Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-1439/2021 08.01.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Axundova Günay Təyar qızı, kreditor “xxxx” MMC-nin Borclu qarşı «borcun tutulması» barədə məhkəmə əmrinin çıxarılmasına dair ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: Kreditor “xxxx” MMC Borclu qarşı «borcun məcburi qaydada tutulması barədə» ərizə ilə xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Borclu onun xeyrinə 739 manat borc, 150 manat cərimə və 20 manat dövlət rüsumunun, cəmi 909 manat məbləğində pulun məcburi qaydada tutulmasına dair məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək hesab edirəm ki, ərizənin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş sözügedən xx.xx.2019-cu il tarixli, 01- AGT000038517 saylı alğı-satqı müqaviləsi kreditor “xxxx” MMC ilə Borclu arasında deyil “xxxx” MMC-nin müdiri X1 arasında bağlanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 279.2.2-ci maddəsinə əsasən məhkəmə, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa imtina edə bilər. Mülki Prosessual Məcəllənin 279.2.3-cü maddəsinin tələblərinə uyğun olaraq ərizənin əsaslandığı tələb etmə hüququ barədə mübahisə vardırsa, bu məhkəmə əmrindən imtina üçün əsasdır. Həmin Məcəllənin 279.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. Həmin Məcəllənin 279.4-cü maddəsinə əsasən, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-in 263, 264, 275-279-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM : Kreditor “xxxx” MMC-nin Borclu qarşı «borcun tutulması barədə» məhkəmə əmrinin çıxarılmasına dair ərizəsinin qəbulundan imtina edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Günay Axundova
Məhkəmə qərarları › İş №e-2(004)-1439/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-1439/2021
08.01.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver