Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-1485/2025 17.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Sultanova-X1, Kreditor MMC-nın Borclu qarşı borcun qaytarılmasına dair məhkəmə əmrinin verilməsi haqqında ərizəsini və əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Kreditor MMC Borclu qarşı borcun qaytarılmasına dair məhkəmə əmrinin verilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında rəsmi qeydə alınan və yaşayan Borclu Kreditor MMC-nin xeyrinə 1249,60 (bir min iki yüz qırx doqquz manat 60 qəpik) manat əsas borc, 18,25 (on səkkiz manat 25 qəpik) manat penya borcu, 1267,85 (bir min iki yüz altmış yeddi manat 85 qəpik) məbləğində pul vəsaitinin tutulması barədə məhkəmə əmri çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 279.2.1-ci maddəsinə əsasən verilmiş tələb bu Məcəllənin 276-cı maddəsi ilə nəzərdə tutulmamışdırsa məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina üçün əsasdır. Göründüyü kimi, hazırki tələb mülki prosessual qanunvericiliklə məhkəmə əmrinin verilməsi üçün nəzərdə tutulmuş tələblər kateqoriyasına aid deyil. Odur ki, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina olunmalıdır. Bundan başqa məhkəmə qeyd edir ki, iddia ərizəsi buna səlahiyyəti olmayan şəxs tərəfindən verilmişdir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 279.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. Həmin Məcəllənin 279.4-cü maddəsinə əsasən məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: Kreditor MMC-nın Borclu qarşı borcun qaytarılmasına dair məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbulundan imtina edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №e-2(004)-1485/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-1485/2025
17.01.2025 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver