Məhkəmə qərarları › İş №e-2(004)-1237/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Məhkəmə əmri — İş №e-2(004)-1237/2022

25.01.2022 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Bakı şəhəri İş № e-2(004)-1237/2022 25.01.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədov Ayaz Süleyman oğlu, ünvan 1 ünvanında yerləşən kreditor "xxxx" MMC-nin, Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 2 ünvanında qeydiyyatda olan Borclu qarşı “məhkəmə əmrinin verilməsinə dair” ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Kreditor "xxxx" MMC ərizə ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək Borclu 301 manat məbləğində əsas borc, 31 manat cərimə borcu və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 362 manat tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, “Vorld Telekom" MMC ilə Borclu arasında bağlanmış R0008839 nömrəli 07.02.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən satıcı alıcıya 12 ay müddətinə 619 manat dəyərində olan Samsung A415 64 DS (R) markalı əşyanı satmışdır. Borclu aldığı əşyaya görə 250 manat ilkin ödəniş etmiş və qalıq 369 manatı ödəniş cədvəlinə əsasən hissə-hissə ödəməyi öhdəsinə götürsə də, öhdəlikləri qismən yerinə yetirmiş və 68 manat ödəniş etmişdir Nəticədə, Borclu 301 manat məbləğində əsas borc, 31 manat cərimə borcu olmaqla, cəmi 332 manat məbləğində borcu qalmışdır. Ərizəyə əlavə olunmuş sənədlərdən görünür ki, "xxxx" MMC-nin tələbi aşkardır. Həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə və sadə yazılı formada bağlanmış əqdə əsaslanır. Bu halda Azərbaycan Respublikası MPM-nin 276-cı maddəsinə əsasən məhkəmə əmri verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Prosesual Mülki Məcəlləsinin 280-ci maddəsinə görə məhkəmə əmri, irəli sürülmüş tələb məhkəməyə daxil olan gündən 3 gün ərzində, məhkəmə baxışı keçirilmədən və izahatları dinlənilmək üçün tərəflər çağırılmadan çıxarılır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, 30 manat məbləğində dövlət rüsumu kimi borcludan kreditorun xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 275, 276, 280-282 və 284-cü maddələrini rəhbər tutaraq, Ə M R E T D İ M: xx.xx.1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 2 ünvanında qeydiyyatda olan Borclu 301 manat əsas borc, 31 manat cərimə borcu və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 362 (üç yüz altmış iki) manat pul kreditor "xxxx" MMC-nin xeyrinə tutulsun. Borclu məhkəmə əmrini aldığı gündən 10 (on) gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı Yasamal Rayon Məhkəməsini yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar