Məhkəmə qərarları › İş №e-2(004)-1422/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-1422/2025

07.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-1422/2025 07.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “uşaqların ananın yanında saxlanılması və alimentin tutulması” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “uşaqların ananın yanında saxlanılması və alimentin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, hazırki tələbə məhkəmədə baxılmalı deyildir və mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-in 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, hazırki iddia tələbi ilə bağlı xüsusatlar tərəflər arasında mediasiya prosesi zamanı bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin 2 və 3-cü bəndlərində öz həllini tapmışdır. Həmin sazişin məcburi icrası ilə bağlı iddiaçı tərəfindən məhkəməyə MPM-in 355-23-355-26-cı maddələrində nəzərdə tutulmuş qaydada (xüsusi icraat qaydasında) sazişin təsdiq edilməsi ilə bağlı məhkəməyə müraciət edilməmişdir. Məhkəmə izah edir ki, həmin saziş hüquqi nəticə yaratmaqla hazırda qüvvədədir. Sazişin şərtləri icra edilməli, icra edilmədikdə isə sazişin təsdiqi ilə bağlı məhkəməyə müraciət edilməlidir. Həmin saziş (müqavilə) ləğv edilmədən və ya sazişə xitam verilmədən eyni münasibətə dair eyni əsaslarla məhkəmə tərəfindən qətnamənin qəbul edilməsi istisna olunur. Sazişə xitam verildikdən və ya ləğv edildikdən sonra isə müvafiq tələblə bağlı məhkəməyə müraciət edilə bilər. Həmçinin, sırf alimentin miqdarının azaldılması ilə bağlı məhkəməyə müraciət edilməsi isə hazırki mərhələdə yolveriləndir. Qeyd olunan xüsusatlar nəzərə alınmaqla məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 261, 263, 264, 266-cı maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı Cavabdeh qarşı “uşaqların ananın yanında saxlanılması və alimentin tutulması” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardad tərəflərə təqdim edildikdən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar