Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-1469/2022 20.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi X2 oğlunun katibliyi İddiaçı Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdehnə qarşı istifadə edilməmiş məzuniyyətə görə pul əvəzinin vaxtında verilməməsinə görə faiz və mediasiya xərcləri tələbinə dair mülki iş üzrə mülki işlərin birləşdirilməsi barədə məsələyə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X4 şəxsindən gecikdirilmiş 27 gün üçün 27 faiz (günə bir faiz) olmaqla 591,3 manat və mediasiya təşkilatında mediasiya keçmək üçün ödədiyi 60 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onun əsaslandırılmışdır ki, 03.12.2021-ci il tarixli **********9 saylı əmr ilə onunla bağlanılmış əmək müqaviləsinə xitam verilmişdir. Dekabr ayında işlədiyi 3 gün və istifadə etmədiyi 40 günlük əmək məzuniyyəti əvəzinə kompensasiya əmək münasibətlərinə xitam verildiyi gün hesablanaraq ona ödənilməli idi. Lakin həmin məbləğ ona 03 dekabr 2021-ci il tarixində deyil, 27 gün gecikmə ilə, yəni 30.12.2021-ci il tarixdə ödənilmişdir. Ona 30 dekabr tarixində 2190 manat əmək haqqı ödənilmişdir. Həmin məbləğin bir faizi 21,9 manat təşkil edir. 27 gün gecikmə nəzərə alındıqda, həmin məbləğin 21,9 x 27 = 591,3 manat olduğu aydın görünür. Həmçinin əmək mübahisəsi ilə əlaqədar iddiaçı tərəfindən mediasiya təşkilatına müraciət edilmiş və 60 manat pul ödənilmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddiaya etiraz edərək izahatında göstərmişdir ki, iddiaçının özünün iddia ərizəsində istinad etdiyi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir. Qanunvericiliyin tələbindən birmənalı aydın olur ki, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc o halda verilməlidir ki, bu hal fərdi əmək mübahisəsi yaratmamış olsun. Lakin, iddiaçının mübahisələndirdiyi hal hazırda digər bir iddia tələbi üzrə fərdi əmək mübahisəsi yaratmışdır. İddiaçı cavabdehə qarşı “**********9 saylı 03.12.2021-ci il tarixli əmrin ləğv edilməsi, işə bərpa edilmə, işə bərpa olunan günədək məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq ödənilməsi və s.” tələblərə dair digər bir iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. İşin baxılması məhkəmənin hakimi Ayaz Məmmədova həvalə edilmişdir. İş N e-2(004)-1468/2022. Hazırda iş üzrə müvafiq araşdırma gedir. İddiaçı digər iddia tələbi üzrə məhkəməyə məlumat verməməklə məhkəməni çaşdırmaq və bir mübahisə üzrə 2 fərqli qənamənin qəbul edilməsinə nail olmaq niyyətində olmuşdur. İddiaçının ona gecikmə ilə verildiyini iddia etdiyi məbləğ isə əmək haqqı deyil, istifadə edilməmiş məzuniyyətin əvəzinə verilən kompensasiyadır. Bu halı iddiaçının özü də iddia ərizəsində etiraf etmişdir. Gecikdirilmiş kompensasiyanın əvəzində isə işçiyə əlavə ödəncin verilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. İddiaçı təmin edilməsini istədiyi subyektiv hüququnun cavabdeh tərəfindən pozulmuş olduğunu ümumiyyətlə sübuta yetirə bilməmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hazırkı mülki iş Yasamal Rayon Məhkəməsinin hakimi Ayaz Məmmədovun icraatında olan 2(004)-1468/2022 saylı mülki işə birləşdirilməlidir. Belə ki, hazırki mülki iş məhkəmənin icaatına ilkin olaraq daxil olmuş İddiaçı Cavabdehnə qarşı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X4 şəxsinin **********9 saylı, 03 dekabr 2021-ci il tarixli əmrinin ləğv edilməsi, işə bərpa edilmə, işə bərpa olunan günədək məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq ödənilməsi, iddiaçıya dəymiş mənəvi ziyanın əvəzi kimi 10 000 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi, həmkarlar ittifaqına üzvlüklə əlaqədar ondan qanunsuz olaraq tutulmuş 298 manat məbləğində pulun mediasiyaya müraciət etdiyi 30.12.2021-ci il tarixdən etibarən qətnamə icra ediləcək günədək hər gün üçün bir faiz məbləğində əlavə edilməklə tutularaq ona ödənilməsi, məzuniyyət vaxtı orta əmək haqqı üçün düzgün hesablanmamış və ona qanunsuz olaraq verilməmiş 478 manat məbləğində pulun mediasiyaya müraciət etdiyi 30.12.2021-ci il tarixdən etibarən qətnamə icra edilənədək hər gün üçün bir faiz məbləğində əlavə edilməklə tələbinə dair 2(004)-1468/2022 saylı mülki işə birləşdirilməlidir. Azərbaycan Respublikası MPM-nin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Həmin Məcəllənin 169.4-cü maddəsinə əsasən bu Məcəllənin 169.1-169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. Məhkəmə iclasında iddiaçı işlərin birləşdirilməsinə etiraz etməmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi işlərin birləşdirilməsinə etiraz etmişdir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263, 264 və 395-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İddiaçı Cavabdehnə qarşı əmək haqqının ödənilməsi tələbinə dair 2(004)-1469/2022 saylı mülki iş Bakı şəhəri Yasamal rayon məhkəməsinin icraatına ilkin olaraq daxil olmuş iddiaçının cavabdehə qarşı “**********9 saylı 03.12.2021-ci il tarixli əmrin ləğv edilməsi, işə bərpa edilmə, işə bərpa olunan günədək məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq ödənilməsi və s.” tələblərə dair iddia ərizəsi üzrə başlanmış 2(004)- 1468/2022 saylı mülki işə birləşdirilsin. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №e-2(004)-1469/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-1469/2022
20.04.2022 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver