məhkəmə mübahisəyə tələb həddində baxır. İddiaçı tərəfindən iddia ərizəsində qızıl-zinyət əşyalarının dəyəri 8800 manat kimi qeyd edilmiş və məhkəmə tərəfindən keçirilmiş qiymətləndirmə üzrə həmin əşyalar 12640 manat həddində qiymətləndirilsə də, iddiaçı tərəfindən tələb artırılmamışdır. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki prosessual qanunvericiliyin prinsiplərinə əsasən məhkəmələrin mülki prosesdə arbitr rolunda çıxış etməsi xüsusatı nəzərə alınmaqla, məhkəmənin öz təşəbbüsü ilə iddiaçı və ya cavabdeh tərəfdən sübut (lar) toplaması istisna olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərci, 50 manat dövlət rüsumu və əşyaların qiymətləndirilməsi ilə bağlı ödənilmiş 250 manat ekspertiza xərci iddiaçıya aid edilməlidir. Hüquqi xidmətlərin göstərilməsi ilə bağlı vəkilə ödənilmiş 320 manat ödəniş barədə hər hansı sübut təqdim edilməmişdir. Beləliklə, məhkəmə mülki iş materiallarına məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı “İddiaçı nişan və toy hədiyyəsi olaraq verilən çəkisi 4,0 qram, daşın çəkisi 0.30 karat, əyarı 750, qiyməti 700 manat dəyərində 1 ədəd təkqaş üzüyün, çəkisi 8,0 qram, daşın çəkisi 0.50 karat, əyarı 583, qiyməti 900 manat dəyərində 1 ədəd “svetofor” nişan üzüyü və 1 dəst gəlinlik komplekti tərkibinə 1 ədəd Gül boyunbağı sep və kulon çəkisi 18,0 qram, daşın çəkisi 0.60 karat, 750 əyar olmaqla, qiyməti 2400 manat dəyərində, 1 cüt Gül sırğa çəkisi 12,0 qram, daşın çəkisi 0.70 karat, 750 əyar olmaqla, qiyməti 1900 manat dəyərində, 1 ədəd bilərzik çəkisi 14,0 qram, daşın çəkisi 0.40 karat, 750 əyar olmaqla, qiyməti 1800 manat dəyərində, 1 ədəd Gül üzük çəkisi 6,0 qram, daşın çəkisi 0.50 karat, 750 əyar olmaqla, qiyməti 1100 manat dəyərindəki predmetlər daxil olan qızıl-ziynət əşyalarının, bu mümkün olmadığı təqdirdə isə dəyəri ümumilikdə 8800 manat pulun, ödənilmiş 50 manat mediasiya xərcinin, ödənilmiş 50 manat dövlət rüsumunun, hüquqi yardıma görə vəkilə ödənilmiş 320 manat xidmət haqqının Cavabdeh tutularaq İddiaçı ödənilməsi” tələbinə dair iddia tələbi təmin edilməsin. Mülki iş üzrə ödənilmiş 50 manat mediasiya xərci, 50 manat dövlət rüsumu və əşyaların qiymətləndirilməsi ilə bağlı ödənilmiş 250 manat ekspertiza xərci İddiaçı aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar