Məhkəmə qərarları › İş №e-2(004)-148/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-148/2025

13.05.2025 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-148/2025 13.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh2, Cavabdeh1 nümayəndəsi Nümayəndə, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 MMC və Cavabdeh4 MMC-yə qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, əmlakın geri qaytarılması və əmlak bölgüsü” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 MMC və Cavabdeh4 MMCyə qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, əmlakın geri qaytarılması və əmlak bölgüsü” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil2 xx.xx.2025-ci il tarixli Barışıq sazişini məhkəməyə təqdim edərək, hazırki mülki iş üzrə Cavabdeh1 ilə aralarında razılıq əldə olunduğunu, razılıq əsasında Barışıq sazişi tərtib olunduğunu bildirdi və Barışıq sazişinin təsdiq olunmasını, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi Nümayəndə və nümayəndəsi və vəkili Vəkil1 İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2025-ci il tarixli Barışıq sazişinin təsdiq olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2025-ci il tarixli Barışıq sazişinin təsdiq olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, barışıq sazişini və iş materiallarını araşdıraraq hesab edir ki, barışıq sazişi təsdiq olunmalı, mülki işin icraatına xitam verilməlidir. İş materiallarına əlavə olunmuş: xx.xx.2025-ci il tarixli Barışıq sazişindən görünür ki, Bir tərəfdən bundan sonra iddiaçı adlandırılacaq Əliyeva (Orucova) Mətanət Arif qızı və digər tərəfdən bundan sonra cavabdeh adlandırılacaq Cavabdeh1 (İddiaçı ilə cavabdeh birlikdə tərəflər adlandırlacaq) tərəflər arasında yaranmış və Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin icraatında olan Əliyeva (Orucova) Mətanət Arif qızı və Cavabdeh1 2(004)-148/2025 saylı mülki iş üzrə mübahisəni barışıq yolu ilə həll elmək məqsədilə aşağıdakı məzmunda razılığa gəldilər:

1. Tərəflər bəyan edirlər ki, 1.1. Tərəflər Yasamal Rayon Məhkəməsinin icraatında olan iddia tələbi üzrə 2(004)- 148/2025 saylı mülki iş üzrə mübahisəni (bundan sonra mübahisə pıedmeti adlandırılacaq) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881-ci maddəsinə əsasən qarşılıqlı güzəştlər yolu ilə həll edirlər.

2. Tərəflərin öhdəlikləri: 2.1. İddiaçı öhdəsinə götürür ki; 2.1.1. Birgə Nikah dövründə əldə olunmuş Şamaxı rayonu, Avaxlı kəndində yerləşən Fərdi yaşayış evinin, 2.1.2. Bakı şəhəri Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, 257c saylı fərdi yaşayış evinin təmiri və mebelləri üçün birgə nigah dövründə xərclənmiş vəsaitlərin 2.1.3. Bakı şəhəri Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1762 S saylı bağ evi təmiri və mebelləri üçün birgə nigah dövründə xərclənmiş vəsaitlərin, 2.1.4. Birgə Nikah dövründə əldə olunmuş nəqliyyat vasitələrinin A. **-AR-*** dövlət nömrə nişanlı Cavabdeh3, xx.xx.2023 qeydiyyat tarixli, "JTNB23HKXP3127689” Ban nömrəli, "CAMRY HİBRİT MİNİK" markalı avtomobil B. **-OK-*** dövlət nömrə nişanlı BA198073 texpasport nömrəli "LADA 21214" niva markalı avtomobil (BA198073 şəhadətnamə nömrəli) C. **-MM-*** dövlət nömrə nişanlı AD365866 texpasport nömrəli "Bently" markalı avtomobil (AD365866 şəhadətnamə nömrəli) D. **-MM-*** dövlət nömrə nişanlı BB185118 texpasport nömrəli “Leksus” markalı avtomobil (BB 185118 şəhadətnamə nömrəli) E. Cavabdeh3 və "Transporting-PD" Məhdud Məsuliyyətinin bütün mülkiyyəti Daşınar və daşınmaz əşyaların, pul vəsaitlərinin bölünməsinin, ona düşən hissənin və cehiz mebellərinin ona verilməsinə dair Yasamal rayon Məhkəməsinin icraatında olan 2(004)- 148/2025 saylı mülki iş üzrə mübahisə üzrə bütün tələb və iddialarından bu barşıq sazişi şərtləri daxilində imtina edir və ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 240.1 kv.m olan mənzil xaric (yəni bu əmlakın Mətanət Əliyeva(Orucovaya) bağışlanılması şərtilə), həmin daşmar və daşınmaz əmlakların, Cavabdeh1 xüsusi mülkiyyətində qalmasına etiraz etmir. 2.2-ci bəndinə əsasən, a) ilk olaraq İddiaçı Cavabdehin barəsində Müvəqqəti təminat tədbiri müəyyən edilmiş bütün daşınmaz və daşınar əmlaklarına müvafiq məhkəmə tərəfindən qoyulmuş qadağaların ləğv edilməsi ilə bağlı məhkəməyə ərizə ilə müraciət etməsi ilə bağlı öhdəlik götürür. b) növbəti addım olaraq Cavabdeh mübahisənin predmetinə daxil olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 240.1 kv.m olan mənzili məhkəmə qərarı qanuni qüvvəyə mindiyi andan 15 gün müddətində iddiaçı Əliyeva (Orucova) Mətanət Arif qızının mülkiyyətinə bağışlama yolu ilə keçirməlidir (bununla bağlı bütün xərclər cavabdeh tərəfin üzərində qalır). d) Bundan sonra tərəflər arasında birgə nigah dövründə əldə edilmiş əmlaklarla bağlı bir-birinə və ya üçüncü şəxslərə qarşı heç bir öhdəlik və borc qalmır.

3. Digər şərtlər 3.1.“Tərəflər” öhdəsinə götürür ki, bu barışıq sazişi İmzalandıqdan sonra və tərəflər arasında yaranmış sazişin 2-ci bəndi icra edildikdən sonra tərəflər arasında yaranmış birgə nikah dövründə əldə edilmiş bütün əmlaklar barədə tələbləı öz qüvvəsini itirir və - iddiaçı Əliyeva (Orucova) Mətanət Arif qızı - Cavabdeh1 Birgə nigah dövründə əldə edilmiş əmlaklarla bağlı gələcəkdə bir-birinə və üçüncü şəxslərə qarşı maddi və digər tələblə iddia qaldırmayacaq (mülki və ya digər) və hər hansı bir digər tələb irəli sürməyəcəklər. Bu barışıq sazişi hər iki tərəf tərəfindən təsdiq olunduqdan sonra xx.xx.2025-ci il tarixdə tərəflər arasında bağlanmış barışıq sazişi öz hüquqi qüvvəsini itirmiş hesab olunur. 3.2-ci bəndinə əsasən, X1 Məhkəmə tərəfindən təsdiq edilməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-ci maddəsinin tələblərinə əsasən, iş üzrə icraata xitam verilməsinə əsasdır. 3.3-cü bəndinə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilməməsi tələbi tərəflərə məlumdur. 3.4-cü bəndinə əsasən, Cavabdeh barışıq sazişinin və ya barışıq sazişi əsasında qəbul olunmuş məhkəmə qərarının (qərardadının) könüllü icrasından imtina etdikdə, iddiaçı barışıq sazişinin və ya barışıq sazişi əsasında qəbul olunmuş məhkəmə qərarının (qərardadının) məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 3.5-ci bəndinə əsasən, X1 təsdiq edilməsi haqqında məhkəmə qərardadı, məhkəmənin icra sənədi əsasında məcburi icra edilməsi üçün əsasdır. 3.6-cı bəndinə əsasən, Bu Saziş eyni hüquqi qüvvəyə malik olan biri məhkəmədə, digərləri isə tərəflərdə saxlanılmaqla 3 (üç) nüsxədə tərtib edilir. 3.7-ci bəndinə əsasən, Bu Saziş məhkəmə tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minir. Azərbaycan Respublikası MPM-nin: 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. 262.4-ci maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Məhkəmə hesab edir ki, xx.xx.2024-cü il tarixli, ********** nömrəli ödəniş qəbzinə əsasən, dövlət rüsumu kimi ödənilmiş 100 (bir yüz) manat məbləğində pul Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Bakı şəhəri Baş Maliyyə İdarəsi tərəfindən İddiaçı qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261, 263-264 və 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı ilə Cavabdeh1 arasında 08 may 2025-ci il tarixdə bağlanmış, aşağıdakı şərtlərdən ibarət Barışıq sazişi təsdiq edilsin: Bir tərəfdən bundan sonra iddiaçı adlandırılacaq Əliyeva (Orucova) Mətanət Arif qızı və digər tərəfdən bundan sonra cavabdeh adlandırılacaq Cavabdeh1 (İddiaçı ilə cavabdeh birlikdə tərəflər adlandırlacaq) tərəflər arasında yaranmış və Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin icraatında olan Əliyeva (Orucova) Mətanət Arif qızı və Cavabdeh1 2(004)- 148/2025 saylı mülki iş üzrə mübahisəni barışıq yolu ilə həll elmək məqsədilə aşağıdakı məzmunda razılığa gəldilər:

1. Tərəflər bəyan edirlər ki, 1.1. Tərəflər Yasamal Rayon Məhkəməsinin icraatında olan iddia tələbi üzrə 2(004)- 148/2025 saylı mülki iş üzrə mübahisəni (bundan sonra mübahisə pıedmeti adlandırılacaq) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881-ci maddəsinə əsasən qarşılıqlı güzəştlər yolu ilə həll edirlər.

2. Tərəflərin öhdəlikləri: 2.1. İddiaçı öhdəsinə götürür ki; 2.1.1. Birgə Nikah dövründə əldə olunmuş Şamaxı rayonu, Avaxlı kəndində yerləşən Fərdi yaşayış evinin, 2.1.2. Bakı şəhəri Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, 257c saylı fərdi yaşayış evinin təmiri və mebelləri üçün birgə nigah dövründə xərclənmiş vəsaitlərin 2.1.3. Bakı şəhəri Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1762 S saylı bağ evi təmiri və mebelləri üçün birgə nigah dövründə xərclənmiş vəsaitlərin, 2.1.4. Birgə Nikah dövründə əldə olunmuş nəqliyyat vasitələrinin A. **-AR-*** dövlət nömrə nişanlı Cavabdeh3, xx.xx.2023 qeydiyyat tarixli, "JTNB23HKXP3127689” Ban nömrəli, "CAMRY HİBRİT MİNİK" markalı avtomobil B. **-OK-*** dövlət nömrə nişanlı BA198073 texpasport nömrəli "LADA 21214" niva markalı avtomobil (BA198073 şəhadətnamə nömrəli) C. **-MM-*** dövlət nömrə nişanlı AD365866 texpasport nömrəli "Bently" markalı avtomobil (AD365866 şəhadətnamə nömrəli) D. **-MM-*** dövlət nömrə nişanlı BB185118 texpasport nömrəli “Leksus” markalı avtomobil (BB 185118 şəhadətnamə nömrəli) E. Cavabdeh3 və "Transporting-PD" Məhdud Məsuliyyətinin bütün mülkiyyəti Daşınar və daşınmaz əşyaların, pul vəsaitlərinin bölünməsinin, ona düşən hissənin və cehiz mebellərinin ona verilməsinə dair Yasamal rayon Məhkəməsinin icraatında olan 2(004)- 148/2025 saylı mülki iş üzrə mübahisə üzrə bütün tələb və iddialarından bu barşıq sazişi şərtləri daxilində imtina edir və ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 240.1 kv.m olan mənzil xaric (yəni bu əmlakın Mətanət Əliyeva(Orucovaya) bağışlanılması şərtilə), həmin daşmar və daşınmaz əmlakların, Cavabdeh1 xüsusi mülkiyyətində qalmasına etiraz etmir. 2.2-ci bəndinə əsasən, a) ilk olaraq İddiaçı Cavabdehin barəsində Müvəqqəti təminat tədbiri müəyyən edilmiş bütün daşınmaz və daşınar əmlaklarına müvafiq məhkəmə tərəfindən qoyulmuş qadağaların ləğv edilməsi ilə bağlı məhkəməyə ərizə ilə müraciət etməsi ilə bağlı öhdəlik götürür. b) növbəti addım olaraq Cavabdeh mübahisənin predınetinə daxil olaıı ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 240.1 kv.m olan mənzili məhkəmə qərarı qanuni qüvvəyə mindiyi andan 15 gün müddətində iddiaçı Əliyeva (Orucova) Mətanət Arif qızının mülkiyyətinə bağışlama yolu ilə keçirməlidir (bununla bağlı bütün xərclər cavabdeh tərəfin üzərində qalır). d) Bundan sonra tərəflər arasında birgə nigah dövründə əldə edilmiş əmlaklarla bağlı bir-birinə və ya üçüncü şəxslərə qarşı heç bir öhdəlik və borc qalmır.

3. Digər şərtlər 3.1.“Tərəflər” öhdəsinə götürür ki, bu barışıq sazişi İmzalandıqdan sonra və tərəflər arasında yaranmış sazişin 2-ci bəndi icra edildikdən sonra tərəflər arasında yaranmış birgə nikah dövründə əldə edilmiş bütün əmlaklar barədə tələbləı öz qüvvəsini itirir və - iddiaçı Əliyeva (Orucova) Mətanət Arif qızı - Cavabdeh1 Birgə nigah dövründə əldə edilmiş əmlaklarla bağlı gələcəkdə bir-birinə və üçüncü şəxslərə qarşı maddi və digər tələblə iddia qaldırmayacaq (mülki və ya digər) və hər hansı bir digər tələb irəli sürməyəcəklər. Bu barışıq sazişi hər iki tərəf tərəfindən təsdiq olunduqdan sonra xx.xx.2025-ci il tarixdə tərəflər arasında bağlanmış barışıq sazişi öz hüquqi qüvvəsini itirmiş hesab olunur. 3.2-ci bəndinə əsasən, X1 Məhkəmə tərəfindən təsdiq edilməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-ci maddəsinin tələblərinə əsasən, iş üzrə icraata xitam verilməsinə əsasdır. 3.3-cü bəndinə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilməməsi tələbi tərəflərə məlumdur. 3.4-cü bəndinə əsasən, Cavabdeh barışıq sazişinin və ya barışıq sazişi əsasında qəbul olunmuş məhkəmə qərarının (qərardadının) könüllü icrasından imtina etdikdə, iddiaçı barışıq sazişinin və ya barışıq sazişi əsasında qəbul olunmuş məhkəmə qərarının (qərardadının) məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 3.5-ci bəndinə əsasən, X1 təsdiq edilməsi haqqında məhkəmə qərardadı, məhkəmənin icra sənədi əsasında məcburi icra edilməsi üçün əsasdır. 3.6-cı bəndinə əsasən, Bu Saziş eyni hüquqi qüvvəyə malik olan biri məhkəmədə, digərləri isə tərəflərdə saxlanılmaqla 3 (üç) nüsxədə tərtib edilir. 3.7-ci bəndinə əsasən, Bu Saziş məhkəmə tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minir. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 MMC və Cavabdeh4 MMCyə qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, əmlakın geri qaytarılması və əmlak bölgüsü” tələbinə dair mülki işin icraatına xitam verilsin. Tərəflərə izah olunsun ki, Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. xx.xx.2024-cü il tarixli, ********** nömrəli ödəniş qəbzinə əsasən, dövlət rüsumu kimi ödənilmiş 100 (bir yüz) manat məbləğində pul Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Bakı şəhəri Baş Maliyyə İdarəsi tərəfindən İddiaçı qaytarılsın. Qərardaddan, qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar