Məhkəmə qərarları › İş №e-2(004)-157/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-157/2024

13.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-157/2024 13.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi Hacıyev Ceyhun Kamal oğlunun katibliyi ilə, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti nəzdində fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyası cəlb olunmaqla Cavabdeh qarşı “nikahın pozulması və uşağın ananın yanında qalması və aliment” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "nikahın pozulması və uşağın ananın yanında qalması və aliment" tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək onunla Cavabdeh arasında xx.xx.2004-cü il tarixdə bağlanmış və Cəlilabad rayon Qeydiyyat şöbəsində 191 nömrə ilə qeydə alınmış nikahın pozulması, birgə nikahdan olan xx.xx.2009-cu il təvəllüdlü X2 ananın yanında qalmasının müəyyən edilməsi və xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 220 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə xx.xx.2004-cü il tarixdə nikaha daxil olmuşdur. Birgə nikahdan xx.xx.2004-cü il təvəllüdlü X3 və xx.xx.2009-cu il təvəllüdlü X4 doğulmuşdur. Son zamanlar cavabdehlə münasibətləri tamamilə korlanmışdır. Nəticə etibarı ilə son vaxtlar cavabdehlə onun arasındakı ər-arvad münasibətləri tamamilə pozulmuşdur. Cavabdehlə nikahları faktiki olaraq bitmişdir, ailə münasibətlərinin bərpası və birgə yaşamaqları qeyri-mümkündür. Cavabdehlə aralarına ailə münasibətlərinin pozulmasına səbəb onların xasiyyətlərinin uyğun gəlməməsi və cavabdehin ailəsinə maddi və mənəvi dəstək göstərməməsi olmuşdur. Övladı azyaşlı olduğundan və ana qayğısına ehtiyacı olduğundan iddiaçının yanında qalmasını və uşağın saxlanılmasında ona köməklik göstərməsi məqsədilə cavabdehdən aliment tutulmasını xahiş edir. Məhkəmə, Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti nəzdində fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyasını mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək 2(004)-157/2024 saylı mülki iş üzrə məhkəmə iclasında iştirak edə bilməyəcəyindən məhkəmə iclaslarının iddiaçı tərəfin iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan - Cəlilabad rayon VVADQ şöbəsi tərəfindən xx.xx.2004-cü il tarixdə verilmiş AZ-İ seriyalı, 119932 saylı nikah haqqında şəhadətnaməyə əsasən X1 ilə Cavabdeh xx.xx.2004-cü il tarixdə rəsmi nikaha daxil olmuş, bu barədə akt qeydləri kitabında 191 nömrə ilə qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra ərə Həsənov, arvada Həsənova soyadı verilmişdir. - Cəlilabad rayon VVADQ şöbəsi tərəfindən xx.xx.2009-cu il tarixdə verilmiş AZ-İİ seriyalı, 261588 saylı nömrəli doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2009-cu il təvəllüdlü X4 adlı övladları vardır. - Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti nəzdində fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2024-cü il tarixli, 5-21/2-148/2024 saylı rəyinə əsasən müəyyən edilir ki, Komissiya ona təqdim olunan iş materiallarını, uşağın mənafelərini, həmçinin qüvvədə olan qanunvericiliyi nəzərə alaraq xx.xx.2009-cu il təvəllüdlü X2 anası İddiaçı yanında saxlanılmasını məqsədəuyğun hesab etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.1-ci maddəsinə əsasən, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən, ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 20.2-ci maddəsinə əsasən tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur. Məhkəmə iddiaçının nikahın pozulmasına təkid etməsini, 3 ay verilmiş müddət ərzində tərəflərin barışmadığını, tərəflərin faktiki olaraq ailə münasibətlərində olmamalarını nəzərə alaraq qeyd edir ki, onlar arasında bağlanmış və Cəlilabad rayon VVADQ şöbəsində xx.xx.2004-cü il tarixdə 191 nömrəli akt qeydi ilə nikah pozulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.1-ci maddəsinə əsasən, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qaldığını müəyyən etməlidir. Həmin Məcəllənin 60.3-cü maddəsinə əsasən, uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər (onlardan biri) öz aralarında olan narazılığı həll etmək üçün müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə müraciət edə bilərlər. Həmin Məcəllənin 60.4-cü maddəsinə əsasən, valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Məhkəmə Qəyyumluq və Himayəçilik Komissiyasının rəyini nəzərə alaraq qeyd edir ki, birgə nikahdan olan uşaq azyaşlı olduğundan, o cümlədən hal-hazırda ananın yanında qaldığından və uşağın hansı valideynin yanında qalması ilə bağlı mübahisə olmadığından xx.xx.2009-cu il təvəllüdlü X2 anası İddiaçı yanında qalması müəyyən edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.2-ci maddəsinə əsasən, nikahın pozulması haqqında qətnamə qəbul edilərkən məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Qanunla 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarında göstərilmişdir ki, “Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə iddiaçının aliment tələbini, yetkinlik yaşına çatmayan uşağın mənafeyini və uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunu nəzərə alaraq hesab edir ki, birgə nikahdan olan xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmasına görə Cavabdeh hər ay 220 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış və Cəlilabad rayon VVADQ şöbəsində xx.xx.2004-cü il tarixdə 191 nömrəli akt qeydi ilə qeydə alınmış nikah pozulmalı, xx.xx.2009-cu il təvəllüdlü X2 anası İddiaçı yanında qalması müəyyən edilməli, xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmasına görə Cavabdeh hər ay 220 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə qeyd edir ki, cavabdehdən onun övladladının saxlanılması üçün tutulmalı olan aliment iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalı və alimentin tutulması hissəsində qətnamə dərhal icra olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqındakı qətnamələr dərhal icra olunur. Məhkəmə həmçinin qeyd edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Cavabdeh ilə İddiaçı arasında Cəlilabad rayon VVADQ şöbəsində xx.xx.2004-cü il tarixdə bağlanmış və akt qeydləri kitabında 191 nömrə ilə rəsmiləşdirilmiş nikah pozulsun. Tərəflərin birgə nikahından doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X4 anası İddiaçı himayəsində qalsın. xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanmasına görə hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. Alimentin tutulması xx.xx.2023-cü il tarixdən hesablansın. Qətnamə alimentin alınması hissəsində dərhal icra edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar