Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-138/2023 24.01.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X9 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixində baş vermiş yol nəqliyyat hadisəsi zamanı avtomobilinə dəymiş 4540 manat məbləğində zərərin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, hüquqlarını müdafiə etdiyi İddiaçı xx.xx.2021-ci il tarixində Bakı-Mərdəkan avtomobil yolu ilə “Opel Astra” markalı, **-OF-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkətdə olarkən yol nəqliyyat qəzası baş vermiş, nəticədə hüquqlarını müdafiə etdiyi şəxsin avtomobilinə ciddi zərər dəymişdir. Baş verən hadisə Bakı şəhəri, Xəzər RPİ-nin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis mayoru X4 tərəfindən araşdırılmış, baş verən yol nəqliyyat hadisəsinə səbəb olan avtomobilləri idarə edən İddiaçı və X5 əməllərində cinayət tərkibinin əlamətləri müəyyən olunmadığından cinayət işinin başlanmasının rədd edilməsi haqqında 22 aprel 2022-ci il tarixli qərar qəbul edilmişdir. MTE və PA ETT birliyi Xəzər rayon şöbəsinin 01 aprel 2021-ci il tarixli 271 saylı və 272 saylı rəylərindən görünür ki. İddiaçı Hətəm oğlu və X1 zərər vurmayan bədən xəsarətləri almışdır. Bakı şəhəri, Xəzər RPİ-nin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis mayoru X4 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda Təhlükəsiz Şəhər Xidmətinin TŞ-118.2 nömrəli kameralarının videogörüntülərinə baxış keçirilidiyi və baxış zamanı müşahidə kamerasının qeydə aldığı kadrda Bakı- Mərdəkan avtomobil yolunun Qala qəsəbəsi ərzisindən keçən hissəsində Mərdəkan istiqamətində hərəkət zolağının soldan sağa 2-ci hərəkət zolağı ilə “Opel Astra” markalı, **-OF-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət etməsi, bir qədər qarşıda soldan sağa doğru 3-cü hərəkət zolağında hərəkətdə olan “BMV-530” markalı, **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət etməsi, “BMV-530” markalı, **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sola dönmə işığını yandıraraq sola istiqamətlənməsi, həmin vaxt 2-ci hərəkət zolağında hərəkətdə olan “Opel Astra” markalı, **-OF-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşmadan yayınmaq üçün sola istiqamətlənib idarə etməni itirərək hərəkət hissədən kənara çıxaraq qəzaya uğraması müəyyən olunduğu göstərilmişdir. Qərardan da göründüyü kimi baş verən hadisə bilavasitə hər iki avtomobilin iştirakı ilə törədilmişdir. Qəza nəticəsində avtobilinə ciddi ziyan dəymişdir. Avtomobilinin təmiri üçün 4540 manat məbləğində xərci olmuşdur. Müşahidə kameralarının videogörüntülərindən də göründüyü kimi X6 əks istiqamətlərdə hərəkət istiqamətləri üçün ayrı-ayrı hərəkət hissələri olmayan yerdən dönmə hərəkəti etmişdir. Bu da qarşısı alına bilməyən yol nəqliyyat hadisəsinin baş verməsinə səbəb olmuşdur. Həmin qərara əsasən, yol-nəqliyyat hadisəsinin məhkəmə ekspertizasının 22 aprel 2021-ci il tarixli 8/833 saylı rəyindən görünür ki, tədqiqat tərəfindən təqdim olunan məlumatlara əsasən, “BMV-530” markalı, **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X3 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Lakin hadisə zamanı nəqliyyat vasitələrinin arasında toqquşma baş vermədiyindən onun hərəkətlərində qeyd olunan maddənin tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqənin qiymətləndirilməsi üçün yol nəqliyyat hadisələri ekspertizası sahəsində xüsusi texniki bilik tələb olunmadığından yol-nəqliyyat hadisələri ekspertizası səlahiyyətlərinə aid deyil, hüquqi məna kəsb etdiyindən həmin hal tədqiqat orqanları və məhkəmə tərəfindən qiymətləndirilə bilər. Tərəflərindən sığorta ödənişinin ödənilməsi Xalq Sığorta ASC-yə, daha sonra Mərkəzi Banka müraciət olunsa da, sığorta ödənişinin verilməsindən imtina olunmuşdur. Sığorta ödənişinin verilməsindən imtina səbəbi kimi xx.xx.2022-ci il tarixli müraciətlərinə xx.xx.2022-ci il tarixində Xalq Sığorta ASC tərəfindən verilən rəsmi cavaba əsasən, “Opel Astra” markalı, 99-OF284 dövlət qeydiyyat nişanlı avtomobil ilə “BMW 530” markalı, **-HR- *** dövlət qeydiyyat nişanlı avtomobil arasında toqquşma baş verməməsi, sürücü X3 hərəkətlərində hadisənin baş verməsi arasında səbəbli əlaqənin olmaması göstərilmişdir. X10 etdikləri müraciətə 17 iyun 2022-ci il tarixində verilmiş cavaba əsasən, "xxxx" ASC (sığortaçı) tərəfindən təqdim edilmiş sənədlərə əsasən, xx.xx.2021-ci il tarixdə baş vermiş hadisə zamanı sahibinin mülki məsuliyyəti icbari qaydada sığortalanmış “BMW” markalı ** HR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifadəsi nəticəsində hüquqalarını müdafiə etdiyi şəxsin əmlakına zərər dəyməsinin “ Cinayət işi başlanmasının rədd edilməsi haqqında” Qərarla təsdiq edilməməsi səbəbindən imtina edildiyi göstərilmişdir. Mülki qanunvericilikdə sığorta ödənişindən imtinanın əsasları kimi səbəbli əlaqənin olmaması göstərilməmişdir. X3 hərəkətinin AR “ Yol hərəkəti haqqında” uyğunsuzluğu Bakı şəhəri, Xəzər RPİ-nin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis mayoru X4 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla təsdiq olunmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsinin səbəbi X3 hərəkətidir ki, İddiaçı Hamlet oğlu da mümkün vurula biləcək daha böyük zərərin (ölüm, sağlamlığa müxtləlif dərəcəli zərər) qarşısını almaq məqsədilə tormozdan istifadə edib sükanı sola çəkmiş, nəticədə idarə etməni itirib yolun sağ kənarında aşaraq dayanmışdır və avtomobilinə ciddi ziyan dəymişdir. Bəhs olunan məhz son zərurətin əlamətləridir. İddiaçı əməlin bilavasitə mümkün ola biləcək qəzanın qarşısını almağa yönəlmişdir, əks halda baş verə biləcək digər qəzanın sağlamlığa müxtəlif növdə zərərlərin, o cümlədən ölümə səbəb olacağı diqqətdən qaçırılmamalıdır. Bu baxımdan qeyd etmək istəyirlər ki, müşahidə kamerasının görüntülərinə əsasən, İddiaçı daha böyük zərərin olmamasına yönəlmiş hərəkətinin qarşısını almağa real texniki imkanı olmamışdır. Həmçinin hadisə avtomobillərin bilavasitə iştirakı ilə baş versə də, toqquşmanın olmaması səbəbindən sığorta ödənişindən imtina qanunun maddəsinin düzgün təfsirindən kənara çıxmaqla, qanunun tətbiq dairəsini məhdudlaşdırır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatında bildirmişdir ki, iddialarını müdafiə edirlər. Hüquqlarını müdafiə etdiyi şəxs Bakı Hava Limanı avtomagistral yolunda hərəkət edərkən yol-nəqliyyat hadisəsi baş vermişdir. Həmin avtomagistral yol öz təyinatına görə digər şəhərdaxili yollardan fərqlənir. Həmin istiqamət üzrə iddiaçı qəbul olunmuş 110 km/saat sürətlə hərəkət edib. Bu zaman qarşıdan, sağ tərəfdən “BMW-530” markalı, **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X6 avtomagistral yolun tələblərinə əməl olunmadan geri dönmə hərəkəti edib. Təqdim edilən video-görüntüdə hadisə aydın şəkildə görünür. Avto-magistral əks-tərəfli yollar bariyer və ya xətlərlə ayrılır. Qanunvericilikdə qeyd olunur ki, həmin xətləri kəsib keçmək qadağandır. Geri dönmə etmək üçün 1 və ya 2 km əvvəldən həmin xəttə istiqamətlənmək lazımdır. Əhmədov Nicat isə həmin xəttin paralelində yolu kəsərək dönmə həyata keçirmək istəyib. Düzdür, hər iki tərəfə inzibati xəta protokolu tərtib olunub. Lakin iddiaçı hadisə zamanı baş verə biləcək ağır nəticələrin qarşısını almaq üçün əyləci basıb və idarəetməni itirib. Sığorta şirkəti də onlara bildirir ki, toxunma olmadığına görə onlar sığorta ödənişini etməkdən imtina edirlər. Tural bəy düzgün şəkildə avtomobili idarə etmişdir. Bu zaman Əhmədov Nicat dönmə yerinə yetirmək istəyərkən yolu kəsib. Əhmədov Nicat yolu kəsən zaman Tural bəy əyləci basıb ki, Əhmədov Nicatın avtomobilinə toxunmasın. Çünki o sürətlə toxunma baş versə idi, hadisə ölümlə nəticələnə bilərdi. Əyləci basdıqda Tural bəy idarəetməni itirib, eyni zamanda maşın sürüşüb. Daha sonra sığorta şirkətinin işçisi ilə danışıldı. İşçi tərəfindən onlara narahat olmamaları, pulun ödəniləcəyi bildirilmişdir. Onların tələbləri ondan ibarətdir ki, onlara dəymiş zərər sığorta şirkəti tərəfidən tam qaydada ödənilməlidir. Həmin qərardan sonra Rayon Prokurorluğuna, Baş Prokurorluğa tərəflərindən qəbul edilmiş qərarla razı olmamağımız barədə müraciətlər olunmuşdur. Eyni zamanda, aidiyyəti üzrə sığorta nəzarətini həyatə keçirən orqana, Mərkəzi Banka da tərəflərindən müraciətlər olunub və cavab məktubları da təqdim olunub. Məhkəməyə yalnız indi müraciət edirlər. Eyni zamanda, ekspert qarşısına qoyulmuş suala cavabda bir məqamı qeyd etmək istəyir. Qeyd olunur ki, tədqiqat tərəfindən təqdim olunan məlumata əsasən, “BMW-530” markalı, **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X5 hərəkətində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Bu o deməkdir ki, artıq şəxs ictimai münasibətlərə zərər vurmuşdur. Bu maddədə qeyd olunur ki, sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. Hadisədən də görünür ki, Əhmədov Nicat manevr edərkən digər şəxslər üçün təhlükə yaradıb. Lakin hadisə zamanı nəqliyyat vasitələrinin arasında toqquşma baş vermədiyindən onun hərəkətlərində qeyd olunan maddənin tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqənin qiymətləndirilməsi üçün yol nəqliyyat hadisələri ekspertizası sahəsində xüsusi texniki bilik tələb olunmadığından yol-nəqliyyat hadisələri ekspertizası səlahiyyətlərinə aid deyil, hüquqi məna kəsb etdiyindən həmin hal tədqiqat orqanları və məhkəmə tərəfindən qiymətləndirilə bilər. Eyni zamanda o hadisənin baş verdiyi yer haqqında internetdən də məlumat eldə etmişdir. Bakı Nəqliyyat Agentliyinin təqdim etdiyi məlumatda qeyd olunur ki, Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh və Zığ dairəsi-Hava limanı avtomagistrallar. Yəni bu yol avtomagistraldır. Bu məhəllələrarası, qəsəbələrarası yollardan fərqlənir. Eyni zamanda qeyd olunur ki, həmin yol boyunca yerləşən təsərrüfat, istehsal və ya tikinti təyinatlı obyektlər digər nəqliyyat vasitələri tərəfindən istifadə edilə bilmir. Yəni həmin yolda sağa və ya sola dönmək olmur, maneələr vardır. Videogörüntülərdən də göründüyü kimi X6 əks istiqamətlərdə hərəkət istiqamətləri üçün ayrı-ayrı hərəkət hissələri olmayan yerdən dönmə hərəkəti etmişdir. Videodan açıqaydın görünür ki, şəxs manevr qaydalarının pozulmasını deyil, sadəcə olaraq “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 6-cı bəndində olan avtomagistral yolun anlayışında qeyd olunduğu kimi orada dəmir maneə olsa idi, maşın həmin maneəyə çırpılmalı idi, həmin maneədən dönə bilməzdi. Həmin yoldan şəxs əgər əks istiqamətə dönmək istəyirsə, 2-3 km qabaq işarələr qoyulub. Həmin işarələrə əsasən sol zolağa keçməli, sol zolaqla hərəkət etməli, oradan da dönmə həyata keçirməlidir. Əgər sağ zolaqla 110 km/saat sürətlə dönmə həyata keçirilsə, təbiidir ki, yol nəqliyyat hadisəsi baş verəcək. Bunlar müstəntiqin araşdırmalı olduğu məsələlərdir. Lakin araşdırıldıqdan sonra hər iki sürücüyə cərimə yazılmışdır. Məsələ bundan ibarətdir ki, artıq hüquqlarını müdafiə etdiyi şəxs inzibati protokolun cəriməsini ödəyib. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, iddiaçı tərəf qeyd edir ki, hadisə baş verdikdən sonra araşdırma başlanıldı. Bakı şəhər, Xəzər RPİ-nin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis mayoru X4 tərəfindən cinayət işi başlanılmasının rədd edilməsi haqqında qərar qəbul olunub. Həmin qərarda qeyd olunur ki, tədqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən, sürücü İddiaçı Hətəm oğlunun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdu. Eyni zamanda, qeyd olunur ki, baş vermiş hadisədə cinayət tərkibi olmadığını nəzərə alaraq toplanmış material üzrə cinayət işi başlanılması rədd edilməlidir, yol-nəqliyyat hadisəsini törətmiş sürücülər İddiaçı Hətəm oğlu və X3 Azərbaycam Respublikası İXM-nin 327.1-ci maddəsi ilə inzibati qaydada cəzalandılırmasından ötrü qərarın surəti Xəzər RPİ-nin DYPŞ-nə göndərilməlidir. Onlar hesab edirlər ki, iddia əsassızdır, rədd olunmalıdır. Çünki artıq fakt öz təsdiqini tapıb. Əməllə nəticə arasında səbəbli əlaqə olmalıdır. Sığorta ödənişi ödənilməməlidir. Belə ki, cinayət işi başlanılmasının rədd edilməsi haqqında qərara əsaslanaraq qeyd edirlər ki, iddiaçının qanunun tələblərinə əməl etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Eyni zamanda, törədilən əməllə nəticə arasında səbəbli əlaqə yoxdur. İddiaçının nümayəndəsi və vəkili tədqiqatın nəticəsinə istinad edir. Lakin ikinci bəndinə fikir bildirmir. İkinci bənddə qeyd olunur ki, tədqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Opel Astra” markalı, **-OF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü İddiaçı Hətəm oğlunun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Digər bir məsələ isə, ekspert qeyd edir ki, əməllə nəticə arasında səbəbli əlaqə, hansı ki onlar onu cinayət hüququ nəzəriyyəsində cinayət tərkibinin obyektiv cəhətinin zəruri eleminti kimi qəbul edirlər. Bunun müəyyənləşdirilməsi də ekspertin səlahiyyətində deyil, bunun araşdırılması yalnız həmin hadisəyə baxan təhqiqat və onun qərarından yuxarı instansiyaya çıxış edən məhkəmənin səlahiyyətinə aid edilmişdir. Buna mülki məhkəmə qiymət vermir. Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarda da qeyd olunur ki, İddiaçı Hətəm oğlu və X3 hərəkətlərində cinayət tərkibinin əlamətləri olmadığına görə cinayət işinin başlanılması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinin tələblərinə əsasən rədd edilmişdir və tərəfərin inzibati qaydada məsuliyyəti müəyyənləşdirilib. Onlar da qeyd edirlər ki, İXM-nin 42-ci maddəsinə əsasən protokol tərtib etmə səlahiyyətinə malik olan vəzifəli şəxslər var, onlardan da biri dövlət yol polisinin əməkdaşlarıdır. Yol polis əməkdaşları da İXM-nin 327.1-ci maddəsinə əsasən tərəflər barəsində cərimə tənbeh növü tətbiq edilməsini nəzərdə tutmuşdur. Əgər təqsir onların sığortalılarının üzərində idisə, nəyə görə iddiaçı cərimələnib. Bununla məsələ aydınlaşır, xahiş edir ki, iddianın rədd olunması haqqında qərar qəbul edilsin. İddiaçı tərəf bildirir ki, video görüntülərdən görünür ki, "xxxx" ASC tərəfindən sığortalanan maşın tərəfindən inzibati xəta törədilib. Lakin bununla bağlı inzibati tənbeh vermə haqqında qərarlar var. Tərəf də əvvəlki məhkəmə iclasında bildirmişdi ki, İXM-nin 327.1-ci maddəsinə əsasən təqsirli bilinib və həmin cəriməni ödəyib. Diskdəki görüntülər həmin yolnəqliyyat hadisəsi ilə bağlıdır. Yol-nəqliyyat hadisəsi ilə bağlı ekspertiza təyin olunmuşdu və keçirilmiş ekspertizanın nəticəsinə əsasən müəyyən olunur ki, iddiaçının yol-nəqliyyat hadisəsinin qarşısını almaq imkanı olmuşdur. Bununla da bağlı artıq səlahiyyətli şəxslərin qərarı var. Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilib və hər iki tərəf cərimələnib. İddiaçının etirazı var idisə, həmin qərarlardan şikayət verə bilərdi. Lakin şikayət verilməyib. İddiaçı tərəfindən cərimə ödənilib. Mülki Prosessual Məcəllənin 82.4-ci maddəsini əsas götürərək hesab edirlər ki, həmin qərarlar sübut kimi hesab oluna bilər. Bütün bunları nəzərə alaraq iddianın rədd edilməsi haqqında qətnamənin qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iş üzrə izahatları və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Mərkəzi Bankının “Sirius” Vəkil Bürosuna ünvanladığı 17 iyun 2022-ci tarixli məktubunda qeyd edilmişdir ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı sığorta olunan şəxs qismində Nicat Əhmədovun hərəkətləri ilə vətəndaş İddiaçı əmlakına dəymiş zərər arasında səbəbli əlaqənin olmaması səbəbindən hadisə Mülki Məcəllənin 935.1.8-ci maddəsinə əsasən sığorta hadisəsi hesab edilməmiş və sığorta ödənişinin verilməsi nəzərdə tutulmamışdır. İş materiallarında olan "xxxx" ASC-nin İddiaçı nümayəndəsi və vəkili Vəkil ünvanladığı 10 iyun 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, xx.xx.2021-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi tərəflərindən araşdırılmışdır. Araşdırma zamanı əldə edilmiş təhlükəsizlik kamerası görüntülərindən, həmçinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, sığortalı “BMW 530” markalı, **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün İddiaçı idarə etdiyi “Opel Astra” markalı, **-OF- *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin yaranmasında məsuliyyəti yaranmır. Belə ki, Xəzər RPİ-nin xx.xx.2021-ci il tarixli cinayət işinin başlanılmasınının rədd edilməsi haqqında qərarında qeyd olunur ki, “Opel Astra” markalı, **-OF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə "BMW 530” markalı, **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobil arasında toqquşma baş vermədiyindən, sürücü X3 hərəkətlərində hadisənin baş verməsi arasında səbəbli əlaqə olmaması kimi qəbul olunmalıdır. Nəticədə, səbəbli əlaqə faktının olmaması işə hüquqi rəy vermiş təhqiqatçı tərəfindən təsdiqlənmişdir. Odur ki, yuxarıda qeyd olunanları nəzərə alaraq bildirirlər ki, yol-nəqliyyat hadisəsinin baş verməsində sığortalı avtomobilin birbaşa iştirakı olmadığından, məsuliyyət faktı yaranmır. Bu səbəbdən də, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 935.1.8-ci maddəsinə əsasən, dəymiş zərərə görə sığorta ödənişinin verilməsindən imtina edilmişdir. İş materiallarında olan 22 aprel 2021-ci il tarixli Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında Qərarına əsasən yol nəqliyyat hadisəsi faktı üzrə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmuş sürücülər İddiaçı ilə X3 hərəkətlərində cinayət tərkibinin əlamətləri olmadığı müəyyən edildiyindən materiallar üzrə cinayət tərkibinin olmadığı müəyyən edildiyindən cinayət işinin başlanılmasının Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinin tələblərinə əsasən rədd edilməsi, sürücülər İddiaçı ilə X3 AR İXM-nin 43-cü maddəsinə əsasən həmin Məcəllənin 327.1-ci maddəsi ilə inzibati qaydada cəzalandırılmasından ötrü qərarın surətinin Xəzər RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. Qərarda qeyd edilmişdir ki, araşdırma zamanı “Opel Astra” markalı, **-OF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə "BMW 530” markalı, **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobil arasında toqquşma baş vermədiyindən sürücü X3 hərəkətlərində hadisənin baş verməsi arasında səbəbli əlaqə olmaması kimi qəbul olunmalıdır. İş materiallarında olan Diskə baxış keçirilməsi haqqında 08 aprel 2021-ci il tarixli Protokolda qeyd edilmişdir ki, Təhlükəsiz Şəhər Xidmətinin TŞ118.2 nömrəli kameralarının xx.xx.2021-ci il tarixdə saat 14:26-dan 14:29-dək olun müddətədək videgörüntülərinə baxış keçirildi. Baxış zamanı müşahidə kamrerasının qeydə aldığı kadrda Bakı-Mərdəkan avtomobil yolunun Qala qəsəbəsi ərazisindən keçən hissəsində Mərdəkan istiqamətində hərəkət zolağının soldan sağa 2-ci hərəkət zolağı ilə «Opel Astra» markalı, **-OE-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət etməsi, bir qədər qarşıda soldan sağa doğru 3-cü hərəkət zolağında hərəkətdə olan «BMV-530» markalı, **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət etməsi, «BMV-530» markalı, **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sola dönmə işığını yandıraraq sola istiqamətlənməsi, həmin vaxt 2-ci hərəkət zolağında hərəkətdə olan «Opel Astra» markalı, **-OF-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşmadan yayınmaq üçün sola istiqamətlənib idarə etməni itirərək sola istiqamətlənib hərəkət hissədən kənara çıxaraq qəzaya uğraması müəyyən olundu. İş materiallarında olan İnzibati tənbeh vermə haqqında TP ******* nömrəli, xx.xx.2021-ci il tarixli Qərara əsasən X6 xx.xx.2021-ci il tarixində saat 14:27-də BMV-530» markalı, **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə nəticəsində AR İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə barəsində 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növünün tətbiq edilməsi qərara alınmışdır. İş materiallarında olan İnzibati tənbeh vermə haqqında TP ******* nömrəli, xx.xx.2021-ci il tarixli Qərara əsasən İddiaçı xx.xx.2021-ci il tarixində saat 14:27-də «Opel Astra» markalı, **-OF-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə nəticəsində AR İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə barəsində 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növünün tətbiq edilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Raporta əsasən xx.xx.2021-ci il tarixdə, saat 15:10-da 3 saylı BŞX-dan tibb bacısı Musayeva məlumat verdi ki, Mərdəkan şosesində baş vermiş YNH zamanı 1992-ci il təvəllüdlü, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB massivi, ev 123-də yaşayan X2 və 1990-cı il təvəllüdlü İddiaçı başın yumşaq toxumalarının əziyi xəsarəti almışlar. İş materiallarında olan "xxxx" ASC-nin İddiaçı ünvanladığı 14 iyun 2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, xx.xx.2021-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi araşdırılmışdır. Araşdırma zamanı əldə edilmiş təhlükəsizlik kamerası görüntülərindən, həmçinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, sığortalı “BMW 530” markalı, **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün idarə etdiyiniz “Opel Astra” markalı, **-OF-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin yaranmasında məsuliyyəti yaranmır. Belə ki, Xəzər RPİ-nin xx.xx.2021-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarında qeyd olunur ki, “Opel Astra” markalı, **-OF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə “BMW 530” markalı, **-HR- *** dövlət diyyat nişanlı avtomobil arasında toqquşma baş vermədiyindən sürücü X3 hərəkətlərində hadisənin baş verməsi arasında səbəbli əlaqə olmaması kimi qəbul olunmalıdır. Nəticədə səbəbli əlaqə faktının olmaması işə hüquqi rəy vermiş təhqiqatçı tərəfindən təsdiqlənmişdir. Odur ki, yuxarıda qeyd olunanlar nəzərə alınaraq bildirilir ki, yol-nəqliyyat hadisəsinin baş verməsində sığortalı avtomobilin birbaşa iştirakı olmadığı üçün məsuliyyət faktı yaranmır. Buna görə də Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 935.1.8-ci maddəsinə əsasən avtomobilinizə dəymiş zərərə görə sığorta ödənişinin verilməsindən imtina olunur. İş mteriallarında olan AutoBox avtomobil servisindən verilmiş xx.xx.2021-ci il tarixli qiymətləndirmə aktına əsasən “Opel Astra” markalı, **-OF-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəyən ziyanın məbləği 3890 manat qiymətləndirilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin 19 dekabr 2022-ci il tarixli, 14 saylı mütəxəssis rəyinə əsasən, “Opel Astra” markalı, **-OF-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün çəkiləcək xərcin dəyəri cəmi 3590 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 884.3-cü maddəsinə əsasən sığortaçı icbari sığorta üzrə icbari sığorta növlərinin həyata keçirilməsini tənzimləyən qanunlarda (bundan sonra - icbari sığorta qanunları), könüllü sığorta üzrə sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfidir. Həmin Məcəllənin 897.4-cü maddəsinə görə İcbari sığorta qanunlarında fərqli müddəaların nəzərdə tutulduğu hallar istisna olmaqla, icbari sığorta növlərinin həyata keçirilməsindən irəli gələn münasibətlər bu Məcəllə və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun aşağıdakı maddələrinə əsasən: 13.2. bu Qanunun məqsədləri üçün mülki məsuliyyətin icbari sığortasında müvafiq sığorta şəhadətnaməsində göstərilən əmlakın (binanın, tikilinin, avtonəqliyyat vasitəsinin, cihazın, qurğunun, avadanlığın və s.) sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır. 20.2. bu Qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müvafiq hallar istisna olmaqla, sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən asılı olmayaraq, hər bir halda üçüncü şəxsin əmlakına dəyən zərərin əvəzini bu Qanunla müəyyən edilmiş qaydada ödəməlidir. 50.1. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. 52.1. Avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. 52–1.1. Aşağıdakı şərtlərin hər birinin mövcud olduğu halda yol-nəqliyyat hadisəsində zərərçəkən zərərin əvəzinin ödənilməsini onun idarə etdiyi avtonəqliyyat vasitəsilə bağlı mülki məsuliyyətini icbari formada sığortalamış sığortaçıdan tələb edir: 52–1.1.1. zərər yalnız hadisədə iştirak edən avtonəqliyyat vasitələrinə (birinə və ya hər ikisinə) dəydikdə; 52–1.1.2. yol-nəqliyyat hadisəsində hər biri ilə bağlı bu Fəsildə nəzərdə tutulmuş mülki məsuliyyətin icbari sığorta müqaviləsi qüvvədə olan iki avtonəqliyyat vasitəsi iştirak etdikdə. 56.1. Üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğləri aşağıdakı kimi müəyyən edilir: 56.1.1. fiziki şəxslərin sağlamlığına dəyən zərərə görə sığorta məbləği bir hadisə üzrə 50.000 manatdan çox olmamaq şərtilə, bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 5000 manat; 56.1.2. üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat. 56.2. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta müqaviləsi üzrə sığorta məbləğləri müvafiq sığorta ödənişlərinin həyata keçirilməsindən asılı olmayaraq, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişmir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla və tərəflərin məhkəmə iclasında veridkləri izahatlarla müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixdə Bakı- Mərdəkan avtomobil yolunun Qala qəsəbəsi ərazisindən keçən hissəsində Mərdəkan istiqamətində hərəkət zolağının soldan sağa 2-ci hərəkət zolağı ilə «Opel Astra» markalı, **-OE-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət etməsi, bir qədər qarşıda soldan sağa doğru 3-cü hərəkət zolağında hərəkətdə olan «BMV-530» markalı, **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət etməsi, «BMV-530» markalı, **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sola istiqamətlənməsi, həmin vaxt 2-ci hərəkət zolağında hərəkətdə olan «Opel Astra» markalı, **-OF-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşmadan yayınmaq üçün sola istiqamətlənib idarə etməni itirərək sola istiqamətlənib hərəkət hissədən kənara çıxaraq qəzaya uğraması müəyyən olunmuşdur. Həmin hadisə nəticəsində hər iki sürücünün təqsiri müəyyən edilərək İnzibati tənbeh vermə haqqında TP ******* nömrəli, xx.xx.2021-ci il tarixli və TP ******* nömrəli, xx.xx.2021-ci il tarixli Qərara əsasən müvafiq olaraq X6 və İddiaçı xx.xx.2021-ci il tarixində saat 14:27-də BMV-530» markalı, **-HR-*** dövlət qeydiyyat nişanlı və «Opel Astra» markalı, **-OF-*** dövlət qeydiyyat nişanlı avtomobilləri idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə nəticəsində AR İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiklərinə görə onlar barəsində 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növünün tətbiq edilməsi qərara alınmışdır. İş materiallarında olan "xxxx" MMC-nin 19 dekabr 2022-ci il tarixli, 14 saylı mütəxəssis rəyinə əsasən, “Opel Astra” markalı, **-OF-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün çəkiləcək xərcin dəyəri cəmi 3590 manat müəyyən edilmişdir. Belə ki, iş materiallarında olan İnzibati tənbeh vermə haqqında qərarlardan göründüyü kimi hadisə ilə bağlı hər iki sürücünün təqsiri müəyyən edilmişdir. Belə olan halda iddiaçıya məxsus nəqliyyat vasitəsinə dəymiş maddi ziyan ödənilməsi yolnəqliyyat hadisəsinin baş verməsində təqsirli olan hər iki tərəfdən tutulmalıdır. Bu səbəbdən məhkəmə hesab edir ki, mütəxəssis rəyi ilə müəyyən edilmiş maddi ziyan məbləğinin yarısı cavabdeh sığorta şirkətindən alınaraq iddiaçıya ödənilməlidir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh "xxxx" ASC-dən “Opel Astra” minik markalı **-OF-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 1795 (min yeddi yüz doxsan beş) manat məbləğində pul tutularaq İddiaçı ödənilməli, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, işə baxılması ilə əlaqədar məsrəflər də – ekspertizanın tədqiqatının dəyəri olaraq 200 manat məbləğində pul vəsaiti də cavabdehdən tutularaq "xxxx" MMC-nin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC-dən “Opel Astra” minik markalı **-OF-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 1795 (min yeddi yüz doxsan beş) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 200 (iki yüz) manat məbləğində pul vəsaiti cavabdeh "xxxx" ASC-dən tutularaq "xxxx" MMC-nin hesabına ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №e-2(004)-138/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-138/2023
24.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver