Məhkəmə qərarları › İş №e-2(004)-141/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-141/2023

25.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-141/2023 25.10.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X8 oğlunun katibliyi, Cavabdeh2 iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1687.5 məbləğində sığorta ödənişinin, 36,88 manat məbləğində dövlət rüsumunun və 0.80 qəpik xidmət haqqının, cəmi 1725.18 manat məbləğində pulun tutulub iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2015-ci il tarixində Cavabdeh1 məxsus olan və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə yaşadıqları ünvan 1 ünvanında yerləşən 70 saylı mənzildə baş verən su sızması nəticəsində “ünvan 2 ünvanında yerləşən 66 saylı mənzilə zərər dəymişdir. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən 1687.5 məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İddia ərizəsinə əlavə edilmiş PİP-0530/14 saylı sığorta şəhadətnaməsinə əsasən ünvan 3 ünvanında yerləşən mənzil ASC tərəfindən sığortalanmışdır. İddia ərizəsinə əlavə edilmiş “Arabaçı” KM tərəfindən tərtib olunmuş xx.xx.2015-ci il tarixli aktdan müəyyən olunur ki, ünvan 4 ünvanında yerləşən 70 saylı mənzildə baş verən su sızması nəticəsində ASC-də sığortalanmış Yasamal rayonu, Ə.Əhmədov küçəsi, 22a ünvanında yerləşən 66 saylı mənzilə maddi zərər dəymişdir. İddia ərizəsinə əlavə edilmiş Cavabdeh1 tərəfindən ASCyə verilmiş ərizədən müəyyən olunur ki, cavabdeh özünə məxsus olan ünvan 1 ünvanında yerləşən 70 saylı mənzildə baş verən su sızması nəticəsində ASC-də sığortalanmış Yasamal rayonu, Ə.Əhmədov küçəsi, 22a ünvanında yerləşən 66 saylı mənzilə zərər dəydiyini etiraf etmiş, lakin zərərin məbləği ilə razılaşmamışdır. İddia ərizəsinə əlavə edilmiş zərərin hesablanması aktından müəyyən olunur ki, sığorta hadisəsi nəticəsində Yasamal rayonu, Ə.Əhmədov küçəsi, 22a ünvanında yerləşən 66 saylı mənzilə dəymiş zərərin ümumi məbləği 3133 manatdır. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2015-ci il tarixli, 417/15 saylı sığorta aktından və 22 aprel 2015-ci il tarixli kassa məxaric orderinində göründüyü kimi zərər məbləğindən müqavilə üzrə razılaşdırılmış şərtsiz azadolma məbləği (1145.50 AZN) çıxılmaqla ASC tərəfindən zərərin aradan qaldırılması üçün 1687.5 məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2019cu il tarixli Geriyə tələb (subroqasiya) məktubundan görünür ki, Mülki Məcəllənin 936-cı maddəsinə əsasən "xxxx" ASC tərəfindən zərərin aradan qaldırılması üçün ödənilmiş 1687.5 məbləğində sığorta ödənişinin 5 gün müddətində geri ödənilməsi cavabdehlərdən tələb edilmişdir. İddia ərizəsinə əlavə edilmiş xəbərnamələrin surətindən müəyyən olunur ki, geriyə tələb məktubu cavabdehlərə rəsmi qaydada təqdim edilmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə etmiş. xx.xx.2021-ci il tarixində cavabdeh X4 məxsus olan və cavabdehlər X5 və Cavabdeh2 birgə yaşadıqları ünvan 1 ünvanında yerləşən 70 saylı mənzildə baş verən su sızması nəticəsində “ünvan 2 ünvanında yerləsən 66 saylı mənzilə zərər dəymişdir. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən 1687.5 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İddia ərizəsinə əlavə edilən sığorta şəhadətnaməsindən də görünür ki, ünvan 1 ünvanında yerləsən 66 saylı mənzil ASC tərəfindən sığortalanmışdır. Ödənilən məbləğin geri qaytarılması üçün cavabdehlərə rəsmi məktub da göndərilib, hətta Cavabdeh2 onların ofisində də olub, onunla söhbətlər aparılmış, lakin heç cür razılığa gələ bilməmişlər. Buna görə də, artıq son olaraq məhkəməyə müraciət ediblər. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 bildirmişdir ki, ona heç bir məktub gəlməyib. Bir dəfə deyilib ki, xahiş edirik ofisə yaxınlaşın, o da getmişdir. İddiaçının “dəfələrlə” sözünü işlətməyi, düşünür ki, doğru deyil. Sadəcə suyun sızması nəticəsində birinci qərarla təxminən 13000 manat pul hesablanıldı. O dedi ki, rəy verilməsi zamanı iştirak etmək istəyir. Hər şeydən əlavə bildirdi ki, o, evi təmir etməyə hazırdır. Qonşu isə razılaşmadı. Bir müddət sonra dəyən ziyana görə məbləğ 9000 manata, daha sonra isə 3000 manata endi. O yenə də razılaşmadı. Qonşuya bildirdi ki, xərclər nə qədərdirsə, ödəməyə razıdır. Lakin bu məbləğ doğru məbləğ deyil. Yenidən təxminən 1000 manat məbləğ müəyyənləşdirildi. O, məktubla müraciət etdi ki, onun iştirakı olsun, hesablanılsın, ödəməyə hazırdır, boyun qaçırmır. Hadisənin üzərindən 8 il keçəndən sonra ində ona bu məsələ ilə bağlı xəbər gəlir. Həmçinin cavabdeh iddianın 500 manat miqdarında qismən qəbul edilməsi barədə ərizəni məhkəməyə təqdim edərək bildirmişdir ki, iddianı 500 manat miqdarında qəbul edir. Hansı ki, bu məbləğ dəymiş ziyanla müqayisədə kifayət edəcək məbləğdir. Digər cavabdeh və iddiaçıya məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Onların məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2015-ci il tarixli Sığorta Aktından görünür ki, sığorta olunmuş X1 mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən 66 saylı mənzil xx.xx.2015-ci il tarixdə 70 saylı mənzildə su xəttinin nasazlıq səbəbindən baş vermiş su sızması nəticəsində maddi zərərə məruz qalmışdır. "xxxx" ASC tərəfindən texniki baxışdan keçirilmiş əmlak ilə bağlı zərər 3133 manat məbləğində müəyyən edilmişdir. Sığorta ödənişi PİP-0530/14 saylı sığorta şəhadətnaməsində razılaşdırılmış sığorta məbləğinin 1 faizi, yəni 1445,50 manat azadolma məbləği çıxılmaqla 1687,50 manat təşkil edir. İş materiallarında olan olan "xxxx" ASC-nin xx.xx.2015-ci il tarixli Zərərin hesablanması Aktından görünür ki, X1 mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən 66 saylı mənzilə xx.xx.2015-ci il tarixdə həyata keçirilmiş zərərin məbləği 3133 manat müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin Cavabdeh1 Məhəmməd qızı və X7 ünvanladığı xx.xx.2019-cu il tarixli geriyə tələb (subroqasiya) məktubundan görünür ki, sığorta olunmuş X1 mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən 66 saylı mənzil xx.xx.2015-ci il tarixdə 70 saylı mənzildə su xəttinin nasazlıq səbəbindən baş vermiş su sızması nəticəsində maddi zərərə məruz qalmışdır. Zərərin aradan qaldırılması üçün "xxxx" ASC 1687,50 manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. “Arabaçı” KM tərəfindən tərtib olunmuş xx.xx.2015-ci il tarixli akta və onların xx.xx.2015-ci il tarixli ərizəsinə əsasən onlar hadisədə zərər vuran tərəf qismində iştirak etmişlər və nəticədə zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. İş materiallarında olan 081236 nömrəli "xxxx" ASC-nin Əmlak Sığorta Şəhadətnaməsindən görünür ki, X1 mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən 66 saylı mənzil xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixədək sığortalanmışdır. İş materiallarında olan Cavabdeh1 Məhəmməd qızının "xxxx" ASC-yə ünvanladığı xx.xx.2015-ci il tarixli məktubundan görünür ki, cavabdeh özünə məxsus olan ünvan 1 ünvanında yerləşən 70 saylı mənzildə baş verən su sızması nəticəsində ASC-də sığortalanmış Yasamal rayonu, Ə.Əhmədov küçəsi, 22a ünvanında yerləşən 66 saylı mənzilə zərər dəydiyini etiraf etmiş, lakin zərərin məbləği ilə razılaşmamış, yalnızca mənzilin divarının islanması nəticəsində divar kağızının qopduğunu və mənzilə kiçik həcmdə ziyan dəydiyini qeyd etmişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli Kassa məxaric orderindən görünür ki, sığorta ödənişi olaraq 1687,50 manat məbləğində pul vəsaiti X2 ödənilmişdir. İş materiallarında olan “Arabaçı” KM tərəfindən tərtib olunmuş xx.xx.2015-ci il tarixli aktdan müəyyən olunur ki, ünvan 4 ünvanında yerləşən 70 saylı mənzildə baş verən su sızması nəticəsində ASC-də sığortalanmış Yasamal rayonu, Ə.Əhmədov küçəsi, 22a ünvanında yerləşən 66 saylı mənzilə maddi zərər dəymişdir. İş materiallarında olan “Arabaçı” KM ilə X3 arasında bağlanmış yaşayış binasında mənzil tikintisi haqqında müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində yerləşmiş “Arabaçı” KM-in tikilməkə olan binasında 6 nömrəli mənzili alıcıya verməyi, alıcı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Azərbaycan Respublikası MM-in 926-cı maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. Sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunvericiliyi ilə, könüllü sığortada müvafiq sığorta qaydalarına əsasən bağlanan sığorta müqaviləsi ilə müəyyən edilir. Bundan əlavə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasə subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2015-ci il tarixində Cavabdeh1 məxsus olan və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə yaşadıqları ünvan 1 ünvanında yerləşən 70 saylı mənzildə baş verən su sızması nəticəsində “ünvan 2 ünvanında yerləşən 66 saylı mənzilə zərər dəymişdir. Hazırda İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1687.5 məbləğində sığorta ödənişinin, 36,88 manat məbləğində dövlət rüsumunun və 0.80 qəpik xidmət haqqının, cəmi 1725.18 manat məbləğində pulun tutulub iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə ki, məhkəmə - ünvan 1 ünvanında yerləşən 70 saylı mənzilə suyun sızma halları nəticəsində dəymiş zərərin bərpa olunması üçün hansı məbləğdə pul vəsaitinin tələb olunduğunun müəyyən edilməsi məqsədilə xx.xx.2022-ci il tarixli qərardadla məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin etmişdir. Buna baxmayaraq ekspertizanın aparılması mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə Məlumatdan görünür ki, xx.xx.2023-cü il tarixə mənzilə baxış təyin edilmiş, lakin qeyd edilən tarixə tərəflər gəlməmişdir. Ekspertizanın aparılmasından imtina edilmiş, icrasız geri qaytarılmışdır. Daha sonra mülki işin materialları yenidən icra olunması üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə Məlumatdan görünür ki, xx.xx.2023-cü il tarixə mənzilə baxış təyin edilmiş, lakin tədqiq olunan mənzilin qapısı bağlı olduğundan tədqiqat obyektinə baxış keçirilməsi və sualların cavablandırılması mümkün olmamışdır. Ekspertizanın aparılmasından imtina edilmiş, icrasız geri qaytarılmışdır. Daha sonra mülki işin materialları yenidən icra olunması üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə Məlumatdan görünür ki, xx.xx.2023-cü il tarixə mənzilə baxış təyin edilmiş, lakin iş üzrə iddiaçı məhkəmə binasına gəlmədiyindən, tədqiqat ünvanının müəyyən edilməsi, tədqiqat obyektinə baxış keçirilməsi və sualların cavablandırılması mümkün olmamışdır. Ekspertizanın aparılmasından imtina edilmiş, icrasız geri qaytarılmışdır. Göründüyü kimi ünvan 1 ünvanında yerləşən 70 saylı mənzilə suyun sızma halları nəticəsində dəymiş zərərin bərpa olunması üçün hansı məbləğdə pul vəsaitinin tələb olunduğunun müəyyən edilməsi məqsədilə xx.xx.2022-ci il tarixli qərardadla məhkəməəmtəəşünaslıq ekspertizası təyin etmiş lakin iş üzrə iddiaçı tərəf 1 ilə yaxın müddətdə ekspertizanın aparılmasına və sığartalanmış mənzildə dəymiş ziyanın müəyyən edilməsi üçün şərait yaratmamışdır. Buna baxmayaraq hadisədən 7 ildən çox müddət keçəndən sonra subroqasiya tələbi ilə məhkəməyə müraciət etmişdir. Belə ki, iddiaçı tərəf məhkəməyə mənzilə dəyən zərərin müəyyən olunması ilə bağlı mötəbər sübut təqdim edə bilmədiyindən iddia tələbi yalznız cavabdehin məhkəmə iclasında etiraf etdiyi həcmdə yəni – 500 manat məbləğində təmin olunmalı, qalan hissədə təmin olunmamalıdır. Çünki hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Azərbaycan Respublikası MPM-nin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Odur ki, məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 500 (beş yüz) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi 500 manat məbləğində təmin edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu da tələbin təmin edilmiş hissəsinə mütənasib olaraq 30 manat məbləğində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 500 (beş yüz) manat məbləğində pul vəsaiti və dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar