Məhkəmə qərarları › İş №e-2(004)-1232/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-1232/2024

20.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-1232/2024 20.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin ödənilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin ödənilməsi” tələbi dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, xx.xx.2016-cı ildə Cavabdeh ilə rəsmi nikaha daxil olmuşdur. Evləndikdən qısa müddət sonra ailə münasibətləri pozulmuş və ayrılmışlar. Bundan sonra cavabdeh ona qarşı nikahın pozulması barədə Abşeron Rayon Məhkəməsində iddia qaldırmış və aralarında olan nikah Abşeron Rayon Məhkəməsinin 13 oktyabr 2017-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Nikahları pozulan zaman onların uşaqları olmamışdır. Məhkəmə qətnaməsinə əsasən aralarında olan nikah pozulsa da, lakin qeydiyyat orqanında qeydiyyata alınmamışdır. Nikahları pozulduqdan bir müddət sonra cavabdehlə barışıb bir yerdə yaşamağa başlamışlar. Həmin vaxtlarda 18 noyabr 2018-ci il tarixində Nur, 16 aprel 2020-ci il tarixində isə Yaşar adlı iki uşaqları doğulmuşdur. Sonradan yenə də ailə masibətləri pozulmağa başlamış və artıq cavabdehlə birgə yaşamağın mümkün olmadğı qənaətinə gələrək faktiki olaraq ondan ayrılmışdır. Uşaqlar hazırda mənim onun himayəsindədir. Hazırda özü heç yerdə işləmir. Cavabdeh isə uşaqlarına heç bir maddi köməklik göstərmir. Cavabdehin maddi imkanı yaxşıdır və uşaqlarına tələb olunan məbləğdə alimenti ödəmək iqtidarındadır. Cavabdeh könüllü olaraq uşaqlarının saxlanılmasında ona köməklik etmədiyi üçün məcbur qalaraq aliment tələbinin sabit pul məbləğində tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Habelə, cavabdehin maddi vəziyyəti nəzərə alınaraq alimentin hər uşaq üçün 160 manat məbləğində tutulmasına etirazlarının olmadığını bildirmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul etdi və izahatında bildirdi ki, maddi vəziyyəti ilə əlaqədar olaraq uşaqların saxlanması üçün iddiaçıya hər ay hər uşaq üçün 80 manat məbləğində aliment ödəməyə bilər. Məhkəmə işdə tərəflərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: AZ-İ 422528 seriya nömrəli Nikahın pozulması haqqında Şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X6 arasında olan nikah Abşeron Rayon Məhkəməsinin xx.xx.2017ci il tarixli qətnaməsi əsasında pozulmuş , nikaha xx.xx.2017-ci il tarixdə xitam verilmişdir. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarixdə 241 nömrə ilə qeyd edilmişdir. AZ-İV 453064 seriya nömrəli Doğum haqqında Şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası X4r. AZ-İV 222546 seriya nömrəli Doğum haqqında Şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2018-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası X4r. Abşeron Rayon Məhkəməsinin 2(012)-6775/2017 saylı, xx.xx.2017-ci il tarixli Qətnaməsinə əsasən Cavabdeh ilə Əlizadə (Sadıxova) Sevda Yaşar qızı arasında bağlanmış və 3 saylı “ASAN Xidmət” mərkəzinin qeydiyyat şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 4731 nömrə ilə qeyd edilmiş nikahın pozulması qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına almaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları” haqqında Azərbaycan Respublikası qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Həmçinin, Azərbaycan Respublikası Ailə Məcəlləsində təsbit edilmişdir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.1-75.4-cü maddələr). Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağınıəhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanmasıüçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat müəyyən edilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, Cavabdeh ilə Sadıxova (Əlizadə) Sevda Yaşar qızı arasında xx.xx.2016-cı il tarixdə rəsmi nikah bağlanmışdır. Abşeron Rayon Məhkəməsinin 2(012)-6775/2017 saylı, xx.xx.2017-ci il tarixli Qətnaməsinə əsasən Cavabdeh ilə Sadıxova (Əlizadə) Sevda Yaşar qızı arasında bağlanmış nikah pozulmuşdur. Lakin nikah pozulduqdan sonra tərəflər barışmış və faktiki nikah münasibətlərini davam etdirmişlər. Faktiki nikah münasibətlərindən 18 noyabr 2018-ci il təvəllüdlü X2 və 16 aprel 2020-ci il təvəllüdlü X3 dünyaya gəlmişdir. Daha sonra münasibətləri pozulmuş, hazırda İddiaçı 18 noyabr 2018-ci il təvəllüdlü X2 və 16 aprel 2020ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 235 (iki yüz) manat məbləğində aliment tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bununla yanaşı məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil cavabdehin maddi vəziyyəti nəzərə alınaraq alimentin hər uşaq üçün 160 manat məbləğində tutulmasına etirazlarının olmadığını bildirmişdir. Məhkəmə qeyd edir ki, sabit pul məbləğində alimentin tutulması tələblərinin qanuni əsasını Ailə Məcəlləsinin 78.1-ci maddəsi təşkil edir və hazırkı işdə həmin maddənin dispozitiv şərtləri mövcuddur. Azərbaycan Respublikası Konstitusiyasının 17.2-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Odur ki, məhkəmə tərəflərin yetkinlik yaşına çatmamış uşaqlarının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, həmçinin tərəflərin maddi vəziyyətini və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, iddiaçı ilə cavabdehin faktiki nikahından olan uşaqlarının saxlanması üçün tutulan sabit pul məbləğində alimentin miqdarı hər ay hər uşağa 160 manat müəyyən edilməlidir. İddia qalan hissədə isə təmin edilməməlidir. Çünki, uşaqların saxlanması hər iki valideynin borcudur, iddiaçı əmək qabiliyyətli olmaqla, uşaqların maddi təminatının ödənilməsində cavabdehlə bərabər iştirak etməlidir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilərək Cavabdeh 18 noyabr 2018-ci il təvəllüdlü X2 və 16 aprel 2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 160 (bir yüz altmış) manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 18 noyabr 2018-ci il təvəllüdlü X2 və 16 aprel 2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 160 (bir yüz altmış) manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Alimentin tutulma vaxtı 22 yanvar 2024-cü il tarixdən hesablansın. İddia qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar